78
– Bamper onun ayağından vurdu, ancaq maşın qabaqcadan tormozlamışdı.
– Onu sinəsindən vurdu, – oğlan dedi. – Amma qoca zibil topasının üstünə çıxıb
sürüşmüşdü.
– Ayaqlarından vurdu, – Oliveyra dedi.
– Haradan baxmaqdan asılıdır, – olduqca alçaqboy cənab dedi.
– Sinəsindən vurdu, – oğlan dedi. – Mən öz gözlərimlə gördüm.
– Onda… Ailəsinə xəbər vermək lazımdır.
– Onun ailəsi yoxdur, o yazıçıdır.
– Həə, – Oliveyra dedi.
– Onun yalnız pişiyi, bir də çoxlu kitabları var. Bir dəfə ona bağlama aparmışdım, qapıçı
qadın xahiş eləmişdi, o, məni içəri dəvət etdi. Evin hər tərəfi kitabla doluydu. Onun başına belə
bir hadisə gəlməliydi, yazıçıların hamısı dalğın olur. Məni maşın vurması üçün isə…
Yağışın ilk damcıları düşdü və şahidlər dəstəsi bir göz qırpımında dağıldı. Oliveyra
gödəkçəsinin yaxalığını soyuq külək ancaq burnunu tutacaq qədər qaldırıb, naməlum istiqamətdə
addımladı. O əmindi ki, qoca ciddi xəsarət almayıb, ancaq qocanın mülayim, hətta bir qədər
həyəcanlı sifəti yadından çıxmırdı. Xərəyə qoyanda kürən sanitar ona yəqin ki, hamıya dediyi
sözlərlə ürək-dirək verirdi:
«Allez, pepere, c’est rien ça!»
1
«Ünsiyyətin tam yoxluğu, – Oliveyra
düşündü. – Yalnız ona görə yox ki, biz tənhayıq, bu öz yerində, heç kəs sənə doğma xala deyil.
Tənha olmaq nəticə etibarilə elə bir müstəvidə tək olmaq deməkdir ki, orada başqa tənhalıqlar da
bizimlə ünsiyyət saxlasın, əgər bu, ümumiyyətlə, mümkündürsə. Lakin istənilən konflikt,
məsələn, küçədəki bədbəxt hadisə, yaxud müharibə elan olunması zamanı müxtəlif müstəvilərin
kəsişməsi baş verir və nəticədə ola bilsin ki, sanskrit və ya kvant fizikası sahəsində nəhəng
mütəxəssis olan insan onu «təcili yardım» maşınına qoyan sanitar üçün pepere(atacan) olur.
Edqar Po – xərəkdə, Verlen – ştatdankənar həkimin əlində, Nerval və Arto psixiatrla təkbətək.
Kitsin qanını alan və acından öldürən italyan təbib onu necə dərk edə bilərdi? Əgər bunlar, hər
şeydən öncə, susqunluqlarını qorusalar, – bu daha çox ehtimal olunur – onda onlar, başqaları, söz
yox ki, heç bir bəd niyyətləri olmadan, əməliyyat olunanın, vərəm xəstəsinin, xəstəxana
çarpayısına çılpaq uzadılmış əzabkeşin ikiqat tənhalığından xəbərləri olmadan kor-koranə şadlıq
edərlər, çünki ətrafdakı insanlar, sanki, şüşə arxasında, sanki, başqa bir zamanda hərəkət edir…»
O, bloka girib siqaret yandırdı. Axşam düşürdü, qızlar mağazalardan sürüylə çıxırdılar,
onlara heç olmasa on beş dəqiqə gülmək, çığırıb-bağırmaq, bifşteksin və həftəliyin üstünə
cummazdan qabaq sağlamlıq və güc artıqlığından itələşmək lazım idi. Oliveyra yoluna davam
etdi. Dramatikləşdirməyə ehtiyac yoxdur, ciddi obyektivlik Parisin adi, absurd həyatına
itaətkarcasına qarışmaqdan ibarətdir. Əgər o, şairləri xatırladısa, insanın kütlə içərisindəki
1
Щя, атаъан, наращат олма, бош шейдир. (фран.)
79
tənhalığını, pilləkəndə görüşərkən, yaxud metroda qadınlara yer verərkən (hələ idmandakı və
siyasətdəki qardaşlaşmanı demirəm) salamlaşma, üzr istəmə və təşəkkürlərdən ibarət gülünc
komediyanı aşkar edənlərin hamısıyla asanlıqla razılaşacaq. Yalnız bioloji və seksual optimizm
onların – o da yalnız bəzilərinin – adanı duymasını ört-basdır edə bilər, bu xəstəlik, deyəsən, Con
Dona əziyyət verirdi. İstənilən fəaliyyət zamanı insanlarla yaranan əlaqələr – işdə, yataqda,
idman meydançasında – ayrı-ayrı ağacların budaqlarının və yarpaqlarının təmasına bənzəyir, elə
olur ki, budaqlar bir-birinə dolaşır, yarpaqlar nəvazişlə bir-birinə toxunur, bu zaman onların
gövdələri paralel və kəsişməyən yollarla lovğa-lovğa yuxarı qalxırlar. «Daxilən də üzdə
olduğumuz kimi ola bilərdik, – Oliveyra düşündü, – ancaq bununçün başqa cür yaşamaq lazım
gələrdi. Bəs başqa cür yaşamaq nə deməkdir? Ola bilsin ki, absurda son qoymaq naminə absurd
yaşamaqla, özünə elə amansızcasına qapılırsan ki, öz içinə etdiyin bu sıçrayışla özünü başqasının
ağuşunda tapırsan. Bəli, yəqin ki, bu sevgidir, ancaq
otherness
1
qadına qarşı hisslərimizin davam
etdiyi qədər olur və yalnız həmin qadına dəxli olanlara aid olur. Əslində, heç bir otherness
yoxdur, yalnız xoş olan
togetherness
2
var. Doğrusu, bu o qədər də pis şey deyil…» Sevgi –
ontolojiləşdirən ənənədir, onun mahiyyətində verməyi bacarmaq var. Birdən onun ağlına elə bir
fikir gəldi ki, yəqin, bu lap başda gəlməliydi: özünə hakim olmağı bacarmadan fərqliliyə də
sahib olmaq mümkün deyil. Bəs, həqiqətən, özünə hakim olan varmı? Mütləq tənhalıqdan öz
içinə qayıtmaq indiyədək kimə nəsib olub, elə bir tənhalıqdan ki, sən hətta özün-özünə də
hesabat verə bilmirsən, odur ki, uzaq başı başqalarının arasında tənha qalmaq üçün məcburən
başını ya kinoya, ya da fahişəxanaya soxursan, yaxud dostlara qonaq gedirsən, ya da hər şeyi
unutduran hansısa bir peşəyə üz tutursan, ya da ki, evlənirsən. Beləliklə, paradoks: tənhalığın
zirvəsi adiliyin ən üst nöqtəsinə, böyük illüziyaya gətirib çıxartdı, yəni cəmiyyət bir növ insana
yaddır və insan, ümumiyyətlə, həyatda tək addımlayır, yalnız güzgülərin və ölü əks-sədanın
olduğu zalda addımladığı kimi. Lakin onun kimi insanlar və özlərini qəbul edən (ya da özlərini
əməlli-başlı tanıyandan sonra qəbul etməyən) bir çox başqaları daha pis paradoksa tuş gəliblər:
onlar fərqliliyin lap kənarına yaxınlaşıblar, lakin onu adlayıb keçə bilməyiblər. Zərif
münasibətlər, dünyayla ecazkar uzlaşma üzərində qurulan əsl fərqlilik birtərəfli istəklə
məhdudlaşa bilməz, uzadılmış əl başqa bir əllə görüşəcək, başqa bir fərqli əllə.
(– 62)
23
1
Бурада: башга ъцр дцшцнмя, фярглилик (инэ.)
2
Бурада: бирликдя олма дуруму (тоэетщер – бирликдя сюзцндян йаранан сюз) (инэ.)