Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə29/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   25   26   27   28   29   30   31   32   ...   175

 

61 


–  Deyəsən,  səni  başa  düşürəm,  –  onun  saçlarını  sığallayan  Sibilla  dedi.  –  Sən  nə 

axtardığını özün də bilmirsən. Heç mən də, mən də bilmirəm bu nədir. Ancaq başqa-başqa şeylər 

axtarırıq. Yadındadır, dünən nə deyirdilər… Əgər sən hər şeydən öncə Mondriansansa, mən də – 

Vieyra da Silvayam.  

– Demək belə, – Oliveyra dedi. – Deməli, mən Mondrianam. 

– Elədir, Horasio. 

– Belə çıxır ki, sən məni qırmızı və qəddar adam hesab edirsən. 

– Mən yalnız sənin Mondrian olduğunu dedim.  

– Bəs sənin ağlına gəlməyib ki, Mondriandan dərhal sonra Vieyra da Silva başlaya bilər? 

– Əlbəttə ki, – Sibilla dedi. – Ancaq sən hələ ki Mondirandan uzaqlaşmamısan. Sən daim 

nədənsə  qorxursan  və  arxayın  olmaq  istəyirsən.  Ancaq  nədən  –  bilmirəm…  Sən  şairdən  çox 

həkimə bənzəyirsən. 

–  Şairlərlə işin olmasın. Mondrianın isə bu müqayisəylə xətrinə dəyirsən. 

– Mondrian – möcüzədir, ancaq onun havası çatmır. Mən ona baxanda bir az boğuluram. 

Sən danışmağa başlayanda isə bütövləşmək lazım gəlir, hər şey gözəldir, ancaq tamamilə ölüdür, 

solmuş çiçəklər kimi, ya da bunun kimi bir şey. 

– Gəl aydınlaşdıraq, Lusia, sən bütövlüyün nə demək olduğunu yaxşı başa düşürsən? 

–  Mən,  sözsüz  ki,  Lusiayam,  ancaq  sən  məni  belə  çağırmamalısan,  –  Sibilla  dedi.  – 

Bütövlük, əlbəttə, başa düşürəm bütövlük nədir. Sən demək istəyirsən ki, sənin həyatında hər şey 

bir-birinə birləşməlidir ki, sonra hər şeyi eyni vaxtda və bir yerdə görə biləsən. Elə deyil. 

– Az-çox, – Oliveyra razılaşdı. – Çox qəribədir, mücərrəd məfhumlar sənə çox çətin çatır. 

Bütövlük, çoxluq… Sən onları elə-belə, misal gətirmədən dərk edə bilmirsən. Əlbəttə, bilmirsən. 

Gəl baxaq: sən öz həyatını bütöv təsəvvür edirsən? 

– Yox, məncə, yox. O, hissəciklərdən ibarətdir, ayrı-ayrı xırda həyatcıqlardan. 

– Ancaq sən bir-bir onların içərisindən keçmisən, bu sap bu yaşıl daşların içindən keçdiyi 

kimi. Yeri gəlmişkən, daşlar barədə: bu boyunbağı səndə haradandır?  

– Osip verib, – Sibilla dedi. – Anasının boyunbağısıdır, Odessadan gətirib. 

Olveyra  sakitcə  matedən  hortuldatdı.  Sibilla  Rokamadurun  yatması  üçün  Ronaldın  ona 

verdiyi  alçaq  çarpayının  yanına  çəkildi.  İndi  bu  yataqdan,  Rokamadurdan  və  qonşulara 

qəzəbindən  bilmirdi  hara  getsin,  qonşuların  hamısı  Sibillanı  inandırmışdılar  ki,  uşağı  uşaq 

xəstəxanasında daha tez sağaldacaqlar. Madam İrendən teleqram alan kimi şəhərə getdi – nə edə 

bilərdi  –  Rokamaduru  əski-üsküyə  və  ədyala  bükdü,  bu  çarpayını  otağa  çəkib  gətirdi,  sobanı 

qaladı, ona şam qoyanda  və  əmziklə  yedirdəndə şıltaqlıqlarına  və çığırtısına dözməli oldu;  hər 

tərəf dərman qoxuyurdu. Oliveyra matesini yenidən hortuldatdı, Ronalddan çoxdan aldığı, ancaq 

Rokamadurun  əlindən  uzun  müddət  dinləyə  bilmədiyi 

«

Deutshe  Grammaphon  Gesellschaft» 




 

62 


zərfinə çəpəki baxdı. Onu Sibillanın Rokamaduru necə yöndəmsiz şəkildə bələməsi və bələyini 

açması,  onu  necə  əcaib  mahnılarla  ovundurması  və  vaxtaşırı  uşağın  beşiyindən  qalxan  qoxu;  

həm  bələk,  həm  çığırtı,  həm  də  Sibillanın  hər  şeyi  öz  uşağı  üçün  etdiyinə,  bunları  etməli 

olduğuna  və  Rokamadurun  iki-üç günə  sağalacağına  səfeh əminliyi onu dəhşətə gətirirdi. Eybi 

yoxdur. Elədir, ancaq onun  burada nə işi var? Bir ay bundan qabaq hərənin öz otağı vardı, sonra 

isə bir yerdə yaşamağa qərar verdilər. Sibilla dedi ki, bununla onlar qənaət edə bilərlər, məsələn, 

iki nəfərə bir qəzet ala bilərlər, boyat çörək qalmayacaq, o, Horasionun paltarlarını yuyacaq, hələ 

istiliyə  və  elektrik  enerjisinə  nə  qədər  qənaət  edəcəklər…  Oliveyra,  demək  olar  ki,  sağlam 

düşüncənin bu cür kobud hücumuna valeh olmuşdu. Odur ki, nəhayət, razı oldu, çünki qoca Truy 

çətinliklərdən yaxa qurtara bilmirdi və ondan otuz min frankadək borc almışdı, Oliveyra üçün isə 

o zaman necə yaşamağın fərqi yoxdu  – tək, yoxsa Sibillayla; o, inadkar idi, ancaq hər bir yeni 

fikri  uzun-uzadı  götür-qoy  etmək  zərərli  vərdişi  onu  xeyli  düşündürdü,  ancaq  sonra  qəti  razı 

oldu. O, həqiqətən, inanırdı ki, Sibillanın daim yanında olması onu artıq söz çeynəməkdən xilas 

edəcək,  amma,  təbii  ki,  Rokamadurla  bağlı  ağlına  heç  nə  gəlməmişdi.  Lakin  hətta  bu  şəraitdə 

belə o bəzən bir neçə dəqiqəlik, Rokamadurun ağlama və çığırtıları onu əvvəlki dilxor ovqatına 

qaytaranadək də olsa, tək qalırdı. 

«

Görünür, məni Uolter Paterin personajlarının taleyi gözləyir, 



– Oliveyra düşündü. – Bir monoloqu bitirib, o birinə başlayıram, ayıbdır vallah. Epikürçü Mari – 

bu mənim alın yazımdır, yazım deyil e, ayıbımdır. Yeganə xilasedici – uşağın bələyindən gələn 

üfunətdir». 

  – Mən həmişə sənin nə vaxtsa Osiplə yatacağından şübhələnmişəm, – Oliveyra dedi. 

– Rokamadurun qızdırması var, – Sibilla dedi.  

Oliveyra  yenidən  mateni  başına  çəkdi.  Bu  otun  qədrini  bilmək  lazımdır,  Paris 

apteklərində kilosu beş yüz frankdır, Sen-Lazar vağzalındakı dükanda isə iyrənc bir otu maraqlı 

tövsiyəylə  satırlar: 

«Mate  sauvage,  cueilli  par  les  indines»

1

 



–    antibiotik  xüsusiyyətlərə  malik 

soyuqdəymə  əleyhinə  işlədici.  Xoşbəxtlikdən  Rosariodan  olan  bir  vəkil  –  yeri  gəlmişkən,  o, 

Oliveyranın qardaşıydı – ona okeanın o tayından «Malta xaçı» firmasının istehsalı olan bu otdan 

beş kilo gətirmişdi. «Ot qurtaran kimi axırım çatacaq, – Oliveyra düşündü. – Mənim bacardığım 

yeganə həqiqi dialoqdur – bu yaşıl fincanla dialoq». O, matenin qeyri-adi xassələrini öyrənmişdi: 

üzərinə dağ su tökülmüş ot necə də ətirli nəfəs alır, şirəsi sorulub qurtardıqdan sonra isə çökür, 

solur və yaxalayıb tökənədək ətri qalır, nə az, nə çox, eynilə ehtiyat ağ ciyərdir – tənha və kədərli 

olanlar üçün vətənimiz Argentinanın hədiyyəsi. Artıq bir müddət idi ki, mənasız şeylər Oliveyra 

üçün  əhəmiyyət  kəsb  etməyə  başlamışdı,  odur  ki,  o  bütün  diqqətini  yaşıl  rəngli  kiçik  bardağa 

yönəltmişdi ki, bunun da öz üstünlükləri vardı; onun hiyləgər ağlı heç vaxt bu yaşıl kiçik fincana 

dağların, ayın, üfüqün, yetkinləşməyə başlayan qızın, quşun və ya atın beynində yaratdığı iyrənc 

                                                

1

 

 Щиндлиляр тяряфиндян топланмыш йабаны битки – мате (фран.)  



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə