Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə28/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   24   25   26   27   28   29   30   31   ...   175

 

59 


Təmizlik. 

(Bəsdir. Yaxşı, get. Get otelə, duş qəbul et, «Paris Notr-Dam kilsəsi»ni, ya da «Maşkul 

canavarları»nı oxu, ayıl, nəhayət. Bu da ektrapolyasiyadır, bəs necə.) 

Təmizlik. Dəhşətli sözdür.  Təmiz,  sonra isə  – lik. Yaxşı  fikirləş. Brisse  bu sözdən hansı 

şirəni sıxıb çıxarardı! Sən heç cür ağlamırsan? E-ey, sən ağlayırsan? 

Bu  «təmiz-lik»i    xaçın  suya  salınması  möcüzəsi  kimi  başa  düşməliyik. 

Damn  the 

language

1

.  Ağılla  dərk  etmək  mümkün  deyil,  möcüzə  kimi  qəbul  etmək  lazımdır.  O  zaman 



itirilmiş  cənnəti  yenidən  əldə  etmək  haqqında  niyə  düşünməyək:  ola  bilməz  ki,  burada  olaq, 

ancaq  mövcud  olmayaq.  Brisse?  İnsan  qurbağadan  əmələ  gəlib

…    Blind  as  a  bat,  drunk  as  a 

butterfly, foutu, royalement foutu devant les portes que peut etre…

2

 (Boynunun ardına bir parça 



buz qoy və yat. Ancaq problem var: kim çalır  –  Conni Dodds, yoxsa Albert Nikolas? Deyəsən, 

Doddsdur. Ronalddan soruşmaq lazımdır.) Yaramaz misra qanadlarını mansardanın pəncərəsinə 

çırpır:  «Susmazdan  və  huşunu  itirməzdən  qabaq…»  Bu,  nə  cəfəngiyatdır.  Necə    də  sərxoşam. 

The doors of perception,  by  Aldley Huxdous. Get yourself a tiny  bit of  mescaline, brother, the 

rest is bliss and diarrhoea.

3

 Gəlin ciddi olaq (əlbəttə, bu Conni Doddsdur, bəzən  nəticəni dolayı 



yolla əldə edirsən. Zərb aləti – Zutti Sinqlton adlı biri, 

ergo


4

 klarnet – Conni Dodds, cazologiya – 

deduktiv  elmdir  və  səhər  saat  dörddən  sonra  yaxşı  mənimsənir.  Məsləhət  hörmətli  cənablar  və 

ruhanilər üçün faydasızdır).  Gəlin

,

 hər halda, ciddi olaq. Horasio, gəlin əvvəlcə şaquli vəziyyət 



alıb  küçəyə  çıxmağa  çalışaq  və  əlimizi  ürəyimizin  üstünə  qoyub  özümüzə  sual  verək  (əlimizi 

ürəyimizə?  Yoxsa  dişimizi  dişimizə  –  bir  sözlə,  nəsə  bunabənzər  bir  şey.  Toponimiya, 

toponimiya-anatomiya, iki cilddə, illüstrasiyalarla), – sual verək ki, bu işin qulpundan yapışmağa 

dəyərmi, əgər dəyərsə, o zaman yuxarıdan, yoxsa aşağıdan (ancaq o qədər də pis deyil, fikirlər 

aydındır, araq onları pərvanə – kəpənək kimi mıxlayır, Hə – bu, Hə, 

a  rose  is  a  rose,  is a rose, 

April  is  the  cruelest  month

5

,



  hamı  öz  yerinə,  hər  kəsin  öz  yeri  var  və  hər  bir  qızılgülü  onun 

yerinə,  qızılgülsə  elə  qızılgüldür,  elə  qızılgüldür,  elə  qızılgüldür…).  Uf! 

«Becare  of  the 

Jabbercocry my son»

1

.   


Horasio azca büdrədi  və görmək  istədiyini aydınca gördü. O bilmirdi ki,  işin qulpundan 

aşağıdan  yapışsın,  yoxsa  yuxarıdan  və  özünü  əldən  salıb  bu  vəziyyətə  –  dalğın,  fikri  dağınıq 

pəncərədən bayıra, yağışa, yaşıl şamlara, Sibillanın quzu kimi külrəngi sifətinə baxan və 

«

Jelli 



Beans  Blues»  oxuyan  Ma  Reynini  dinləyən  vəziyyətə  düşmək  ona  lazımdırmı?  Bəlkə  də,  belə 

                                                

1

 

 Лянятя эялмиш дил (инэ.) 

2

 



 Йараса кими кордур, пярваня кими сярхошдур (инэ.), эюздян итди, мющтяшям шякилдя йох олду, ола 

билдийинъя… (фран.) 

3

 



 Олдли Щаксдосун гябул гапысы. Эютцр, гардашым, бир аз от эютцр, сонрасы ися – блйуз вя исщалдыр. 

(инэ.). 

4

 



 Демяли (лат.) 

5

 



 Бурада: гызылэцл еля гызылэцлдцр, еля гызылэцлдцр, еля гызылэцлдцр. Апрел – ян сярт айдыр. (инэ.) 

1

 



 Деди-годудан горх, оьлум. (инэ.). 


 

60 


yaxşıdır,  dalğın  və  fikri  dağınıq  və  heç  bir  şeyə  xüsusi  diqqət  yetirmədən  süngər  kimi  canına 

çəkməmək, çünki yaxşıca, düzgün nəzərlərlə baxdıqda hər şeyi süngər kimi özünə hopursan. O, 

elə  sərxoşdu  ki,  evinin  darmadağın  olduğunu,  içərisindəki  ələgələn  hər  şeyin  alt-üst  olduğunu 

belə hiss edə bilməzdi, ancaq bu eyni zamanda elə ecazkardı ki, döşəmədə, tavanda, çarpayının 

altında, hətta ləyəndə ulduzlar və əbədiyyətin qəlpələri, günəşə bənzər şeirlər, hər iki cinsə xas 

qəzəbdən alışıb-yanan nəhəng qadın və pişik sifətləri üzür, parlayırdı; və bütün bunlar zibillə və 

onun dilində  olan  yaşma  vallarla qatmaqarışıq şəkildəydi,  bu  vallarda  söz  gecə-gündüz çarpışır 

və  qarışqalar  kimi  skolopendralarla  mübarizə  aparırdı,  kafirlik  şeylərin  mahiyyətinin  dəqiq 

izahıyla, təmiz obraz isə iyrənc jarqonla cinsi əlaqəyə girirdi. Hər yanda səliqəsizlik hökm sürür, 

otaqlara  yayılırdı, ordan-burdan kirli saç kilkələri  sallanırdı, gözlər şüşə kimi parlayırdı,  heç  bir 

kombinasiya olmasa da, əllər kartla doludur və hara baxsan, hər yerdə əvvəli və axırı bilinməyən 

imzasız məktublar, masaların üzərində soyumuş şorba dolu boşqablar, döşəməyəsə alt tumanları, 

çürük  almalar,  çirkli  bintlər  səpilib.  Bütün  bunlar  artaraq,  böyüyərək,  çoxalaraq  əcaib  bir 

musiqiyə  çevrilmişdi,  bu  onun  qüsursuz  qohumlarının  tərtəmiz  mənzillərində  hökm  surən 

məxməri  sakitlikdən  də  qorxuluydu,  ancaq  keçmişin  hətta  köynəyinin  düymələrini  tapa 

bilmədiyi,  indinin  isə  ülgüc  gül  dibçəklərindən  birinin  dibində  unudulduğundan  şüşə  qırığıyla 

təraş olduğu bu qarmaqarışıqlığın ortasında, istənilən küləkdə fırlanmağa hazır yelqovan timsalı 

zamanın  ortasında  insan  sinə  dolusu  nəfəs  alır  və  onu  əhatə  edən  səliqəsizliyi  görərək  hədsiz 

dərəcədə təbii  yaşadığını  hiss edir  və özündən   bütün bunların  bir  mənası  varmı  deyə  soruşur. 

Əgər  insan  özündən  uzaqlaşmaq  istəyirsə,  öz-özlüyündə  qarmaqarışıqlığın  da  bir  mənası  var; 

yəqin ki, ağılsızlıqdan keçərək kamala yetmək olar, əgər bu onsuz da ağılsızlıqdan məhv olacaq 

həminki kamal deyilsə. 

«

Nizamsızlıqdan nizama doğru, – Oliveyra düşündü. – Hə, ancaq elə bir 



nizam  varmı  ki,  istənilən  nizamsızlıqdan  daha  iyrənc, daha  qorxunc,  daha  islaholunmaz olsun? 

Tanrıların nizamı siklon və ya leykositozdur, şairlərinki – antimateriya, amansız fələk, titrəyən 

gül  dodaqlardır,  ilahi,  mən  necə  də  sərxoşam,  tez  gedib  yatmaq  lazımdır».  Sibilla,  nədənsə, 

ağlayır,  Gi  harasa  yox  olub,  Etyen  Perikonun  ardınca  getdi,  Qreqorovius,  Vonq  və  Ronald  isə 

gözlərini valdan ayırmırlar, o isə yavaş-yavaş fırlanır, dəqiqədə otuz üç yarım dövrə vurur, nə az, 

nə də çox və bu dövrələrdə “Oscar’s Blues” səslənir, sözsüz ki, həm pələng dərisindən, həm də 

məxmərdən  nəyisə  olan    pianoçu  Oskar  Pitersonun  öz  ifasında,  xülasə,  insan  royalın,  yağışsa 

pəncərənin arxasında – bir sözlə, ədəbiyyat.  

 

(–153) 

 

19 

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə