Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə20/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   16   17   18   19   20   21   22   23   ...   175

 

43 


nəsə fövqəladə bir şey dinlədiyinə əmin idi, köhnə boksçu kimi çoxlu fənd-fel bilən Satçmo isə 

əvvəlki kimi piyli ombasıyla təsir göstərməyə çalışır, halbuki özü də bütün bunlardan yorulub və 

hər bir nota görə yüksək məbləğ tələb etməyə öyrəşib, o ki qaldı oxumağına, heç vecinə də deyil, 

qurulmuş kukla kimi oxuyur, qəribədir ki, mənim bəzi hörmət etdiyim və iyirmi il bundan qabaq 

“Mahogany  Hall Stomp

»

”ı qoyanda qulaqlarını tıxayan dostlarım  bu  boyat horradan ötrü allah 



bilir  nə  qədər  ödəyirlər.  Görünür,  mənim  vətənimdə  boyat  horrayla  qidalanmağa  daha  çox 

üstünlük verirlər, onu nə qədər çox sevsəm də, bunu deməliyəm.  

– Özündən başla, – Periko  lüğətdən gözünü ayırıb dedi. – Bura hisslərini tərbiyə etmək 

üçün  Parisə  gəlməyi  adət  etmiş  həmvətənlərindən  nümunə  götürüb  gəlmisən.  İspaniyada  bunu 

fahişəxanalarda, ya da korridada öyrənirlər, lənət şeytana. 

– Ya da qrafinya Pardo Basanın yanında, – Oliveyra dedi və bir də əsnədi. – Ancaq sən 

haqlısan,  oğlum.  Mən    burada  oturmaqdansa,  gərək  Trevelerlə  oyun  oynayaydım.  Ancaq  sən, 

əlbəttə,  bunun  nə  olduğunu  başa  düşməzsən.  Sizin  heç  nədən  başınız  çıxmır.  O  halda  nədən 

danışmaq olar? 

 

(– 115) 

 

14 

 

O  oturduğu  küncdən  ayağa  qalxdı  və  addımını  atmazdan  öncə  döşəməyə  baxdı,  sanki



,

 

ayağını  qoymaq  üçün  münasib  yer  axtarırdı,  sonra  eyni  ehtiyatlılıqla  bir  addım  da  atdı  və 



ayaqlarını cütləşdirib Ronaldla Bəpsin iki metrliyində yerə mıxlanmış kimi dayandı. 

– Yağış yağır, – Vonq barmağıyla mansardanın pəncərələrini göstərərək dedi.  

Oliveyra tələsmədən tüstü dumanını əliylə qovaraq mehribancasına ona baxdı. 

–  Yaxşı  ki,  hələ  yüksəkdəyik,  yoxsa  bəziləri  torpağın  üzərində  məskunlaşır, 

ayaqqabılarından və dizlərindən başqa heç nə görmürlər. Hanı sizin stəkanınız? 

– Budur, – Vonq dedi. 

Demə, stəkan lap yanındaymış və ağzınadək doluymuş. Onlar ləzzətlə içdilər. Ronaldsa 

onlara  Perikonun  ətini  çimçəşdirən  Con  Koltreyni  qoydu.  Sonra  isə  şirin  Paris  merenqləri 

dövründən  qalma  Sidni  Beşeni  qoydu,  yəqin  ki,  bəzilərinin  ispan  ehtiraslarının  coşması 

münasibətilə.  

– Doğrudur ki, siz işgəncələr haqqında kitab yazırsınız?  

– Yox, belə demək olmaz, – Vonq dedi. 

– Bəs necədir? 

– Çində incəsənətin başqa konsepsiyası mövcuddur. 




 

44 


–  Bilirəm,  biz  hamımız  çinli  Mirbonu  oxumuşuq.  Doğrudan,  sizdə  min  doqquz  yüz 

neçənci ildəsə Pekində edilmiş işgəncələrin fotoşəkilləri var? 

–  Yox,  canım,  –  Vonq  gülümsəyərək  dedi.  –  Onlar  çox  tutqundur,  göstərməyə  belə  

dəyməz. 


– Doğrudurmu ki, ən qorxulusunu siz həmişə öz bumajnikinizdə gəzdirirsiniz? 

– Nə danışırsınız, – Vonq dedi. 

– Və onu kafedə qadınlara göstərmisiniz? 

–  Onlar  elə  israr  etdilər  ki,  –  Vonq  dedi.  –  Bəla  burasındadır  ki,  onlar  heç  nə  başa 

düşmədilər. 

– Ver görüm,  – Oliveyra əlini uzadaraq dedi. 

Vonq  gülə-gülə  gözlərini  onun  əlinə  zillədi.  Oliveyra  kefli  olduğundan  təkid  edəcək 

durumda deyildi. O, arağı başına çəkib üzünü çevirdi. Bu zaman ovcuna dördqat bükülmüş kağız 

qoyuldu. Tüstü dumanında Vonqun yerinə yalınız təbəssüm, Çeşir pişiyinin təbəssümünü və nəsə 

təzimə  oxşayan  bir  şey  gördü.  Dirəyin  hündürlüyü  təxminən  iki  metr  olardı,  əgər  dörd  şəklin 

hərəsində  iki  dəfə  olmaqla  soldan  sağa  və  yuxarıdan  aşağı  səkkiz  dəfə  təkrarlanan  eyni  şey 

olmasaydı,  dirəklərin  sayı  səkkiz  idi;  hər  yerdə  eyni  dirək  idi,  yalnız  müxtəlif  rakurslarda, 

dirəklərə bağlanmış  məhkumlar da ayrı-ayrı adamlar idi. Assistentlərin üzləri (sol tərəfdə hətta 

bir qadın da görünürdü) və fotoqrafa iltifat göstərərək həmişə azca sola çəkilən cəlladın pozası; 

bu amerikalı və ya danimarkalı etnoloqun sərrast əli varmış, ancaq iyirminci illərin istehsalı olan 

«kodak» və projektor kifayət qədər keyfiyyətsizmiş. Ona görə də məhkumun qulağının bıçaqla 

kəsildiyi  ikinci  şəkildə  çılpaq  bədən  də  aydın  görünürdü,  ancaq  digərləri  bədən  qana 

bulaşdığından,  lentin  və  ya  aşkarlayıcının  keyfiyyətsizliyindən  yaxşı  görünmürdü,  xüsusən  də 

dördüncü  kadrda:  burada  məhkumun  ağzı  açıq  və  bir  əli  ağappaq,  özüsə  qara  rəngli  formasız 

kütlə şəklindəydi; son üç kadr, cəlladın pozası nəzərə alınmazsa, demək olar ki, eyniydi: altıncı 

kadrda o, bıçaq dolu çantanın üzərinə əyilib ən münasibini seçirdi (ancaq yəqin ki, biclik edirdi, 

çünki  əgər  dərin  kəsiklərdən  başlasaydılar…),  əgər  yaxşı  baxılsa,  qurbanın  hələ  diri  olduğunu 

görmək  olardı,  çünki  ayaqları  kəndirlə  bağlansa  da,  ayağının  biri  bayıra  çıxmışdı,  başı  arxaya 

qatlanmış,  ağzı  da  hər  zamankı  kimi  açıq  idi;  döşəməyə,  görünür,  çinlilər  özünəməxsus 

qayğıkeşliklə qalın taxta kəpəyi tökmüşdülər, çünki dirəyin ətrafındakı gölməçənin sabit forması 

şəkildən  şəklə  böyüməmişdi.  «Yeddinci  –  kritikdir»,  –  haradansa  uzaqdan,  araq  və  tüstü 

dumanının arxasından Vonqun səsi gəlirdi; diqqətlə baxmaq lazımdır, çünki qan dərin kəsilmiş 

iki döşdən axaraq sinədəki iki medalyonun üzəriylə sızırdı (əməliyyat ikinci və üçüncü kadrlar 

arasında  edilmişdi),  yeddinci  şəkildə  isə  bıçaq  yarası  açıq-aydın  görünürdü:  azca  aralanmış 

ayaqların  vəziyyəti  yüngülvari  dəyişilmişdi,  lakin  şəklə  yaxından  baxanda  ayaqların  deyil, 

qasığın vəziyyətinin dəyişdiyi bəlli olurdu: birinci kadrda görünən qeyri-müəyyən ləkənin yerinə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə