Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə26/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   22   23   24   25   26   27   28   29   ...   175

 

55 


göz  yaşlarına  boğan  pəncərənin  o  tərəfindəki  yağış kimi,  Vonq  isə  qəhvəni  gətirib  çıxarmır  ki, 

çıxarmır.  

– Bəsdir, – Etyen ah çəkərək dedi. – Özüm də  başa düşmürəm  ki,  bu  başağrısına  necə 

dözürəm. Yanıqlıdır, söz yox, ancaq zəhlətökəndir.  

– Əlbəttə, bu Pizanello deyil, – Oliveyra dedi. 

–  Heç  Şenberq  də  deyil,  –  Ronald  göydə  tutdu.  –  Niyə  o  zaman  xahiş  etdiniz?  Sənin 

ağlınla bərabər ürəyin də yox imiş. Yəqin ki, gecəni küçədə yaş ayaqlarla dolaşmamısan. Bax, 

Celli Roll oxuyur, dostum, dərhal görünür ki, nə oxuduğunu bilir. 

–  Mən  ayaqlarım  quru  olanda  yaxşı  rəsm  çəkirəm,  –  Etyen  dedi.  –  Və  mənə  xilaskar 

Ordunun  arsenalından  gətirdiyin  dəlillərlə  təsir  etməyə  çalışma.  Elə  bir  şey  qoy  ki,  bu  qədər 

səfeh olmasın, məsələn,

 

 Sonni Rollinsin solosunu. Bunlar, 



«Cest Coast»

2

dan çıxanlar uzaq başı 



Cekson Polloku, ya da Tobini yada salır, dərhal görünür ki, ya pianola, ya da sulu boya nəslinin 

nümayəndələridir. 

–  O,  incəsənətdə  tərəqqiyə  inanmağı  bacarır,  –  Oliveyra  əsnəyərək  dedi.  –  Ona  fikir 

vermə, Ronald, bekar əlinlə 

«

Stack O’Lee Blues» valını tap, məncə, royalda əsl diqqətəlayiq solo 



oradadır.  

–  İncəsənətdə  tərəqqi  arxipopulyar  cəfəngiyatdan  başqa  bir  şey  deyil,  –  Etyen  dedi.  – 

Sənətin başqa növlərində olduğu kimi cazda da xeyli şantajçı var. Bir var emosiya verən musiqi, 

bir  də  var  musiqiyə  bənzəməyə  çalışan  emosiya.  Atanın  iztirablarını  fa-diyezdə  ifadə  etmək  – 

sarı-bənövşəyi-qara  rənglərlə  sarkazm  yazmaq  kimi  bir  şeydir.  Yox,  dostum,  incəsənət    ya 

bundan əvvəl, ya da sonra başlanır, ancaq bununla yox. 

Deyəsən, kimsə ona etiraz etməyə hazırlaşmırdı, çünki elə bu vaxt Vonq əlində qəhvədan 

içəri girdi və Ronald çiyinlərini çəkərək 

«

Carning’s 



Pennsylvanians»

1

ı



 qoydu; dəhşətli fışıltı və 

cırıltının  içində  əvvəlcə  trubada,  sonra  isə  royalda  çalınan  musiqi  Oliveyranı  valeh  etdi.  Lent 

yazısı dəhşətliydi, cazaqədərki dövrün sadə orkestrinin  ifası köhnə  fonoqrafla edilmişdi, ancaq 

məgər insanları esperantodan, YUNESKO-dan, yaxud hava yollarından daha çox və daha yaxşı 

yaxınlaşdıran  əsrin  yeganə  universal  musiqisi  bu  cür  köhnə  vallardan, 

«shoc  boats»

2

lardan


Storivilladakı  tamaşalardan  yaranmamışdı?!  Bu  musiqi  universal  olmaq  üçün  kifayət  qədər 

sadədir,  öz  coşqunluğu,  məhrumiyyətləri  və  bidətləri,  öz  çarlstonları,  öz 

«black  bottom»

3

ları


blyuzları  ilə  özünəməxsus  tarixə  malik  olmaq  üçün  yetərincə  yaxşıdır.  Əgər  klassifikasiya  və 

yarlıklara, üslublara ayırmalara qədər ensək, o zaman svinq də, bibop da, kul da öz romantizmi 

və  klassisizmi  olan  «qaynar»  və  «bərkgedən»  cazdır  –  bir  sözlə,  heyvani  rəqs  musiqisindən, 

                                                

2

 



 Мусиги групунун ады 

1

 



 Популйар ансамбл 

2

 



 Цзян театрлар (инэ.) 

3

 



 Гара диб (инэ.) 


 

56 


bütün bu polkalardan, valslardan və  sambadan  fərqli olaraq öz tarixi olan insan musiqisidir. Bu 

musiqini  Kopenhagendə  olduğu  kimi,  Mendosda,  yaxud  Keyptaunda  da  qəbul  edir  və 

qiymətləndirirlər,  bu  musiqi  qoltuqlarında  disklər  gəzdirən  bütün  gəncləri    birləşdirir  və  bir-

birinə  yaxınlaşdırır,  onlara  adlar  və  melodiyalar,  bir-birini  tanımağa,  özlərini  əvvəlki  kimi 

kontorlardakı  rəislərin,  qohumların,  ailədəki  doğmaların  və  bitmək  bilməyən  eşq  acılarının 

qarşısında tənha deyil, cəmiyyət kimi hiss etməyə imkan  verən şifrələr hədiyyə edir. Bu musiqi  

istənilən  təsəvvürə  və  zövqə,  Freddi  Keppardla,  yaxud  Bank  Consonla  78-ci  afonik  seriyaya, 

diksilendin mürtəce müstəsnalığına, Biks Beyderbekin akademik təlimlərinə, Telonius Monkun, 

Xores  Silverin,  yaxud  Ted  Consun  böyük  avantürasına  sıçrayışa,  Errol  Qarnerin  və  ya  Art 

Teytumun  ibarəbazlığına  imkan  verir;  hələ  peşmanlıq  və  dönüklük,  kiçik  musiqi  qruplarına, 

firmaların  əlüstü  möcüzələri,  yaxud  zəmanənin  şıltaqlıqlarıyla  yazılaraq  gizli  ayama  və  ad 

altında  çıxan  qəribə  lent  yazılarına  meyillilik  bir  yana,  üstəlik  də  şənbə  axşamları  tələbə 

otağında,  yaxud  hər  hansı  zirzəmidə  toplanan  frankmason  yığınaqlarında 

«

Star  Dust»,  yaxud 



«

Chen  your  man  is  going  to  put  you  docn»un  sədaları  altında  qızların  şən  rəqsləri,  onlardan 

gələn  zəif,  lakin  şirin  ətir  və    qızmış  dəri  qoxusu.  Artıq  axşam  düşdüyündən  onlar  özlərini 

öpməyə  icazə  verirlər  və  bu zaman 

«

The  blues  cith  a  feeling»”  qoyulur  və  heç  kəs  rəqs  etmir, 



sadəcə,

 

dayanıb yırğalanırlar, ancaq qəlblər narahatdır, natəmiz və iyrəncdir və istisnasız olaraq 



hər kəs əlini qızının kürəyində nəvazişlə gəzdirərək onun zərif  lifçiyini soyundurmaq arzusunu 

sınaqdan  keçirməyə  başlayır,  qızlarsa  ağızlarını  azca  aralayıb  dadlı  qoxuya  və  gecəyə  təslim 

olurlar və birdən truba özünü araya soxur və bütün kişilərin əvəzinə bircə hərarətli frazayla bütün 

qızları dəlib keçir və onlar çalınmış ot kimi tərəf müqabillərinin qucağına düşürlər və artıq heç 

bir şey yoxdur, yalnız hərəkətsiz qaçış, gecənin qaranlığına hava sıçrayışı var. Sonra royal onları 

yavaş-yavaş  özlərinə  gətirir,  əldən  salınmış,  sakitləşdirilmiş  və  əvvəlki  tək  ismətli  –  növbəti 

şənbəyədək;  və  bunlar  hamısı  musiqidir.  Hər  şeyə  lojadan  baxmağa  öyrəşənləri,  əgər  sizi 

aldığınız biletlərə uyğun yerlərə əyləşdirən bütün qaydalara müvafiq çap olunmuş proqramlar və 

kapeldinerlər  yoxdursa,  bunun  həqiqi  olmadığını  düşünənləri  qorxudan  musiqi.  Çünki  dünya 

belədir, caz isə quş kimidir, uçur, uçub gəlir, uçub gedir, uçub köçür, heç bir hüdud və sərhəd 

tanımadan; caz heç bir gömrük nəzarətinə tabe olmadan bütün dünyanı gəzir və bu gün axşam 

Vyanada  Ella  Fitscerald  oxuyur,  eyni  vaxtda  Parisdə  Kenni  Klark  hansısa 

«cave»

1

ni



  açır, 

Perpinyanda  isə  Oskar  Pitersonun  barmaqları  klavişlərin  üzərində  gəzir  və  hər  yerdə  – 

Birmingemdə, Varşavada, Milanda, Buenos-Ayresdə, Cenevrədə, bütün dünyada – Satçmo ona 

bu istedadı bəxş edən tanrı kimi hər yerdə hazırdır və nə olursa-olsun, o olacaq, yağış kimi, çörək 

kimi,  duz  kimi,  sarsılmaz  ənənələrə  və  milli  dayaqlara,  müxtəlif  dillərə  və  özünəməxsus 

folklorlara baxmayaraq, sərhəd tanımayan bulud kimi, hava və su kəşfiyyatçıları kimi, formanın 

                                                

1

 



 Бурада: зирзями (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə