“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
650
– «Don Covanni»nin axırıncı səhnəsində. Loperello artıq diz çöküb. Çox gözəl səhnədir, heç
musiqisi də pis deyil. Düzdür, bu musiqidə insani şeylər hələ çoxdur, ancaq hər halda, o dünya,
onun gülüşü hiss olunur. Elə deyil?
– Bundan sonra belə gözəl musiqi yaranmayıb! – Məktəb müəllimləri kimi təntənə ilə sözə
başladım. – Əlbəttə, sonra Şubert, Hüqo, Volf gəldi... O zavallı gözəl Şopeni də unutmaq olmaz.
Üzgözünüzü turşudursunuz, mayestro... Bəli, hələ Bethoven qalır... O da möcüzədir... Ancaq
bütün bunlar nə qədər gözəl olsa da, hamısında nəsə bir qırıqlıq, dağınıqlıq var. «Don
Covanni»dən sonra heç kəs belə kamil, bütöv əsər yaratmayıb.
– Özünüzə çox da əziyyət verməyin! – Motsart dəhşətli bir kinayə ilə güldü. – Yəqin, siz də
musiqiçisiniz?! Ancaq mən bu sənətdən əl çəkib əbədi dincliyə qovuşmuşam. Hərdən bir az
ləzzət almaq xətrinə belə hay-küyə tamaşa edirəm. Əllərini göyə qaldırdı, sanki, dirijorluq edirdi.
Həmin anda haradansa bir ay doğdu, ya da solğun bürc göründü. Arakəsmənin üstündən ucu-
bucağı görünməyən sonsuzluğa baxdım. Orada sürünən buludların, dumanın arasından dağların,
dəniz sahilinin tutqun kölgəsi seçilirdi. Ayaqlarımız altında isə sonu-sonucu görünməyən,
səhraya bənzəyən bir yamac uzanıb
gedirdi... Həmin yamacda görkəmindən ləyaqətli adama oxşayan uzun saqqallı bir cənab
göründü.
Kədərli idi və arxasınca da on minlərlə qara geymiş adam gəlirdi. Özü çox həyəcanlı, ümidsiz
idi.
Motsart dedi:
– Görürsünüz, Bramsdır. Qurtuluşa can atır, ancaq buna hələ çox var.
Öyrəndim ki, həmin qarageyimli adamların hamısı onun partituralarındakı ilahilik baxımından
artıq hesab olunan səslərin, notların ifaçılarıdır.
– Həddən artıq orkestr üçün uyğunlaşdırılmış, həddən artıq da material sərf olunmuşdur, – deyə
Motsart başını buladı.
Bunun ardınca da eyni böyüklükdə bir dəstənin başında addımlayan Rixard Vaqneri gördük və
hiss elədik ki, minlərlə adamı arxasınca aparmağa çətinlik çəkir. Gördük ki, elə özü də min cür
əzaba qatlaşmış adam kimi güclə yeriyir. Kədər içində dedim:
– Mən cavan olanda bu iki musiqiçi daban-dabana zidd sənətkarlar hesab olunurdu.
Motsart güldü:
– Bəli, bu həmişə siz deyən kimi olub. Bir az uzaqdan baxanda belə ziddiyyətlər bir-birinə daha
çox oxşayır. Yeri gəlmişkən, bu cür hədsiz uyğunlaşdırma nə Vaqnerin, nə də Bramsın səhvi
olub.
Hamısı zəmanənin günahı idi...– Necə? İndi onun əvəzini bunlar verməlidir? – deyə ittihama
keçdim.
– Bəs necə! Növbə ilə olan şeydir. Yalnız öz zəmanələrinin günahını yuyub qurtarandan sonra
aydın olacaq ki, özlərinin nə qədər şəxsi günahı varmış və onlar üçün də cavab lazımdır, ya yox.
– Axı onların burada günahı olmayıb!
– Əlbəttə, olmayıb! Heç Adəmin almanı yeməsi də bunların günahı deyil, ancaq yenə də əvəzini
verməlidirlər...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
651
– Bu ki lap dəhşətdir.
– Elədir, həyat həmişə dəhşət olub. Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik.
İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı
ilahiyyat dərsi almısınız.
Əhvalım lap korlandı. Gördüm ki, yorğun-arğın bir ziyarətçiyəm, o dünyanın səhrası ilə gedirəm,
yazdığım lazımsız kitabları, məqalələri, felyetonları da belimə yükləyiblər və arxamca da onları
çap eləyən mürəttiblər, yazdıqlarımı beyinlərinə doldurmuş oxucu dəstəsi gəlir. Aman Allah!
Hələ Adəm də, alma da, qalan irsi günahlar da burada idi. Deməli, bütün günahları yuyandan,
məhşər ayağına çəkiləndən sonra məlum olacaq ki, haradasa şəxsi günahım olub, ya yox. Və ya
bəlkə, də mənim bütün əməllərim, onların nəticəsi yalnız və yalnız bomboş bir dəniz köpüyü,
hadisələr axınında mənasız bir oyun imiş!
Motsart sallaq sifətimi görəndə şaqqanaq çəkib güldü. Gülə-gülə də göydə mayallaq vurdu,
ayaqlarını asta-asta yerə döydü. Məni ələ salmağa başladı:
– Ehey, oğul bala, bəlkə, qarnın ağrıyır, için doğranır? Yoxsa öz oxucuların, ölü canların, o
zavallı qarınquluların, ya da kitabyığanların, lənətə gəlmiş aravuranların, qılıncoynadanların
yadına düşdü? Yaman əjdahasan, adam lap gülər, gülməkdən ölər, qarnı cırılar, şalvarı doldurar!
Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə – bir şam da
məndə!
Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin!
Allahdan
buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən
oğurlayıbsan?
Burada lap ağ elədi. Qəzəb məni boğdu, kədərlənməyə macal vermədi. Əl atıb hörüyündən
yapışdım. Uçmağa başladı və uçduqca da hörük uzandı. Sanki, quyruqlu ulduz idi, mən də
ucundan yapışıb dünyanın başı üzərində fırlanırdım. Lənət şeytana, bu dünya nə soyuqdu! Bu
ölməzlər seyrək, buz kimi soyuq havanı yaman xoşlayırdılar! Ancaq belə bumbuz hava da
ləzzətli idi! Bunu huşumu itirməmişdən qabaq bircə anlığa duydum. Qəlbimi tünd, kəskin, polad
kimi işıldayan bumbuz bir səadət, Motsart təki cingiltili, vəhşi, xəyali bir gülüşlə gülmək həvəsi
sardı. Ancaq həmin anda nəfəsim
kəsildi, huşum başımdan çıxdı.
Özümə gələndə hiss etdim ki, yaman əzginəm, fikrim də qarışıb. Dəhlizin dümağ işığı bərq
vuran döşəmədə əks olunurdu. Ölməzlərin yanında deyildim – oraya çatmamışdım. Hələ də bu
tapmacalı, iztirablı, yalquzaqlı, təpədən-dırnağacan ziddiyyətli dünyanın bəri üzündəydim. Heç
yaxşı yer deyildi, dözmək olmurdu, hamısına son qoymaq lazımdı.
Divardakı iri güzgüdə Harri mənimlə üzbəüz dayanmışdı. Görkəmi heç yaxşı deyildi. O gecə
professora qonaq gedən, sonra da təsadüfən «Qara qartal»dakı maskarad balına düşən Harriyə
oxşayırdı. Ancaq həmin vaxtdan illər, əsrlər keçmişdi. Harri yaşa dolmuş, rəqs etməyi öyrənmiş,
sehrli teatra getmiş, Motsartın gülüşünü eşitmişdi, rəqslərdən, qadınlardan, bıçaqlardan da
qorxmurdu. Hətta zəif istedadlı adamlar da əsrlərin süzgəcindən sonra kamala çatır. Güzgüdəki
Harriyə çox baxdım: onu lap yaxşı tanıyırdım. Hələ də bir mart günü qayalıqda Rozaya rast
gələn, onu görən kimi başındakı
konfirmand papağını çıxaran on beş yaşlı Harriyə oxşayırdı. Amma vaxt keçdikcə qocalmış,
musiqi ilə, fəlsəfə ilə məşğul olmuş, hamısından doymuş, «Dəmir Dəbilqə»də Elzas şərabı içmiş,
şərəfli alimlərlə Krişna barədə mübahisə etmiş, Erikanı, Mariyanı sevmiş, Herminenin dostu
olmuş, avtomobil ovuna çıxmış, şümşad bədənli çin qızı ilə yatmış, Geteyə, Motsarta rast gəlmiş,