Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
təsir  gücü  var  ki,  onu  sakit  ürəklə  dinləmək 
mümkün  deyil.  Həmin  simfonik  sərlövhə  ayrı-
ayrı  parlaq  lövhələrlə,  cizgilərlə,  rəngarəng 
musiqi  vasitələrilə  zəngindir.  Soltan  Hacıbəyov 
əsərə elə bir intonasiya, ritmik vüsət verib ki, ona 
qulaq  asanda  özünü  təbiətin  sonsuzluğunda  , 
xüsusilə,  hüdudsuz  səhrada  hiss  edir,  dəvə  kar-
vanlarının zınqırovlu səslərini eĢidir, sanki bütün 
mənzərələri  gözünlə  görürsən.  Ġnsanın  qəlbinə, 
ruhuna sakitlik, rahatlıq və ifadə etməkdə çətinlik 
çəkdiyimiz xoĢ duyğular axır. 
Bəstəkarın sağlığında bu əsər, demək olar ki, 
dünyanın 
çox 
möhtəĢəm 
salonlarında 
səsləndirilib.  Amerikanın  məĢhur  skripkaçısı 
Sidney  Hort  istedadlı  Azərbaycan  bəstəkarı 
Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra 
ona  göndərdiyi  məktubunda  yazırdı:  "Sizin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
"Karvan"ınız  çox  cazibədardır.  Bu  gözəl  əsərin 
gözəl  instrumentovkası  da  müəllifə  layiqdir. 
Həyat  eĢqi  ilə  dolu,  dərin  məzmunlu  bu  əsəri 
Çikaqo  Ģəhərində  Evanston  orkestri  böyük 
məharətlə ifa etmiĢdir". 
Mütəxəssislər  təsdiqləyirlər  ki,  "Karvan"ın 
kompozisiyası  və  quruluĢu  özünün  həmahəngliyi 
və  ifadənin  vəhdəti  ilə  seçilir.  Hər  dəfə  qulaq 
asdıqca  onun  ahənginə  qoĢulub  uzaqlara 
qanadlanmaq  istəyirsən.  Soltan  Hacıbəyov  1930-
cu  ildə  Bakıya  köçərək  məhz  Üzeyir  Hacıbə-
yovun  ailəsində  yaĢayaraq  təhsil  almıĢdır. 
Ömrünün  hər  günü,  hər  anı  böyük  bəstəkarla 
bağlı  olan  Soltan  Hacıbəyov  musiqiyə  bütün 
varlığı  ilə  bağlanmıĢdı.  Bu  səbəbdən  də  orta 
məktəbi  bitirdikdən  sonra  musiqi  texnikumuna 
daxil olaraq orada truba sinfində oxumuĢdur. Hələ 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
tələbə  ikən  Musiqili  Komediya  Teatrında  dirijor 
vəzifəsində  çalıĢan  Soltan  Hacıbəyov  yaradıcılıq 
fəaliyyətinə də elə o illərdən baĢlamıĢdır. Ġlk əsəri 
xor  və  simfonik  orkestr  üçün  yazdığı  "Pioner" 
kantatası və "Qızılgül" adlı musiqili komediyadır. 
1940-cı  ildə  Musiqili  Komediya  Teatrında 
tamaĢaya  qoyulan  bu  əsərin  qazandığı  uğur 
müəllifi  daha  da  həvəsləndirdi.  Əmisi  Üzeyir 
bəyin  məsləhəti  ilə  1939-cu  ildə  Azərbaycan 
Dövlət  Konservatoriyasının  bəstəkarlıq  Ģöbəsinə 
daxil 
olan 
Soltan 
Hacıbəyov 
Üzeyir 
Hacıbəyovdan  və  baĢqa  tanınmıĢ  müəllimlərdən 
dərs alırdı. 
Soltan  Hacıbəyovun  bəxti  çox  gətirmiĢdi. 
ġuĢada  doğulmuĢdu,  qanında,  ruhunda  musiqi 
istedadı  var  idi,  Üzeyir  Hacıbəyov  kimi  dahi 
bəstəkarın  ailəsində  böyümüĢ  və  ondan  dərs 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
almıĢdı. 
Digər 
tərəfdən 
isə 
yaradıcılığı 
Azərbaycan  musiqi  mədəniyyətinin  ən  səmərəli 
və  intibah  dövrünə  düĢmüĢdü.  Opera  və  Balet 
Teatrında  Müslüm  Maqomayevin  "Nərgiz", 
Üzeyir 
Hacıbəyovun 
"Koroğlu" 
operaları 
göstərilir, eləcə də digər bəstəkarların simfonik və 
kamera  instrumental  musiqiləri  yaranırdı.  Bu 
dövrdə  bir  çox  musiqi  əsərlərinin  əsasları 
qoyulurdu. 
Konservatoriyada  təhsil  aldığı  illərdə  Soltan 
Hacıbəyov  müxtəlif  janrlarda  əsərlər  yaradaraq 
Azərbaycan  mədəniyyətinə  öz  töhfəsini  verirdi. 
"Çiçəklərin  söhbəti",  "Neft  haqqında  nəğmə" 
mahnıları,  "QuĢcuğaz",  "Tənha  yelkən  ağarır" 
romansları  və  bir  sıra  simli  kvarteti  və  simfonik 
əsərləri  mədəniyyət  tariximizə  həkk  olunurdu. 
Ġkinci  dünya  müharibəsi  illərində  Soltan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Hacıbəyov  həmkarları  kimi,  vətənpərvərlik 
ruhunda yazılmıĢ sözlərə musiqi yozumu verirdi. 
Onun  "DöyüĢçülər"  nəğməsi  və  bir  sıra  əsgər 
marĢları  o  dövrdə  çox  məĢhur  idi.  Bəstəkarın 
istedadı  hamının  diqqətini  çəkirdi.  Görkəmli  rus 
bəstəkarı R.Qliyer 1944-cü ildə Tiflisdə keçirilən 
musiqi  ongünlüyündə  Soltan  Hacıbəyovun 
əsərlərinə  qulaq  asarkən  öz  fikrini  belə  dilə 
gətirmiĢdi:  "Bu  simfoniyalar  tez  yadda  qalan, 
parlaq, maraqlı tematik materiala, yaxĢı simfonik 
inkiĢafa  malik  bir  əsərdir.  Bunların  hamısı  onu 
göstərir  ki,  Soltan  Hacıbəyov  tezliklə  böyük 
bəstəkar  olacaqdır.  Onun  istedadlı  olması 
Ģübhəsizdir, xüsusi məziyyətləri var, texniki biliyi 
aydındır.  Ən  baĢlıcası  isə  o,  musiqinin  milli 
mənbələri ilə sıx surətdə bağlıdır". 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə