Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə64/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   82

Məsihdə azadlıq addımları 
211
Özünüzü aldatmağın yolları

Allahın Kəlamını eşidib, amma  orada deyiləni icra etməmək 
(Yaqub 1:22) 

Günahımın olmadığını söyləmək (1 Yəhya 1:8)

Heç olduğum halda özümü əhəmiyyətli sanmaq (Qalat 6:3)

Bu dünyəvi dövrdə özümü müdrik sanmaq (1 Kor. 3:18, 19)

Dilimi yüyənləmədiyimə baxmayaraq, özümün, həqiqətən, mö-
min olduğumu düşünmək (Yaqub 1:26)
Rəbbim, mən _________ ilə özümü aldatdığımı etiraf 
edirəm.  Məni  bağışladığına  görə  Sənə  minnətdaram 
və  özümü  yalnız  Sənin  həqiqətinə  inanmağa  həsr 
edirəm. İsanın adı ilə. Amin. 
Səhvən özünüzü müdafiə etməyin yolları

Gerçəkliyin inkarı (bilərəkdən və ya bilməyərəkdən)

Fantaziya (xam xəyallara düşmək, televizor, kinolar, musiqilər, 
kompyuter və ya video oyunlar, narkotik maddələr, spirtli içki 
və s. ilə gerçəklikdən qaçmaq)

Emosional  təcrid  edilmə  (rədd  olunmadan  uzaqlaşmaq  üçün 
insanlardan kənara çəkilmək və ya insanları özündən aralı sax-
lamaq)

Keçmişə qayıtma (az təhlükəli vaxtlara qayıtmaq)

Hirsi təqsirsiz insanların üzərinə tökmək

Öz  hərəkətlərini  başqalarına  şamil  etmək  (öz  problemlərim 
üçün başqalarını günahlandırmaq)

Özümü təmizə çıxarmaq (öz pis davranışıma görə bəhanələr 
gətirmək) 
Rəbbim, mən _________ ilə səhvən özümü müdafiə 
etdiyimi etiraf edirəm. Məni bağışladığına görə Sənə 
minnətdaram.  Məni  müdafiə  etməyə  və  qorumağa 


212
Buxovları qıran
görə Allaha etibar etmək üçün indi özümü Sənə həsr 
edirəm. İsanın adı ilə, amin. 
Neçə illər boyunca yalana inanmısınızsa, həqiqəti seçmək sizin 
üçün çətin ola bilər. Həyatın öhdəsindən gəlmək üçün güvəndiyiniz 
hər bir müdafiə mexanizmini dağıtmağa görə sizə məsləhətvermə 
görüşündə müntəzəm olaraq iştirak etmək lazım gələ bilər. Hər bir 
məsihçi öyrənməlidir ki, ona lazım olan yeganə müdafiə Məsihdir. 
Məsih vasitəsilə Allah tərəfindən artıq qəbul edildiyinizi və bağış-
landığınızı anlamaq sizə kömək edəcək ki, tamamilə Ondan asılı 
ola biləsiniz. 
Allah haqqında aldana bildiyimiz yollar
İman etmək həqiqətə Kəlama uyğun olan cavab verməkdir və 
Allahın  dediklərinə  inanmaq  bizim  hər  birimizin  edə  bildiyimiz 
seçimdir. Əgər siz «mən Allaha inanmaq istəyərdim, amma inana 
bilmirəm» deyirsinizsə, onda siz aldanırsınız. Əlbəttə, siz Allaha 
inana bilərsiniz, çünki Allahın dedikləri həmişə doğrudur. 
Bəzən Onun haqqında yalanlara inandığımıza görə Ata Allaha 
iman ilə addımlamaqda bizə maneçiliklər olur. Allah qorxusu Ona 
(Onun müqəddəsliyinə, qüdrətinə və hüzuruna ehtiram) hörmətdir, 
amma bu qorxu Onun övladlarına vahimə gətirməməlidir. Roma 
8:15-də deyilir ki, «Axı siz köləlik ruhunu almadınız ki, yenə də 
qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun 
vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik». Aşağıdakı çalışma 
həmin yalanların zəncirlərini qırmağa kömək edəcək və Onunla 
yaxın  «Abba,  Ata»  ünsiyyətində  yaşamağa  başlamaq  üçün  sizə 
imkan verəcək. 
Aşağıdakı siyahıda verilənləri bir-bir, soldan-sağa oxuyun. Hər 
bir bəndə siyahının üstündə olan yağlı şriftlə yazılmış sözlərdən 
başlayın. Siyahıları başdan-ayağa ucadan oxuyun.


Məsihdə azadlıq addımları 
213
Mənim Ata Allahım_____
yalanını inkar və rədd 
edirəm.
Mənim Ata Allahım_____həqiqətini 
sevinclə qəbul edirəm.
1. uzaqdadır və laqeyddir
1. yaxındadır və mənimlə maraqlanır  
(Məzmur 139:1-18)
2. diqqətsizdir və qayğı çəkmir
2. xeyirxah və rəhmlidir (Məzmur 103:8-14)
3. sərt və tələbkardır
3. qəbul edir, sevinc və məhəbbətlə doludur  
(Sefanya 3:17; Roma. 15:7)
4. etinasız və soyuqqanlıdır
4. çox sevəndir və incəqəlblidir (Yeşaya 40: 11;  
Huşə 11:3, 4)
5. mənimlə deyil və ya mənim 
üçün vaxtı yoxdur
5. həmişə mənimlədir və mənimlə olmağa can atır 
(Yeremya 31:20; Yezekel 34:11-16; İbr. 13:5)
6. etdiyim işlərdən heç vaxt 
razı qalmır, səbirsizdir və ya 
qəzəblidir
6. səbirlidir və tez hirslənmir (Çıxış 34:6;  
2 Peter 3:9)
7. rəhmsiz, qəddar və ya 
daşürəklidir
7. mehriban, həlim və məni müdafiə edəndir  
(Məzmur 18:2; Yeremya 31:3; Yeşaya 42:3)
8. həyatdan bütün əyləncəni 
götürməyə çalışan
8. etibarlıdır və mənə bol həyat vermək istəyir;  
Onun iradəsi yaxşı, razı salan və kamildir  
(Mərsiyə. 3:22, 23; Yəhya 10:10; Roma. 12:1, 2)
9. öz fikrini yeridir və ya öz 
iradəsinə tabe etdirir
9. lütf və mərhəmət ilə doludur; hətta uğursuzluğa 
düçar olsam da, mənə böyüməyə və öyrənməyə 
imkan verir (Luka 15:11-16; İbr. 4:15, 16)
10. ittiham edir və bağışlamır
10. ürəyiyumşaqdır və bağışlayandır; Onun 
 ürəyi və əlləri həmişə mənim üçün açıqdır  
(Məzmur 130:1-4; Luka 15:17-24)
11. xırdaçıdır, ciddidir və ya hər 
şeyə irad tutandır
11. mənim böyüməyimi istəyir və Özünün böyüyən 
bir övladı kimi mənimlə fəxr edir  
(Roma. 8:28, 29; 2 Kor. 7:4; İbr. 12:5-11)
Mən Onun göz bəbəyiyəm!  (Qan. Tək. 32:10)


214
Buxovları qıran
Qorxularımızın bizi aldatdığı yollar
Həqiqətdə  gəzməyin  və  aldatmanı  rədd  etməyin  əsas  hissəsi 
həyatlarımıza əziyyət verən qorxuları aradan qaldırmaqdır. 1 Peter 
5:8 deyir ki, bizim düşmənimiz şeytan nərildəyən və kimisə aşır-
maq  istəyən  aslan  kimi  dolaşır.  Aslan  nəriltisi  onu  eşidənlərin 
ürəklərinə  qorxu  saldığı  kimi  şeytan  da  beləcə  məsihçiləri  iflic 
etmək üçün qorxudan istifadə edir. Onun hədə-qorxu gətirən tak-
tikaları bizim Allaha olan imanımızı oğurlamaq və dünya, yaxud 
cismani  təbiət  vasitəsilə  ehtiyaclarımızı  ödəməyə  sürükləmək 
üçün nəzərdə tutulub. 
Qorxu bizi zəiflədir, eqoist edir və beynimizi elə dumanlan-
dırır ki, yalnız bizi qorxudan şeylər barəsində fikirləşə bilərik. 
Amma qorxu bizi yalnız o halda idarə edə bilər ki, biz ona im-
kan verək. 
Lakin Allah, qorxu da daxil olmaqla, heç bir şeyin üzərimizdə 
ağalıq  etməsini  istəmir  (1  Kor.  6:12).  İsa  Məsih  bizim  yeganə 
Ağamız  olmalıdır  (Yəhya  13:13;  2  Timotey  2:21).  Qorxu-
nun  əsarətindən  azad  yaşamağa  və  Allaha  imanla  addımlamaq 
qabiliyyətini əldə etməyə başlamaq üçün səmimi qəlbdən bu duanı 
edin:
Əziz  göylərdə  olan  Atam,  mən  etiraf  edirəm  ki, 
mən  iblisin  nəriltisinə  qulaq  asmışam  və  qorxunun 
üzərimdə ağalıq etməsinə icazə vermişəm. Mən həmişə 
Sənə  iman  edərək  gəzməmişəm,  əksinə,  fikrimi  öz 
hisslərimə  və  vəziyyətlərə  yönəltmişəm.  İmansızlığı-
ma görə məni bağışladığına görə Sənə minnətdaram. 
İndi  mən  qorxu  ruhunu  inkar  və  rədd  edirəm  və 
həqiqəti  təsdiq  edirəm,  yəni  Sən  mənə  qorxu  ruhu 
deyil, qüdrət, məhəbbət və ağıllı-kamallı olmaq ruhu 
vermisən. Rəbbim, xahiş edirəm, indi məni idarə edən 
bütün  qorxuları  göstərəsən  ki,  mən  onları  inkar  və 
rədd  edim  və  Sənə  iman  edərək  addımlamaq  üçün 
azad olum.


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə