Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   83   84   85   86   87   88   89   90   ...   98

287
 
 
                   Alim və idmançı 
 
(Müsahibimiz Azərbaycan  idmanında və  elmində  xüsusi yeri olan, 
öz xidmətləri və zəhməti  ilə   özünəməxsus izlər qoyan, Azərbaycan 
Boks Federasiyasının vitse - prezidenti, Milli  Olimpiya Komitəsinin 
üzvü, Beynəlxalq   dərəcəli hakim, geologiya - minerologiya elmləri  
namizədi, zəlzələşünas alim Ramiz  Yusif  oğlu Yusifovdur.) 
 
Tanıtma:
Ramiz  Yusif  oğlu  Yusifov  1936  –  cı  il  mayın  15  –  də 
Ağdam  şəhərində  ziyalı  ailəsində  anadan  olmuşdur.  1944-cü  ildə  
Ağdam  şəhərində  1-ci  sinfə  daxil  olub,  sonra  atasının  vızifəsi 
iləəlaqədar Naxçıvana köçüblər. O, təhsilini Naxçıvan şəhər 1 saylı 
orta məktəbində davam etdirmişdir.   
   1952-ci ildə R. Yusifo vun ailəsi Bakıya köçmüş və orta təhsilini 
199  saylı  orta  məktəbdə  yenidən  davam  etdirmiş  və  1954-cü  ildə 
həmin məktəbi bitirmişdir.    
   R.Yusifov  1954  –cü  ildə  BDU  -  nun  Geoloji-  Coğrafiya 
fakültəsinə  daxil  olub.1959-cu  ildə  R.Yusifov  həmin  fakültəni 
bitirib  və  elmi  fəaliyyətini  neft  və  qaz  yataqlarının  geologiyası, 
geofizikası və seysmologiyasıüzrə davam etdirmişdir.  
   R.  Yusifov  1965  -  ci  ildə  geologiya  -  mineralogiya  elmləri  üzrə 
namizədlik  dissertasiyasını  müdafiə  edib.  1966  -  80  -  ci  illərdə  
Elmlər Akademiyasının  geologiya institutunda çalışdığı dövrdə isə 
kiçik elmi işçi vəzifəsindən böyük  elmi işçi vəzifəsinədək yüksəlib. 
O, 90-dan çox elmi məqalənin müəllifidir. 
   R.Yusifov 1952-ci ildən boksla məşğul olmağa başlayıb. O, 1954-
1957-ci  illərdəÜmumittifaq  Spartak  Cəmiyyətinin  yarışlarının 
gümüş və bürünc medallarını qazanmışdır. R. Yusifov boks üzrə 5 
dəfə  Azərbaycan  çempionu  olub.  O,  1958  -ci  ildən  SSRİ  idman 
ustasıdır.  1996-cı  ildən  boks  üzrəBeynəlxalq  dərəcəli  hakimdir. 
1995-2009-cu  ilin  yanvarınadək  Azərbaycan  Respublikası  Boks 
Federasiyasının vitse-prezidenti olub. 
     Hazırda  R.  Yusifov  həmin  federasiyanın  icraçı  komitəsinin 
üzvü,  Milli  Olimpiya  Komitəsinin  üzvü  və  Veteranlar  Şurasının 
sədridir.  
 


288
 
 
-  Ramiz  müəllim,  zəngin  tərcümeyi-halınızdan  görünür  ki, 
həyatınız çox maraqlı və mənalı keçibdir. Həyatda  insanın keçdiyi 
ömür  yoluna  nəzər    saldıqda,    ilk    öncə    onun  uşaqlıq  illəri  göz 
önünə  gəlir.  Çünki  uşaqlıq  illəri  insan  həyatında  yaddaqalan  və 
silinməz izlər buraxır. Uşaqlıq illəriniz barədə nə deyə bilərsiniz? 
 
-    Mən  bütün  söhbətlərimdə  səmimi  olmağa  çalışmışam.  Bu  gün  də 
sizinlə  söhbətdə  səmimi  olacağam.  Uşaqlıq  illərinə  gəldikdə  tam 
səmiyyətlə  deməliyəm  ki,  mən  uşaqlıqda  çox  dəcəl  və  inadcıl 
olmuşam. Beynimə bir işi görmək düşdüsə, onu axıra çatdırmayınca 
rahat ola bilmirdim. Ona görə də həyatım həmişə mübarizə aparmaq, 
çarpışmalar və qalmaqallarla keçibdir. Ədalətsizliyi və haqsızlığı heç 
cür  bağışlaya  bilmirəm.  Mən  daim  hərəkətdə  və  fəaliyyətdə  olmağı 
xoşlayan  insan  olmuşam.  Mənim  belə  bir  devizim  var:  «Əgər 
sakitcə  oturub  nəyisə  gözləyirsənsə,  deməli  zaman    səninçün   
dayanıbdır.» 
    Bir   dəfə  qarlı  bir  gündə  asfalt  yolda  «konki»      sürdüyüm  zaman 
daha  sürətlə    getmək    üçün  əlimdəki  qarmaq  məftili  yanımdan  ötüb 
keçən  «Palturka»  maşınının  arxa    dəmirinə    keçirdim.  Sürücünün  
bundan xəbəri olmadı. Maşının  sürəti get - gedə artdığından həyatım 
üçün  təhlükə      yaranmışdı.    Son    anda    özümü    itirdim    və  məftili 
əlimdən buraxdım. Bu zaman qarşıdan gələn «Moskviç» avtomobilin 
sürücüsü  gördü  ki,  «Palturka»  maşınının    arxasından    qəfildən  
«konki»də  bir  uşaq  peyda oldu  və  düz onun maşınının qarşısına 
çıxdı. Sürücü məni  vurmamaq  üçün  sükanı  sağa  buraraq,  yolun  
kənarına çıxdı. Mən isə özümü   saxlaya  bilməyib yolun kənarındakı 
dərəyə yuvarlandım. «Moskviç» maşınının   sürücüsü   tez  maşından 
düşüb,  dərədə  huşsuz  halda  uzanıb  qalmış  məni  götürüb    şəhərə  
gətirir.    Sürücü    məni    dərhal  tanıyır.  Onu  da  deyim  ki,    o,zaman  
atam  Yusifov    Yusif    Naxçıvan      MR      MK-  nın  birinci  katibi 
vəzifəsində (1946 – 1952 – ci  illər)   işləyirdi.   
 
- Ramiz müəllim, necə oldu ki, idmana gəldiniz? 
 
-  Bir  dəfə  məktəbdə  mənim  uşaqlarla    dalaşmamı    görən    Tofiq  
Bəhrəmov mənə  məsləhət  gördü  ki,  gedib  boksla   məşğul   olum.  
O,    zaman    T.  Bəhrəmov    bizim    məktəbdə      idman      müəllimi   
işləyirdi. 


289
 
 
     Həmin gündən  sonra mən dünya    miqyasında   tanınan   futbol   
hakimi    Tofiq      Bəhrəmovun    məsləhəti      ilə    1952  –  ci  ildən 
«Spartak»    cəmiyyətində  boksla  məşğul    olmağa  başladım.  Mən 
dəfələrlə  şəhər  və  respublika    birinciliklərinin,    sonra      isə      SSRİ 
çempionatının  iştirakçısı   olmuşam. 1958 – ci  ildə  SSRİ   idman  
ustası  dərəcəsini   almışam. 
     Mən  boks  üzrə  1954-cü  ildə  Tbilisidə  2-ci  yeri,  1955-ci  ildə 
Riqada  2-ci  yeri, 1956-cı  ildə Vilnüsdə  keçirilən  6-cı  Spartakiadada 
3-cü  yeri  tutmuşam.  Mən  5  dəfə  Azərbaycan  çempionu  olmuşam. 
1996-cı ildən bu günə kimi boks üzrə Beynəlxalq dərəcəli hakiməm. 
Dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak 
etmişəm. 
Bu 
ərəfədə  boksçularımızın  Avropa  və  Dünya 
çempionatlarında 1 qızıl, 2 gümüş və 2 bürünc, Olimpiya oyununda 
isə 3 bürünc medal qazanmışdılar. Boksçularım dünyanın 5 qitəsində 
Azərbaycan bayrağını dalğalandırıblar.  
 
-  Bildiyimizə  görə  siz  eyni  zamanda  həm  də  zəlzələşünassınız.  Bu 
barədə nə deyə bilərsiniz? 
 
-  1980  –  ci    ildə    respublikada  seysmik    tədqiqatların   
gücləndirilməsi  məqsədilə  təşkil  olunan  geofiziki      ekspedisiyaya 
məni də daxil etdilər və bundan sonrakı   illərdə zəlzələ problemləri
onun nəticələrinin aradan   qaldırılması ilə məşğul olmağa başladım. 
1984  –  cü  ildə      Özbəkistandakı  Qazlı  zəlzələsində,  1985–ci  ildə  
Səmərqənd – Buxara, 1989 – cu ilin iyununda İranın Rüdbar və 1997 
–  ci  ildə  Ərdəbil  zəlzələlərində  onun  nəticələrini  aradan  qaldırmaq 
üçün  Akademik  Arif  Həsənovun  rəhbərliyi  ilə  təşkil  edilmiş  
ekspedisiyasının      tərkibində    mən  də  var  idim  və  həmin  yerlərdə 
zəlzələdən  ziyan  çəkmiş  insanlara  köməklik  etməkdə  biz  də  iştirak 
etmişik. 
 
-  Təbii  ki,  çoxillik  idman  karyeranızda  yadda  qalan    önəmli 
hadisələr olub. Əgər olubsa, onu necə xatırlayırsınız? 
 
-  Çoxillik  idman      karyeramda    yaddaqalan      hadisələr    çox  olub. 
Onlardan  yalnız  iki  maraqlı  hadisəni  sizə  söyləyəcəyəm.  1954  –  cü  
ildə  beynəlxalq     turnirdə   iştirak      etmək  üçün  Tbilisiyə  getmişdik. 
Gəzinti zamanı  təsadüfən  şəhərdəki göllərdən birində azyaşlı oğlan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə