“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
54
O an telefona zəng gəldi. Telefon Harriın qoyduğu yerdə, otağının ortasında yerdə idi.
İkisi də yataqdan telefona tərəf atıldılar. İkinci zəngdə ikisi də telefona çatmış, dəstəkdən
yapışmışdılar. Xalçanın üstündə, təngnəfəs, qollarla qıçlar çarəsizlik içində birləşmiş
halda diyirlənməyə başladılar. Bütün tavanı əhatə edən güzgüdə də beləcə əks olundular.
Tərcümə edəni: Cəlil Cavanşir
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
55
Patrisiya Haysmit
İlbizlərə düşkün kişi
Mister Piter Knoppertin bir məşğuliyyəti vardı: ilbizlərin yaşamını sonsuz maraqla
izləyərdi. Bütün varlığıyla bu marağa bağlananda heç ağlına da gətirməzdi ki, sevdiyi o
bir ovuc varlıq ən qısa zamanda onlarla dəfə arta bilər. İlk ilbizlər mister Knoppertin
kabinetində peyda olandan cəmi ikicə ay sonra onun yazı masasının üstünə və pəncərə
rəflərinə sıra-sıra şüşə bankalar və boşqablar düzüldü. Sonra onlar döşəmədə də zühur
elədi. Buna qarşı kəskin narazılığını bildirən missis Knoppert həmin otağa girməkdən
bilmərrə imtina elədi. Dedi ki, otaq iylənib. Həm də istəmədən tapdaladığı ilbizi süzərkən
qapıldığı ürəkbulandırıcı duyğunu uzun müddət unuda bilmədi. Özünə bunca qəribə və
iyrənc bir məşğuliyyət tapdığına görə xanımı və dostları onu məzəmmət etdikcə, mister
Knoppertin bu işə bəslədiyi maraq daha da artırdı. Broker şirkətlərindən birinin ortağı
olan bu adam bütün ömrünü-gününü maliyyə məsələlərinə həsr eləmişdi və tez-tez
deyirdi ki:
- Ətrafımızdakı canlı aləmə indiyədək belə maraq duymamışdım. Məhz ilbizlərə
göstərdiyim maraq sayəsində mən heyvanlar aləminin bütün gözəlliyini sezdim.
Dost-tanışları ilbizlərin heyvan sayılmadığını, onların qınlarının və seliklə örtülü
bədənlərinin isə canlı təbiətin gözəlliyini təcəssüm etdirməkdən xeyli uzaq olduğunu dilə
gətirəndə mister Knoppert nəzakətli bir təbəssümlə təkcə onu vurğulayırdı ki, bunu
deyənlər onun özü üçün yenicə kəşf etdiyi ilbizlərin həyat tərzindən tamamilə
bixəbərdirlər.
Və bu - həqiqət idi. Mister Knoppert ilbizlərin davranışlarında elə qəribə və çaşdırıcı
məqamlara şahid olmuşdu ki, onlar barədə indiyədək əlinə keçən ensiklopediyalarda və
zoologiya kitablarında bircə kəlmə də yox idi.
Bir axşam mətbəxə girən Knoppert şam yeməyindən öncə bir şeylər atışdırmaq
niyyətindəydi. O ara əlüzyuyanın kənarındakı bir cüt ilbizin özlərini qəribə aparması
onun diqqətini çəkdi. Onlar «quyruq» adlanacaq əzalarının üstündə dikəlməklə bir-
birlərinin qarşısında ora-bura yırğalanırdılar və bir mənada ovsunçunun ney çalaraq
oynatdığı ilanları xatırladırdılar. Bir saniyə sonra bu məxluqlar ehtirasla öpüşərək bir-
birlərinə sarıldılar. Boşqaba sarı əyilən mister Knoppert bu aşiq-məşuqu fərqli baxış
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
56
bucaqları altında və böyük diqqətlə süzməyə başladı. Onların şəhvəti get-gedə
şölələnirdi: hər iki ilbizin başının sağ tərəfində protuberansı (közərmiş qaz kütləsini -
A.Y.) xatırladan uzunsov qulaqlar peyda oldu. Bu yerdə mister Knoppert anladı ki, bu,
sırf ilbizlərə xas cinsi birləşmənin nişanəsidir.
Mətbəxə girən aşpaz qadın ona nə isə deyəndə ev sahibi səbirsizliklə əlini yelləməklə,
qadını susmağa məcbur elədi, çünki boşqabda bir-birindən öz şux nəvazişlərini
əsirgəməyən bir cüt xırda, gözoxşayan varlıqdan gözlərini çəkməyə qıymırdı.
Qulağı xatırladan çıxıntılar bir-birinə lap yanaşanda onların birindən kiçik pəncəyə
bənzər, bəyazvarı bir dilçək çıxdı və qıvrılaraq, digər ilbizin qulaqcığına toxundu. İkinci
ilbizin də eyni hərəkəti təkrarlamasını mister Knoppert sonsuz vəcdlə izləməkdəydi.
«Əcəb maraqlıdır» - deyə düşünürdü. Titrəşən dilçəklər, ən nəhayət, qarşılıqlı şəkildə
tapışdılar və bir-birlərinə sarılmaqla, elə bu pozadaca dondular.
Yerində quruyub qalan mister Knoppert maraqla bu səhnəyə göz qoyurdu. Aşpaz qadın
da ona qoşulmuşdu.
Mister Knoppert ondan xəbər aldı:
- Siz heç indiyəcən belə bir şey görmüşdünüz?
Qadın biganə şəkildə dilləndi:
- Yox. Yəqin bu, onların dalaşma tərzidir.
Aşpazın ilbizlərə münasibətdə sərgilədiyi dərin cahillik ev sahibinin indiyədək
başqalarından gördüyü cəhalətdən heç nə ilə fərqlənmirdi.
Bir saatdan artıq bu ilbiz cütlüyünə göz qoydu mister Knoppert. Ən nəhayət, hər iki
məxluq
dilçəklərini içəri çəkməklə, öz ilkin şəkillərinə qayıtdı, ehtirasları yatışdı və bir-
birlərinə olan diqqətləri öləzidi. Bu ara başqa bir ilbiz cütlüyü mazaqlaşmağa başladı və
asta-asta bir-birinə yanaşmaqla, öpüş pozasında dondu. Mister Knoppert aşpaz qadına
tapşırdı ki, şam yeməyinə ilbiz bişirməsin, onların bulunduğu qabı isə ev sahibinin
kabinetinə aparsın. Elə həmin vaxtdan Knoppertlərin evində açılan yemək süfrələrinə heç
vaxt ilbizli təamlar verilmədi.