Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

290
 
 
uşağının    boğulduğunu  və  onu  xilas  etmək  istəyən  anasının  da  
batdığını gördük. Mən dərhal suya atılaraq onların hər  ikisini   xilas   
etdim. 
    Həmin axşam idmançıların qaldığı mehmanxanaya  gələn  uşağın  
atası  məni    və    dostlarımı    evinə    apararaq    böyük  ziyafət    verdi. 
Mənim  xilas    etdiyim    həmin  o,  gürcü    balası  hazlrda  Moskva 
Aviasiya  İnstitutunun  prorektoru  vəzifəsində  işləyir.  Onu  da  deyim 
ki, indiyə kimi onlarla ailəvi dostluq edirik.  
    İkinci  maraqlı  və  sevindirici  hadisə  isə  1999-cu  ildə  olmuşdu. 
Həmin  il  Amerikada  boks  üzrə  dünya  birinciliyi  keçirilirdi.  İlk  dəfə 
olaraq  Azərbaycandan  iki  boksçumuz-  Əli  İsmayılov  və  Sahib 
Bağırov  da  həmin  birincilikdə  iştirak  etməyə  lisenziya  qazanmışdı. 
Boksçularımızın  məşqçisi  Rauf  Cabbarov  idi.  Mən  isə  həmin 
yarışmaya həm hakim, həm də rəhbər kimi getmişdim. O, yarışmada 
Əli  İsmayılov  bürünc  medal  qazandı.  İlk  dəfə  olaraq  boks  üzrə 
Azərbaycana  medalla  qayıtdıq.  Bizi  hörmətli  prezidentimiz  İlham 
Əliyev cənabları qarşıladı və bizim hamımızı mükafatlandırdı. Yaxşı 
yadımdadır,  prezident  Əli  İsmayılova  avtomobil  hədiyyə  etdi. 
Bundan  sonra  Azərbaycan  boksçuları  dünya  çempionatlarında  bir-
birinin ardınca böyük uğurlara imza atdılar. 
 
-  Ramiz  müəllim,  doğrudan  da  indi  dövlətimiz,  xüsusən  də 
prezidentimiz  idmana  çox  böyük  qayğı  göstərir,  idmançılarımıza 
hər sahədə dəstək olur. 
 
-  Bəli,  onu  doğru  qeyd  etdiniz.  Bunu  qeyd  edəcəkdim.  Bunu  hamı 
görür və hamı bilir. Doğrudan da, Prezidentimiz hazırda idmana çox 
böyük  qayğı  göstərir,  idmançılarımızla  daim  maraqlanır,  onların 
problemlərini  həmişə  həll  edir.  Dövlət  və  Prezidentimiz  tərəfindən 
bu  qayğı  və  müdafiəni  hiss  edən  idmançılarımız  ona  görədir  ki, 
Avropa  və  Dünya  çempionatlarında  daha  əzmlə,  fədəkarcasına 
mübarizə  apararaq  Azərbaycanımızın  üç  rəngli  bayrağını  bütün 
dünya 
ölkələrindəən 
yüksək 
yerlərdə 
dalğalandırmış 
və 
dalğalandırmaqda davam edirlər...  
 
Ramiz müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. 
- Siz də sağ olun. 
 


291
 
 
 
                                                         Bakı, mart  2007-ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Vahid milli ideologiyanın yaradılması  
                         vacibdirmi? 
 
Tanıtma: 
Tağıyev  Əlikram  Mirhəsən  oğlu,  1945  -ci  ildə 
İmişli  rayonun  Qaradonlu  kəndində  anadan  olmuşdur.  1 
saylı İmişli şəhər orta məktəbini (1963), M.F.Axundov adına 
APDİ-ni  (1969),  Azərb.EA-nın  Fəlsəfə  və  Hüquq 
İnstitutunun  aspiranturasını  (1974),  Bakı  Ali  Partiya 
məktəbinin 
nəzdindəki 
iki 
illik 
Marksizm-Leninizm 
Universitetini (1975) bitirmişdir. 
    1982 -ci ildən elmlər namizədi, 1986-cı ildən dosent, 1994-
cü ildən isə professordur. 


292
 
 
   Ə.Tağıyev  “K.Marks  və  ideoloji  mübarizə”  (1985), 
“Azərbaycan 
milli 
mədəniyyəti 
və 
onun 
burjua 
saxtalaşdırılmasının tənqidi” (1986), “Lenin milli  siyasəti və 
antikommunizm”  (1988),  “Politologiya”  (1993),  “Napoleon” 
(1993),  “Sosiologiya”  (1994),  “Polotologiya  fənninin  tədrisi 
metodikası”  (1995),  “Milli  ideya  və  milli  ideologiya”  (1995), 
“Etnik  siyasət”  (1997),  “Platon  və  Aristotel”  (1997), 
“Fəlsəfə”  (1997),  “Kulturologiya”  (1997),  “Orta  əsrlərin 
fəlsəfi  və  social-siyasi  fikri  (Qərbi  Avropa  və  Azərbaycan)”  
(1999), “Mədəniyyətşünaslığın əsasları” (1999), “Azərbaycan  
xalq cümhuriyyəti” (1998), “Siyasi biliklərin əsasları” (1999), 
“Böyük 
Britaniyanın 
siyasi 
həyatı” 
(2000), 
“Etnopolitologiya”  (2000),  “Ruslar  və  Türklər”  (2000) 
kitablarının müəllifidir. 
    Professor  Ə.Tağıyev  “Sosial-siyasi  fəlsəfə  problemləri” 
məqalələr  toplusunun  redaktorudur.  10-dan  yuxarı  aspirant 
və dissertanta elmi rəhbərlik edir. 
    Hazırda  Ə.Tağıyev  Azərbaycan  EA-nın  Beynəlxalq 
Münasibətlər  İnstitutunun  “Millətlərarası  social-siyasi 
proseslər” şöbəsinin müdiridir. 
 
-    Əlikram müəllim,  Avropa  Şurasına  qəbul  olunmağımız  və 
ümumiyyətlə  millətimizin  Avropalaşmağa  olan  meyli 
haqqında nə deyə bilərsiniz? 
 
-  Avropa  Şurasına  qəbul  olunmağımız  heç  şübhəsiz  ki, 
xalqımızın  həyatında mühüm  siyasi  əhəmiyyət  kəsb edir. Bu, 
iqtidarın  yeritdiyi  konstruktiv  xarici  siyasi  fəaliyyətin 
nəticəsidir.  Biz  bu  quruma  daxil  olmaqla  dönüb  avropalı 
olmuruq.  Bu,  hər  şeydən  əvvəl,  siyasi  bir  məsələdir.  Milli 
təhlükəsizliyin  təminatı  üçün,  insane  haqlarının  qorunması 
məsələsində  əhəmiyyətlidir.  O  ki,  qaldı  məsələnin  ikinci 
tərəfinə,  onu  deyək  ki,  biz  Avropa  Şurasına  daxil  olmaqla, 
milli-mənəvi  dəyərlərimizdən  əl  çəkmirik,  öz  milli  simamızı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə