Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə19/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   15   16   17   18   19   20   21   22   ...   175

 

41 


– Yox, nə danışırsan, var, – Bəps burnunu silərək dedi. – Bunlar hamısı var. 

– Bəlkə də, var, – Oliveyra onun yanağından öpərək dedi. – Ancaq bu, həqiqət deyil. 

– Bu kölgələr kimi,  – Bəps  burnunu çəkərək  və  əlini o  yan-bu  yana  yellədərək dedi.  – 

Amma çox kədərlidir, Horasio, ona görə ki, gözəldir. 

Məgər  bütün  bunlar  –  Bessinin  oxuması,  Koulmen  Houkinsin  gurultusu,  məgər  bunlar 

illüziya  deyil,  hətta  bundan  da  pisi  –  başqa  illüziyaların  illüziyası  deyil,  keçmişə,  dünyanın 

yarandığı ilk gün suda öz əksini görən meymunun yanına gedən başgicəlləndirici zəncir deyil? 

Amma Bəps ağlayırdı və deyirdi: «Ah, yox, yox, bütün bunlar var» və azca xumarlanan Oliveyra 

da hiss edirdi ki, həqiqət, hər halda, ondan  ibarətdir ki, Bessi  və Houkins  illüziyalar  idi, çünki 

yalnız illüziyalar möminləri təhrik edə bilər, yalnız illüziyalar, həqiqət yox. Bundan başqa, bütün 

məsələ vasitəçilikdəydi, çünki bu illüziyalar elə sahəyə, elə zonaya girirdilər ki, onlar haqqında 

düşünmək  mənasızdır,  ona  görə  ki,  istənilən  düşüncə  yaxınlaşan  kimi  onu  darmadağın  edərdi. 

Tüstü  əl  onun  qolundan  tutub  enişin  kənarına  gətirdi,  əgər  buna  eniş  demək  olardısa,  mərkəzi 

göstərdi,  əgər  bu  mərkəz  idisə,  mədəsinə  nəsə  (qabarcıqları  və  büllürcuqlarıyla  pıqqıldayan 

araq), yəni son dərəcə qüvvətli və gözəl, bir vaxtlar dirilik suyu adlanan başqa bir illüziya qoydu. 

Nəhayət,  gözlərini  yumaraq  öz-özünə  dedi  ki,  əgər  bu  miskin  mərasim  onu  eqosentrik 

vəziyyətindən çıxarıb, anlaşılmaz olsa belə, daha diqqətəlayiq başqa bir mərkəz göstərə bilirsə, 

demək,  hələ  hər  şey  itirilməyib  və  bəlkə  də,  haçansa,  başqa  bir  şəraitdə  və  başqa  sınaqlardan 

sonra  dərketmə  mümkün  olacaq.  Ancaq  nəyin  dərk  olunması  və  niyə?  O  heç  olmasa  işlək  bir 

ehtimal,  yaxud  mümkün  planlar  cızmaq  üçün  həddindən  artıq  sərxoş  idi.  Ancaq  bu  barədə 

düşünə  bilməyəcək dərəcədə kefli deyildi  və  bu  miskin düşüncələr ona çox-çox uzaq, çox-çox 

qiymətli bir şeydən elə hey uzaqlaşdığını hiss etməyə, bu qarışıq və yuxugəitrən dumanda – araq 

dumanında,  Sibilla  dumanında,  Bessi  Smit  dumanında  özünü  tapmasına  bəs  edirdi.  Gözlərinin 

qabağından  yaşıl  dairələr  keçdi,  hər  şey  fırlanmağa  başladı  və  o,  gözlərini  açdı.  Bu  vallardan 

sonra həmişə onun ürəyi bulanırdı. 

 (– 106) 

 

13 

 

Tüstü  dumanında  itib-batmış  Ronald  kimin  nə  xoşuna  gəldiyini  öyrənməyə  zəhmət 



çəkmədən valı val dalınca qoyurdu. Bəps isə arabir döşəmədən qalxıb, 78 dəfə fırlanmış köhnə 

valların arasında eşələnib, beş-altısını seçərək masanın üzərinə, əyilib onu tumarlayan Ronaldın 

əlinin altına qoydu, sonra isə gülümsəyərək əyildi və bir dəqiqəliyə də olsa onun dizləri üstündə 

oturdu, çünki Ronald sakitcə, heç bir maneə olmadan “Don’t play me cheap»”ı dinləməliydi. 

Satçmo oxuyurdu: 



 

42 


Don’t you play me cheap 

Because I look so meek, - 

Satçmonun  ifasından  təsirlənən  Bəps  isə  Ronaldın  önündə  əyilmişdi  (mövzu  kifayət 

qədər  sadəydi  və  Ronaldın  heç  cür  razılaşa  bilməyəcəyi  bəzi  ədəbsizliklərə  yol  açırdı,  kaş  ki 

Satçmo  «Yelloc  Dog  Blues»”i  oxuyaydı),  Ronaldın  araq  qoxusu  gələn  nəfəsi  onun  boynunun 

ardını  qıdıqlayırdı.  Tüstüdən,  musiqidən,  araqdan  və  Ronaldın  əllərindən  qurulmuş  bu  qəribə 

piramidanın  zirvəsində  daim  hücuma  hazır  vəziyyətdə  oturan  Bəps  yarıyumulu  göz  qapaqları 

arasından  döşəmədə  oturan  Oliveyraya  baxdı;  o,  tamamilə  sərxoş  halda  divara,  dəri  eskimos 

xalısına  söykənib  sifətində  latınamerikalılara  xas  dilxor  və  kədərli  ifadə  siqaret  çəkirdi; 

qullabların  arasında  bəzən  təbəssüm  peyda  olurdu,  daha  doğrusu,  bir  vaxtlar  Oliveyranın  (indi 

yox) Bəpsin çox arzuladığı dodaqları təbəssümdən büzülür, bütün sifəti  isə əzilmiş kimi laqeyd 

qalırdı.  Caz  Oliveyranın  nə  qədər  xoşuna  gəlsə  də,  o, özünü  Ronald  kimi  bu  oyuna  tamamilə 

qapdırmırdı, yaxşı, ya pis olsun, «isti» və ya «soyuq» olsun, zənci və ya qeyri-zənci cazı olsun, 

köhnə, yaxud yeni olsun, Çikaqo, yaxud Nyu-Orlean cazı olsun,  fərqi yoxdur, indi Satçmodan, 

Ronald  və  Bəpsdən,  «Baby  don’t  you  play  me  cheap  because  I  look  so  meek”d»ən,  bunun 

ardınca  trubaların  coşmasından,  demək  olar  ki,  fiziki  həzz  duyğusuyla  havanı  yaran  sarı 

fallosdan  və  sonda  getdikcə  azalan  üç  səsdən,  xalis  qızıl  kimi  hipnozedici  səsdən  və  içərisində 

dünyanın  bütün  svinqlərinin  ən  şiddətli  anlarda  titrədiyi  təbii  pauzadan,    daha  sonra  isə  məni 

püskürməsi kimi, sevgi intizarında olan gecədə buraxılan raket kimi həzzin zirvəsindən, Bəpsin 

boynunu sığallayan Ronaldın əllərindən, hələ də  fırlanan  valın üzərindəki  iynənin  fışıltısından, 

əsl  musiqidə  hər  zaman  mövcud  olan  sakitliyin  sonradan

,

  sanki



,

  yavaş-yavaş  divarlardan 

ayrılaraq, divanın altından sürünüb çıxaraq dodaqlar və ya qönçə kimi açılmasından ibarət caza 

aludə ola bilməzdi.  

– Ça alors

1

,



 – Etyen dedi.  

– Hə, Armstronqun böyük tarixi, – Ronald Bəpsin seçdiyi val topasına baxıb dedi. – Əgər 

istəyirsinizsə,  bu,  Pikassonun  qiqantizm  dövrünə  bənzəyir.  İndisə  onlar  hər  ikisi  qoca 

donuzlardır.  Ümid  bircə  həkimlərin  nə  vaxtsa  cavanlaşdırmanın  reseptini  tapmasına  qalır… 

Ancaq onlar bundan sonra hələ iyirmi il bizi quru yerdə otaracaqlar.   

– Bunu bizə edə bilməyəcəklər, – Etyen dedi. – Biz onların bütün şirəsini sorub özlərini 

də başımızdan rədd etmişik, yəqin ki, vaxtı gələndə məni də həmin yerə göndərəcəklər. 

–  Vaxtı  gələndə  –  kiçik  xahişdir,  oğlum,  –  Oliveyra  əsnəyərək  dedi.  –  Ancaq  biz, 

doğrudan da, onları rədd etməkdə rəhmli olmuşuq. Gülləylə deyil, sözlə öldürmüşük. Gör onlar 

indi  nə  edirlər;  elə  bil,  surətçıxaran  cihazdırlar,  vərdiş  eləyiblər,  fikir  verin,  bu  yaxınlarda 

Armstronq  ilk  dəfə  Buenos-Ayresə  gəlib  və  sən  təsəvvür  edirsənmi  ki,  neçə  min  başdanxarab 

                                                

1

 

 Бурада: беля (фран.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə