Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə319/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   312   313   314   315   316   317   318   319   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

650 


– «Don Covanni»nin axırıncı səhnəsində. Loperello artıq diz çöküb. Çox gözəl səhnədir, heç 

musiqisi də pis deyil. Düzdür, bu musiqidə insani şeylər hələ çoxdur, ancaq hər halda, o dünya, 

onun gülüşü hiss olunur. Elə deyil? 

– Bundan sonra belə gözəl musiqi yaranmayıb!  – Məktəb müəllimləri kimi təntənə ilə sözə 

başladım. – Əlbəttə, sonra Şubert, Hüqo, Volf gəldi... O zavallı gözəl Şopeni də unutmaq olmaz. 

Üzgözünüzü turşudursunuz, mayestro... Bəli, hələ Bethoven qalır... O da möcüzədir... Ancaq 

bütün bunlar nə qədər gözəl olsa da, hamısında nəsə bir qırıqlıq, dağınıqlıq var. «Don 

Covanni»dən sonra heç kəs belə kamil, bütöv əsər yaratmayıb. 

– Özünüzə çox da  əziyyət verməyin!  – Motsart dəhşətli bir kinayə ilə güldü.  – Yəqin, siz də 

musiqiçisiniz?! Ancaq mən bu sənətdən  əl çəkib  əbədi dincliyə qovuşmuşam. Hərdən bir az 

ləzzət almaq xətrinə belə hay-küyə tamaşa edirəm. Əllərini göyə qaldırdı, sanki, dirijorluq edirdi. 

Həmin anda haradansa bir ay doğdu, ya da solğun bürc göründü. Arakəsmənin üstündən ucu-

bucağı görünməyən sonsuzluğa baxdım. Orada sürünən buludların, dumanın arasından dağların, 

dəniz sahilinin tutqun kölgəsi seçilirdi. Ayaqlarımız altında isə sonu-sonucu görünməyən, 

səhraya bənzəyən bir yamac uzanıb  

gedirdi... Həmin yamacda görkəmindən ləyaqətli adama oxşayan uzun saqqallı bir cənab 

göründü.  

Kədərli idi və arxasınca da on minlərlə qara geymiş adam gəlirdi.  Özü çox həyəcanlı, ümidsiz 

idi.  

Motsart dedi: 



– Görürsünüz, Bramsdır. Qurtuluşa can atır, ancaq buna hələ çox var. 

Öyrəndim ki, həmin qarageyimli adamların hamısı onun partituralarındakı ilahilik baxımından 

artıq hesab olunan səslərin, notların ifaçılarıdır. 

– Həddən artıq orkestr üçün uyğunlaşdırılmış, həddən artıq da material sərf olunmuşdur, – deyə 

Motsart başını buladı. 

Bunun ardınca da eyni böyüklükdə bir dəstənin başında addımlayan Rixard Vaqneri gördük və 

hiss elədik ki, minlərlə adamı arxasınca aparmağa çətinlik çəkir. Gördük ki, elə özü də min cür 

əzaba qatlaşmış adam kimi güclə yeriyir. Kədər içində dedim: 

– Mən cavan olanda bu iki musiqiçi daban-dabana zidd sənətkarlar hesab  olunurdu. 

Motsart güldü: 

– Bəli, bu həmişə siz deyən kimi olub. Bir az uzaqdan baxanda belə ziddiyyətlər bir-birinə daha 

çox oxşayır. Yeri gəlmişkən, bu cür hədsiz uyğunlaşdırma nə Vaqnerin, nə də Bramsın səhvi 

olub.  

Hamısı zəmanənin günahı idi...– Necə? İndi onun əvəzini bunlar verməlidir? – deyə ittihama 



keçdim. 

– Bəs necə! Növbə ilə olan şeydir. Yalnız öz zəmanələrinin günahını yuyub qurtarandan sonra 

aydın olacaq ki, özlərinin nə qədər şəxsi günahı varmış və onlar üçün də cavab lazımdır, ya yox. 

– Axı onların burada günahı olmayıb! 

– Əlbəttə, olmayıb!  Heç Adəmin almanı yeməsi də bunların günahı deyil, ancaq yenə də əvəzini 

verməlidirlər...   




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

651 


– Bu ki lap dəhşətdir. 

– Elədir, həyat həmişə dəhşət olub.  Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik.  

İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı 

ilahiyyat dərsi almısınız. 

Əhvalım lap korlandı. Gördüm ki, yorğun-arğın bir ziyarətçiyəm, o dünyanın səhrası ilə gedirəm, 

yazdığım lazımsız kitabları, məqalələri, felyetonları da belimə yükləyiblər və arxamca da onları 

çap eləyən mürəttiblər, yazdıqlarımı beyinlərinə doldurmuş oxucu dəstəsi gəlir. Aman Allah! 

Hələ Adəm də, alma da, qalan irsi günahlar da burada idi. Deməli, bütün günahları yuyandan, 

məhşər ayağına çəkiləndən sonra məlum olacaq ki, haradasa şəxsi günahım olub, ya yox. Və ya 

bəlkə, də mənim bütün əməllərim, onların nəticəsi yalnız və yalnız bomboş bir dəniz köpüyü, 

hadisələr axınında mənasız bir oyun imiş! 

Motsart sallaq sifətimi görəndə şaqqanaq çəkib güldü. Gülə-gülə də göydə mayallaq vurdu, 

ayaqlarını asta-asta yerə döydü. Məni ələ salmağa başladı: 

– Ehey, oğul bala, bəlkə, qarnın ağrıyır, için doğranır? Yoxsa öz oxucuların, ölü canların, o 

zavallı qarınquluların, ya da kitabyığanların, lənətə gəlmiş aravuranların, qılıncoynadanların 

yadına düşdü? Yaman  əjdahasan, adam lap gülər, gülməkdən ölər, qarnı cırılar, şalvarı doldurar!  

Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə – bir şam da 

məndə!  


Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin! Allahdan 

buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən 

oğurlayıbsan? 

Burada lap ağ elədi. Qəzəb məni boğdu, kədərlənməyə macal vermədi. Əl atıb hörüyündən 

yapışdım. Uçmağa başladı və uçduqca da hörük uzandı. Sanki, quyruqlu ulduz idi, mən də 

ucundan yapışıb dünyanın başı üzərində fırlanırdım. Lənət şeytana, bu dünya nə soyuqdu! Bu 

ölməzlər seyrək, buz kimi soyuq havanı yaman xoşlayırdılar! Ancaq belə bumbuz hava da 

ləzzətli idi! Bunu huşumu itirməmişdən qabaq bircə anlığa  duydum. Qəlbimi tünd, kəskin, polad 

kimi işıldayan bumbuz bir səadət, Motsart təki cingiltili, vəhşi, xəyali bir gülüşlə gülmək həvəsi 

sardı. Ancaq həmin anda nəfəsim  

kəsildi, huşum başımdan çıxdı. 

Özümə gələndə hiss etdim ki, yaman əzginəm, fikrim də qarışıb. Dəhlizin dümağ işığı bərq 

vuran döşəmədə əks olunurdu. Ölməzlərin yanında deyildim  – oraya çatmamışdım. Hələ də bu 

tapmacalı, iztirablı, yalquzaqlı, təpədən-dırnağacan ziddiyyətli dünyanın bəri üzündəydim. Heç 

yaxşı yer deyildi, dözmək olmurdu, hamısına son qoymaq lazımdı. 

Divardakı iri güzgüdə Harri mənimlə üzbəüz dayanmışdı. Görkəmi heç yaxşı deyildi. O gecə 

professora qonaq gedən, sonra da təsadüfən «Qara qartal»dakı maskarad balına düşən Harriyə 

oxşayırdı. Ancaq həmin vaxtdan illər, əsrlər keçmişdi. Harri yaşa dolmuş, rəqs etməyi öyrənmiş, 

sehrli teatra getmiş, Motsartın gülüşünü eşitmişdi, rəqslərdən, qadınlardan, bıçaqlardan da 

qorxmurdu. Hətta zəif istedadlı adamlar da əsrlərin süzgəcindən sonra kamala çatır. Güzgüdəki 

Harriyə çox baxdım: onu lap yaxşı tanıyırdım. Hələ də bir mart günü qayalıqda Rozaya rast 

gələn, onu görən kimi başındakı  

konfirmand papağını çıxaran on beş yaşlı Harriyə oxşayırdı. Amma vaxt keçdikcə qocalmış, 

musiqi ilə, fəlsəfə ilə məşğul olmuş, hamısından doymuş, «Dəmir Dəbilqə»də Elzas şərabı içmiş, 

şərəfli alimlərlə Krişna barədə mübahisə etmiş, Erikanı, Mariyanı sevmiş, Herminenin dostu 

olmuş, avtomobil ovuna çıxmış, şümşad bədənli çin qızı ilə yatmış, Geteyə, Motsarta rast gəlmiş, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə