Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
əyilmiĢdir. Onun ipdən düzəldilmiĢ giriĢinə metal 
lövhəciklər,  halqa  və  zınqırovlar  keçirilərək 
uclarını  ağacın  uclarına  bağlanır.  Rəqs  zamanı 
yallıbaĢı 
aləti 
ortasından 
tutaraq, 
aləti 
silkələməklə  və  ona  tək-tək  zərbələr  endirməklə 
rəqsin  ritmini  saxlayır.  Laqquti  ölçülərinə  görə 
fərqlənən  iki  düzbucaq  Ģəklində  yastı  ağac 
tircikdən  (ibarətdir. Onların  uzun  yan  tərəfi  boyu 
dərin rezonator yarıqları yonulmuĢdur. Çalğı üçün 
iki çubuqdan istifadə olunur. 
Vaxtilə  Azərbaycanda  cərəs,  sinc,  zəng, 
dəray,  qımro,  kasə,  ağız-qopuzu,  zınqırov,  çan, 
teĢt,  səfail,  qaĢığek,  zil  və  xəlxaldan  da  istifadə 
olunurdu.  Daha  geniĢ  yayılan  sinc  və  dəray 
əsasən  hərbi  yürüĢlərdə,  cərəs  köç  zamanı, 
bilərzik  Ģəklində  olan  və  üst  tərəfdən  qımrolar 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
bərkidilən  xəlxal,  kiçik  zəng  Ģəklində  olan 
cərəsdən isə rəqqaslar istifadə edirdilər. 
Ənənəvi çalğı alətlərimiz birləĢərək müxtəlif 
çalğıçı  dəstələri  təĢkil  edirlər.  Qaval  çalan 
xanəndə,  tarzən  və  kamançaçıdan  ibarət  olan 
məĢhur muğam ―üçlüyü‖ – sazəndə, cürə sazlarda 
ifa  edən  sazçı  qızlar,  aĢıq,  nağaraçıların 
qoĢulduğu  zurnaçılar,  balabançılar,  damburçular, 
tulumçular  və  habelə  nağaraçılar  dəstələri  xalqın 
böyük rəğbətini qazanmıĢdır. 
Bəstəkarlarımız  tar,  kamança,  saz,  qanun, 
balaban,  zurna  üçün  konsert,  sonata,  pyes  və 
baĢqa janrda əsərlər yazmıĢlar. 
Son 
illər 
sənətĢünaslıq 
namizədi, 
respublikanın  əməkdar  artisti  Məcnun  Kərimov 
tərəfindən  unudulmuĢ  alətləri  bərpa  edərək 
yenidən  ansamblların  tərkibinə  daxil  edilməsi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
üçün  böyük  axtarıĢ  iĢləri  aparılmıĢ  və  artıq  bir 
sıra  alətlər  həyata  qaytarılmıĢdır.  Onların 
sırasında  rud,  rübab,  bərbət,  çəng,  qopuz,  çoğur, 
çəğanə,  Ģirvan  tənburu,  santur,  nüzhə  vardır.  Bu 
Ģərəfli  iĢə  sənətĢünaslıq  namizədi  Abbasqulu 
Nəcəfov  da  qoĢulmuĢdur.  Artıq  bərpa  edilmiĢ 
çalğı  alətlərindən  təĢkil  olunmuĢ  ansambl 
fəaliyyət  göstərir.  ġübhəsiz,  yaxın  gələcəkdə 
onlar  ənənəvi  alətlərimizə  qoĢularaq,  orkestr  və 
ansambllarımızın  səsini  daha  rəngarəng  və 
möhtəĢəm edəcəkdir… 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
 
“Sevilya bərbəri”                                                
Özünü öyən və şəhərdə hamıya  
gərəkli olan bərbər Fiqaro 
 
Ġlk operanın vətəni Ġtaliyadır. O, incəsənətin 
digər  növlərinə  nisbətən  gənc  janr  hesab  olunur. 
Rəngkarlıq,  heykəltəraĢlıq,  memarlıq,  vokal 
musiqisi  minilliklər  boyu  inkiĢaf  etdiyi  halda, ilk 
operalar  XVI  və  XVII  əsrlərin  qovĢağında 
meydana gəlmiĢdir. 
Özünün tarixi və bədii dəyərini indiyə qədər 
qoruyub  saxlayan  ilk  operanın  müəllifi  Ġtaliyanın 
dahi  bəstəkarı  Klaudio  Monteverdidir.  Onun 
musiqili nağıl adlandırdığı "Orfey" operası 1606-
cı ildə səhnəyə qoyulmuĢdur. Sonralar Avropanın 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
digər  ölkələrinə  də  yayılmıĢ  bu  yeni  incəsənət 
janrına müxtəlif adlar verilmiĢdir. 
Fransada  qəhrəmanlıq  operalarına  "musiqili 
faciə"  deyirdilər.  Almaniya  və  Avstriyada  alman 
mətninə  yazılan,  həm  danıĢıq,  həm  də  oxumaqla 
cərəyan  edən  əsərlər  "oxumaqla  gedən  pyes" 
adlanırdı,  Rusiyada  operaya  "səslə  oxumaq 
dramı" adı verilmiĢdi. 
Sonralar hər yerdə "opera" adlanan bu əsərlər 
janr  və  üslub  xüsusiyyətlərinə  görə  "komik 
opera",  "ciddi  opera",  "opera-buffa",  "böyük 
opera",  "lirik  opera",  "romantik  opera"  növlərinə 
ayrılmıĢdır. 
Coakkino Rossini 1792-ci ildə Ġtaliyanın Ģərq 
sahilində  Pesaro  adlı  kiçik  bir  qəsəbədə  anadan 
olmuĢdur. Anası opera müğənnisi, atası isə korno 
ifaçısı idi. UĢaqkən mahnı oxumağa, violonçel və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
korno  çalmağa  baĢlamıĢdı.  15  yaĢına  çatanda  bir 
musiqi məktəbinə yazılır,  bəstəkarlığı öyrənir. 
Coakkino  Rossini  uğuru  komik  operalarıyla 
qazanmıĢ bəstəkarlardan idi. 
Ən  əhəmiyyətli  əsərləri  olaraq  Guillaume 
Tell,  Tancredi,  və  Semiramide  qəbul  edilir. 
"Otello" C. Verdinin əsas əsəri olmasına rəğmən, 
Rossinnin  "Otello"su  da  dinləməyə  dəyər. 
Gəncliyində  bəstələdiyi  simli  alətlər  sonatları 
onun  Haydn  və  Mosart  kimi  klassik  dövr 
bəstəkarlarının  əsərlərini  dərindən  araĢdırdığını 
göstərirdi. 
Onun  ilk  operası  "Evlilik  müqaviləsi"  18 
yaĢında 
Venesiyada 
səhnəyə 
qoyulmuĢdu 
Dördüncü  əsəri  ciddi  opera  Tancredi  və  beĢinci 
əsəri  komik  opera  "Əlcəzairdə  Ġtalyan  Qız  ― 
operaları  ilə  Ģöhrət  qazanır.  əsas  əsəri  "Sevilya 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə