Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə60/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   82


Buxovları qıran
3
3
Azad gəz!


13
Məsihdə  
azadlıq addımları
Məsih çarmıxda günah və ölüm üzərində çaldığı qələbə vasitəsilə 
sizi azad edib. Amma siz imanda möhkəm durmamısınızsa və ya 
bilərəkdən günah işlətmisinizsə, Onunla düzgün münasibətdə qal-
maq üçün lazım gələn hər bir şeyi etmək sizin məsuliyyətinizdir. 
Sizin əbədi taleyiniz deyil, gündəlik qələbəniz risk altındadır. Siz 
bu fəsli oxumamağa və ya bu addımları atmadan oxumağa sövq 
oluna bilərsiniz, amma sizin xeyrinizə görə dua edirəm ki, belə 
etməyəsiniz.
Bu  fəsildə  hər  bir  məsihçinin  həll  etməli  olduğu  yeddi  xüsu-
si məsələni bölüşəcəyəm. Ola bilsin ki, siz artıq bu məsələlərin 
birini və ya bir neçəsini həll etmisiniz, amma bu addımların hər 
birini atmaqla sizə heç bir ziyan olmaz. Hətta başqa heç bir şey 
yerinə yetirilməsə, siz məbədinizdə növbəti Rəbbin süfrəsi üçün, 
həqiqətən, hazır olacaqsınız.
Bu  azadlıq  addımlarından  keçdikcə  yadda  saxlayın  ki,  şeytan 
sizin  düşüncələrinizə  itaət  etməyə  borclu  deyil.  Şifahi  olaraq 
hər addımı ata bildiyiniz şəxsi bir yer tapın. Bunlar sizinlə Allah 
arasında  olan  vacib  məsələlərdir  və  onlardan  təklikdə  keçmək 
mümkündür,  çünki  İsa  Ecazkar  Məsləhətçidir.  Amma  sizlərdən 
bəziləriniz  bu  addımların  hər  birindən  təklikdə  keçməyi  bacar-
mazsınız. Belə olan halda, kömək axtarın. Pastorunuzdan və ya 
məsihçi məsləhətçinizdən sizi addımlardan keçirməsini xahiş edin, 
yaxud bizim ofisə zəng vurun və biz sizin üçün ixtisaslaşmış bir 
adam tapmaqda kömək edərik. 


Məsihdə azadlıq addımları 
199
Əgər sizin probleminizin kökü bu addımlarda verilən mənbədən 
fərqli  olsa  da,  bu  addımlardan  keçməklə  siz  heç  nə  itirən  de-
yilsiniz.  Bu,  sadəcə,  Allaha  tabe  olmaq  və  şeytana  qarşı  dur-
maq üçün müfəssəl bir prosesdir (Yaqub 4:7). Şər ruhların olub-
olmamasının  buna  heç  bir  aidiyyəti  yoxdur.  Əsl  məsələ  sizin 
Allahla  ünsiyyətinizdir  və  bu  məsələlərdən  hansısa  birinin  həll 
edilməməsi sizin Onunla olan yaxınlığınıza təsir edəcək.
Nə etməli olduğunuzu bilməkdə çətinlik çəkməyəsiniz deyə, hər 
addım izah olunub. Əgər siz hansısa bir müqavimət hiss etsəniz, 
dayanın və dua edin. Əgər siz bəzi əqli qarşıdurma ilə qarşılaş-
sanız,  sadəcə,  ona  məhəl  qoymayın.  Bu,  sadəcə,  düşüncədir  və 
əgər siz ona inanmasanız, sizin üzərinizdə onun heç bir gücü ola 
bilməz. Bütün proses boyunca Allahdan sizi idarə etməsini xahiş 
edəcəksiniz. Sizi azad edəcək həqiqəti anlamağa aparan tövbəyə 
imkan  verən  şəxs  yalnız  Odur  (2  Timotey  2:24-26).  Addımlara 
aşağıdakı dua və bəyanat ilə başlayın (Mötərizələrdə olan sözləri 
oxumayın.  Onlar,  sadəcə,  aydınlıq  gətirmək  və  istinad  etmək 
üçündür.).
Dua
Əziz  göylərdə  olan  Atam,  mən  bu  otaqda  və 
həyatımda Sənin hüzurunun olduğunu etiraf edirəm. 
Hər  şeyi  bilən,  hər  şeyə  qadir  və  hər  yerdə  mövcud 
olan Allah yalnız Sənsən. Mən Səndən asılıyam, çün-
ki Sənsiz heç nə edə bilmərəm. Mən həqiqətdə dayanı-
ram, həqiqət budur ki, göylərdə və yer üzündə bütün 
səlahiyyətlər dirilmiş Məsihə verilib, Məsihdə olduğu-
ma görə şagirdlər etmək və əsirləri azad etmək üçün 
həmin  səlahiyyəti  Ondan  alıram.  Məni  Müqəddəs 
Ruhunla  doldurmağı  və  hər  həqiqətə  yol  göstərməyi 
səndən  xahiş  edirəm.  Mən  tam  müdafiən  üçün  dua 
edirəm və Sənin bələdçiliyini xahiş edirəm. İsanın adı 
ilə dua edirəm. Amin. 


200
Buxovları qıran
Bəyanat 
Rəbb İsa Məsihin adı və səlahiyyəti ilə şeytana və 
bütün şər ruhlara məni tərk etmələrini əmr edirəm ki, 
Allahın  iradəsini  bilməkdə  və  onu  həyata  keçirməyi 
seçməkdə azad ola bilim. Məsih ilə göylərdə birlikdə 
oturan  Allahın  övladı  kimi  hüzurumdan  hər  bir 
şər  ruhun  çıxıb  getməsini  əmr  edirəm.  Mən  Allaha 
məxsusam və şər olan mənə toxuna bilməz. 
1
-ci addım: Saxtalığın əvəzinə gerçəklik
Məsihdəki azadlıqda yaşamağa doğru ilkin addım keçmişdə və 
ya hal- hazırda olan okkult fəaliyyətləri, kult təlimləri və ayinlər, 
eləcə  də  qeyri-məsihçi  dinləri  ilə  məşğuliyyəti  inkar  və  rədd 
etməkdir (şifahi olaraq). 
Siz İsa Məsihi inkar edən və ya Müqəddəs Kitabın tam standar-
tından başqa hər hansı mənbə vasitəsilə məsləhət təklif edən hər 
bir fəaliyyəti, yaxud qrupu inkar etməlisiniz. Gizli, sirli ayinləri, 
mərasimləri, vədləri və ya əhdləri tələb edən hər bir qrupu da inkar 
və rədd etməlisiniz. Bu addıma ucadan belə dua etməklə başlayın: 
Əziz göylərdə olan Atam, mən Səndən okkult, kult 
və ya qeyri-məsihçi təlimləri, eləcə də məşğələləri ilə 
bilərəkdən,  yaxud  bilməyərəkdən  məşğul  olduğum 
hər bir şeyi yadıma salmağını xahiş edirəm. İndi bu 
şeyləri inkar və rədd etməklə mən Sənin azadlığında 
yaşamaq istəyirəm. İsanın adı ilə dua edirəm. Amin. 
Hətta nədəsə iştirak etmisinizsə və bunun oyun, yaxud zarafat 
olduğunu  düşünmüsünüzsə,  siz  bunu  inkar  və  rədd  etməlisiniz. 
Şeytan həyatımızda olan hər bir şeydən sui-istifadə etməyə çalı-
şacaq, ona görə də mümkün qədər dəqiq olmaq həmişə ağıllı bir 
işdir. Hətta, sadəcə olaraq, kənarda dayanmaqla başqalarının bu 
işlərlə məşğul olduğuna tamaşa etmisinizsə də, siz bu qeyri-fəal 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə