Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə61/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

Məsihdə azadlıq addımları 
201
iştirakı inkar və rədd etməlisiniz. Ola bilsin ki, siz həmin vaxt baş 
verənlərin şər olduğunu ağlınıza belə gətirmirdiniz. Yenə də bunu 
inkar və rədd edin. 
Əgər nəsə ağlınıza gəlirsə və onun haqqında nə etməli olduğu-
nuzu bilmirsinizsə, inanın ki, Allahın Ruhu etdiyiniz duaya cavab 
verir və ona görə də həmin ağlınıza gələn şeyi inkar və rədd edin. 
Aşağıda «Qeyri-məsihçi ruhani siyahısına» diqqət yetirin. Bu si-
yahı ən çox yayılmış okkult, kult və qeyri-məsihçi dini qruplarının 
və fəaliyyətlərinin çoxunu əhatə edir. Düzdür, bu, tam bir siyahı 
deyil. Siz bu siyahıya şəxsən məşğul olduğunuz başqa şeyləri də 
əlavə edə bilərsiniz.
Həmin  siyahıdan  sonra  inkar  və  rədd  edilməli  olan  başqa 
şeylərdən  agah  olmağınız  üçün  tərtib  edilən  əlavə  suallar  veri-
lib.  Həmin  sualların  aşağısında  qısa  etiraf,  inkar  və  rəddetmə 
duası var. Bu şəxsi qiymətləndirmə zamanı inkar və rədd etmək 
üçün Müqəddəs Ruhun fikrinizə gətirdiyi qrupları, təlimləri və ya 
fəaliyyətləri boş yerlərə qoyaraq ucadan dua edin. 
Qeyri-məsihçi ruhani siyahısı: 
(İştirak etdiyiniz bütün fəaliyyətlərə işarə qoyun)

Cadular və ya lənətlər

Trans/hipnoz

Ruh bələdçiləri

Fala baxmaq/baxıcılıq (müqəddəs kitablar, kofe, kart, noxud, 
şəkil, güzgü və s. ilə baxma)

Cadugərlik/sehrbazlıq

Satanizm

Ovuc oxumaq

Astrologiya/ulduz falı

Qara və ya ağ magiya

Ruh çağırmaq

Qanla saziş bağlamaq

Talismanlar (göz muncuqları, iynə-sancaq, heyva ağacı və s.) 

Mistika


202
Buxovları qıran

Yapon idman növləri (döyüşkən ruhlara özlərini həsr etmək)

Mövhumatçılıq (başınıza duz dolandırmaq, yatanda başın al-
tına güzgü, çörək, bıçaq, qayçı qoymaq, çildağ etmək, qurğu-
şunla qorxunu götürmək, axşam evi süpürməmək və s.)

Atəşpərəstlik, zərdüştlük

Yoqa

Üzərlik yandırmaq

Evlərdə tikan asmaq

Ekstrasenslik 

Yeqova şahidləri 

Masonluq (XVIII əsrdə yaranmış dini-fəlsəfi cərəyan)

Telepatiya

Göbəkkəsmə

Pirlərə, «müqəddəs yerlər»ə ziyarətlər

Qurban kəsmək

Ruzi-bərəkət, xoşbəxtlik, bəxt açma duaları yazdırıb gəzdirmək

Cin tutmaq

Novruz bayramında olan inanclar

Ateizm haqqında dərslər

Başqa qeyri-məsihçi dinlər və kultlar

Okkult və ya qəddarlığı, zorakılığı tərənnüm edən verilişlər və 
ya oyunlar

Rəbbin sizin yadınıza saldığı (xüsusilə, şeytanı izzətləndirən, 
qorxu,  qarabasmalar  yaradan,  həddən  artıq  dəhşətli  olan, 
bədəni həyəcanlandıran) filmlər, televiziya proqramları, mah-
nılar, kitablar, jurnallar və ya komediyalar. Onları aşağıda sa-
dalayın:
Aşağıda inkar və rədd edilməli olan başqa şeylərdən agah olma-
ğınız üçün tərtib edilən bəzi suallar verilib. 
1. Heç otağınızda hansısa bir ruhani varlığı görmüsünüz-
mü, eşitmisinizmi və ya hiss etmisinizmi? 
2. Təkrarlanan qarabasmalar olurmu? Xüsusilə, onunla 
birlikdə gələn qorxunu inkar və rədd edin.


Məsihdə azadlıq addımları 
203
3. İndi  və  ya  nə  vaxtsa  bələdçilik  və  ya  yoldaşlıq 
təklif  edən  xəyali  dostunuz,  ruh  bələdçiniz,  yaxud 
«mələyiniz» var və ya olubmu? (Əgər onun adı varsa, 
onu adı ilə inkar edin).
4. Heç başınızda səslər eşitmisinizmi və ya sanki başı-
nızda söhbət gedirmiş kimi, təkrarlanan, əzab verən 
«Mən  axmağam»,  «Mən  kifirəm»,  «Heç  kim  məni 
sevmir»,  «Mən  heç  nəyi  düz  edə  bilmirəm»  kimi 
düşüncələriniz olubmu? (Həmişə əzab verən hər bir 
düşüncəni yazın.).
5. Heç baxıcı, falçı və ya ruhçağıran yanına getmisinizmi?
6. Heç siz başqa planetdən gələn varlıqlar görmüsünüz-
mü və ya onlarla ünsiyyət saxlamısınızmı? 
7. Siz heç gizli əhd bağlamısınızmı və ya vəd vermisiniz-
mi?
8. Heç şeytanın mərkəzi yeri tutduğu konsertdə və ya 
hansısa şeytani ayinlərdə iştirak etmisinizmi? 
9. Başqa  şər,  çaşdırıcı  və  ya  qorxuducu  ruhani  həyat 
təcrübələriniz hansılardır? 
Öz siyahınızı və suallarınızı bitirdikdən sonra ucadan aşağıdakı 
duanı etməklə məşğul olduğunuz hər bir şeyi inkar və rədd edin: 
Rəbbim,  mən  ________  iştirak  etdiyimi  etiraf 
edirəm.  Bunun  sənin  gözündə  pis  və  günahlı  oldu-
ğunu bilirəm. Bağışladığına görə sənə minnətdaram. 
Mən ________ ilə əlaqəli bütün şeyləri inkar və rədd 
edirəm,  eləcə  də,  bu  fəaliyyət  vasitəsilə  həyatımda 
şeytanın  qazandığı  hər  bir  yeri  ləğv  edirəm.  İsanın 
adı ilə, amin. 
Birinci yeri tutan səhv şeyləri inkar və rədd etmək
Bizim  üçün  ən  vacib  olan  kimdirsə  və  ya  nədirsə,  o,  bizim 
səcdə etdiyimiz bir şeyə çevrilir. Bizim düşüncələrimiz, sevgimiz, 


204
Buxovları qıran
imanımız, sitayişimiz və itaətimiz başqa şeylərdən daha çox bu 
ən vacib olana istiqamətlənir. Bizim ibadət etdiyimiz, həqiqətən, 
Allahımız və ya allah(larımız)dır. 
Biz  həqiqi  və  var  olan  Allaha  ibadət  etmək  üçün  yaradılmı-
şıq. Əslində, Ata Ona ruhda və həqiqətdə ibadət edənləri axtarır 
(Yəhya 4:23). Allahın bir övladı kimi «bunu da bilirik ki, Allahın 
Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də 
Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi 
həyat Odur» (1 Yəhya 5:20). 
Həvari  Yəhya  yuxarıdakı  ayədən  sonra  xəbərdarlıq  edir:  «Ey 
övladlar,  özünüzü  bütlərdən  qoruyun!»  (1  Yəhya  5:21).  Büt  ya-
lançı  allahdır,  həqiqi  Allahdan  başqa  ibadət  etdiyimiz  istənilən 
şeydir. Biz heykəllərin qarşısında səcdə etməsək də, bizim üçün 
hiss etmədən bu dünyanın insanları və şeyləri Rəbdən daha vacib 
ola bilər. Aşağıdakı dua «Allahın Rəbbə səcdə et və yalnız Ona 
ibadət et» (Matta 4:10) seçimini edən ürəyin qərarını ifadə edir. 
Əziz  Rəbb  Allahım,  başqa  şeylərin  və  insanların 
mənim üçün Səndən daha çox vacib olmasına imkan 
verməyin necə də asan olduğunu bilirəm. Mən eləcə 
də bilirəm ki, bu, Sənin müqəddəs gözlərində dəhşətli 
dərəcədə  günahlı  bir  şeydir,  çünki  əmr  vermisən  ki, 
Səndən başqa «mənim allahlarım olmasın». 
Mən etiraf edirəm ki, Səni bütün qəlbimlə, varlığım-
la və ağlımla sevməmişəm. Buna görə də birinci və ən 
böyük əmri pozaraq Sənə qarşı günah işlətmişəm. Mən 
tövbə edirəm, bu bütpərəstlikdən üz döndərirəm və indi 
ilk məhəbbətim kimi, Rəbbim İsa, Sənə doğru gəlirəm. 
Həyatımda  olan  bütün  bütləri  mənə  aşkar  etməni 
Səndən  xahiş  edirəm.  Mən  onların  hər  birini  inkar 
və rədd etmək istəyirəm və belə edərək bütpərəstliyim 
ilə  həyatımda  şeytanın  qazandığı  hər  bir  yeri  ləğv 
edirəm. İsanın, həqiqi Allahın adı ilə, amin. 
(Çıxış 20:3; Matta 22:37; Vəhy 2:4, 5-ə baxın.)


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə