Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə55/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

12
Özünü idarə etməni 
itirmək təhlükəsi 
Mən aşağıdakı məktubu heç vaxt tanış olmadığım bir qadından 
almışam.  Şila  şəxsi  və  ruhani  münaqişələrini  həll  etmək  üçün 
şənbə günü məbəddə apardığım konfransa gəlmişdi. Bazar günü 
məbədin pastoru onun məktubunu mənə verdi: 
Əziz Nil, 
Mən  azad  olmuşam  –  Rəbbə  şükür  olsun!  Dünən 
neçə illərdən bəri ilk dəfə idi ki, səslər kəsildi. Mən 
sükutu dinləyə bilirdim. Biz oxuyanda mən özümün 
səsimi eşidirdim.
Mən  həyatımın  ilk  14  ilini  zalım  olan,  döyən, 
heç  vaxt  mənə  «Mən  səni  sevirəm»  deməyən  və  ya 
ağlayarkən  əllərini  boynuma  sarıyıb  qucaqlamayan 
anam ilə yaşamışdım. Mən heç bir sevgi görməmişdim, 
heç bir şirin söz eşitməmişdim, bəyənilməmişdim, kim-
liyim barəsində heç bir şey hiss etməmişdim, yalnız 
fiziki və emosional əzab çəkirdim. 15 yaşım olanda üç 
həftəlik  Erhard  Seminar  Məşğələsinə  getdim,  bu  da 
mənim ağlımı, həqiqətən, xarab elədi. Ondan sonrakı 
il  mənim  üçün  tamamilə  cəhənnəm  idi.  Anam  məni 
evdən qovladı, ona görə başqa ailə ilə yaşamağa baş-
ladım. Axırda onlar da məni çölə tulladılar. 
Üç  il  sonra  mən  Məsihi  tapdım.  Mənim  Məsihə 
iman  etmək  qərarım  şeytandan  və  həyatımda  olan 


182
Buxovları qıran
şərin  gücündən  qorxuya  daha  çox  əsaslanmışdı. 
Şeytanın  mənim  üzərimdə  sahibkarlığını  itirdiyini 
bildiyimə  baxmayaraq,  hələ  də  onun  aldatmasına 
və  nəzarətinə  məruz  qaldığımdan  xəbərim  yox  idi. 
Məsihçi  həyatımın  ilk  iki  ili  günahın  əsarəti  altın-
da keçdi. Mən heç bunun günah olduğunu bilmirdim. 
Günahımı dərk etdikdən, onu Allaha etiraf etdikdən 
və bağışlanma əldə etdikdən sonra düşündüm ki, şey-
tanın üzərimdə idarəçiliyindən, nəhayət ki, azadam. 
Mən bilmirdim ki, döyüş hələ təzəcə başlayıb. 
Mənim bədənim izah olunmaz dərəcədə səpkilərlə 
dolu  idi,  qıpqırmızı  ləkələr  var  idi.  Mən  sevincimi 
və Rəbbə yaxınlığımı itirdim. Mən artıq mahnı oxuya 
bilmirdim və ya Kəlamı mütaliə edə bilmirdim. Mən 
təsəlli tapmaq və özünü sakitləşdirmək üçün yeməyə 
üz tutdum. Cinlər mənim doğrunu səhvdən ayırdetmə 
qabiliyyətimə  hücum  etdi,  kimliyimin  və  məhəbbətin 
axtarışında əxlaqsızlığa qoşuldum. 
Ancaq dünən şeytanın həyatımda olan idarəçiliyini 
inkar edəndə bütün bunlara son qoyuldu. Mən sevildi-
yimi dərk etməkdən irəli gələn azadlığı və müdafiəni 
tapmışam. Mən eyforiyada deyiləm; mən aydın ağıl-
la, təmiz ruhla və sakit əllə yazıram. Hətta əvvəllər 
yeməyə olan bağlılığım qəfildən mənə yad göründü.
Mən  məsihçinin  şeytanın  idarəçiliyinə  belə  məruz 
qaldığını  heç  vaxt  bilməmişdim.  Mən  aldanmışdım, 
amma indi azadam. Çox sağ ol, çox sağ ol, İsa! 
Şila
Şila  həyatda  nəzarəti  itirməyin  ciddi  nümunəsidir.  Əksər 
məsihçilər bir imanlının şeytanın təsirinə belə məruz qala bildiyinə 
inanmaq istəmirlər. Amma hər bərpa xidməti həyatlarında nəzarəti 
itirib  yeməyə,  seksə,  narkotiklərə,  spirtli  içkiyə  və  ya  qumara 
qurşanmış  insanlar  ilə  işləyir.  Şila  üçün  həyat  idarəolunmaz  ol-
muşdu və onun kimi insanlar çoxdurlar. O, yemək vərdişləri və 


Özünü idarə etməniitirmək təhlükəsi  
183
seksual davranışları üzərində nəzarət etməyi bacarmırdı. Əslində, 
o  bacarardı,  amma  necə  etməli  olduğunu  bilmirdi.  Məsihçilər, 
ümumiyyətlə, düşmənin sınaqlarına, ittihamlarına və yalanlarına 
məruz  qalma  fikri  ilə  razılaşırlar.  Amma  nə  üçünsə  «biz  könül-
lü  olaraq  həmin  şeytani  təsirlərə  təslim  olsaq,  nə  baş  verəcək» 
sualını düşünmək istəmirik. 
Günahın nəticələri var – və bizim ruhani müdafiəmiz qismən 
özümüzdən asılıdır. Bizə «Rəbb İsa Məsihə bürünün və cismani 
təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın» deyilib (Roma. 
13:14).  Amma  bədənin  ehtiraslarına  uysaq,  onda  nə  olar?  Bizə 
«hər  bir  düşüncəni  əsir  edərək  Məsihə  itaət  etdirmək»  deyilib 
(2 Kor. 10:5). Amma bunu etməsək və yalana inanmağı seçsək, 
yaxud  aldadıcı  ruha  qulaq  assaq  nə  baş  verər?  Bizə  Allahın 
zirehlərini geyinmək və möhkəm durmaq tapşırılıb. Amma bunla-
rı  etməsək  nə  olar?  Fani  bədənlərimizdə  günahın  hökmranlıq 
etməsinə  yol  verməmək  bizim  məsuliyyətimizdir;  biz  bunu 
bədənlərimizi haqsızlıq aləti kimi istifadə etməməklə edirik (Roma. 
6:12, 13). Amma bədənlərimizi haqsızlıq aləti kimi istifadə etsək 
nə olar? Bizə Allaha tabe olmaq və iblisə qarşı durmaq tapşırılıb 
(Yaqub 4:7). Amma Allaha tabe olmasaq və qaranlıq padşahlığına 
qarşı dayanmasaq nə olar? Heç bir mənfi nəticə olmadan ruhani 
neytral  mövqedə  qala  bilərikmi?  Bizə  heç  bir  pis  şeyin  baş 
verməyəcəyini,  yaxud  şeytanın  qətiyyətsizliyimizdən  və  ya  
ehtiyatsızlığımızdan  istifadə  etməyəcəyini  söyləmək  Kəlama 
əsasən səhvdir, bu, imanlılarda yanlış ümid yaradır. 
Bu fəsildə biz imanlıların sövqolunmaya, ittihama və aldatmaya 
tabe olduğu zaman nə baş verdiyini göstərən, Kəlamda olan bir neçə 
bariz nümunəyə baxacağıq. Bu təhlükəyə baxmazdan əvvəl hər bir 
imanlının Allaha məxsus olduğunu yenidən vurğulamaq istəyirəm. 
Biz Quzunun qanı ilə satın alınmışıq və hətta cəhənnəmin qüvvələri 
belə bizi Allahın sevgisindən ayıra bilməz (Roma. 8:35-39; 1 Peter 
1:17-19).  Dr.  Merrill  Unqer  «What  Demons  Can  Do  to  Saints» 
(«Cinlərin müqəddəslərə edə bildiyi şeylər») adlı kitabında yazır: 
«Cinlər  [imanlı  insana]  sahibkar  və  ya  qonaq  kimi,  yaxud  orada 
olmaq hüququ olan şəxs kimi daxil olmur. Orada olmaq üçün belə 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə