“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
59
çıxan xırda, şeh damlası qədər şəffaf ilbizlərin sayı yetmiş ilə doxsan arasında dəyişirdi.
Onlar bir an əvvəl yumurtadan çıxmaq əvəzinə, mister Knoppertin həm qida, həm də
nərdivan kimi hər çuxurun içinə qoyduğu, yamyaşıl kahı yarpağının başucuna doğru
irəliləyirdilər.
İlbizlər elə sıx-sıx, demək olar ki, günün iyirmi dörd saatı boyu cinsi əlaqəyə girirdilər ki,
artıq onun bu məxluqların intim həyatlarına duyduğu maraq öləzimişdi.
Amma hər
kürüdə təzə bir qının yaranması və hərəkətə başlaması adamı yoracaq mənzərələrdən
sayılmazdı.
Çalışdığı broker kontorundakı iş yoldaşları Piter Knoppertdə həyat eşqinin şölələndiyini
sezməkdəydilər. Hərəkətlərindəki qətiyyət artmışdı, hesablamaları daha dəqiq idi və
fəaliyyət planlarındakı qoparaqlılıq artıq şirkətə də qazanc gətirməyə başlamışdı. İdarə
heyətinin yekdil qərarıyla onun illik maaşı qırx mindən altmış dörd min dollara
qaldırılmışdı. Bu uğuruna görə onu təbrik edənlərə o, nailiyyətinin ilbizlərə sevgidən
qaynaqlandığını deyirdi, çünki onlarla baş-başa qaldığı vaxtdakı qədər heç harada
dincələ, ruhunu dinlədə bilmirdi.
Artıq axşamın bütün saatlarını kabinetində, sevimli ilbizləriylə baş-başa keçirirdi.
Kabineti də iş otağından daha çox akvariumu xatırladırdı. Xırda vannalara təravətli kahı
yarpağıyla yanaşı, soyutma kartof və çuğundur tikələri də qoyurdu, bunun ardınca isə
təbii yağış təəssüratı yaratmaqdan ötrü su fısqırdıcıları işə salırdı. Bu sayədə gümrahlaşan
ilbizlər iştahla yeyir, vaxtaşırı cinsi əlaqəyə girir və ya böyük həzzlə su prosedurlarına
həvəs göstərirdilər. Çox vaxt mister Knoppert ilbizlərə öz şəhadət barmağı üzərində
sürünmə imkanı yaradırdı və ona elə gəlirdi ki, insanla belə təmas bu varlıqların
ürəyincədir. Kahı yarpağıyla yemlədiyi zaman ilbizlərə bütün yönlərdən göz qoymaq
imkanı qazanırdı. Bu zaman o, bir rəsm həvəskarının yapon akvarellərini süzərkən
duyduğuna bənzər estetik həzz alırdı. Mister Knoppert öz kabinetinə girməyi artıq
hamıya yasaqlamışdı. İlbizlərin bir çoxu döşəmədə sürünməyi, kreslonun oturacağına və
ya rəflərdə düzülən kitabların üz qabığına yapışaraq, yuxulamağı özləri üçün adət halına
gətirmişdilər. Onların əksəriyyəti, xüsusilə də yaşlılar, vaxtlarını yuxuya həsr edirdilər.
Lakin aralarında əsasən sevişməyə üstünlük verən, canı şəhvət oduyla alışıb-yanan
məxluqlar da çox idi. Mister Knoppert hesablamışdı ki, eyni vaxtda ən azı on iki cütlük
eşqbazlıqla məşğul olur.
Onları saymaq asan məsələ deyildi, buna baxmayaraq, mister Knoppert tavanda yatan və
sürünən ilbizləri də saya bilirdi: bunların sayı min yüz ilə min iki yüz civarındaydı.
Akvariumların, bankaların, digər qabların divarlarında, kitab rəflərinin və yazı masasının
divarlarında məskunlaşan ilbizlər nəzərə alınmazsa, sırf bu tavandakı məxluqların sayını
azı əlli dəfə artırmaq olardı. Ən nəhayət, mister Knoppert tavana yapışan ilbizləri oradan
qazımağa məcbur oldu. Bəziləri həftələr öncə oraya yerləşdiyi üçün ev sahibi onların ac-
susuz yaşamasından narahatlıq duyurdu. Son vaxtlar işi-gücü başından aşdığından
səssizliyə dərin ehtiyacı vardı, ona görə də kabinetində, öz sevimli kreslosunda hərəkətsiz
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
60
oturmağa üstünlük verirdi. İyun ayında bəzən o, gec saatlara qədər ofisdə çalışırdı. Vergi
ilinin sonu gəldiyindən yazı masasının üstü qalaq-qalaq sənədlərlə doluydu. Apardığı
hesablamalar sonucu o, gəlir gətirəcək beş-on variant tapsa da, bunlardan ən real
görünənlərini sırf öz əməliyyatları üçün saxlayırdı. Onlar sayəsində qarşıdakı bir ildə
sərvəti üç-dörd dəfə artmalıydı. O, öz bank hesabındakı məbləğin də sevimli ilbizləri
qədər sürətlə və maneəsiz artdığını gözləri önündə canlandırırdı. Bu planlarını arvadıyla
paylaşdığında qadının uçmağa qanadı yox idi. O ara arvadı onun kabineti pis günə
qoymasını da, bütün üst mərtəbəni bürüyən zəhlətökən çürüntü qoxusunu da unutdu.
Sonra narahat şəkildə dedi:
- Ancaq, Piter, hər halda çox istərdim ki, sən otağında naxoş bir şey baş verib-
vermədiyinə diqqət yetirəsən. Deyəsən, oradakı akvarium aşıb və mən xalçanın
korlanmasından ehtiyatlanıram. Yanılmıramsa, son bir həftə ərzində sən kabinetinə heç
baş çəkməmisən, bəlkə elə deyil?
Həqiqətən də, mister Knoppert təxminən son iki həftədə kabinetinə ayaq basmamışdı.
Xalçanı zibilliyə atmaq vaxtının çoxdan yetişdiyini, əlbəttə ki, arvadına açıb, demədi. -
Axşam üst qata çıxaram, - deməklə yetindi.
Bunu etməyə o, ancaq üç gün sonra imkan tapdı. Axşam yatmağa yollanmazdan öncə
bütün döşəmənin, həm də üç-dörd lay ilbizlərlə örtüldüyünü sezib, heyrətləndi. Onlara
zərər yetirməmək üçün qapıları örtərkən xeyli uğraşmalı oldu. İlbizlərin künclərdə sıx
toplanması dördkünc otağa az qala yuvarlaq bir biçim qazandırmışdı və indi elə sanırdı
ki, bir boşluğun ortasında dayanıb. Oynaq sümüklərini şaqqıldadaraq, təəccüblə ətrafına
göz gəzdirdi. Otaqdakı bütün boş yerləri işğal eləməklə kifayətlənməyən minlərlə ilbiz
artıq otağın tavanından, həm də eybəcər salxımlar şəklində sallanmaqda idi.
Müvazinətini qorumaqdan ötrü mister Knoppert stulun söykənəcəyinə dayaq verdi.
Ancaq stulun taxtası əvəzinə barmaqları ilbiz çanaqlarıyla təmas elədi. İstəmədən
gülümsədi: stulun oturacağı da ilbiz çanaqları ilə örtülmüşdü və kənardan baxana onların
bu yığnağı bəzəkli yastığı xatırladardı. İndi o, təcili qaydada tavanı təmizləmək üçün bir
tədbir görməliydi. Bir küncə atılan çətiri götürüb, üstündəki üç-beş ilbizi çırpdı, sonra isə
ayaq üstə dura bilməkdən ötrü masanın üzərində yer boşaltdı. Çətirin sivri ucuyla divar
kağızından bir parça qopartdı: həmin kağız rulonu ilbizlərin ağırlığına tab
gətirmədiyindən qopub, ta döşəməyə qədər düşdü. Qəfildən mister Knoppertin içini qıcıq
və qəzəb hissi bürüdü. Püskürdəcəyi maye bu varlıqların rahatlığına əməlli-başlı haram
qatmalıydı. Püskürdücünün tətiyinə basdı.
Elə həmin dəqiqə otaqda ilbizlərin xışıltı ilə müşayiət olunan hərəkətlənməsi sezildi.
Ayaqlarını inamla döşəməyə basan mister Knoppert quru ağac kimi şaqqıldayan,
xırçıldayıb qırılan ilbiz yığınlarına əsla məhəl qoymurdu. Sonra o, tavana quraşdırılmış
daha iki püskürdücünü işə saldı. Elə o dəqiqə də anladı ki, səhvə yol verib. İslanmış divar