C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə30/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   26   27   28   29   30   31   32   33   ...   207

62 

 

Sinir sisteminin 



zədələnməsi. 

Zəiflik 


Zəiflik, 

adinamiya, 

əsəbilik,  üşütmə,  titrəmə, 

baş ağrısı, baş gicəllənmə, 

huşun itməsi. 

Kəskin zəiflik, apatiya, 

anoreksiya. 

Yuxu 


pozğunluğu  baş  ağrısı, 

qıcol-malar, 

bəzən 

hıçqırma. 



Periferik qan. 

Elə bir dəyişiklik 

olmur. 

Mülayim  leykositoz  və 



sola meyil-lik. 

Leykositoz 

12-

15*10 V mkl Mütləq və 



nisbi 

ney-trofılyoz. 

Kəskin  sola  meyillik, 

hətta  cavan  formalı 

elementlərin  meydana 

çıxması.  Neytrofıllərin 

toksi-ki 

dənəvərliyi 

EÇS-in sürətlənməsi. 

Yoğun bağırsağın dis- 

tal şöbəsinin selikli 

qişasında dəyişikliklər. 

Diffuz kataral 

iltihab. Nöqtə 

şəklində tək-tək 

hemorragiya və 

eroziyalar. 

Diffuz  kataral  iltihab. 

Hemorragiy-alar, 

eroziyalar  və  xoralar 

şəklində 

ocaqlı 


dəyişikliklərin 

olması 


xarak-dir. 

Diffuz  kataral  iltihab. 

Eroziya  və  xoralar 

şəklində 

ocaqlı 

dəyişikliklərin 



aşkar 

edilməsi mütləq 

göstəricidir. 

 

Qastroenteritik  variant- kliniki  gedişinə  görə  qastroentero-kolitik  variantı 

xatırladır. Yalnız bu zaman kolitik əlamətlər qeyd edilmir. Yoğun bağırsaqda olan dəyişikliklər 

zəif olur. Əsas əlamətlər qastroenterit və su-suzlaşma ilə xarakterizə olunur. Kliniki olaraq qida 

toksikoinfeksiyasına oxşadığından differensasiya etmək çox çətinlik törədir. 

Silinmiş  gediş- kliniki  əlamətləri  zəif  büruzə  verir.  1-2  dəfə  sıyığa  bənzər 

defekasiya,  qarında  qısa  müddətli  diskomfort,  diqqətli  müayinədə  bəzən  S-vari  bağırsağın 

gərginləşməsi və ağrılı olması müəyyən edilir. RRS-də kataral proktosiqmoidit, mikroskopiyada 

nəcisdə selik və leykositlər aşkar edilir. 



Subklinik forma- heç bir klinik əlamət olmur. Bakterioloji müayinə müsbət olur. 

Seroloji reaksiyalarda antitellərin titrinin yüksəlməsi qeyd edilir. 



Uzun sürən forma- yüngül gedişlərdə əlamətlər 2 həftədən, orta ağır 3 həftədən, 

ağır gedişlərdə isə 4 həftədən artıq davam edərsə uzun sürən forma hesab edilir, 3 aya qədər çəkir. 

Səbəbi  pəhrizin  pozulması,  alkoqoldan istifadə,  düzgün  olmayan  müalicə,  immun  sistemin 

pozğunluqları ola bilər. 



Xroniki dizente riya - xəstəlik 3 aydan artıq davam edərsə xroniki hesab edilir. 

Kəskin dizenteriya 2-5% hallarda xroniki gediş ala bilər. Baxmayaraq ki, xroniki dizenteriyanın 

səbəbləri  kifayət  qədər  öyrənilməmişdir,  bununla  belə  təkrari  yoluxma,  törədicinin  növü, 

immunoloji statusun aşağı olması, disbakterioz, qidalanmanın pis olması, yanaşı gedən xəstəliklər, 

müalicənin düzgün aparılmaması və s. xronikiləşməni şərtləndirən amillər hesab edilir. 

Xroniki dizenteriyanın 2 forması ayırd edilir: residiv verən və fasiləsiz. 

downloaded from KitabYurdu.org



63 

 

Residiv  verən  formaya daha  tez-tez  rast  gəlinir.  Remissiya  və  residivlərin 

növləşməsi  ilə  xarakterizə  olunur.  Residivlərin,  remissiya  dövrlərinin  davam etmə  müddəti 

müxtəlif  olur  və  kliniki  gedişində  yoğun  bağırsağın  distal  şöbəsinin  zədələnməsi  əlamətləri 

üstünlük  təşkil  edir.  Bununla  bərabər  diqqətli  müayinələr  patoloji  prosesə  mədənin,  nazik 

bağırsaqların, mədəaltı vəzin, hepatob-liar sistemin zədələnməsinin də qoşulduğunu göstərə bilər. 

Residivlərin  klinikası  kəskin  dizenteriyanm  yüngül  və  orta  ağır  formasına  oxşar  gedir. 

Lakin burada bağırsaq pozğunluğu ön plana çıxır, öz müddəti, inadcıllığı ilə seçilir, intoksikasiya 

əlamətləri bir elə büruzə vermir. 

Mərkəzi  sinir  sistemi  də  zərər  çəkir.  Xəstələr  əsəbi  olur,  tez  hirslənir,  iş 

qabiliyyətləri  aşağı  düşür,  yuxu  pozulur,  tez-tez  baş  ağrıları  olur.  Bir  sıra  hallarda  vegetativ 

pozğunluqlar (vaqotoniya əlamətləri) qeyd edilir. 

Residivlər arası dövrlərdə xəstələrin vəziyyəti kafi olur, iş qabiliyyəti saxlanılır. 

Bununla  belə  bağırsağın  funksional  pozğunluqları  qalır  -  defekasiya  dayanıqsız  olur.  Həzm  və 

sorulma proseslərinin pozulması qeyd edilir. Çox yedikdə, yaxşı hazırlanmamış, qeyri-adi - adət 

edilməyən qidalar qısa müddətli bağırsaq pozğunluqlarına səbəb olur. Bir sıra qida maddələrinin 

(süd, alma, üzüm, kobud bitki mənşəli qidalar, şirniyyat və s.) qəbulu pis təsir göstərir. Qarında 

diskomfort  hissi  olur.  Bunlar  xəstəyə  mənfi  təsir  edib,  psixiemosional gərginlik  yaradır. 

Defekasiyanm  tezləşməsi  hətta  fiziki  gərginlikdən  -  işdən, güclü  İıəyacandan,  qida  rejiminin 

pozulmasından belə ola bilər. 

RRS-də  düz  və  S-vari  bağırsağın  selikli  qişasında  polimorf  dəyişikliklər  qeyd 

edilir. Kəskinləşmələr zamanı kəskin dizenteriyanı xatırladır. Bununla bərabər ayrı-ayrı sahələrdə 

intensivlik  eyni  olmur.  Selikli  qişanın  kəskin  hipe-remiyalı  sahələri  ilə  avazımış  sahələr 

növbələşir. Üzülmüş, boş olur, asanlıqla yaralanır. 



Fasiləsiz  formada remissiya  dövrü  olmur.  Xəstəlik  daima  proqresssivləşə-rək 

xəstənin vəziyyətini pisləşdirir. Ona görə də bu formada proqnoz pisdir. 



B akt er iy agə z dir ənlik  - kəskin dizenteriyadan sağalmışlarda 3 aydan artıq 

davam edən bakteriya ifraz etmə rekonvalessent bakteriyagəz-dirənlik adlanır. Bu zaman heç bir 

klinik əlamət olmur. Rekteromonosko-piyada iltihabi prosesin qalıq əlamətləri qeyd edilə bilər. 

Qan zərdabında spesifik antitellər diaqnostik titrdə təyin olunur. 

Bakteriyagəzdirənlik  aşkar  edilən  gündən  3  ay  əvvəl  ki,  dövrdə  heç  bir  klinik 

əlamət,  bağırsaq  disfunksiyası,  intoksikasiya  əlamətləri  qeyd  edilməmişdirsə  bu  subkliııik 

bakteriyagəzdirənlik  hesab  edilir.  Bu  zaman  RRS-də  dəyişikliklər  qeyd  edilmir.  Seroloji 

reaksiyaların nəticələri mənfi olur. 90% hallarda subklinik bakteriyagəzdirənlik qısa müddətli olur. 



Ağırlaşmaları. Mümkün  olan  ağırlaşmadan  İTŞ  və  qarışıq  (infek-sion-toksik, 

dehidratasion  şok),  İTE-nı,  bağırsaq  deşilməsini,  sfmkterdə  çatı,  hemorroyun  kəskinləşməsini, 

xoraların  çapıqlaşması  nəticəsində  ola  biləcək hissəvi  və  ya  tam  bağırsaq  keçməməzliyini, 

bağırsaq qanaxmasını, düz bağırsağın düşməsini, disbakteriozu, kollapsı və s. göstərmək olar. 

II-li infeksiyanın qoşulması nəticəsində inkişaf edən infeksiyalar - pnev-moniya, 

qalxan urogenital infeksiyalar və s.-də qeyd edilməlidir. 

Bağırsağın toksiki dilatasiyası, mezenterial damarların trombozu da rast gəlinə 

bilər. 


downloaded from KitabYurdu.org


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə