Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Klassika 
Zamanın  sinağindan   çıxmış əsərlər 
 
Latınca  «klassisus»  —  nümunəvi  sözündən 
olan  klassisizm  doğrudan  da  klassikaya 
əsaslanaraq  bədii  və  mənəvi  ideala  çevrilən 
mükəmməl  sənət  əsərləri  yaradır.  Bu  üslubun 
yaradıcıları  hesab  edirdi  ki,  obyektiv  olaraq 
mövcud  olan  gözəllik  qanunları  da  ağılın 
köməyilə  dərk  edilir,  incəsənətin  məqsədi  – 
insanın  və  dünyanın  məhz  bu  qanunlar  üzrə 
dəyiĢdirilməsi,  idealın  real  məkanda  həyata 
keçirilməsidir. 
Antik incəsənətin  dirçəliĢi, klassik  ənənələrə 
pərəstiĢ  Ġntibah  dövründən  baĢlasa  da,  klasisizm 
məhz  XVII  əsrdə  cərəyan  kim  formalaĢır. 
―klassisizm‖ cərəyanının nümayəndələri kimi, bir 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
çox bəstəkarları saymaq olar. Lakin əksər hallarda 
―klassik  musiqi‖  anlayıĢı  əsrlər  boyu  bəstəkarlar 
tərəfindən  yaradılan,  yazılı  sürətdə  qorunub-
saxlanılan 
dərin  məzmunlu  bütün  musiqi 
əsərlərinə 
deyilir. 
Bəzən  hansısa  qüsursuz,  mükəmməl  bir  musiqi 
əsərini  eĢidəndə  əsl  klassik  musiqidir  deyirik. 
Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər 
artıq  tarix  olub,  zamanın  sınağından  çıxıb.  Buna 
baxmayaraq, 
hələ 
də 
müasir  cəmiyyətdə 
auditoriyasını  qoruyub  saxlayıb,  sevilir  və 
dinlənilir. 
Klassik  musiqi  qərb  ənənələrinə  söykənir. 
Klassik  musiqi  anlayıĢı  baxımından  XX  əsr 
Azərbaycan 
musiqisinin 
tarixində 
mühüm, 
əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə 
yüksək  peĢəkarlığı  ilə,  orijinal  musiqi  üslubu  ilə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
seçilən  bəstəkarlıq  məktəbi  yaranmıĢdır.  Azər-
baycan  musiqisi  dünya  professional  musiqi 
mədəniyyətinin 
ümumi  sisteminə  qovuĢur, 
Azərbaycan  bəstəkarları  və  ifaçıları  dünya 
musiqisinin 
səviyyəsinə 
qalxmıĢlar.  
Professional  klassik  musiqinin  banisi  dahi 
bəstəkar Üzeyir Hacıbəyov hesab olunur.  
30-cu  illərin  sonu,  40-cı  illərin  əvvəllərində 
Azərbaycan  musiqisində  yeni  bəstəkarlar  nəsli 
yetiĢir.  Yaradıcılıq  axtarıĢlarının  diapazonu 
geniĢlənir, yeni janrlar, yeni təmayüllər meydana 
gəlir.  Avropa  musiqisinin  aparıcı  təmayülləri  – 
neoklassizm, dodekafoniya, seriya texnikası milli 
zəmində  iĢlənməsi  maraqlı  sənət  tapıntıları  ilə 
nəticələnir.  Ən  baĢlıcası  isə  odur  ki,  Azərbaycan 
musiqisi  artıq  ölkə  hüdudlarından  çox-çox 
kənarlarda,  beynəlxalq  miqyasda  da  geniĢ  Ģöhrət 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
qazanır.  Belə  böyük  uğurlar  ilk  növbədə  üç  dahi 
sənətkarın  –  Qara  Qarayev  (1918-1982),  Fikrət 
Əmirov  (1922-1984)  və  Niyazinin  (1912-1984) 
yaradıcılıq axtarıĢları ilə bağlıdır. Onların əsərləri 
dünyanın  bir  çox  ölkələrində  səsləndirilmiĢ, 
disklərə 
yazılmıĢ 
və 
mükafatlara 
layiq 
görülmüĢlər.  ―Cəvahirləl  Nehru‖,  ―Bela  Bartok 
adına  medal‖  və  bir  sıra  beynəlxalq  mükafatlara 
layiq  görülən  Niyazi  dövrümüzün  böyük 
dirijorları 
sırasına 
daxildir. 
30-40-cı  illərdə  Azərbaycan  musiqisində  Səid 
Rüstəmov  (1907-1983)  və  Tofiq  Quliyev  (1917-
2000)  kimi  mahir  klassik  musiqi  bstəkarları 
yetiĢmiĢdir.  S.  Rüstəmov  ―Alagöz‖,  ―Qurban 
adına‖,  ―Gəlmədin‖,  ―Sürəyya‖,  ―Oxu  tar‖  və  s., 
T. 
Quliyevin 
Azərbaycan 
xalq 
musiqisi 
ənənələrindən,  habelə  Avropanın  estrada  və  caz 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
musiqisindən  qidalanmıĢ  ―Sənə  də  qalmaz‖, 
―Qızıl üzük‖, ―Bəxtəvər oldum‖, ―Bakı haqqında 
mahnı‖,  ―Zübeydə‖  və  s.  mahnıları  Azərbaycan 
klassik musiqisinin gözəl nümunələrdir. 
Musiqinin  insana  təsirini  araĢdıran  alimlər 
klassik  musiqinin  insana  möcüzəvi  təsirini 
müəyyən  etmiĢlər.  Burada  daha  çox  Motsart, 
Vivaldi,  Qriq,  Bethoven,  ġubert,  ġuman, 
Çaykovski və Debyussi kimi bəstəkarların əsərləri 
vurğulanmıĢdır. 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Qız qalası                                                                                 
 Sovet Azərbaycan incəsənətinə hədiyyə 
 
Balet – (fransız sözü ―balleto‖dan götürülüb, 
mənası  –  ―rəqs  edirəm‖  deməkdir)  səhnə 
sənətinin  bir  növü,  xoreoqrafiyanın  ən  yüksək 
pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz 
tellərlə bağlanmıĢ musiqi və rəsqdir. Baletdə rəqs 
sənəti  musiqili-səhnə  tamaĢaları  səviyyəsinə 
yüksəlir. 
Adətən,  baletin  əsasında  müəyyən  bir  süjet, 
dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də 
var.  Baletdə  əsasən,  klassik  və  xarakterik 
rəsqlərdən  istifadə  olunur.  Ancaq  bu  sənət 
növündə  pantomima  da  mühüm  rol  oynayır. 
Aktyorlar  qəhrəmanların  hisslərini,  səhnədə  baĢ 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə