Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

296
 
 
xüsusən  maarifçilərin  vətənpərvərlik  mövzusunda  qoyub 
getdikləri zəngin irs bu sahəyə çox lazımdır. Onlar daim təbliğ 
olunub  öyrənilməlidir.  Biz  hər  şeydən  əvvəl,  azər-
baycanlılaşmalıyıq.  “Biz  vətən  üçün,  vətən  bizim  üçün” 
şüarını, gənclərin dünyagörüşünə çevirməliyik.  
    Vətənin  bütün  maddi  və  mənəvi  nemətlərindən  gen-boluna 
istifadə  edə  bildiyimiz  kimi,  onun  rifahı  naminə  də  çalışmağı 
bacarmalıyıq. 
 
-Əlikram müəllim,  Siz  dediniz  ki,  rəhbərlik  etdiyiniz  şöbənin 
elmi  tədqiqat  işləri  əsasən  keçid  dövrünün  social-siyasi 
problemlərinə  həsr  olunmuşdur.  Çoxlarında  ümumən  bu 
dövr  haqqında  təsəvvürlər  qeyri-məyyən  xarakter  daşıyır. 
Ümumiyyətlə,  bu  problemlərin  tədqiqinin  Azərbaycan  üçün 
nə verə biləcəyi haqqında Sizin fikirlərinizi  bilmək istərdik? 
 
-  Hər  şeydən  əvvəl,  şöbəmiz  haqqında  məlumat  vermək 
istərdim. 
Bilirsiniz  ki,  bizim  İnstitut  əvvəllər  Milli 
Münasibətlər  İnstitutu  adlanırdı.  Bu  ildən  başlayaraq 
cəmiyyətimizdə  grdən social-siyasi  proseslərlə əlaqədar olaraq 
İnstitutun  adı  dəyişdirilib  Beynəlxalq  Münasibətlər  İnstitutu 
olmuşdur.  İnstitutda  bu  yeni  ada  uyğun  yeni  struktur 
dəyişiklikləri  həyata  keçirilmiş,  əlavə  yeni  şöbələr  açılmış, 
bizim şöbənin də adı bu proseslərə adekvat surətdə dəyişilərək 
“Millətlərarası  social-siyasi  proseslər”  adlandırılmışdır.  Biz 
indi  burada  millətlər  və  dövlətlər  arasında  yaranmış  yeni 
nisbəti, milli təhlükəsizlik problemlərini, geosiyasi problemləri 
və  s.  məsələləri  öyrənirik.  Bu  çıxışımdan  istifadə  edərək  bir 
məsələni  də  qeyd  etmək  istərdim.  Bizdə  aspirantura  və 
dissertantura 
fəaliyyət 
göstərir.  Bizim  aspirantlar  və 
dissertantlar  dissertasiyalarını  tamamlayıb  müxtəlif  müdafiə 
şuralarına  üz  tuturlar.  Açığını  deyim  ki,  çox  vaxt  elə  bu 
şuralarda  da  bir  növ  “ilişib  qalır”  və  nəticə  göstərə  bilmirlər. 
Yaxşı olardı ki, Akademiya rəhbərliyi və AAK bu çatışmazlığı 
aradan  qaldırıb  institutda  müvafiq  ixtisaslar  üzrə  müdafiə 
şurası  yaratsınlar.  Bu,  İnstitutda  gənc  elmi  qüvvələrinin  boy 
artımı  üçün  çox  faydalı  olardı.  Doğrudur,  institutda  işləyən 


297
 
 
alimlərin  bir  çoxu  (eləcə  də  mən  özüm)  müxtəlif  müdafiə 
şuralarının  üzvləri  kimi  çoxsahəli  fəaliyyət  göstərirlər.  Amma  
elmi  işlərini  tamamlamış  gənclər  üçün  bunların  nə  faydası? 
Yaxşı  olmazmı  ki,  bugünkü  elmimizin  inkişafı  naminə  onlar 
üçün müəyyən şərait yaradılsın? 
 
-    Əlbəttə,  Əlikram  müəllim,  dediyiniz  iradlarda  bir  həqiqət 
vardır. Bu gün nədənsə gənc elmi işçilərimizin qarşısına heç 
nədən  sədd  çəkməyə  çalışırlar.  Yəqin  ki,  elmimizin  sabahı 
naminə  xüsusilə  bu  işdə  cavabdeh  olan  elmi  təşkilatlar  bu 
işlərin məsuliyyətini dərk edəcək və bundan sonra elmimizin 
inkişafı  yolunda  gecəsi-gündüzü  olmayan  əsl  gənc  elm 
fədailəri üçün də düşünməyə vaxt tapacaqlar. 
 
-  Camal  müəllim,  elmimizin  sabahına  mən  də  böyük  ümid 
bəsləyirəm. 
 
Əlikram müəllim,maraqlı müsahibə üçün Sizə təşəkkürümü 
bildirirəm. 
 
                                 “Ziyalı” qəzeti, 1-7 sentyabr 2000 -ci il. 
 
 
  “
Müsəlman müsəlmanın qardaşıdır” 
 
(Müsahibimiz  Qafqaz  Müsəlmanları  İdarəsi  Elmi-Dini 
Şürasının  sədr  müavini,  Azərbaycan  Jurnalist  Həmkarlar 
İttifaqının 
(AzərKİVİHİ) 
sədri, 
yazıçı-teoloq 
Oqtay 
Salamzadədir.) 
 
 
-  Qafqaz  Müsəlmanları  İdarəsinin  Qazılar  Şurası  region 
möminlərinin  növbəti  qurultayının  keçirilməsi  barədə  qərar 
qəbul  edib.  Şuranın  iclasında  Siz  də  həlledici  səslə  iştirak 
etmisiniz.  Bu  haqda  bir  qədər  müfəssil  məlumat  almaq  və 
oxucularımıza çatdırmaq istəyirik. 


298
 
 
 
-  İclasda  Qafqaz  müsəlmanlarının  növbəti  qurultayının 
çağırılması  təklifi  hörmətli  Şeyxülislam  Hacı  Allahşükür 
Paşazadə  həzrətlərinin  təsadüfi  təşəbbüsü  deyildi.  Sadəcə 
olaraq,  sonuncu  qurultaydan  beş  il  keçir  və  idarənin 
nizamnaməsi  əsasında  qurultay  idarə  sədri  Şeyxülislam  Hacı 
Allahşükür Paşazadə həzrətlərinin hesabatını dinləyib müzakirə 
etməli  və  yeni  Qazılar  Şürası  seçməklə  bərabər,  qarşıda  duran 
vəzifələri müəyyənləşdirilməlidir. 
 
-    Qəribədir,  dini  qurultay,  demək  olar  ki,  hər  beş  ildən  bir 
keçirilən  prezident  seçkilərinin  növbəti  kompaniyası  ilə  üst-
üstə düşür. Bu, təsadüfidir, yoxsa... 
 
-    Bostanda  qarpızla  qovun,  bağda  alma  ilə  armud  da,  demək 
olar  ki,  eyni  vaxtda  yetişir.  Bu  mənada  konstitusion  bir 
dövlətdə  prezident  seçkiləri  ilə  qurultayın  keçirilməsi  və  azad 
əqidə sahibləri olan Qazılar  Şürasının yeni tərkibdə seçilməsi 
eyni  vaxtda  düşürsə,  bu,  söz  yox,  təsadüfi  hadisədir.  Lakin 
konstitusiyaya  və  Qurana  əl  basıb  and  içən  prezidentlə  ürəyi 
Allah  eşqi  ilə  dolu  olan  və  hər  ibadətində  Vətənin  və  xalqın 
səadəti  naminə  dualar  edən  qazıların,  bütün  dindarların  və 
onların,  mən  deyərdim,  dünyanın  bütün  müsəlmanları 
tərəfindən sevilən dərin zəkalı, uzaqgörən, tədbirli və  təmkinli 
Şeyxülislamı  hörmətli  Hacı  Allahşükür  Paşazadənin  birlikdə 
bütün səy və arzuları ölkəmizin rifahı, müstəqilliyi və qüdrətilə 
bağlıdırsa,  bu,  sevindirici  haldır.  Hər  ölkədə  belə  deyil.  “Pis 
gözə tikan batsın”, deyiblər. Məgər bu birliyə həsəd aparanlar 
və  dövlətlə  dini  qarışdırmaq  istəyən  qüvvələr  azdır?  İstər 
hakimiyyət  hərisi  olan  qüvvələr,  istər  onları  qızışdıran  xarici 
düşmənlərimiz. 
 
-  Prezident  Heydər  Əliyev  cənablarının  dinə  münasibəti 
barədə... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə