Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə17/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   13   14   15   16   17   18   19   20   ...   175

 

37 


ayaq  olmuşdu,  bəzi  rənglər  bir-birinə  qarışmışdı,  göy  qəfildən  narıncı  romblara  dönmüşdü, 

sadəcə,  dözülməz  idi.  Tüstü  dumanında  Oliveyranın  dodaqları  səssiz  şəkildə  tərpənirdi,  o, 

keçmiş  zamanda  qalmış  kiməsə  müraciətlə  öz-özüylə  danışırdı.  Ancaq  Qreqoroviusun  ovqatı 

yaman təlx olmuşdu, yəqin ona görə ki, guya, Horasionun burada olmaması, doğrudan da, fars 

olardı, o, sadəcə, Sibillanı bir azca şənləndirərdi, ancaq o, buradaydı, yaxındaydı və dodaqlarını 

sakitcə  tərpədərək  tüstü  dumanının  və  cazın  arasından  Sibilla  ilə  danışır,  için-için  gülürdü: 

görəsən, o (Sibilla), Lotreamona və Montevideoya çox aludə olmayıb ki? 

 

(–136) 

 

 

 



12 

 

Klubdakı  yığıncaqlar  Qreqoroviusun  xoşuna  gəlirdi,  çünki  burada  baş  verənlər  hansısa 



başqa  klubdakından  tamamilə  fərqlənir  və  məhz  bununla  da  bu  tipli  toplantılar  haqqında  ən 

yüksək təsəvvürlərə uyğun gəlirdi. Ronald da onun xoşuna gəlirdi, çünki o, anarxist idi və Bəpslə 

birgə yaşayırdı, həm də ona görə ki, onlar hər gün, aramsız olaraq  Karson Mak-Kallersi, Milleri, 

Raymon  Kenonu  oxumaqdan  özlərini  həlak  edir  və  azadlığın  müəyyən  bir  təzahürü  hesab 

etdikləri caza  fədakarcasına  vurğundular (həm də ona görə ki, onlar hər  ikisi  incəsənətdə uğur 

qazana  bilməmişdilər).  Onun,  yeri  gəlmişkən,  həm  də  münasibətlərinin  yetərincə  çətin  olduğu 

Horasio Oliveyradan da  xoşu gəlirdi:  Oliveyranın varlığı  Qreqoroviusu onu qeyri-şüuri axtarıb 

tapandan dərhal sonra qıcıqlandırmağa başlamışdı, buna rəğmən Qreqoroviusun öz mənşəyini və 

həyat  tərzini  ucuz  kələklərlə  pərdələməyə  çalışması  və  Sibillaya  açıq-aşkar  vurulduğunu 

Oliveyranın hiss etmədiyinə hədsiz inamı Oliveyranı şənləndirir və əyləndirirdi; beləliklə, onlar 

hər ikisi eyni zamanda bir-birinə doğru can atır və bir-birindən çəkinirdilər, eynilə öküzlə torero 

kimi.  Elə  Klub  da  bunun  sayəsində  mövcudluğunu  qoruyurdu.  Hər  ikisi  intelligent  rolunu 

oynayır,  eyhamlarla  danışaraq  Sibillanı  ümidsizləşdirir,  Bəpsi  isə  qəzəbləndirirdilər;  biri  bir 

məsələyə ötəri toxunan kimi  dərhal  bir-birini qabaqlamaq  və ötmək uğrunda şiddətli  mübarizə 

başlayırdı: biri səma köpəyini xatırlayan kimi, digəri 

«

I fled Him



»

1

 deyir və başlanırdı… Sibilla 



isə  tamamilə  acizləşərək  naümidcəsinə  onların  getdikcə  daha  da  yuxarı  qalxdığını  (çat  görüm 

necə  çatırsan)  izləyirdi  və  onlar,  nəhayət,  öz-özlərinə  bərkdən  gülərək  oyunu  dayandırırdılar. 

Ancaq  artıq  gecdir,  çünki  assosiativ  yaddaşın  bu 

eksgibisionizmi

2

  Oliveyranı  iyrəndirir, 



Qreqorovius  isə  hiss  edir  ki,  bu  nifrətə  o,  assosiativ  məşğələlərə  xüsusi  həvəsi  sayəsində  nail 

                                                

1

 

 Мян Ондан гачырам. (инэ.) 

2

 



 Ексэибисионизм – чылпаг бядян нцмайиши, порнографик сярэи 


 

38 


olub,  odur  ki,  özlərini  suç  ortağı  kimi  hiss  edərək  əylənməyə  son  qoyur,  ancaq  ikicə  dəqiqə 

keçməmiş  yenidən  oyuna  girişirdilər  ki,  bu  da,  əslində,  digər  başqa  məsələlərlə  birlikdə  klub 

yığıncaqlarının mahiyyətini təşkil edirdi. 

 

– Belə zəhrimarı içmək adama hər dəfə qismət olmur, – Qreqorovius stəkanı dolduraraq 



dedi.  –  Luisa  siz öz uşaqlığınızdan danışdınız. Bu  mənə ona görə  maraqlı deyil ki,  bunsuz sizi 

çayın  sahilində  qoşa  hörüklü  və  yanaqları  qıpqırmızı  qızarmış  təsəvvür  edə  bilmirəm.  Mənim 

Transilvaniyadan  olan  yerlilərim  də  lənətə  gəlmiş  Lütesiya  iqlimindən    saralıb-solanadək  belə 

olurlar. 

– Lütesiya? – Sibilla soruşdu. 

Qreqorovius köks ötürdü və izah etməyə başladı. Sibilla isə həmişəki kimi başqa bir yeni 

məşğuliyyət  onu  bu  işgəncədən  xilas  edənədək  var qüvvəsilə  anlamağa  çalışaraq  sakitcə qulaq 

asırdı.  Ronald,  Houkinsin  köhnə  valını  qoydu  və  Sibilla,  deyəsən,  Qreqoroviusun  söhbətinin 

musiqiyə  mane  olduğuyla  barışdı,  çünki  həmişəki  kimi  bu  söhbətdən  də  istədiyini  ala 

bilməmişdi, odur ki, canına vicvicə doldu və özünü musiqiyə kökləməmişdən qabaq dərin-dərin 

nəfəs almaq istədi, yəqin ki, lap elə Houkinsin özü kimi. Horasio  hansısa dolaşıq şeir parçasını 

izah  etməyi  ona  layiq  görəndə  də  bəzən  belə  dərindən  nəfəs  alır  və  bunun  nəticəsində  mütləq 

yeni,  qəribə  bir  anlaşılmazlıq  ortaya  çıxırdı;  məsələn,  əgər  Lütesiya  haqqında  Qreqoroviusun 

yerinə Oliveyra ona izahat vermiş olsaydı, hər şey dumanlı bir xoşbəxtliyə qarışardı – Houkinsin 

musiqisi də, lütesiyalılar da, yaşıl şamların dilləri də, canına dolan vicvicə də. Və o, dərin-dərin 

nəfəs  alardı  ki,  bu  da  onunçün  tayı-bərabəri  olmayan  bir  şeyi  qəti  sübut  edərdi:  bunlar  hamısı 

həqiqətdir  və  yalnız  Rokamadurla,  yaxud  Horasionun  ağzı  ilə  müqayisə  oluna  bilər,  ya  da  bu 

valın ucbatından artıq dinlənilməsi mümkün olmayan Motsartın adajiosu ilə.  

–  İş  bunda  deyil,  –  Qreqorovius,  nəhayət,  təslim  oldu.  –  Mən,  sadəcə,  sizin  həyatınız 

haqqında bir azca çox bilmək, sizin kimi hərtərəfli bir varlığı anlamaq istəyirdim.  

–  Mənim  həyatım  haqda,  –  Sibilla  dedi.  –  Mən  heç  kefli  halımda  da  onu  danışa,  sizsə 

başa düşə bilməzsiniz. Mən öz olmayan uşaqlığım haqda necə danışa bilərəm?  

– Mənim də uşaqlığım olmayıb. Hersoqovinada. 

–  Mənimki  isə  Montevideoda.  Bilirsiniz,  bəzən  yuxuda  məktəbimizi  görürəm,  elə 

qorxuram  ki,  öz  qışqırığıma  yuxudan  oyanıram.  Bəzən  də  görürəm  ki,  on  beş  yaşım  var, 

bilmirəm, sizin nə vaxtsa on beş yaşınız olubmu… 

– Mənə elə gəlir ki, olub, – Qreqorovius tərəddüdlə cavab verdi. 

– Mənimdə olub, həyətinə dibçəklər düzülmüş bir evdə. Atam orada mate içər və iyrənc 

jurnallar oxuyardı. Atanız sizin yanınıza gəlir? Demək istəyirəm ki, sizinlə görüşür? 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə