Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə42/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   82

Öz istəyini etməyə sövq olunmaq 
141
hər bir şeyi qarmalayırıq, buna ehtiyacımızın olduğuna inanırıq və 
Allahın bunu bizim üçün istəməsi ideyasını sübut etməyə çalışırıq. 
Allahın bizdən heç bir yaxşı şeyi əsirgəməyəcəyini səhv güman 
edərək, biz ehtirasla maddi rifahın ardınca qaçırıq. 
Allaha etibar etmək əvəzinə biz «bunu mənə sübut et» baxışını 
mənimsəyirik. Bu, şeytanın İsanı ikinci dəfə sövq etməsində əsas 
məğz  idi:  «Əgər  Sən  Allahın  Oğlusansa,  Özünü  aşağı  [məbədin 
ən yüksək zirvəsindən] at. Axı 'Allah Sənə görə mələklərinə əmr 
edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin' 
deyə yazılmışdır» (Matta 4:6). Amma İsa şeytanın «göstər mənə» 
oyununu oynamaq fikrində deyildi. O cavab verdi: «'Allahın Rəbbi 
sınama' deyə də yazılmışdır» (7-ci ayə). 
Mən pastor olanda məbədimin üzvlərindən bəziləri Allahı sına-
ğa çəkmək məsələsində bilmədən sövqolunmaya təslim olmuşdu-
lar. Mənim xərçəng xəstəliyindən əzab çəkən əziz bir dostum var 
idi. Amma məbəddə bir söz yayılmışdı ki, dörd bir-birindən asılı 
olmayan  «şahidlər»  Dikin  ölməyəcəyini  şəhadətlik  edirlər,  çünki 
Allah onlara belə demişdi. Bir neçə adam sevinclə «Allahın Dikə 
şəfa verəcəyi gözəl deyilmi!» deyə danışırdılar. Üç həftədən sonra 
Dik öldü. 
Əgər Dikin ölməyəcəyini bu insanlara deyən Allah idisə, onda 
bu, Allahı nə cür qələmə verir? Yalançı. Bəs Allah yalançıdırmı? 
Əlbəttə, yox; O həqiqətdir. Bu «yaxşı xəbər»in müəllifi, aydındır 
ki, yalanlar atası idi. Aldadıcı ruhlar Dik haqqında yalan yayırdılar 
ki, yanlış ümid yaratmağa çalışaraq məbədin Allaha olan etibarını 
dağıtsınlar.
Allah  bizə  borclu  deyil;  O,  yalnız  Özünə  borcludur.  Allahın 
mütləq  cavab  verməsinə  görə  duanı  yaxşı  ifadə  etməyiniz  üçün 
heç bir üsul yoxdur. Bu, təkcə duanın mənasını təhrifə uğratmır, 
eləcə də bizim Allahı öz iradəmizə tabe etdirməyə çalışdığımızı 
göstərir.  Saleh  insan  Allahın  yazılı  Kəlamına  imanla  yaşayacaq 
və şıltaqlıqlarının, yaxud arzularının necə gözəl olmasına baxma-
yaraq, onlara cavab verməklə Onun Özünü sübut etməsini tələb 
etməyəcək. Sınağa çəkilən Allah deyil, bizlərik. 


142
Buxovları qıran
Dünya malına görə təkəbbür 
Üçüncü sövqolunma mənbəyi «New Age» hərəkatının ürəyidir: 
öz  taleyimizi  idarə  etməyə,  öz  dünyamızı  idarə  etməyə,  öz  al-
lahımız olmağa sövqolunma. Şeytan qadağan edilmiş meyvə ilə 
Həvvanı  tovladı:  «O  meyvələrdən  yediyiniz  gün  gözləriniz  açı-
lacaq  və  xeyirlə  şəri  bilərək  Allah  kimi  olacaqsınız»  (Yar.  3:5). 
Şeytanın təklifi Allahın idarə etmək üçün daxilimizə qoyduğu ba-
carığı təhrifə uğratmışdır. O, belə bir fikri irəli sürür: «Allah kimi 
olmaq potensialı səndə var ikən Onun tabeçiliyi altında idarəçilik 
etməklə kifayətlənmə.» Şeytan Həvvanı «bu ağacın insana dərrakə 
verməsinə» inandırdıqdan sonra (6-cı ayə), o və Adəm meyvədən 
yedilər. 
Şeytanın  Adəm  və  Həvvaya  Allah  kimi  olacaqları  vədi  yalan 
idi. Adəm və Həvva sövqolunmaya təslim olanda onlar həyatlarını 
və Allahda olan mövqelərini itirdilər. Şeytan onların rollarını qəsb 
etdi və bu dünyanın allahı oldu.
Şeytan  eyni  fəndi  İsa  ilə  də  sınaqdan  keçirmək  istədi:  «İblis 
yenə İsanı çox yüksək bir dağa çıxardı. Ona dünyanın bütün pad-
şahlıqlarını və şan-şöhrətini göstərib dedi: 'Əgər Sən yerə qapanıb 
mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm'» (Matta 4:8, 
9). İsa şeytanın dünyanın padşahlıqlarını və onların şan-şöhrətini 
təklif etmək hüququnu sual altına qoymadı. Adəm və Həvva bun-
lardan məhrum edildikdən sonra şeytan bu dünyanın allahı olub 
bunlara malik olduğuna görə təklifi o edə bilərdi. Amma İsa şeyta-
nı məğlub etməkdən başqa heç bir şey etmək fikrində deyildi. Ona 
görə də o cavab verdi: «Rədd ol, şeytan! 'Allahın Rəbbə səcdə et 
və yalnız Ona ibadət et' deyə yazılmışdır» (10-cu ayə).
Dünya  malına  görə  təkəbbürlə  yaxınlaşan  şeytan  bizi  Allaha 
ibadətdən  uzaqlaşdırmaq  və  Ona  itaətkarlığımızı  dağıtmaq 
niyyətindədir. Allahın köməyinə və ya rəhbərliyinə ehtiyac duy-
madığınız,  Onunla  məsləhətləşmədən  həyatınızı  idarə  edə  bildi-
yiniz, heç kimə diz çökmək lazım olmadığını hiss etdiyiniz vaxt 
ehtiyatlı olun: Bu, dünya malına görə təkəbbürdür. Siz özünüzə 
xidmət  etdiyinizi  düşünə  bilərsiniz,  amma  siz  Allaha  ibadət  və 


Öz istəyini etməyə sövq olunmaq 
143
xidmət etməkdən dayandığınız zaman, əslində, şeytana ibadət və 
xidmət edirsiniz – bu, onun hər şeydən daha çox istədiyi bir şey-
dir. Əksinə, məsihçi həyatı Allaha təvazökar itaətkarlıqla və ibadət 
etməklə səciyyələnməlidir (Yəhya 15:8-10; 1 Peter 5:5-11). 
Yadda saxlayın, bu sövqolunma mənbələrində üç əsas məsələ 
əks olunub: 1) Allahın iradəsi: siz Allahdan asılı olacaqsınız; 2) 
Allah Kəlamı: siz Allaha etibar edəcəksiniz; və 3) Allaha ibadət: 
siz Allaha təvazökarlıqla ibadət edəcəksiniz. Şeytanın sizə atdı-
ğı  hər  sövqolunma  bu  məsələlərdən  birini  və  ya  hamısını  sual 
altına qoyacaq. O, sizin ən zəif yerlərinizi öyrənmək məqsədilə 
müşahidə edəcək və müdafiəsiz qoyduğunuz yerlərdə sizi sınağa 
çəkəcək.
B
ədənimizin ən böyük istəklərindən ikisi 
Allahın iradəsinə və Kəlamına zidd olan sövqedici düşüncələri 
biz niyə düşünürük? Gəlin açıq etiraf edək – biz düşünürük, çün-
ki istəyirik. Biz xoşlamadığımız yemək, qarşı cinsin cəlbedici ol-
mayan üzvləri, işdə arzuolunmaz irəliləyiş və s. tərəfindən sövq 
olunmuruq. Şeytan Allahın iradəsindən kənarda istədiyimiz və eh-
tiyac duyduğumuz şeylərin bizi məmnun edəcəyinə zəmanət ve-
rir. Bu, sövqolunmanın qarmağıdır. Buna inanmayın. Siz bədənin 
istəklərini heç vaxt razı sala bilməzsiniz. Öz cismani istəklərinizi 
nə qədər çox yedizdirsəniz, bir o qədər onlar böyüyəcəklər. Siz 
bədənin istəklərini razı sala bilməzsiniz, amma Məsihdə bunu edə 
bilərsiniz.  «Nə  bəxtiyardır  salehlik  üçün  acıb  susayanlar!  Çünki 
onlar  doyacaq»  (Matta  5:6).  Düzgün  münasibətləri  saxlamaqla, 
Müqəddəs Ruhun gücü ilə yaşamaqla, Ruhun səmərəsi sizdə zü-
hur etməklə məmnun qalacaqsınız. 
Yaşamaq üçün yemək və ya yemək üçün yaşamaq
Qida sağ qalmaq üçün vacib olduğundan əsas tələbatdır. Ona 
görə  də  biz  yaşamaq  üçün  yeyirik,  amma  biz  yemək  üçün  ya-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə