Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə59/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

Özünü idarə etməniitirmək təhlükəsi  
193
masına icazə verə bilsəydim – hamı onu sevərdi. Bircə 
özüm ola bilsəydim… həyat elə asan və xoşbəxt olardı. 
Lakin bu baş verənə qədər içərimdə onunla danışıram. 
Biz bu gün nə edəcəyimiz, yeməyə haraya gedəcəyimiz, 
nə  geyinəcəyimiz,  kiminlə  danışacağımız  haqqında 
danışırıq.  Bəzən  o,  yaxşı  ideyalar  ortaya  atır  və  belə 
ağıllı  və  qabiliyyətli  olmağıma  görə  qürur  hissi  duyu-
ram. Mən fikirləşirəm ki, «bircə insanlar daxilən məni 
tanısaydılar», «onlar məni həqiqətən sevərdilər». Bəzən 
onun mənasız şeylər danışdığını eşidirəm. «Mən əslində 
bunu etməməliyəm» — deyə, düşünürəm. «Bu, çox yax-
şı deyil. Bu, kiminsə xətrinə dəyə bilər. Bu, axmaq bir 
şeydir.» Mən həmin vaxtlar ona qulaq asmıram. Amma 
mən etiraz etmirəm. Mən onunla danışmağı xoşlayıram, 
ona görə də danışmaqda davam edirəm. 
Bir gün bizim aramızda bəzi şeylər dəyişildi. Mənim 
həyatım yaxşı idi, amma Allahla daha yaxın münasibət 
arzusunda  idim.  Mən  keçmişimdən  şəfa  tapmaq  və 
ürəyimdə  daşıdığım  ağrılardan  sağalmaq  istəyirdim. 
Kimsə mənə dedi ki, «Məsihdə azadlıq addımları» adla-
nan bir şeydən keçməliyəm və mən də məsləhətçi ilə gö-
rüş təyin etdim. Mən daxilimdə olan dostum haqqında 
düşünmürdüm, mən özüm haqqında düşünürdüm. 
Məsləhət  vermə  görüşündə  məndən  bəzi  duaları 
və  Kəlamı  ucadan  oxumaq  xahiş  edildi.  Mən  bunları 
edərkən ağlım qarışdı və mən fikrimi toplaya bilmədim. 
Həm də ağlımda onunla danışmağa çalışanda çaşıb qa-
lırdım. Mən onu aydın eşidə bilmirdim. Mən qorxmağa 
başladım,  ürəyim  sürətlə  döyünməyə  başladı  və  bərk 
hirsləndim.  Mən  silkələndim.  Daxilimdə  olan  dostum 
harada idi? Birdən birə o, niyə qəzəblənmişdi? Nə baş 
vermişdi? Mənə nə olmuşdu? 
Sonra mən bildim. O, mənim dostum deyildi. O, əsl 
mən deyildi. O, mənim Allahla düzgün münasibətdə ol-
mağımı istəmirdi. Bu, anlaşılmaz idi, çünki mən bunu 


194
Buxovları qıran
etmək  istəyirdim.  Mən  onun  öz  tərəfimdə  olduğunu 
düşünürdüm. Amma mən səhv düşünürdüm. Uca səslə 
məni tərk etməsini söyləməli oldum. Uca səslə? Onun 
fikirlərimi oxuya bilmədiyi mənə deyiləndə bu fikir mənə 
qəribə  göründü.  Lakin  bunu  başa  düşürdüm…o,  Allah 
deyildi və o, hər şeyi bilmirdi. Beləliklə, ona uca səslə 
məni tərk etməsini söylədim…və o getdi.
Və  sükut  çökdü.  Artıq  ağlımda  heç  bir  söhbət  get-
mirdi. Mən onun üçün darıxdım. Mən bilirəm ki, darıx-
mamalıyam, amma nə edim. Onun mənim üçün yaxşı 
olmadığını  bildim  və  Allah  istəyirdi  ki,  onunla  deyil, 
Allahın Özü ilə danışım. Onunla danışmamaq mənə ağır 
gəlirdi.  Mən  sükuta  dözə  bilmirdim…  mən  özümü  tək 
hiss edirdim. O, geriyə qayıtmağa çalışdı və bu, məni 
qorxutdu. O hirsli idi və düşmən mövqeyində idi. Özü-
mü mənə xəyanət edilmiş kimi hiss edirdim. Amma bir 
müddət  keçdikdən  sonra  mən  sükuta  öyrəşdim.  Mən 
Allahla  söhbət  etməyi  mənə  xatırlatmaq  üçün  bundan 
istifadə etdim. Allah onun cavab verdiyi kimi cavab ver-
mirdi.  Mən  Allahın  səsini  onun  səsini  eşitdiyim  kimi 
eşidə  bilmirdim.  Lakin  Onunla  danışmaq,  Onun  üçün 
mahnı oxumaq mənə böyük zövq verirdi. Mən həqiqətən 
özümü Ona yaxın… Onun qayğımı çəkdiyini hiss edir-
dim. Bir müddətdən sonra mən sükutu unutdum. 
Müəyyən  vaxtdan  sonra  yenə  özümü  tənha  hiss  et-
dim.  Mən  sükutu  yaddan  çıxardım  və  hiss  etmədən 
özüm-özümlə  söhbət  etdiyimi  gördüm.  Bir  gün  dua 
edənə qədər mənim həyatım çaşqınlıq içərisində idi və 
bunun  səbəbini  tapa  bilirdim.  Mənə  kömək  lazım  idi, 
məni tərbiyələndirən dostum mənə kömək etmək istədi. 
O, üsyankarlığım və Allahdan kənar müstəqil yaşamağı 
necə dayandırmalı olduğum haqqında mənimlə danışdı. 
Elə  o  vaxt  daxilimdən  uca  səslə  «MƏN  ALLAHDAN 
ASILI DEYİLƏM» eşitdim. Bu, məni qorxuya saldı. Bu, 
mən idim? Doğrudanmı mən belə hiss edirəm? Yox, belə 


Özünü idarə etməniitirmək təhlükəsi  
195
deyil…  o,  geriyə  qayıdıb.  Sonra  mən  hirsləndim,  çün-
ki mən onun qayıtmasına imkan vermişdim. Mən onun 
çıxıb getməyini istəyirdim, amma mən hərəkət edə bil-
mirdim  və  heç  nə  deyə  bilmirdim.  Dostum  mənimlə 
dua  etdi  və  mən  başımı  aşağı  əydim.  O,  mənə  dedi 
ki,  göyləri  nurla,  çıraqdanlarla  və  Allahın  kürsüsü  ilə 
təsvir edim. Mən, həqiqətən, bunu görməyə başladım və 
sakitləşdiyimi hiss etdim. Lakin sonra səs üstümə «Yox! 
Yox!  Yox!»  deyə  qışqırmağa  başladı.  Bu  səbəbdən  də 
gözlərimi açdım və təslim oldum. Ürəyim bərkləşməyə 
başladı və mən, həqiqətən, hər bir şeyi Allaha vermək 
istəmirdim. Mən hələ də idarə etmək istəyirdim. Əldən 
buraxmaq istəmədiyim bəzi şeylər var idi. 
Lakin daxilən yenidən sükutu arzulayırdım. «Necə də 
qəribədir» — deyə, mən fikirləşirdim. «İlk dəfə mənim 
xoşlamadığım  bir  şey  azadlığıma  çevrilmişdi.»  Mənim 
daxilimdə bir vuruşma gedirdi, ya Allaha dua etməliydim, 
ya da Ondan qaçmalıydım. Qaçmaq elə asandır ki, indi 
edə  bildiyimi  təxirə  salmaq  elə  asandır  ki.  Amma   
EMOSİYALARIMA baxanda tövbə etmək istəmirdim. 
Mən təslim olmalı olduğumu bilsəm də, EMOSİYALARIMA 
baxanda təslim olmaq istəmirdim. Mən emosiyalarımın nə 
vaxtsa buna imkan verəcəyinə şübhə edirdim. 
Bu anda «Məsihdə azadlıq addımlarında» olan sözlər 
nəzərimə  çarpdı.  Orada  yazılmışdı:  «Emosiyalarımıza 
əsasən deyil, qərara gəlməyimizə əsasən iman edirik». 
Ona görə də mən qərara gəldim ki, addımları atım. 
İndi mən gözəl sükutda yaşayıram. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə