Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə10/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   6   7   8   9   10   11   12   13   ...   175

 

23 


Romero  təkəbbürlə  etiraf  edirdi  ki,  «Bu  Sibilla  –  az  aşın  duzu  deyil».  Həftələrcə,  bəlkə  də, 

aylarca (günləri hesablamaq Oliveyranın işi deyildi, mən xoşbəxtəm, deməli, gələcəyim yoxdur)  

gəzdilər, dolaşdılar Parisin küçələrini, gözlərinə görünənə baxa-baxa, olacağın olacağına 

mane olmadan, gah bir-birinə sarılaraq, gah da dalaşıb bir-birini itələyərək. Ancaq bütün  bunlar 

hadisələrin baş verdiyi, qəzetlərdə yazıldığı, ailə və qohumluq vəzifələrinə, digər formalı hüquqi 

və mənəvi öhdəliklərə yüksək qiymət verildiyi dünyadan kənardaydı.  

Tıq-tıq. 

– Gəl qalxaq, – hərdən Oliveyra deyirdi. 

– Niyə, – Sibilla Nef körpüsü tərəfdən hərəkət edən 

peniches


1

ə baxıb cavab verdi. – Tıq-

tıq, sizin kəllənizdə quş  var. Tıq-tıq, elə hey döyəcləyir, ona  yeməyə  bir şey  vermənizi  istəyir, 

Argentinadan. Tıq-tıq. 

– Yaxşı, – Oliveyra donquldandı. – Mən sənə Rokamadur deyiləm. Axırda biz dükançı və 

qapıçıyla da quş dilində danışacağıq – dava-dalaşdan qaça bilməyəcəyik. Gör bu tip zənci qızın 

dalınca necə sürünür. 

 

–  Onu  tanıyıram,  Provans  küçəsindəki  kafedə  işləyir.  Qadınlardan  xoşu  gəlir, 



ancaq boş yerə özünü yorur. 

 

–  Bəs bu zənci qadın səni öz toruna sala bilməyib ki? 



 

– Əlbəttə. Ancaq biz, sadəcə, dost olmuşuq, mən ona öz ənliyimi bağışlamışam, o 

isə mənə hansısa Retefin kitabını verib, yox… dayan, deyəsən, Retifin… 

 

– Aydındır. Doğrudan, onunla aranızda heç bir şey olmayıb? Sənin kimi hər şeylə 



maraqlananlara, yəqin ki, bu da maraqlı olardı. 

 

– Bəs sənin, Horasio, kişilərlə aranda bir şey olub? 



 

– Əlbəttə. Bu da bir həyat təcrübəsidir, özün bilirsən. 

 

Sibilla  onun  zarafat  etdiyindən  şübhələnərək  çəp-çəp  baxdı,  kəlləsindəki 



quşcuğaza  hirsləndi  –  Argentinadangəlmə  bir  şey  istəyən  quşcuğaza.  Sonra  isə  onun  üzərinə 

atıldı və Sen-Sulpis küçəsiylə addımlayan ər-arvadın çox böyük heyrətinə rəğmən, qaqqıldayaraq 

saçlarını elə qarışdırdı ki, Oliveyra onun əllərini tutmalı oldu və onlar gülüşdülər, ər-arvadlar da 

onlara  baxdılar  və  kişi  cəsarət  edib  azacıq  gülümsədi,  qadın  isə  özünü  hədsiz  dərəcədə  təhqir 

olunmuş hiss etdi.  

 

– Sən haqlısan, – nəhayət, Oliveyra etiraf etdi. – Mən düzələn deyiləm. Doğrudan 



da, oyanmağa çağırıram, yatmaq necə də gözəldir, yatmaq. 

 

Onlar  vitrinin  qarşısında  dayanıb  kitabların  adlarını  oxumağa  başladılar. 



Kitabların cildinin rəngi və nəşrlərin formatıyla maraqlanan Sibilla sorğu-suala başladı. Odur ki, 

Floberin  ədəbiyyatda  hansı  yeri  tutduğunu,  Monteskyenin  kim  olduğunu,  Raymond  Radigenin 

                                                

1

 



 Катерляр (фран.) 


 

24 


nədən  yazdığını  və  Toefil  Qotyenin  nə  zaman  yaşadığını  ona  izah  etməli  oldu.  Sibilla  vitrinin 

şüşəsinə  naxışlar  çəkə-çəkə dinlədi.  «Kəlləndəki  quşcuğaz ona  yeməyə  Argentinadangəlmə  bir 

şey vermənizi istəyir, – Oliveyra öz-özünə qulaq asaraq düşündü. – İlahi, işə düşdük» . 

 

– Məgər anlamırsan ki, heç bir şey öyrənə bilməyəcəksən? – nəhayət, o dilləndi. – 



Əgər  sən  küçədə  təhsil  almaq  istəyirsənsə,  əzizim,  bu  mümkün  deyil.  Yaxşısı  budur,  «Riders 

Daycest»ə yazıl. 

 

– Yox, yox, bu iyrəncdir. 



 

«Kəllədə  quşcuğaz,  –  Oliveyra  düşündü.  Ancaq  onun  yox,  mənim.  –  Bəs  onun 

kəlləsində nə  var?  Külək,  yoxsa şirniyyat, hər halda, çətin  həzm  olunan  bir şeydir. Ancaq  başı 

onun ən güclü yeri deyil». 

 

«O,  gözlərini  qıyır  və  düz  almacığı  vurur,  –  Oliveyra  düşündü.  Eynilə  dzen 



sistemi  üzrə  ox  atıcılığında  olduğu  kimi.  O,  hədəfi  ona  görə  vurur  ki,  heç  bir  sistem  tanımır. 

Mənsə əksinə… Tıq-tıq. Belə-belə işlər». 

 

Sibilla  dzen-buddizm  kimi  şeylər  haqqında  sorğu-suala  başlayanda  (bu,  adətən, 



Klubda  olurdu,  orada  daima  nostalgiya,  əsas  sayılması  mümkün  olan  uzaq  məfhumlar, 

medalların  tərs  üzü,  Ayın  o  biri  tərəfi  haqqında  danışırdılar)  Qreqorovius  ona  metafizikanın 

elementar  əsaslarını  başa  salmağa  çalışırdı,  bu  zaman  Oliveyra  perno  qədəhini  ləzzətlə  içərək 

onlara baxıb əylənirdi. Sibillaya nəyisə izah etməyin mənası yox idi. Fokonye haqlıdır, belələri 

üçün  tapmaca  izahatdan  başlayır.  Sibilla  immanentlik  və  transendentallıq  barədə  deyilənlərə 

qulaq  asır  və  gözəl  gözlərini  döyərək  Qreqoroviusun  bütün  metafizikasının  anasını  ağladaraq 

məhv  edirdi.  Nəhayət,  o,  özünü  inandırdı  ki,  dzen-buddizmi  başa  düşdü  və  yorğun-yorğun  ah 

çəkdi.  Və  təkcə  Oliveyra  bilirdi  ki,  zamanı  tanımayan  və  onların  hamısının  dialektikanın 

köməyilə axtardığı bu nəhəng fəzalara Sibilla daima göz yetirib.  

 

– Boş şeyləri yadında saxlama, – o, Sibillaya məsləhət verdi. – Ehtiyacın olmadığı 



halda eynək taxmağa nə lüzum var. 

 

Sibilla  bir  az  şübhələndi.  O,  üç  saat  sərasər  mübahisə  edə  bilən  Oliveyra  və 



Etyenlə fəxr edirdi. Onlar Sibillaya tabaşirlə cızılmış dairədə durmuş kimi görünürdülər və o  bu 

dairəyə daxil olub ədəbiyyat üçün  indeterminizm  prinsipinin  niyə  bu qədər  vacib olduğunu  və 

onların  haqqında  bu  qədər  danışdıqları  və  valeh  olduqları  Morellinin  niyə  öz  kitablarından 

içərisində  mikro  və  makroaləmin  özünü  məhv  edən  görüntü  şəklində  qovuşduğu  şüşə  şar 

düzəltmək istədiyini anlamaq istəyirdi. 

 

–  Bunu  sənə  anlatmaq  mümkün  deyil,  –  Etyen  deyirdi.  –  Bunlar  hamısı  7-ci 



səviyyədədir, sənsə hələ 2-cidəsən.  

Sibilla dərhal kədərləndi, sonra isə səkinin kənarına düşən yarpağı qaldırıb onunla nəsə 

danışdı,  onu  ovcunda  gəzdirdi,  o  tərəf-bu  tərəfə  çevirib  sığalladı,  axırda  yumşaq  yerini  soyub 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə