“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
57
Axşam saatlarında o, əlinin altındakı ensiklopediyaları, elmi monoqrafiyaları gözdən
keçirsə də, ilbizlərin nikahı barədə heç bir bilgiyə rast gəlmədi. Halbuki orada
istridyələrin çoxalma üsulları barədə uzun-uzadı sicilləmələr var idi. İki gün sərasər fikir
aləminə qapılan mister Knoppert qət elədi ki, onun şahidi olduğu səhnə bəlkə də heç…
cinsi təmas deyilmiş. Arvadı Edna hikkəylə bildirdi ki, əgər bu evdə bir daha ilbiz
bişirilməyəcəksə, onda o varlıqların evi təcili qaydada tərk eləmələri məsləhətdir. Bunu
deməzdən bir az əvvəl o, döşəmənin üstündə sürünən növbəti ilbizi tapdalamışdı. Əgər
Darvinin «Növlərin mənşəyi» adlı əsərində qarınayaqlılarla bağlı fəsildə bir cümləyə rast
gəlməsəydi, elə mister Knoppert də arvadının bu qənaəti ilə razılaşacaqdı. Cümlə
fransızca idi və mister Knoppert bu dili bilmirdi. Buna rəğmən, oradakı «sensualite»
kəlməsi onu eynilə şikarın qoxusunu qəfil alan tazı kimi pusquya yatmağa məcbur elədi.
Həmin vaxt o, kitabxanasında oturmuşdu. İngiliscə-fransızca lüğəti əlinə alıb, həmin
cümləni sözbəsöz tərcümə elədi. Həmin açıqlama təxminən yüz sözdən ibarət idi və
məğzi ondan ibarət idi ki, cinsi əlaqə əsnasında ilbizlərin sərgilədiyi həssaslığa və
ehtirasa heyvanlar aləminin bütün qalan təmsilçiləri yalnız qibtə edə bilərlər. Vəssəlam.
Bu deyim Andre Fabrın qeyd dəftərçəsindən gətirilən sitat idi. Görünür, yeniyetmələrin
diqqətini çəkəcəyindən ehtiyatlandığı üçün müəllif bu cümləni ozu tərcümə eləməmişdi.
Onsuz da bunu oxuyub, anlamaq alimlər üçün çox da müşkül olmayacaqdı. İndi mister
Knoppert də özünü alimlər cərgəsinə aid eləmək hüququ qazanmışdı və duyduğu qürur
hissindən pənbə yanaqları allanmışdı.
Dəqiqləşdirdi ki, onun saxladığı bu ilbizlər şirin sularda yaşayır, öz yumurtalarını
torpağa, ya da qumluğa qoyurlar. Buna görə o, iri bir qaba azac?q nəm torpaq və
nəlbəkidə su qoyub, ilbizlərini oraya yerləşdirdi. Hadisələrin sonrakı gedişatını izləməyə
başladı. İlbizləri birbəbir əlinə alıb, diqqətlə süzsə də, onlarda hamiləlikdən hər hansı
əsər-əlamət sezmədi. Lakin onlardan bircəciyi sanki onun bütün səylərini boşa
çıxartmağa niyyətliydi. Elə bil onun qını torpağa yapışmışdı. Mister Knoppert həmin
ilbizin başını torpağın altına soxduğunu, bu yolla ölmək istədiyini düşündü. Aradan iki
gün də ötdü və üçüncü günün səhəri həmin ilbizin bulunduğu torpağın qalaq-qalaq
olduğu mister Knoppertin diqqətindən yayınmadı. Marağını yenə bilmədiyindən o, kibrit
çöpüylə həmin qalaqları ehmallıca eşdi, oradakı çuxurda parlaq rəngdə, bir yığın təzə
yumurta qoyulduğunu görüncə, yamanca heyrətləndi. Bunlar ilbiz kürüsüydü. Yox,
yanılmayıbmış! Mister Knoppert xanımını və aşpaz qadını çağırıb, tapıntısının sevincini
onlarla paylaşdı. İlbizin torpağa qoyduğu dənəvər şeylər zahirən balıq kürüsünü xatırlatsa
da, bunlar qara və ya qırmızı rəngdə deyildi, ağappaq idi.
Ev sahibəsi dedi:
- Təbii ki, onlar da hansısa yolla çoxalmalıdırlar da.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
58
Arvadının bu məsələyə niyə belə səthi maraq duyduğunu
anlamaqda mister Knoppert
acizlik çəkirdi. Evdə olduğu vaxt şəxsən o, saatbaşı gedib, ilbiz kürüsünün durumuyla
maraqlanırdı. Hər səhər ilk işi gedib, kürüdə bir dəyişiklik olub-olmadığına baxmaq idi.
Gecə yuxuya gedərkən də yumurtalar barədə düşünürdü. Həm də daha bir ilbiz də özü
üçün çuxur qazmağa başlamışdı. Bundan əlavə, başqa bir cütlük nikaha girmiş, bir-birinə
ağuşunu açmışdı!
İlk kürü boz rəngə boyanmışdı və onların hər birində bapbalaca bir bədənin cizgilərini
sezmək mümkün idi.
Bunun sevinci mister Knoppertin qəlbini görünməmiş şəkildə cuşa gətirmişdi.
Mister Knoppertin dəqiq hesablamalarına görə, yumurta qoyulandan sonrakı on
səkkizinci günün səhəri o, kiçicik başın tərpənişini, bir cüt buynuzun xəfif yırğalanışını
sezdi. Mister Knoppert ilk övladı dünyaya gələn ata qədər bəxtəvər idi. Bir dəfədə
qoyulan kürülərin sayı yetmişdən çox idi və indi onların hər birində yeni həyatın
başlanması əsl möcüzəni xatırladırdı. Uğurla bitən bu çoxalma prosesinin o, bütün
mərhələlərinin canlı şahidinə çevrilmişdi. Tanış-bilişdən heç kəs onun hansı sirrə qədəm
basdığını anlayammaz, biləmməzdi. Elə buna görə də sirli bilgiyə qovuşması, bu sahədə
bir ilkə imza atması onun qəlbini fərəh hissiylə doldururdu. Baş tutan hər cinsi təmasın,
hər kürü tökümünün qeydiyyatını mister Knoppert görünməmiş ciddiyyətlə aparırdı.
İlbizlərin bioloji həyatı barədə detalları öz dostlarına və qonaqlarına açıq-saçıq tərzdə
anlatmasından bezən arvadının axırda bir gün səbir kasası daşdı:
- Piter, bütün bunların bir sonu olacaq, ya yox? Əgər onlar bu sürətlə artmağa davam
eləsələr, yaxın vaxtda bütün evi dolduracaqlar!
Bu söhbət ilbizlərin on beşinci, ya da iyirminci kürü tökümünə təsadüf etmişdi.
Əri gülər üzlə ona cavab verdi:
- Təbiət fasilələri sevmir. Həm də ki onlar sadəcə kabinetimdə çoxalırlar. Orada bunun
üçün yetərincə yer var.
Bütün bunlara baxmayaraq, ehtiyac duyulan qabların və bankaların sayı durmadan artırdı.
Zoomağazadan yolunu salan mister Knoppert oradan biri neçə gümrah ilbiz aldı.
Bunların bir cütü küncə çəkilərək, ilk gündən eşqbazlığa başladı. Torpağın səthində,
natəmiz şəraitdə qoyulan kürülərin miqdarı günbəgün artırdı və bunların hər birindən