Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə43/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   82

144
Buxovları qıran
şamağa  başlayanda,  qida  bizi  artıq  məmnun  etmir.  Əksinə,  bu, 
bizim bütün diqqətimizi cəlb edir və milyonlarla insan qida üçün 
olan  iştahlarını  idarə  etməkdə  gücsüz  olurlar.  Bədəniniz  lazımi 
qidalı maddələri əldə etməyəndə sizi sağlam saxlayacaq və immun 
sisteminizin  fəaliyyətini  davam  etdirəcək  ərzaqları  təbii  olaraq 
çox istəyəcəksiniz. Əgər siz həmin təbii iştahı razı salmaq üçün 
yeyirsinizsə,  onda  siz  sağlam  qalacaqsınız  və  azad  olacaqsınız. 
Amma  siz  narahatçılığı  yüngülləşdirmək  və  ya  şirniyyata,  duza 
və  s.  olan  həvəsi  razı  salmaq  üçün  yeməyə  əl  atanda  özünüzə 
hakim ola bilməyəcəksiniz və nəticələr sizin sağlamlığınıza mənfi 
surətdə təsir göstərəcək. 
Paulun  «gələcəkdə  bəziləri  imandan  dönəcək,  aldadıcı  ruhla-
ra və cinlərin təlimlərinə qulaq asacaqlar» (1 Timotey 4:1) ciddi 
xəbərdarlığı  ilə  əlaqədar  olaraq  yeməkdən  sui-istifadə  haqqında 
xatırlatması  təsadüfi  hal  deyil.  Axır  zamanların  əlamətlərindən 
biri normal ehtiyac olan yeməklərdən çəkinməyi söyləyən insan-
lardır (3-cü ayə). Anoreksiya
9
 və bulimiya
 10
qidalanma pozğunluğu 
adlanan xəstəlikdir, amma onlar yeməklə çox az əlaqəlidir. Başlıca 
məsələ aldanmadır. 
Heç  cavan  qadınların  damarlarını  kəsmələrinin,  həddən  artıq 
yeyib  sonra  özlərini  qusdurmalarının,  yaxud  özlərini  nəcis  ifraz 
etməyə məcbur etmələrinin səbəbini bilmək istəmisinizmi? Onlar 
özlərində şər nəyinsə olduğunu və onları bayıra çıxarmalı olduqla-
rını düşünürlər. Paul deyir: «Beləcə, bu nəticəyə gəlirəm ki, yax-
şılıq etmək istərkən məndə pislik üzə çıxır» (Roma. 7:21). Özünü 
kəsmə, qusma və ya nəcis ifraz etmə şərdən azad edə bilərmi? 
Əlbəttə, yox. Mən gün ərzində 75 işlətmə dərmanı qəbul edən bir 
cavan qadını bu sözləri deməyə həvəsləndirdim: «Mən nəcis ifraz 
etmə vasitəsilə özümü təmizləməkdən imtina edirəm; Mən yalnız 
Məsihin  təmizləmək  işinə  inanıram».  O,  bu  sözləri  deyən  kimi 
ağlamağa  başladı  və  beləcə,  on  dəqiqə  dayanmadan  ağlamaqda 
davam  etdi.  O,  sakitləşəndən  sonra:  «Sən  bu  vaxt  ərzində  nə 
9  Bu, arıq olmaq üçün ac qalmaqla bədəni taqətdən salmaqdır.
10 Hər gün həddindən artıq yemək yeyəndən sonra özünü qusdurmaqdır. 


Öz istəyini etməyə sövq olunmaq 
145
fikirləşirdin?» — deyə, ondan soruşdum. O: «Mən inana bilmirəm 
ki, əvvəllər belə yalanlara inanmışam!» — deyə, cavab verdi. Bir 
konfransdan sonra bir pastorun həyat yoldaşı mənə bu məktubu 
yazmışdı: 
Sizin  konfransda  bizimlə  bölüşdüyünüz  həqiqət 
vasitəsilə  həyatımda  Rəbbin  etdiyi  işlərin  hamısını 
danışa bilmərəm. Mən indi düşmənin aldatma meto-
dundan daha çox agaham, bu, güclü və xeyirxah Xi-
laskarıma görə məndə əsl minnətdarlıq hissi yaradır. 
Mən 11 il ərzində bulimiyadan əzab çəkirdim. Amma 
indi mən yemək dolu mətbəxlə evdə bütün günü tək ola 
bilərəm və sülhdə qala bilərəm. Şeytan mənim ağlıma 
şirnikləndirici  bir  fikir  və  ya  yalan  gətirəndə  mən 
onu cəld həqiqətlə dəf edirəm. Mən həmişə yeməkdən 
qorxaraq,  saatlarla  həmin  yalanların  əsarəti  altın-
da  olardım.  İndi  mən  həqiqətin  gətirdiyi  azadlıqda 
sevinirəm. 
Cilovlanmayan cinsi ehtiraslar
Paul, həmçinin, axır zamanlarda evlənməyi qadağan edən ya-
lançılar haqqında xatırladır (1 Timotey 4:3). Paul subaylığın yaxşı 
olduğunu öyrədirdi, amma «əxlaqsızlığın qabağını almaq üçün hər 
kişinin öz arvadı, hər qadının da öz əri olsun» (1 Kor. 7:2) deyə 
yazırdı.  Cinsi  günahların  digər  günahlardan  fərqli  olduğu  görü-
nür. Paul yazırdı: «İnsanın etdiyi bütün digər günahlar bədəndən 
kənardadır,  amma  əxlaqsızlıq  edən  [zinakar]  öz  bədəninə  qarşı 
günah  edir»  (1  Kor.  6:18).  Mənim  yanıma  məsləhətə  gələn  in-
sanların demək olar ki, hər biri hansısa cinsi günahları etdiyini 
etiraf edib. Bəziləri qarşısıalınmaz şəhvətin əsarəti altında olub. 
Digərləri cinsi zorakılığın qurbanları olub. 
Cinsi  əlaqə  avtonom  sinir  sistemimizin  Allahdan  bizə  verilən 
bir  hissəsidir.  Normal  cinsi  əlaqə  həyatın  müntəzəm,  ritmik 
bir  hissəsidir.  Amma  İsa  «qadına  şəhvətlə  baxan  hər  adam  ar-


146
Buxovları qıran
tıq  ürəyində  onunla  zina  etmiş  olur»  (Matta  5:28)  deyəndə  O, 
Allahın cinsi əlaqə üçün yaratdığı sərhəddən kənar bir şeyi təsvir 
edirdi. Şəhvət epithumos sözüdür. Epi ön şəkilçisi «əlavə etmək» 
deməkdir, normal meylə əlavə edilən nəyisə ifadə edir. Ağlımızı 
şəhvətli düşüncələr ilə çirkləndirərək Allahın verdiyi cinsi əlaqəyə 
olan meylə nəyisə əlavə etməməyi İsa bizə xəbərdarlıq edir. Cinsi 
əlaqəyə meylinizi cilovlamaq üçün yeganə yol düşüncə həyatınızı 
cilovlamaqdır.  Aşağıdakı  şəhadətlik  çirklənmiş  ağlın  viranəliyə 
necə gətirib çıxardığını aşkar edir: 
Mən hər bir kəsin əla ailə hesab etdiyi evdə böyümüşəm. 
Mənim valideynlərim məsihçi idilər və məbədin işlərində 
yaxşı  iştirak  edirdilər.  Onlar  məhəbbətlərini  nümayiş 
etdirmək üçün var qüvvələrini sərf edirdilər. Mən cinsi 
yetişkənlik dövrünə çatanda hər bir gümrah oğlan kimi 
cinsi  əlaqə  ilə  maraqlanmağa  başladım.  Mənim  atam 
və  anam  məhrəm  söhbətləri  bölüşməyi  bacarmırdılar, 
ona  görə  də  çox  şeyləri  onların  evdə  olan  kitabından 
öyrənmişdim.
Həmin  kitabdan  masturbasiya  etməyi  öyrəndim. 
Üstündən  çox  az  müddət  keçmiş  mən  bunun  əsiri  ol-
dum. Çox keçməmiş pornoqrafiyanı tapdım və ona qul 
oldum.  Onları  dükanlardan  almaq  olardı  və  on  üç,  on 
dörd yaşlarında uşaqların onları alması satıcıların vecinə 
deyildi.  Mən  öz  kiçik  şəxsi  dünyamda  idim.  Zahirən 
mən məbəddəki yeniyetmə qrupuna qoşulmuş, məsihçi 
düşərgəsində məsləhətçi və məbəddə «əla ailə»nin üzvü 
olan məsihçi bir uşaq idim. Daxilən isə mən pornoqra-
fiya  və  şəhvətli  düşüncələrin  tamamilə  əsarəti  altında 
idim. 
Mən məsihçi ali məktəbinə daxil oldum. Orada şəhvətli 
vərdişlərimi qidalandırmaqda davam etdim. Mən gözəl 
məsihçi qız dostumla evləndim və ətrafımızda olan hər 
bir kəs üçün biz «ideal cütlük» idik. Amma mənim hələ 
də şəxsi dünyam var idi ki, bundan hətta arvadımın belə 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə