Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə16/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   12   13   14   15   16   17   18   19   ...   175

 

35 


özünü, həm də müşayiəti və digər şeyləri qaydaya salmalıdır. Cuşa gələn kimi də vəssalam, vaxt 

bitdi. Yəqin ki, lentəə köçürmələr əsəbiləşib cin atına minirdilər. 

– Məncə, yox, -– Periko dedi. – Bu, sonetləri yazmaq kimi bir şeydir, odaları yox, şəxsən 

mənim  bu  mənasız  mahnılardan  başım  çıxmır.  Bura  evdə  oturub  Xulian  Mariasın  bitmək 

bilməyən traktatını oxmaqdan bezdiyimçün gəlirəm. 

 

(– 65) 

 

11 

 

Qreqorovius  ona  süzülən  arağı  yavaş-yavaş  içməyə  başladı.  Bəpsin  kirli  corablarını  və 



boş  pivə  şüşələrini  saxladığı  buxarı  taxtasının  üzərində  iki  şam  yanırdı.  Qreqorovius  şəffaf 

stəkanın  dalından  iki  şamın  necə  azad  yanmasını  seyr  edirdi,  onlar

,

  sanki


,

  başqa  bir  dövrdən 

gəlmişdilər,  bir  neçə  anlığa  təşrif  buyurmuş  Biksin  korneti  kimi  necə  də  yabançıydılar.  Ona 

divanda gözüyumulu uzanıb nə əməlli-başlı yatan, nə də qulaq asan Gi-Monanın çəkmələri mane 

olurdu.  Sibilla  siqaretini  dişləri  arasında  sıxaraq  gəlib  döşəmədə  oturdu.  Yaşıl  şamların  alovu 

onun  gözlərində  rəqs  edirdi.  Qreqorovius  heyran-heyran  baxırdı,  yadına  Morlodakı  küçənin 

axşamları, hündür-hündür körpülər və buludlar düşdü. 

– Bu işıq da sizin kimidir – parlayır, titrəyir, daim hərəkətdədir. 

– Horasionun kölgəsi kimi,  – Sibilla dedi.  – Onun  burnu gah böyük, gah da kiçik olur, 

əladır. 


– Bəps isə bu kölgələri otaran çobandır, – Qreqorovius dedi. – Daim palçıqla əlləşir, ona 

görə də kölgəsi belə şəhvanidir… burada hər şey nəfəs alır, itirilmiş əlaqə bərpa olunur, musiqi 

də buna kömək edir, araq, dostluq… Karnizdəki kölgələri görürsünüz, elə bil, otağın ağ ciyərləri 

var,  hətta  sanki,  ürəyi  də  döyünür.  Bəli,  elektrik,  hər  halda,  eleatların  uydurmasıdır  və  bizim 

kölgəmizi əlimizdən almış, öldürmüşdür. Onlar mebelin, adamların bir hissəsi olmuşlar. Ancaq 

burada heç də belə deyil… Tavandakı yapmalara bir baxın: görün onların kölgələri necə də nəfəs 

alır,  burmalar  qalxır,  enir,  qalxır,  enir.  Əvvəllər  gecə  insanı  öz  qaranlığına  buraxırdı,  onunla 

daim söhbət edirdi. Gecə qorxuları isə – əsl xəyal ziyafətiydi… 

O,  ovuclarını  birləşdirərək    baş  barmaqlarını  kənara  açdı  və  divardakı  it  ağzını  açaraq 

qulaqlarını  tərpətməyə  başladı.  Sibilla  uğunub  getdi.  Bu  zaman  Qreqorovius  ondan 

Montevideonun  necə  göründüyünü  soruşdu  və  it  həmən  yoxa  çıxdı  –  o,  Sibillanın  uruqvaylı 

olduğuna  əmin  deyildi.  Sss…  Lester  Yanq  və  «Kanzas-Siti-Siks».  Sss…  (Ronald  barmağını 

dodaqlarına yapışdırdı.) 



 

36 


–  Uruqvay  mənimçün  olducqa  əcaib  bir  şeydir.  Montevideo,  yəqin  ki,  başdan-başa 

qüllələrdən  və döyüşlərdə qazanılan qələbələrin şərəfinə tökülmüş kilsə zənglərindən  ibarətdir. 

Məni inandırmağa çalışmayın ki, Montevideoda çayın sahilində nəhəng kərtənkələlər yoxdur.  

– Əlbəttə, var, – Sibilla dedi. – Əgər avtobusla Positosadək getsəniz, öz gözlərinizlə görə 

bilərsiniz. 

– Bəs Montevideoda Lotreamonu tanıyırlar? 

– Lotreamonu? – Sibilla soruşdu. 

Qreqorovius  dərindən  ah  çəkib  arağı  başına  çəkdi.  Lester  Yanq  –  saks-tenordur,  Dikki 

Uells  –  trombonda  çalır,  Co  Buşkin  –  royalda,  Bil  Kolmen  –  trubada,  Con  Simmons  – 

kontrabasda,  Co  Cons  –  zərb  alətlərində.  “Four  O’  Clock  Drag”».  Hə,  çayın  sahilində  nəhəng 

kərtənkələlər, trombonlar, sürünən blues, a drag, görünür elə zamanın kərtənkələsidir ki, sürünür, 

sürünür, sabah saat dörddəki  yuxusuzluq zamanı  kimi özünü güclə sürüyür. Bəlkə də, tamamilə 

başqa  bir  şey.  «Ah,  Lotreamonu,  –  birdən  Sibilla  xatırladı.  –  Lotreamonu,  əlbəttə,  tanıyırlar, 

hətta yaxından tanıyırlar». 

– O, uruqvaylı idi, ancaq heç oxşamırdı. 

– Oxşamır, – Sibilla ona haqq qazandırdı. 

–  Doğrudan  da,  Lotreamon…  Yaxşı,  yoxsa  Ronald  hirslənər,  ona  kumirlərinə  qulaq 

asmağa  mane  oluruq.  Gərək  susaq,  çox  təəssüf.  Gəl  pıçıltıyla  danışaq,  mənə  Montevideodan 

danışın. 

– 

Ah,  merde  alors



1

,  –  Etyen  hiddətlə  onlara  baxıb  dedi.  Vibrafon  xəyali  pillələrlə 

dırmaşaraq  havanı  qıdıqlayırdı;  beş  pilləni  birdən  tullanaraq    yenidən  ən  yuxarıda  qərar  tutdu; 

Layonel  Hempton  «Save  it  pretty  mamma»da  yırğalanır,  qalxıb-yenir,  şüşə  üzərində  sürüşür, 

ayağının ucunda fırlanırdı; ulduzlar parladılar – üç, beş, on, –  o isə çəkməsinin burnuyla onları 

söndürüb, yapon çətirini əlində dəli kimi fırladaraq yellənirdi, orkestr isə finalı çalırdı; kornetin 

zil səsi və kanatdan aşağı – torpağa, finibus, son. Qreqorovius Sibillanın pıçıldaya-pıçıldaya onu 

Montevideonun küçələriylə gəzdirməsinə qulaq asırdı, bəlkə də, lap axırda onun barəsində bir az 

çox  şey  öyrənəcəkdi,  biləcəkdi  ki,  onu  da  Mimi  kimi  uşaqlıqda  Lusia  çağırırlarmış;  içkinin 

təsirindən gecə onunçün daha səxavətli olmuş, ətrafdakı hər şey yaxşılıq və ümid vəd edirdi. Gi-

Mono  artıq  dizlərini  qatlamışdı  və  onun  kobud  çəkmələri  daha  Qreqoroviusun    büzdümünə 

toxunmurdu, Sibilla isə ona söykənmişdi və o, qızın bədəninin yumşaqlığını, hər dəfə əyiləndə, 

danışanda, yaxud musiqinin ritminə uyğun astaca dingildəyəndə hər bir hərəkətini yüngülcə hiss 

edirdi. Qreqorovius küncdə val seçib oxudan Ronaldla Vonqu, divara vurulmuş eskimos xalısına 

söykənmiş Oliveyra və Bəpsi sanki

,

 pərdənin arxasında güclə seçirdi; Horasio siqaret dumanının 



içində ritmə dalaraq yırğalanır, Bəps isə arağın təsirindən tam keyləşmişdi; otaqda hər şey baş-

                                                

1

 

 Ащ, лянят шейтана (фран.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə