Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə12/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   8   9   10   11   12   13   14   15   ...   175

 

27 


ən incə tərziydi ki, sonradan it vəfasına çevrilir; o istəmirdi ki, Sibillaya yaraşan yeganə  paltar 

olan azadlıq qadın itaətkarlığının içində əryib itsin. Ancaq Sibillanın heç bir şey olmamış kimi 

əvvəlcə  qara  qəhvəylə  məşğul  olduğunu,  sonra  ayaqyoluna  gedib  oradan,  deyəsən,  tamamilə 

karıxmış  halda  geri  döndüyünü  görüb  tezliklə  sakitləşdi.  Bu  gecə  onunla  necə  lazımdır  rəftar 

olunmuşdu,  ətrafda  titrəyən  və  döyünən  dünya  onun  varlığının  bütün  məsamələrinə  sızırdı  və 

Oliveyranın  ilk  sözləri  ona  qamçı  kimi  dəydi.  O  qayıdıb  tam  çaşqın  vəziyyətdə  çarpayının 

kənarında oturdu, onu sakitləşdirmək üçün bir mehriban təbəssüm, bir dumanlı ümid yetərliydi. 

Oliveyranı sakitləşdirən də elə bu oldu. Çünki əgər Sibillanı sevmirsə, istəyi də sönməliydi (o isə 

onu  sevmirdi  və  deməli,  istəyi  də  sönməliydi)  və  əyləncələri  müqəddəsləşdirmək  taundan  da 

betər idi. Bundan günbəgün, həftəbəhəftə, aybaay hər bir otel nömrəsində, hər bir meydanda, hər 

bir  sevgi  pozasında  və  hər  səhər  bazar  meydanındakı  kafedə  masanın  arxasında  oturarkən 

uzaqlaşmaq  lazım  idi:  amansız  mübarizə,  aydın  olmayan  parlaq  nəticələriylə  incə  şəkildə 

düşünlümüş  əməliyyat.  O,  qəti  əmin  oldu:  Sibilla,  doğrudan  da,  Horasionun  onu  öldürməsini 

gözləyirmiş, bu ölümdən ötrü o, simurq quşu kimi yenidən doğular və nəhayət, filosofların şanlı 

pleyadasına qoşular, başqa sözlə, İlanlar Klubundakı əyləncə məclisinin tam hüquqlu iştirakçısı 

olardı;  Sibilla  hər  şeyi  bilmək,  sa-vad-lı  olmaq  istəyirdi.  Oliveyranı  çağırırdılar, 

ilhamlandırırdılar,  islahedici  kahin  olmağa  sövq  edirdilər;  onlar  bir-birini  heç  vaxt  başa 

düşmədikləri  və  ən  canlı  söhbətdə  belə  başqa-başqa  adamlar  olduqları  üçün  əks  təsəvvürlərin 

başlanğıcından çıxış edərək (və Sibilla bunu bilirdi, çox gözəl də başa düşürdü) yaxınlaşmanın 

yeganə  yolu  oydu  ki,  sevişmə  zamanı  Horasio  onu  öldürsün,  çünki  məhəbbətdə  onlar  qovuşa 

bilirdilər  və  o  zaman  göylərdə,  onları  qovuşduran  otel  nömrəsinin  göylərində,  nəhayət,  öz 

üryanlıqlarıyla eyniləşəndə onun dirilməsi, onu ləzzətlə boğduqdan və çılğıncasına inildədikdən 

sonra sümurq quşunun dirilməsi  baş  verəcək  və  Horasio ona baxaraq

,

  sanki



,

  yenidən  tanımağa 

başlayacaq, çünki onu, həqiqətən, özününkü edərək həmişəlik onunla olacaq, o da – onunla.  

 

(– 81) 

 

 

Danışmışdılar  ki,  müəyyən  saatda  hansısa  məhəllədə  avaralansınlar.  Taleyi 



acıqlandırmaq onların xoşuna gəlirdi: ola bilərdi ki, görüşməsinlər və bütün günü kafedə və ya 

meydanda  ayrı-ayrılıqda  tək-tənha  oturub  bir  kitab  artıq  oxusunlar.  «Bir  kitab  artıq»  ifadəsi 

Oliveyraya  məxsus  idi,  Sibilla  isə  onu  osmos  qanununa  əsasında  qəbul  etmişdi  –  qarşılıqlı 

sızdırma.  Əslində,  onunçün,  demək  olar  ki,  istənilən  kitab  bir  kitab  az  idi  və  o,  dəfələrlə 

savadlanmaq yanğısıyla alışıb-yanmış və xeyli müddət (təxminən üç və ya beş illə hesablanan) 



 

28 


klub diskussiyalarında  adları daim onu qəflətən  yaxalayan Hötenin, Homerin, Dilan Tomasın, 

Moriakın,  Folknerin,  Bodlerin,  Roberto  Arltın,  Müqəddəs  Avqustinanın  və  digər  müəlliflərin 

əsərlərinin  tam  külliyatını  oxumağa  hazırlaşmışdı.  Belə  olduqda  Oliveyra  həqarətlə  çiyinlərini 

çəkir  və  La-Plata  sahillərində  yaşanan  eybəcərliklərdən, 

fulltime

1

 



oxucuların  yeni  növündən, 

özündənrazı və yarımağıl qızlarla qaynayan kitabxanalardan, mətbəə rənginin şux sarımsaq ətrini 

öldürdüyü  evlərdən    danışırdı.  Bu  günlərdə  o  özü  az  oxuyur,  vaxtını  filmotekadakı    köhnə, 

saralmış  filmlərə,  ağaclara,  küçədən  tapdığı  xırda  əşyalara  və  Latın  məhəlləsinin  qadınlarına 

baxmağa  sərf  edirdi.  Onun  anlaşılmaz  intellektual  səyləri  heç  bir  fayda  verməyən  düşüncələrə 

çevrilirdi  və  Sibilla  ayın  tarixini  soruşanda,  ya  da  hansısa  sözün  mənasını  izah  etməyi  xahiş 

edəndə o,   mənasız  bir  iş görürmüş kimi  həvəssiz cavab  verirdi.  «Sən hər şeyi  bilirsən axı»,  – 

Sibilla məyus halda deyirdi. Belə olduqda o, özünə əziyyət verərək «bilmək»lə «təsəvvürə malik 

olmaq»  arasındakı  fərqi  izah  edir  və  bunu  xüsusi  testlərlə  yoxlamağı  təklif  edirdi.  Testlər  isə 

Sibillanı tamamilə karıxdıraraq lap ümidsizləşdirirdi.  

Heç vaxt olmadıqları  bir  yeri seçib görüşməyi, bir-birini orada tapmağı (demək olar ki, 

həmişə  tapırdılar)  qət  etdilər.  Hərdən  elə  ağlasığmaz  variantlar  fikirləşirdilər  ki,  Olliveyra 

ehtimal  nəzəriyyəsini  köməyə  çağıraraq  müvəffəqiyyətə,  demək  olar  ki,  inanmadan  küçələri 

təkrar-təkrar dolaşırdı. Necə ola bilərdi ki, Sibilla tindən Vojirar küçəsinə dönəndə ondan cəmi 

beş məhəllə aralı olan Oliveyra Busi küçəsiylə yuxarı qalxmaq əvəzinə fikrini dəyişib elə-belə, 

heç  bir  səbəb  olmadan  Müsyö-le-Prens  küçəsinə  sarı  döndü  və  vitrindəki  mumiyanlanmış 

meymunun qarşısında donub qalmış Sibillanın üstünə çıxdı. Sonra kafeyə girib bütün yolları və 

hər bir qəfil dönməni telepatiya ilə izah etməyə  çalışaraq ətraflı şəkildə xatırladılar, hər dəfə də 

uğursuzluğa  düçar  oldular.  Ancaq  onlar  bir-birini  küçələrin  labirintində  tapmışdılar.  Onlar, 

demək olar ki, həmişə görüşürdülər və özlərini hansısa fövqəladə bir qüvvəyə malik olduqlarına 

inandırıb dəli kimi gülüşürdülər. Sibillanın  bu qədər ağılsız olması, ən elementar  mülahizələrə 

etinasızlığı  Oliveyranı  dəhşətə  gətirirdi.  Onunçün  ehtimalların  təhlili,  seçim  və  ya  sadəcə, 

ayaqların  öz-özünə  yeridiyinə  inam  Sibillaya  tale  kimi  gəlirdi.  «Birdən  əgər  sən  mənə  rast 

gəlməsəydin?»  –  o  soruşurdu.  «Bilmirəm,  ancaq  sən    buradasan…»  Cavab  anlaşılmaz  şəkildə 

«yox»a  aparır,  sual  onun  məntiqi  yaylarının  yararsızlığını  çılpaqlaşdırırdı.  Bundan  sonra 

Oliveyra özündə onun klassik təsəvvürləri ilə mübarizə aparmaq üçün yeni güc hiss edir, Sibilla 

isə  nə  qədər  paradoksal  olsa  da,  onun  məktəbin  verdiyi  biliklərə  nifrətini  dağıtmağa  çalışırdı. 

Beləcə, onlar yaşayırdılar, Panç və Cudi, bir-birini cəlb edərək və itələyərək, əgər sevginin rəngli 

açıqca və ya sözsüz mahnıyla bitməsini istəmirsənsə, belə də lazımdır. Ancaq məhəbbət nə gözəl 

sözdür…  

 

                                                



1

 

 Там иш эцнц (инэ.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə