“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
13
sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da qoyulmayacaq yerə
ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tdbirlərdə -
qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik
ilahələrinə tacqoyma mərasimlərində Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı
adamın cildində iştirak etməli olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa
daxili ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı yox idi:
ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha burda burcutmağın yeri
yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio Araqonesi dənizin sahilində, pərt
vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin kollarını iyləyən yerdə tapdı və narahatlıqla
Patrisiodan, onu qəmləndirə bilən hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu
acıladığını, yaxud bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox,
mənim generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki, Patrisio,
şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci valsı oynayıb, indi isə
bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun dibinə basdırmaq, yoxsa ondan
qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ
düşməyən, ələ gəlməyən, yuxuya belə girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim
generalım! Siz onu görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə
bu kökə düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını ödəmək
üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən gözəllərdən çox
oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla məmmuniyyətlə yaşamışdılar.
«Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd əsgər onun qollarını burub saxlayar, sən də
onun dadına, ən yekə qaşıqlarla, doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi!
Onların ən tərbiyəlisi də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi
atmayın, mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən
imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun məşuqəsi olmasını
istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı, o əsl məhəbbətin nə olduğunu,
nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz bunu anlayacaqsınız, mənim generalım.» Onda
ağa Patrisio Araqonesin dərdini bir az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları
göstərib, hərəmlərindən istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan,
onları da soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz
istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş vurdu, və eyş-
işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, generalın dediyi kimi, ayaqüstü
yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə, sevgiyə simic qadınları belə hərəkətə gətirərək,
onların daşlaşmış hisslərini oyadıb inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət
içində sevinə-sevinə generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə
bil bir az da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə
də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu
heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən yaxınına, əzizinə və eyni
zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya görə general çoxlu asudə vaxt əldə edib
silahlı qüvvələrlə əsaslı surətdə məşğul olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən
elədiyi kimi, bütün diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona
görə bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin əsasını təşkil
edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odu
ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o
biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana
biləcək qiyamın qarşısını beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən
başqa birinə, bir yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora –
bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş
patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə - saray
zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli
qapıların açarları ilə bir dəstədə, daim generalın ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış
bu açarların hərəsindən bircə ədə dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
14
milli təhlükəsizlik xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına
malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general Rodriqo de
Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin açıb buraxmağa ixtiyarı
yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan yerə çatmasına bir neçə dəqiqə qalmış
dinamiti zərərsizləşdirən zaman sağ əlini itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox
keçəmədi ki, general Rodriqo de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və
təhlükəsiz hiss etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın
arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə şəhəri gəzir,
yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə ən gözəl kilsə elan edilən,
qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı
kərpicli, qədim evlərə, sarı bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn
tərəfə, açıq eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə
şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən günəbaxanlara, bir
vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin səsi gələn monastırın qaranlıq
pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən məhəllənin vavilionsayağı izdihamına
qarışıb, adamların hay-küyünü batıran hiddətli musiqi sədaları altında, lotereya biletlərindən
hörülən çələnglərə, çaxır dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə,
günün altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə çevrilən
qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq qazanmaq, dərdini unutmaq
üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar quruyanacan, piştaxtaların qabağında lüt-
uryan peyda olub, göyərtisatanlarla latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu
düzülən miskin komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o,
uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində təpələrin
üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman! Ah, liman! İylənmiş
çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala, limanı gözdən keçirən kədərli qocanın
simasında ölümün özünü görürmüş kimi hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu
odur! – zənci qadın heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-
qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan
çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» - deyə-deyə bir qisim adam qızğın atların
cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun
insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı
tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz,
leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli təəsüratlarından və bu
sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək
fikrindən döndərə bilmirdi; «Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-
filan da yoxdur, boş şeydir!» O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın
vətənpərvərlik bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf
etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu
kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra
paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində rənglənmiş köhnə qatarını işə
salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədəlri
boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin
zolağında uyuyan cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə
ölkənin içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə
yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə qarşılayır, kilsə
zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən şüarlar dalğalanırdı; prezident
vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri şərəfləndirməkdən ötrü qatarın qabağına ilk
əvvəl hindular çıxırdı, lakin vaqona yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış
gözlərdən, titrək dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə
görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan asılı qalmış kimi
görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə cəhd göstərərək: «Ehtiyatlı olun,
general, siz vətənə lazımsınız!» - deyəndə, o, qəribə özünəarxayınlıqla: «Narahat olma,