Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə33/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   29   30   31   32   33   34   35   36   ...   175

 

71 


– Senada naməlum qadın… Ancaq sən, əzizim, qu kimi üzürsən. 

–  Mənim  sənə  yazığım  gəlir,  –  Sibilla  təkrar  etdi.  –  İndi  mən  başa  düşürəm.  O  axşam 

səninlə Notr-Damın arxasında görüşəndə gördüm ki… Ancaq inanmaq istəmədim. Sənin əynində 

göy köynək vardı, əla köynək idi. Onda biz səninlə birinci dəfə otelə getdik, elə deyil? 

– Elə deyil, ancaq fərqi yoxdur. Və sən mənə öz quqquluqu dilini öyrətdin. 

– Əgər bunu sənə yazığım gəldiyi üçün etdiymi etiraf etsəm… 

– Hay-dı, – Oliveyra qorxa-qorxa ona baxıb dedi. 

– O gecə səni təhlükə gözləyirdi. Bu aydın idi, elə bil, haradansa uzaqdan həyəcan siqnalı 

eşidilirdi… izah edə bilmirəm. 

– Mənə qarşı olan bütün təhlükələr – müstəsna dərəcədə metafizikdir, – Oliveyra dedi. – 

İnan ki, məni qarmaqlarla sudan çıxarmayacaqlar. Məni bağırsağımın çevrilməsi, Asiya qripi, ya 

da «pejo-403» öldürəcək. 

– Bilmirəm, – Sibilla dedi. – Hərdən ağlıma gəlir ki, özümü öldürüm, ancaq görürəm ki, 

bacarmayacağam. Elə  bilmə ki,  Rokamadur  mane olur, ona qədər də  beləydim.  Özümü öldürə 

bilmək düşüncəsi daim mənə təsəlli verir. Sən heç təsəvvür edə bilməzsən… Niyə sən metafizik 

təhlükələr deyirsən? Metafizik çaylar da olur, Horasio, sən özünü belə bir çaya da ata bilərsən. 

– Ola bilər, – Oliveyra dedi, – bu, Dao olacaq. 

– Və mənə elə gəldi ki, səni müdafiə edə bilərəm. Heç nə demə. Mən dərhal başa düşdüm 

ki,  sənin  mənə  ehtiyacın  yoxdur.  Biz  bir-birimizi  sevirdik,  bu,  sonata  çalmaq  üçün  iki 

musiqiçinin bir-birinə yaxınlaşmasına bənzəyirdi. 

– Sənin danışdıqların çox gözəldir. 

–  Belə  də  olub:  royal  –  özününkü,  skripka  da  özününküdür  və  birlikdə  sonata  alınır. 

Ancaq gördüyün kimi, əslində, biz bir-birimizi tapa bilməmişik. Mən bunu dərhal başa düşdüm, 

Horasio, ancaq sonatalar çox gözəl idi. 

– Hə, əzizim. 

– Və quqquluqu.  

– Şübhəsiz. 

–  Hər  şey–  klub  da,  Bersdəki  sahil  gecəsində  ağacların  altında  sübhədək  ulduzları 

ovlamağımız  da,  bir-birimizə  şahzadələr  haqqında  rəvayətlər  danışmağımız  da.  Sənsə  içmək 

istəyirdin və biz olduqca baha qiymətə qazlı içki alıb çayın sahilindəcə içdik. 

– Bizə bir kloşar yaxınlaşdı, – Oliveyra dedi, – və biz şüşənin yarısını ona verdik. 

– Kloşarın hər şeydən məlumatı vardı, o, latın dilini və hansısa şərq dilini bilirdi və sən 

onunla nə barədəsə mübahisə etməyə başladın, məncə, Averroes barədə. 

– Hə, Averroes haqqındaydı. 




 

72 


– Hələ yadındadır: yarmarka gəzintisində bir əsgər arxadan məni çimdiklədi, sən də onun 

ağız-burnunu əzdin və bizim hamımızı şöbəyə apardılar. 

– Bax ha, birdən Rokamadur eşidər, – Oliveyra gülə-gülə dedi. 

– Xoşbəxtlikdən Rokamadur səni xatırlamayacaq, o hələ qarşısındakıları görmür. Quşlar 

kimi:  onlara  nə  atırsansa  dənləyir,  dənləyirlər,  sonra  sənə  baxıb  yenə  dənləyirlər  və  uçub 

gedirlər… Və heç nə qalmır. 

– Hə, – Oliveyra dedi. – Heç nə qalmır. 

Pilləkəndə üçüncü mərtəbədə yaşayan qonşu qadının qışqırtısı eşidildi; bu vaxtlar həmişə 

sərxoş olardı. Oliveyra qapıdan boylandı, Sibilla  isə demək olar ki, onu qapıya sıxaraq titrəyir, 

ağlayırdı. Sonra döşəməyə çöküb Oliveyranın dizlərini qucaqladı. 

–  Niyə  özünü  bu  qədər  üzürsən?  –  Oliveyra  dedi.  –  Metafizik  çaylar  hər  yerdə  var, 

onlarçün uzağa getməyə gərək yoxdur. O ki qaldı kimin özünü boğmasına, bu adam mənəm, ay 

səfeh. Ancaq söz verirəm ki, son anda səni xatırlayacağam, mənim əzizim, qoy rəngli cildi olan 

ucuz roman kimi bir az sentimental olsun.  

– Getmə, – Sibilla onun ayaqlarını sıxaraq pıçıldadı. 

– Buralarda gəzişib qayıdıcağam. 

–  Lazım deyil, getmə. 

– Burax məni. Sən çox gözəl bilirsən ki, mən qayıdacağam, hər halda, bu gün. 

– Gəl birlikdə gedək, – Sibilla dedi. – Görürsən, Rokamadur yatıb və acana qədər sakit 

yatacaq.  İki  saat  vaxtımız  var,  ərəblərin  məhəlləsindəki  kafeyə  gedək,  balaca  kədərli  kafe 

yadındadır, ora çox yaxşıdır.  

Ancaq  Oliveyra  tək  getmək  istəyirdi.  O,  ayaqlarını  yavaş-yavaş  Sibillanın  qucağından 

xilas  etməyə  başladı.  Onun  başını  tumarladı,  barmaqlarını  boyunbağısına  keçirdi,  boynundan, 

qulağının  dalından  öpdü  və  onun  ağladığını  eşitdi,  saçları  üzünə  tökülmüşdü.  «Şantaj  etmək 

lazım deyil, – o düşündü. – Gəl bir-birimizə baxa-baxa ağlayaq, yoxsa kinoda öyrədilən bu cür 

ucuz sıtqamayla deyil». O, qızın sifətini yuxarı qaldırıb özünə baxmağa məcbur etdi. 

–  Mən  əclafam,  –  Oliveyra  dedi.  –  Qoy  buna  görə  cəzamı  çəkim.  Bundansa  öz oğluna 

ağla, bəlkə də, o ölə bilər, ancaq mənə görə hədər yerə göz yaşları tökmə. İlahi, Emil Zolyadan 

bəri belə səhnə olmamışdı. Xahiş edirəm, burax məni. 

– Nəyə görə? – Sibilla döşəmədən qalxmadan it kimi ona baxaraq dedi. 

– Nə – nəyə görə? 

– Nəyə görə? 

– Hə, sən soruşursan ki, bütün bunlar nəyə görədir. Get öyrən, mənə elə gəilr ki, bunda nə 

sənin, nə də mənim elə bir günahımız yoxdur. Sadəcə, biz hələ böyüməmişik, Lusia. Bu – yaxşı 

bir şeydir, ancaq onun əvəzini vermək lazımdır. Uşaqlar kimi: oynayırlar, oynayırlar, sonra bir-



 

73 


birinin  saçından  yapışırlar.  Yəqin  ki,  bizdə  də  bunabənzər  bir  şeydir.  Bu  barədə  düşünmək 

lazımdır. 

 

(–126) 

 

 



 

21 

 

Hamının başına eyni şeylər gəlir, Yanusun heykəli  – lazımsız israfçılıqdır, əslində, qırx 



yaşdan sonra bizim əsl sifətimiz boynumuzun ardındadır, baxışlarımız isə ümidsizcəsinə arxaya 

baxır.  Bu,  necə  deyərlər,  ən  ümumi  yerdir.  Nə  edəsən,  sadəcə,  hər  şeyi  öz  adıyla  çağırmaq 

lazımdır,    ancaq  bu  sıxıntıya  indiki  birüzlü  cavanlar  ağız  büzürlər.  Trikotaj  köynək  geyinmiş 

cavan oğlanlar və yuyunmamış şirin bədən iyi verən gənc qızlar, Sen-Jermen-de-Predə yerləşən 

cafe creme

1

dəki cütlüklər arasında, Darreli, Bovuarı, Düranı, Duassonu, Kenonu, Sarrotu oxuyan 



gənc  nəsil  arasında  mən  də  varam  –  onların  dəbinə,  onların 

«

cool



»

2

una



  uyğunlaşa  bilməyən 

fransızlaşmış argentinalı (dəhşət, dəhşət), əlimdə Rene Krevelin çoxdan köhnəlmiş  

«

Etes-vous 



fous?

»

3



u

, yaddaşımda hələ də sürrealizm, alnımda Antonen Artonun nişanı, qulaqlarımda hələ də 

Edqar  Varezin 

«

İonisations



»

4

u,



  gözlərimdə  isə  Pikasso  (özüm  isə  mənə  deyildiyi  kimi, 

Mondrianam). 

«Tu semes des syllables pour recolter les etoiles»

5

,



 – Krevel mənə ilişir. 

«

Hər kəs bacardığını edir



»

, – mən cavab verirəm.  

«Bu isə feminadır, n’arretera-t-elle dons pas de secouer l’arbre a sanglots?»

6

 



«Siz  ədalətsizsiniz,  –  ona  deyirəm.  –  O,  demək  olar  ki,  ağlamır,  demək  olar  ki,  şikayət 

etmir» . 

Bu qədər qəhvə içəndən sonra canından bezib  elə indicə özünü asmaq istəyəndə kitabın 

doxsan  altıncı  səhifəsini  açıb  müəlliflə  söhbət  etməkdən  başqa  çarən  qalmırsa,  bu  duruma 

düşmək kədərlidir. Bu zaman qonşu masanın arxasındakılar Əlcəzair, Adenauer, Mijanu Bardo, 

Gi Treber, Sidni Beşe, Mişel Bütor, Nabokov, Tsao-Vuk, Luison Bobe haqqında söhbət edirlər, 

mənim  vətənimdəki  cavan  uşaqlar  isə…  Görəsən,  nədən  danışırlar  mənim  vətənimdəki  cavan 

uşaqlar?  Bax  bunu  bilmirəm,  bununçün  çox  uzaqdayam,  amma,  əlbəttə,  Spilimberqo  haqqında 

                                                

1

 



 Гаймаглы гящвя (фран.) 

2

 



 «Сойуг» ъаз (инэ.). 

3

 



 «Аьлыныз башыныздадыр»? (фран.) 

4

 



 «Ионизасийа» (фран.) 

5

 



 Сян улдуз топламагчцн сюз сяпирсян. (фран.) 

6

 



 О, юз щюнкцртцсцйля ня вахт аьаъы силкялямяйи дайандыраъаг? (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə