Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə57/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

Özünü idarə etməniitirmək təhlükəsi  
187
Ağası ilə ölümə qədər və ya həbsədək onunla dayanmaq olsa da 
(33-cü ayə), İsa bəyan etdi ki, Peter onu üç dəfə inkar edəcək (34-
cü ayə), o, belə də etdi. Amma bunu da qeyd etmək sevindirici bir 
haldır ki, İsa artıq Peterin həmin vəziyyətdən uğurla çıxması üçün 
dua etmişdi (32-ci ayə).
Efes. 6:10-17. Bu hissə Paulun imanlılara «iblisin hiylələrinə 
qarşı  dura  bilmək  üçün  Allahın  verdiyi  bütün  zireh  və  silahlara 
bürünün» (11-ci ayə) yazdığı məlum olan nəsihətindən ibarətdir. 
Zirehin  məqsədi  nədir?  Düşmənin  oxlarının  bədənə  girməsinin 
və əsgəri zədələməsinin qarşısını almaq. Əgər şeytanın oxlarının 
bizi dəlməsi mümkün olmasaydı, zirehi geyinməyə heç bir ehtiyac 
olmazdı. Ruhani zirehlə əlaqədar təlimlər bildirir ki, düşmənin bi-
zim həyatlarımıza girməsi və hansısa ölçüdə nəzarəti əlinə alması 
mümkündür. 
Yaqub 3:14-16. Yaqub bildirir ki, əgər biz acı qısqanclıq, xudbin 
ehtirasa təslim olsaq, biz «dünyəvi, ruhani olmayan və şeytani» 
(15-ci  ayə)  olan  müdrikliklə  idarə  olunmaq  üçün  özümüzü  aça 
bilərik.  Mənim  seminariyada  oxuyan  bir  tələbəm  var  idi,  onun 
Kəlamla  əlaqədar  fikirləri  tamamilə  qarışmışdı.  O,  bütün  ima-
nını  sual  altına  qoyan  fahişə  qadınla  tanış  olanadək  onun  ima-
nı  məbədin  təliminə  uyğun  idi.  Sonra  o,  cürbəcür  təzə  şeyləri 
fikirləşməyə  başladı,  amma  heç  kim  bu  yeni  şeyləri  başa  düşə 
bilmirdi. Onun fikirləri sanki Meri Beyker Eddinin kitabından irəli 
gəlirdi və başqa tələbələrdən heç biri onunla razılaşmırdı. Mənim 
bildiyimə görə, şeytan tərəfindən fikirləri pozulmuş həmin imanlı 
hələ də o vəziyyətdədir. 
1 Timotey 4:1-3. Paul yazırdı: «bəziləri imandan dönəcək, al-
dadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar» (1-ci ayə). 
Paul ruhani aldatmanın bizim yemək vərdişlərimizə və nikahımıza 
necə təsir edə bildiyini təsvir edir (3-cü ayə). Məsihçilərin alda-
dıcı  ruha  qulaq  asa  bilmədiyini  söyləmək  sadəlövhlük  olar.  Bu, 
bütün dünyada baş verir. Ötən 15 il ərzində düşüncə tərzlərindən 
əzab çəkən mindən çox əsl məsihçiyə məsləhət verməklə xidmət 
etmişəm.  Bəziləri  sadəcə  dua  etməkdə  və  ya  Müqəddəs  Kitab 
oxumaqda çətinlik çəkirdilər. Başqaları səslər eşidirdilər. Bunun, 


188
Buxovları qıran
bir növ beyində fiziki pozğunluq olduğunu düşünüb üstündən ötüb 
keçmək, məbədi əsirləri azad etmək xidmətindən kənarlaşdırmaq 
deməkdir.  Əgər  həmin  mənfi  fikirlər  sadəcə  cismani  təbiətin 
tərzləridirsə, onda imanlılar Allaha tabe olanda və şeytana qarşı 
duranda niyə düşüncələr çıxıb getdilər? Cismani təbiətin tərzləri 
kök salıblar və əmri eşidən kimi dərhal tərk edib getmirlər. 
1 Kor. 5:1-13. Bu hissə Korinf məbədində ögey anası ilə cin-
si əxlaqsızlıq edən bir kişi ilə əlaqədar Paulun verdiyi təlimdən 
ibarətdir (1-ci ayə). O, şeytan tərəfindən aldadılmış bir kişi idi və 
əxlaqsızlıq ilə idarə olunurdu, belə ki bütün məbəd qarşısında açıq-
aşkar öz qanunsuz münasibətini iftixarla nümayiş etdirirdi. Paulun 
bu məsələ haqqında yürütdüyü mühakimə ciddi idi: «Həmin adamı 
şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin 
günündə xilas olsun» (5-ci ayə). Paul kişini bir müddət şeytanın 
əlinə verməyə hazır idi, ümid edirdi ki, o, nəhayət, «kifayətdir» 
deyib tövbə edər.
Bəziləri belə əxlaqsızlıq səviyyəsində olan bir insanın həqiqətən 
məsihçi  ola  bildiyinə  şübhə  edirlər.  Əgər  o,  məsihçi  olmasaydı, 
Paul  onu  cəzalandırmazdı,  çünki  məbəddən  yalnız  üzvlüyündə 
olanları  cəzalandırmaq  tələb  olunur.  Bu  kişi  əxlaqsızlıq  tələsinə 
düşməyə özünə icazə verən bir imanlı idi (ən azı Paul onunla belə 
rəftar edirdi). Paul ümid edirdi ki, o, günahının təbii nəticələrini 
yaşayacaq, tövbə edəcək və əsarətdən azad olacaq. 
Efes.  4:26,  27.  Paul  təlim  keçirdi:  «Qəzəblənərkən  günah 
işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub iblisə yer 
verməyin». Paul deyir ki, əgər biz həqiqəti məhəbbət ilə deməsək 
və emosional baxımdan səmimi olmasaq, həyatlarımızda şeytana 
yer  verə  bilərik.  Kinə  və  bağışlamazlığa  çevrilən  qəzəb  şeytani 
hökmranlıq üçün açıq dəvətdir (2 Kor. 2:10, 11). 
1 Peter 5:6-9. Peter xəbərdarlıq edirdi: «Düşməniniz olan iblis 
nərildəyən  və  kimisə  aşırmaq  istəyən  aslan  kimi  dolaşır»  (8-ci 
ayə).  «Aşırmaq»  sözü  yemək  və  ya  udmaq  mənasını  verir.  Bu, 
1  Kor.  15:54-də  istifadə  edilən  sözlə  eynidir:  «Ölüm  yox  edildi, 
Onun üzərində qələbə çalındı!» (hərfi olaraq: «ölüm qələbədə udu-
lub»). Nəyinsə tərəfindən udulmaq onun tərəfindən idarə olunmaq 


Özünü idarə etməniitirmək təhlükəsi  
189
mənasını daşıyır. Əgər imanlılar şeytan tərəfindən idarə olunmağın 
təhlükəsinə  məruz  qalmazlarsa,  Peter  bunun  mümkünlüyündən 
bizi agah etməyə ehtiyac duymazdı. 
Peterin  xəbərdarlıq  etdiyi  bu  hissədə  kontekst  imanlını  bu 
təhlükəyə  məruz  qoyan  iki  şərti  göstərir.  Altıncı  ayədə  Rəbbin 
qarşısında  özümüzü  aşağı  tutmaq  barəsində  ruhlandırıcı  sözlər 
var.  Peter  ola  bilsin  ki,  özünü  ucaltmanın  nəticələrinin  ağrılı 
xatirələrini fikrində gəzdirərək bildirir ki, biz nə vaxt qürura qarşı 
dursaq, onda şeytana qarşı durmuş olarıq. Yeddinci və səkkizinci 
ayələr bildirir ki, əgər qayğı yüklərimizi Rəbbimizə necə ötürməyi 
öyrənməsək, özümüzü şeytan üçün asan ələ keçən şikar edərik.
Həv.  iş.  5:1-11.  Bu,  ola  bilsin  ki,  şeytanın  imanlıları  idarə 
etmək bacarığından danışan ən dolğun hissədir. Gənc Yerusəlim 
məbədinin  üzvləri  könüllü  olaraq  öz  əmlaklarını  satırdılar  və 
xidmətdə istifadə etmək üçün gəlirlərini həvarilərə verirdilər (4-cü 
fəsil). «Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir 
mülk satdı. O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini 
həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. 
Peter ona dedi: «Xananya, niyə ürəyinə şeytanı buraxıb Müqəddəs 
Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə gö-
türdün?…Sən insanlara deyil, Allaha yalan satdın» (1-4-cü ayələr). 
Məsələ Xananya və Sapfiranın gəlirlərindən bir hissəni özlərinə 
saxlamaqlarında deyildi, bu haqda yalan danışmaqlarında idi. Belə 
görünür ki, onlar verdikləri məbləğin əldə etdikləri bütöv məbləğ 
olduğunu  iddia  edirdilər.  Bu  cütlüyün  günahının  nəticəsi  dərhal 
gəldi  və  çox  ciddi  idi:  Onlar  həmin  yerdəcə  öldülər  (5,  10-cu 
ayələr). 
İmanlıların şeytanın nəzarəti altına düşməsi ideyasını qəbul edə 
bilməyən  bəzi  insanlar  Xananya  və  Sapfiranın  imansız  olduğu-
nu  söyləyirlər.  Mən  bu  mülahizəyə  inanmıram.  Birincisi,  Həv. 
İş. 4:32 bildirir ki, bu hadisə Xananya və Sapfiranın üzvü olduğu 
məsihçi cəmiyyətinin daxilində baş verib. İkincisi, Həv. İş. 5:11-də 
yazılır ki: «Bütün imanlılar cəmiyyətini…böyük bir vahimə bürü-
dü».  Əgər  Allah  məbəddən  kənar  kimisə  mühakimə  etmişdisə, 
onda məbədin daxilində olanları niyə vahimə bürümüşdü? Ora-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə