Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə63/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

208
Buxovları qıran
2
-ci addım: Yalanın əvəzinə həqiqət 
Allahın Kəlamı həqiqidir və biz daxilimizin ən dərinliyində Onun 
həqiqətini  qəbul  etməliyik  (Məzmur  51:6).  Biz  bunun  həqiqi 
olub-olmadığını  hiss  etməyimizdən  asılı  olmayaraq,  biz  bunun 
həqiqi olduğuna inanmalıyıq! İsa həqiqət olduğu üçün Müqəddəs 
Ruh həqiqət Ruhudur və Allahın Kəlamı həqiqətdir, biz həqiqəti 
məhəbbətlə yerinə yetirməliyik (Yəhya 14:6; 16:13; 17:17; Efes. 
4:15). 
Uyduraraq,  azacıq  yalan  danışaraq,  şişirdərək,  həqiqəti 
böyüdərək və ya yalanla əlaqəli nəsə deyərək başqalarını aldatmaq 
Məsihə iman edən şəxsin xüsusiyyəti olmamalıdır. Şeytan yalan-
ların atasıdır və yalan vasitəsilə insanları əsarət altında saxlamağa 
çalışır, amma İsada olan həqiqət bizi azad edir (Yəhya 8:32-36, 
44; 2 Timotey 2:26; Vəhy 12:9-a baxın.). Biz yalana görə yaşama-
ğı dayandıranda və açıqcasına həqiqətə görə həyat sürəndə həqiqi 
sevinc və azadlıq tapacağıq. Günahını etiraf etdikdən sonra Davud 
padşah  yazırdı:  «Qəlbində  hiylə  olmayan  insan  nə  bəxtiyardır!» 
(Məzmur 32:2). 
Biz nurda gəzmək üçün necə qüvvət tapa bilərik (1 Yəhya 1:7)? 
Biz Allahın bizi sevdiyinə və qəbul etdiyinə əmin olanda öz gü-
nahlarımızı boynumuza almaqda və ağrılı vəziyyətlərdən qaçmaq 
və gizlənmək əvəzinə gerçəkliyi dərk etməkdə azad ola bilərik. 
Bu addıma aşağıdakı duanı ucadan etməklə başlayın. «Bu, vaxt 
itirməkdir»  və  ya  «Mən  bu  şeylərə  inanmaq  istəyərdim,  amma 
inana bilmirəm» kimi müqavimət göstərən heç bir düşüncəyə yol 
verməyin,  qoymayın  ki,  bunlar  sizi  dua  etməkdən  və  həqiqəti 
seçməkdən saxlasın. Hətta bu, sizin üçün çətin olsa da, səy göstərib 
bu addımı atın. Ona etibar edəndə Allah sizi möhkəmləndirəcək.
Əziz  göylərdə  olan  Atam,  mən  bilirəm  ki,  sən 
həqiqəti bilməyimi, ona inanmağımı, onu danışmağı-
mı, ona uyğun yaşamağımı istəyirsən. Həqiqətin məni 
azad  edəcəyinə  görə  Sənə  minnətdaram.  Yalanlar 


Məsihdə azadlıq addımları 
209
atası şeytan məni bir çox yollarla aldadıb və mən də 
özümü aldatmışam. 
Ata,  mən  Rəbb  İsa  Məsihin  axıdılmış  qanına  və 
dirilməsinə görə Onun adı ilə dua edirəm. Məni alda-
dan şeytanın bütün cinlərinə qadağan etməni Səndən 
xahiş edirəm. 
Xilas  olmaq  üçün  yalnız  İsaya  inanmışam  və 
ona  görə  də  mən  Sənin  bağışlanmış  övladınam. 
Bu  səbəbdən  də  məni  necə  varamsa  Məsihdə  qəbul 
etdiyinə  görə  gizlənməyərək  günahımı  dərk  etmək 
üçün azad ola bilərəm. Müqəddəs Ruhdan məni idarə 
etməsini və bütün həqiqətə yönəltməsini xahiş edirəm. 
«Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaq-
dan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə 
yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!» Həqiqət 
olan İsanın adı ilə dua edirəm. Amin. 
(Məzmur 139:23, 24-ə baxın.)
«Bu  dövrün  allahı»  şeytanın  bizi  aldatmaq  üçün  çoxlu  yolları 
var.  O,  Həvva  ilə  etdiyi  kimi,  göylərdəki  Atamızın  təminatına 
etibar  etməkdənsə,  özümüzə  etibar  etməyə  və  ehtiyaclarımızı 
ətrafımızdakı dünya ilə ödəməyə bizi sövq edir. 
Aşağıdakı  çalışma  dünyasının  sistemi  tərəfindən  aldandığınız 
yolları  tanımaq  üçün  gözlərinizi  açmaqda  sizə  kömək  edəcək. 
Rəbbin yadınıza saldığı hər bir yalanın qarşısına bir işarə qoyun 
və siyahıdan sonra verilən duada onları etiraf edin. 
Sizin dünya tərəfindən aldanmağınızın yolları 

Pul və şeylər qazanmağın uzunsürən xoşbəxtlik gətirəcəyinə 
inanmaq (Matta 13:22; 1Timotey 6:10) 

Həddən  artıq  yeməyin  və  spirtli  içki  qəbul  etməyin  məni 
xoşbəxt edəcəyinə inanmaq (Sül. məs. 20:1; 23:19-21)

Gözəl bədənin və xasiyyətin mənə ürəyim istəyəni verəcəyinə 
inanmaq (Sül. məs. 31:10; 1 Peter 3:3, 4)


210
Buxovları qıran

Cinsi  ehtirası  icra  etməyin  mənə  uzunsürən  məmnuniyyət 
gətirəcəyinə inanmaq (Efes. 4:22; 1 Peter 2:11) 

Günah  etsəm,  onun  üstündə  tutulmayacağıma  və  onun 
ürəyimə heç bir təsir etməyəcəyinə inanmaq (İbr. 3:12, 13)

Allahın Məsihdə verdiyindən daha artığına ehtiyacım olduğu-
na inanmaq (2 Kor. 11:2-4, 13-15)

İstədiyim  hər  bir  şeyi  etsəm,  heç  kimin  mənə  toxuna 
bilməyəcəyinə inanmaq (Sül. məs. 16:18; Avdiya 3; 1 Peter 
5:5) 

Məsihi qəbul etməkdən imtina edən günahkar insanların han-
sısa yolla cənnətə gedəcəyinə inanmaq (1 Kor. 6:9-11) 

Pis  adamlarla  ünsiyyət  qursam,  əxlaqımın  pozulmayacağına 
inanmaq (1 Kor. 15:33, 34)

Yer üzündə günahımın heç bir nəticəsinin olmadığına inanmaq 
(Qalat. 6:7, 8)

Xoşbəxt olmaq üçün müəyyən adamlar tərəfindən bəyənilməni 
əldə etməli olduğuma inanmaq (Qalat. 1:10)

Yaxşı insan olmaq üçün müəyyən standartlara cavab verməli 
olduğuma inanmaq (Qalat. 3:2, 3; 5:1) 
Rəbbim,  mən  _________  ilə  aldandığımı  etiraf 
edirəm.  Məni  bağışladığına  görə  Sənə  minnətdaram 
və  özümü  yalnız  Sənin  həqiqətinə  inanmağa  həsr 
edirəm. İsanın adı ilə. Amin. 
Bizim dünya, yalançı müəllimlər və aldadıcı ruhlar vasitəsilə al-
danmağımızdan əlavə özümüzü də aldada bildiyimizi anlamaq va-
cibdir. Bundan başqa, siz indi Məsihdə diri olduğunuza, tamamilə 
bağışlandığınıza və qəbul edildiyinizə görə artıq əvvəllər olduğu 
kimi  özünüzü  müdafiə  etməyiniz  lazım  deyil.  İndi  Məsih  sizin 
müdafiənizdir. Özünüzü aldatdığınız və ya səhvən müdafiə etdiyi-
niz yolları Rəbb sizə göstərərkən aşağıdakı siyahılardan və tövbə 
dualarından istifadə etməklə onları etiraf edin: 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə