Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə25/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   21   22   23   24   25   26   27   28   ...   175

 

53 


– Əgər, sadəcə, mənim danışmağımı  istəyirsənsə,  mən  başqa  şeylər haqqında da danışa 

bilərəm. 

– Niyə belə danışırsınız? 

 



Horasio quayava ləti kimidir, – Sibilla dedi. 

 



 

– Necə yəni, quayava ləti? 

– Horasio – fırtınada bir udum sudur. 

– Hə, – Qreqorovius dedi. 

–  O  gərək  madam  Leoninin  azca  içəndən  sonra  haqqında  danışdığı  zamanlarda 

doğulaydı. O vaxt insanlar həyəcanlanmaz, əsəbiləşməzdilər, tramvayları elektrik enerjisi deyil, 

atlar çəkərdi, müharibələr isə savaş meydanlarında aparılardı. O zamanlar hələ yuxusuzluğa qarşı 

həblər də yoxmuş, madam Leoni deyir. 

– Çox gözəl, qızıl cütlükdür, –  Qreqorovius dedi. – O dövr haqqında mənə də Odessada 

danışıblar. Anam danışardı ki, saçlarını yanına tökəndə çox romantik görünərmiş… Balkonlarda 

ananas yetişdirirmişlər və gecə güvəclərindən heç kəs istifadə etmirmiş  – çox qəribədir. Ancaq 

Horasionu bu gözəl tabloya daxil edə bilmirəm. 

– Mən də, ancaq  bəlkə də, onunçün orada pis olmazdı. Burada  hər  şey ona əzab  verir, 

hətta  aspirin  də.  Doğrudur,  keçən  gecə  mən  ona  aspirin  verdim,  dişi  ağrıyırdı.  O  isə  həbi  alıb 

baxırdı, heç cür onu uda bilmirdi. Elə qəribə şeylər danışırdı ki, guya ki, mahiyyətini bilmədiyin 

şeylərdən, kiminsə nəyisə toxtatmaq üçün fikirləşdiyi şeylərdən istifadə etmək  ziyanlıdır… Siz 

onun hər şeyi necə alt-üst etməyi bacardığını eşitmisiniz də.  

– Bax, siz neçə dəfə «şey» sözünü işlətdiniz, – Qreqorovius dedi. – Allah bilir, bu necə 

sözdür,  ancaq  Horasioya  nə  olduğunu  izah  etməyə  yarayır.  Tamamilə  aydındır  ki,  o, 

şeyləşdirmənin qurbanıdır. 

– Şeyləşdirmə nədir? – Sibilla soruşdu. 

– Kifayət qədər xoşagəlməz duyğudur: bir şeyi dərk etməmiş, onu dağıtmağa başlayırsan. 

Mücərrəd və hətta alleqorik dildən istifadə etdiyimə görə təəssüf edirəm, ancaq sizə deməliyəm 

ki, Oliveyra,  yumşaq desək, onu əhatə edən  hər şeyi  –  yaşadığı dünyanı,  bəxtinə düşən hər nə 

varsa,  hamısını  basıb  əzməyə  patoloji  olaraq  meyillidir.  Bir  sözlə,  mövcud  vəziyyət  onu  çox 

sıxır. Daha dəqiqi: dünyadakı hər şey ona əzab verir. Siz bunu hiss etmisiniz, Lusia, ancaq sizə 

xas  olan  incə  sadəlövhlüklə  xəyal  etmisiniz  ki,  guya,  Oliveyra  hansısa  madam  Leoninin  və 

mənim odessalı anamın uydurduğu Arkadiyada xoşbəxt ola bilər. Mənə elə gəlir ki, balkondakı 

ananaslar barədə dediklərimə inanmadınız. 

– Elə gecə güvəclərinə də, – Sibilla dedi. – Bütün bunlara inanmaq çətindir.  

 



 

54 


Ronaldla  Etyenin  Celli  Roll  Mortonu  dinləməyə  qərar  vermələri  Gi-Mononu  yuxudan 

oyandırdı;  o,  bir  gözünü  açdı  və  yaşıl  şamların  fonunda  aydın  görünən  kürəyin  Qreqoroviusa 

məxsus  olduğunu  qət  etdi;  mansardanın  pəncərəsinin  o  tayında  tıqqatıq  salan  yağış  indicə 

gördüyü  yuxuyla  qəribə  şəkildə  səsləşirdi;  yuxusunda  gün  işığıyla  dolu  yöndəmsiz  bir  yer 

görmüşdü və orada Qabi lüt anabülbül gəzərək ördəyə oxşayan sarsaq göyərçinlərə çörək ovub 

tökürdü.  «Başım partlayır»,  – Gi düşündü. Celli Roll Morton onu qətiyyən  maraqlandırmırdı, 

ancaq pəncərənin o tayındakı yağışın fonunda bu  sözlər olduqca maraqlı səslənirdi: 

«Stood in a 

corner,  cith  her  feet  soaked  and  cet…»

1

  Əlbəttə, indi Vonq  real  və poetik zaman  haqqında  bir 



nəzəriyyə qondarardı; maraqlıdır, görəsən, Vonq qəhvə bişirmək istədiyini doğru deyirdi? Qabi 

göyərçinlərə  çörək  ovxalayır  və  bu  zaman  Vonq,  daha  doğrusu,  haradansa,  Qabinin  allı-güllü 

bağçada  gəzən  çılpaq  ayaqlarının  arxasından  Vonqun  səsi  eşidildi:  «Mentono»  kazinosunun 

xüsusi reseptilə». Tamamilə mümkündür ki, hər şey başa çatdıqdan sonra Vonq dolu qəhvədanla 

birlikdə zühur edəcək. 

Celli Roll royalın arxasında oturub zərb aləti olmadığından  ayağı ilə sakitcə ritm tuturdu. 

Celli Roll yəqin ki, xəfifcə yırğalanaraq və tavandakı hansısa tökməyə zillənərək və ya ora-bura 

uçan  milçəyə,  ya  da,  sadəcə,

 

uzaqdan  gözünə  girən  ləkəyə    baxaraq 



«

Mamie’s  Blues”u» 

oxuyurdu. 

«Tco-nineteen  done  took  my  baby  acay…»

1

  Yəqin  ki,  həyat  elə  bu  deməkdir  – 



qatarlar  insanları  aparıb-gətirirlər,  bu  vaxt  sən  islanmış  ayaqlarınla  küncdə  dayanıb  mexaniki 

pianoya  və  zaldan  qopan  qəhqəhələrə  qulaq  asırsan,  qapının  ağzında  vurnuxursan,  çünki  içəri 

girməyə həmişə pul olmur. 

«

Tco-nineteen  done  took my  baby  acay…»  Bəps,  yəqin ki, qatarda 



çox  gedib,  o,  qatarla  səyahət  etməyi  xoşlayır,  ancaq  yolun  sonunda  onu  dostu  gözləyirsə  və 

Ronald  da  indiki  kimi  nəvazişlə  onun  budlarını  tumarlayaraq  dərisinin  üzərinə

,

  sanki


,

 

«Tco-



seventeen’ll bring her back some day»

2

 yazırsa, bu heç də xoşuna gəlmir və əlbəttə, günlərin bir 



günü başqa bir qatar onu geri qaytardı, get öyrən gör Celli Roll orada platformadadırmı, budur o, 

royal,  bu  da  Mammi  Desdyum  blyuzu,  budur  o,    buradadır,  yağışın  Parisin  mansardalarını 

islatdığı yerdə, gecə saat birdə, ayaqları da islanıb və qəhbənin biri deyinir: 

«If you can’t give a 

dollar,  gimme  a  lousy  dime»

3

.



  Yəqin  ki,  Bəps  nəsə  Sinsinnatiyə  oxşayan  bir  şeydən  danışırdı, 

bütün  qadınlar  nə  vaxtsa  və  haradasa  bunabənzər  şeylər  danışırlar,  hətta  kralın  yatağında  da 

Bəpsin kral yatağı haqqında öz təsəvvürü var, ancaq necə olursa-olsun, hansısa qadın yəqin ki, 

bunabənzər nəsə deyib: 

If you can’t give a million, gimme a lousy grand”

1

.



 Hər  şey  tələbatdan 

asılıdır,   niyə Celli Rollun royalının səsi  belə qəmlidir,  lap  Gini  yuxudan oyadan,  Sibillanı  isə 

                                                

1

 



 Айаглары суйун ичиндя кцнъдя дайанмышды. (инэ.) 

1

 



 Ики йцз он доггузунъу апарды мяним баламы… (инэ.) 

2

 



 Ики йцз он йеддинъи ону мяня гайтараъаг. (инэ.) 

3

 



 Яэяр доллар веря билмирсинизся, щеч олмаса битли онсентлик верин. (инэ.) 

1

 



 Яэяр милйон веря билмирсинизся, щеч олмаса битли минлик верин. (инэ.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə