80
O, artıq aydınlığını itirmiş düşüncələrdən yorulub tində dayandı (nədənsə, maşın vurmuş
qoca bir dəqiqə də olsun yadından çıxmırdı, artıq o yəqin ki, xəstəxana çarpayısında uzanıb, onu
gülərüz, eyni zamanda simasız həkimlər, praktikantlar və tibb bacıları dövrəyə alıb, çox güman
ki, adını, yaşını, peşəsini soruşurlar, onu qorxulu heç bir şey olmadığına inandırırlar və görünür,
artıq ona yardım da göstəriblər – sarğı bağlayıb, iynə vurublar). Oliveyra dayanıb ətrafda baş
verənlərə baxdı; şəhərdəki bütün yolayrıcları kimi bu yolayrıcı da onun düşüncələrinə illüstrasiya
idi, yəni, demək olar ki, özünə əziyyət verib düşünməyə ehtiyac yox idi, sadəcə, baxmaq kifayət
edərdi. Kafedə soyuqdan gizlənmiş bir neçə bənna piştaxtanın yanında sahiblə boşboğazlıq
edirdilər. İçəri girib bir stəkan şərab içməkdən başqa bir işi də yox idi. İki tələbə masanın
arxasında nəsə oxuyub yazırdılar. Oliveyra onların göz qapaqlarını qaldıraraq bənnalara necə
baxdıqlarını, sonra yenidən dəftər-kitablarına qayıtdıqlarını və yenidən bənnalara baxdıqlarını
gördü. Sanki
,
hərə öz şüşə qutusundan bir-birinə baxır, öz içinə çəkilir, sonra yenidən baxır,
vəssalam. İkinci mərtəbədə, kafenin qapalı eyvanında pəncərənin qabağında oturan qadın,
deyəsən, nəsə toxuyub-hörürdü. Onun vız durmuş saçları ritmik şəkildə pəncərəyə doğru hərəkət
edirdi. Oliveyra indi onun nə düşündüyünü, əlində qayçı olduğunu, bir azdan uşaqlarının
məktəbdən, bütün günü kontorda və ya bankda oturmuş ərinin işdən gələcəyini təsəvvür etdi.
Bənnalar, tələbələr, bu qadın, bir də ki, elə indicə tində peyda olan kloşar. Bir şüşə çaxır onun
cibindən başını çıxardıb baxır, qarşısında içərisində köhnə qəzetlər, boş konserv bankaları, kirli
cır-cındır, başı qopmuş kukla, içindən balıq quyruğu çıxmış bağlama olan uşaq arabası var.
Bənnalar, tələbələr, qadın, kloşar, balaca köşkdə isə
,
sanki
,
məhkumlar üçün nəzərdə tutulmuş
LOTERIE NATIONALE
1
adlı rüsvayçılıq dirəyinə bağlanmış qarı oturub, yağlı saçları boz
rəngli ləçəyinin altından bayıra çıxıb, əllərində göy rəngli barmaqsız əlcəklər,
TİRAGE
MERCREDİ
2
– ümidsiz halda müştəri gözləyir, ayaqlarını kürədə isidərək oturub, bu şaquli
tabuta bağlanaraq sakitcə oturub soyuqdan dona-dona uğur təklif edir, qoca beynində isə xırdaca
fikir topaları qaynaşır: uzaq uşaqlıq illərində ona konfet bağışlayan məktəb müəlliməsi, Sommda
həlak olan əri, kommivoyajer oğlu, axşamlar suyu gəlməyən mansardadakı otaq, üç gün üçün
birdən bişirilən şorba, bifşteksdən ucuz olan
boeuf bourguignon
3
, TİRAGE MERCREDİ.
Bənnalar, tələbələr, avara, lotereya bileti satan qadın – hər kəs öz qrupcuğunda, öz şüşə
qutucuğundadır; budur, qoca maşının altına düşür və dərhal hamı hadisə yerinə cumur, həyəcanla
öz təəssüratlarını bölüşür, tənqid edir, razılaşır və razılaşmır, beləliklə, yenidən yağış yağan kimi
bənnalar bardakı sütunun yanına, tələbələr öz masalarına, ikslər ikslərin, iqreklər də iqreklərin
yanına qayıdacaqlar.
1
Милли лотерейа (фран.)
2
Чяршянбя ахшамы ойнайаъаг. (фран.)
3
Бургундийа яти (фран.)
81
«Yalnız mənasız və absurd yaşamaqla haçansa bu sonu bilinməyən absurdu dağıtmaq
olar, – Oliveyra yenidən düşündü. – İslanmış cücəyə dönəcəyəm, gərək özümü bir yerə salam».
O, Salle de Geographie
1
elanını gördü və vestibülə girdi. Naməlum qitə Avstraliya haqqında
mühazirə. «Kristo de Monfave» kolleci məzunlarının yığıncağı. Madam Bert Trepanın ifasında
fortepiano musiqisi. Meteoritlər haqqında mühazirə kurslarına yazılmaq açıqdır. Beş aya cüdoçu
olun. Liop şəhərinin salınması haqqında mühazirə. Fortepiano musiqisi konserti başlamaq
üzrəydi, biletlər də ucuz. Oliveyra göyüzünə baxdı, çiyinlərini çəkib daxil oldu. Düşündü ki,
Ronaldın yanına, ya da Etyenin emalatxanasına getsin, ancaq bunu axşama saxlamağa qərar
verdi. Pianoçunun adının Bert Trepa olması
,
nədənsə, ona gülməli göründü. Konsertə girmək bir
tərəfdən əyləncəli oldu – qısamüddətli də olsa, öz-özündən uzaqlaşmaq, küçədə gəzdiyi zaman
çeynədiyi mövzuya daha bir ironik illüstrasiya. «Biz – heç nəyik», – o, yüz iyirmi frankı
kassanın pəncərəsindən başını çıxarmış qarının dişlərinin qarşısına qoyaraq düşündü.
Mərdimazar qarının sayəsində ona onuncu cərgə düşdü. Artıq konsert başlasa da, bir neçə
saqqallı, bir neçə keçəl, iki nəfər də həm saqqallı, həm də keçəl qocanı, qonşuları və ev
adamlarını, qırx-qırx beş yaşlarında köhnə-nimdaş palto geyinmiş və dəlmə-deşik çətir götürmüş
iki qadını nəzərə almasaq, tamaşaçı olduqca az idi; bərkdən danışaraq mübahisə edən,
ağızlarında şirni xırtıldadan və oturduqları Vyana stullarını cırıldadan bir neçə gənc də – əsasən
cütlüklər – vardı. İyirmi adam həmin olardı. Yağışlı hava qoxusu gəlirdi, nəhəng zal rütubətli və
soyuq idi, pərdənin arxasındakı dərinlikdən anlaşılmaz danışıq səsləri gəlirdi. Qocaladan biri
qəlyanını yandırdı, Oliveyra da tələsik siqaret çıxartdı. O, özünü narahat hiss edirdi,
ayaqqabısının biri islanmışdı, kif və yaş paltar iyi gəlirdi. Siqaretini alışdıraraq dərin qullab
vurdu, sonra söndürdü. Qapının arxasında zəif zəng çalındı və cavan bir oğlan ovuclarını bərk-
bərk bir-birinə vurdu. Beretini bərbad şəkildə əyri qoymuş üzü qrimli – yəqin ki, bu qrimi
gecələr də yumurdu – kapeldiner qarı giriş qapısının pərdəsini çəkdi. Yalnız bu zaman
Oliveyranın yadına düşdü ki, girişdə ona proqram veriblər. Pis çap olunmuş vərəqdə qızıl
medallı madam Bert Trepanın, Roz Bobun «Üç qeyri-müntəzəm hərəkət»ni (ilk ifa), Aliks
Aliksin «General Leklerkin şərəfinə pavana»sını (ilk dünyəvi ifa) və Delibin, Sen-Sansın və Bert
Trepanın müştərək əsəri «Sintez: Delib – Sen-Sans»ı ifa edəcəyi çətinliklə oxunurdu.
«Kül başına, – Oliveyra düşündü. – Proaqrama bax».
Haradansa royalın arxasında iri buxaqlı və ağ gur saçlı bir cənab peyda oldu. O, qapqara
geyinmişdi, çəhrayı əliylə dəbdə olan jiletini bəzəyən zənciri nəvazişlə tumarladı. Oliveyraya elə
gəldi ki, jilet əməlli-başlı yağa batıb. Zəif alqış sədaları eşidildi – bənövşəyi plaş geyinmiş və
qızıl sağanaqlı eynək taxmış qız buna dözmədi. Qoca qeyri-adi dərəcədə tutuquşu qığıltısını
xatırladan səsiylə boğazını qaynadıb giriş sözü söyləyərək bildirdi ki, Roz Bob madam Bert
1
Сорбоннада ъоьрафийа аудиторийасы (фран.)