Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə62/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

Məsihdə azadlıq addımları 
205
Aşağıdakı siyahı həqiqi Allahdan, İsa Məsihdən daha vacib olan 
insanları  və  ya  şeyləri  bilməkdə  sizə  kömək  edə  bilər.  Aşağıda 
verilənlərin çoxusunun (və ya hamısının) özlüyündə pis olmadığı-
na diqqət yetirin; onlar həyatlarımızın Rəbbi kimi Allahın qanuni 
yerini işğal edəndə bütlərə çevrilir. 

Həyatım üçün başlıca məqsəd

Qida  və  yeməli/içməli,  yaxud  narkotik  kimi  qəbul  edilməli 
şeylər

Pul/var-dövlət

Kompyuter/oyunlar/proqramlar

Maliyyə təhlükəsizliyi

Rok ulduzlar/media ulduzlar/idmançılar

Məbəd fəaliyyətləri 

Televizor/kinolar/mahnılar/başqa media vasitələri

İdman növləri və ya bədəni formada saxlamaq üçün idmanlar

Əyləncə/Həzz gətirən şeylər

Xidmət

Xarici görkəm

İş

Biznes/fəaliyyət

Dostlar

Səlahiyyət/idarəetmə

Oğlan dostu/qız dostu

Bəyənilmək/başqaları tərəfindən sevilmək

Həyat yoldaşı

Bilik/düzgün olmaq

Uşaqlar

Hobbilər

Valideynlər
Müqəddəs Ruhun sizin ağlınıza gətirdiyi hər bir bütpərəstliyi və 
ya səhvən birinci yerə qoymanı inkar və rədd etmək üçün aşağı-
dakı duadan istifadə edin. 


206
Buxovları qıran
Həqiqi  və  var  olan  Allahın,  İsa  Məsihin  adı  ilə 
mən (büt adı) yalançı allaha olan ibadətimi inkar və 
rədd edirəm. Rəbbim,mən yalnız Sənə ibadət etməyi 
seçirəm. Ata, mən Səndən xahiş edirəm ki, həyatımda 
(büt  adı)  sahəsini  öz  düzgün  yerində  saxlamağa 
kömək edəsən. 
Əgər  siz  şeytani  ayinlərdə  və  ya  güclü  okkult  fəaliyyətində 
iştirak  etmisinizsə  (və  ya  ört-basdır  edilmiş  xatirələr,  ciddi  və 
təkrarlanan  qarabasmalar,  cinsi  əsarət,  yaxud  funksiya  pozğun-
luğuna görə bundan şübhələnirsinizsə) «Şeytani ayinlərlə məşğul 
olmaya görə xüsusi inkar və rədd etmələr»i uca səslə deməyinizi 
sizdən olduqca xahiş edirik. Sütunlarda olan eyni bəndləri birgə 
oxuyun, «Qaranlığın əraziləri» sütununda olan birinci bəndi inkar 
və  rədd  edin,  sonra  «Nurun  padşahlığı»  sütununda  olan  birinci 
həqiqəti bəyan edin. Bu yolla bütün səhifəni oxuyun.
«Xüsusi inkar və rədd etmələr» siyahısına əlavə olaraq, Rəbb 
başqa  şeytani  ayinləri,  əhdləri  (vədlər)  və  tapşırıqları  ağlınıza 
gətirdikcə ayrıca inkar və rədd edilməlidir. 
Şeytani ayin zorakılığına məruz qalan bəzi insanların öz ağ-
rılarından  uzaqlaşmaq  istədikləri  zaman  şəxsiyyətləri  ikiləşir. 
Əgər sizdə də bu hal varsa, bu problemin həll edilməsində sizə 
kömək etmək üçün ruhani münaqişəni başa düşən bir adam lazım 
gələcək.  Hələlik  isə,  bacardığınız  qədər  yerdə  qalan  «Məsihdə 
azadlıq addımlarından» keçin. Əsas şəxsiyyətdən törənmiş əlavə 
şəxsiyyətlər  əsas  şəxsiyyətlə  birləşməzdən  əvvəl  həyatınızda 
olan  hər  bir  şeytani  istehkamı  dağıtmaq  vacibdir.  Əvvəl-axır, 
törənmiş hər bir əlavə şəxsiyyət (əgər sizdə də belə hal varsa) 
təyin  edilməlidir  və  onu  yaradan  məsələlərin  həll  edilməsində 
yardım göstərilməlidir. Sonra bütün şəxsiyyətlər Məsihdə birləşə 
bilər.


Məsihdə azadlıq addımları 
207
Qaranlığın əraziləri
Nurun padşahlığı
1.
 
Mən şeytana qoşulmağımı yazılı 
surətdə imzaladığımı, eləcə də, 
başqasının mənim üçün bunu etdi-
yini inkar və rədd edirəm.
1.
 
Mən indi adımın Quzunun Həyat 
Kitabında yazıldığını bəyan edirəm.
2.
 
Mən şeytanla nişanlandığım hər bir 
ayini inkar və rədd edirəm.
2.
 
Mən Məsihin gəlini olduğumu 
bəyan edirəm.
3.
 
Mən şeytana verdiyim hər bir əhdi, 
sazişi, yaxud vədi inkar və rədd 
edirəm.
3.
 
Mən əvvəlki hər bir əhdin əvəzinə, 
yalnız İsa Məsih ilə yeni əhd bağla-
dığımı bəyan edirəm.
4.
 
Mən görməli olduğum işlər, nikah 
və uşaqlarım da daxil olmaqla 
həyatım üçün bütün şeytani tapşı-
rıqları inkar və rədd edirəm. 
4.
 
Mən yalnız Allahın iradəsini yerinə 
yetirmək və onu bilmək üçün özü-
mü həsr edirəm və bəyan edirəm. 
Həyatımda yalnız Onun idarəçiliyini 
qəbul edirəm.
5.
 
Mənim üçün təyin olunan bütün ruh 
bələdçilərini inkar və rədd edirəm.
5.
 
Mən yalnız Müqəddəs Ruhun 
idarəçiliyini qəbul edirəm və bəyan 
edirəm.
6.
 
Mən şeytana xidmət edərək verdi-
yim qanı inkar edirəm.
6.
 
Mən yalnız Rəbbim, İsa Məsihin 
tökülmüş qanına inanıram.
7.
 
Mən şeytani ibadətdə yediyim əti 
və ya içdiyim qanı inkar və rədd 
edirəm.
7.
 
İman ilə mən Müqəddəs olan 
Rəbbin Süfrəsini, Rəbb İsanın 
bədənini və qanını qəbul edirəm.
8.
 
Mənim üçün təyin olunan bütün 
şeytani qəyyumları və valideynləri 
inkar və rədd edirəm.
8.
 
Mən bəyan edirəm ki, Allah 
mənim göylərdə olan Atamdır və 
məni möhürləyən Müqəddəs Ruh 
qəyyumumdur.
9.
 
Mən şeytanla birləşmək üçün hər 
hansı bir vəftizi inkar və rədd 
edirəm.
9.
 
Mən bəyan edirəm ki, İsa Məsihlə 
birləşmək üçün vəftiz olunmuşam və 
indi mənim kimliyim yalnız Ondadır.
10.
 
Mənə görə edilən hər hansı bir 
qurbanı, yəni şeytanın mənə sahib-
karlıq etmək istəyinə imkan verən 
qurbanı inkar və rədd edirəm.
10.
 
Mən yalnız Məsihin qurbanının 
üzərimdə iddiası olduğunu bəyan 
edirəm. Mən Ona məxsusam. Mən 
Quzunun qanı ilə satın alınmışam.


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə