Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

299
 
 
 
-  Bu  barədə  məsləhət  bilərdim  “İrşad”  İslam  Araşdırmaları 
Mərkəzinin  direktoru,  fəlsəfə  elmləri  doktoru,  professor  Rafiq 
Əliyevin  “Heydər  Əliyev,  din  və  mənəvi  dəyərlər”  kitabını 
tapıb oxuyasınız. Gözəl kitabdır. 
     Müstəqil  Azərbaycanda  dinə  və  dinlə  bağlı  mənəvi 
dəyərlərə 
münasibət  məsələsində  dövlətin  mövqeyinin 
mahiyyəti  və  əsas  yönümləri  Prezident  Heydər  Əliyevin 
müxtəlif  yığıncaq  və  toplantılarda  müxtəlif  münasibətlərlə 
söylədiyi fikirlərində öz yığcam və konkret ifadəsini tapmışdır. 
Müəllif möhtərəm Prezidentin son illərdəki çıxış və nitqlərində 
din  və  mənəvi  dəyərlərlə  bağlı  fikirlərini  izləməklə  həmin 
mövqeyi  açıqlamağa  çalışmışdır.  Müəllif  göstərir  ki,  bu  gün 
Azərbaycan  öz  sivilizasiyalı  inkişafı  üçün  dünyəvi  dövlət 
quruculuğu  yolunu  seçmişdir.  Prezident  Heydər  Əliyev 
Azərbaycanın 
inkişaf 
yolunu 
belə 
səciyyələndirir: 
“Ümumiyyətlə,  bilin,-  biz  Azərbaycanda  demokratik,  hüquqi, 
dünyəvi  dövlət  qururuq.  Bu  müstəqil  Azərbaycanın  gələcək 
yolunun ana xəttidir, indiki ifadə ilə desək, strateji yolumuzdur. 
Çünki  bu,  xalqımızın  gələcəyi  üçün  ən  düzgün  və  xalqımızı 
səadətə  aparan  ən  ağıllı  yoldur.  Biz  bu  yolu  seçmişik  və  bu 
yolla  gedirik.”  Bu  hər  şeydən  əvvəl  Azərbaycanda  dövlətin 
dindən  ayrı  olduğunu  nəzərdə  tutur.  Lakin  vətəndaş, 
bütövlükdə isə millət dindən ayrı deyildir. 
    Müstəqil  Azərbaycanın  tutduğu  bu  yol  millətin  özünü 
dərindən  dərk  etməsini  tələb  edir,  milli  özünüdərk  isə  öz 
növbəsində millətin ictimai fikrinə, fəlsəfəsinə, adət- ənənəsinə 
müraciət edilməsini labüd edir, çünki burada bir tərəfdən milli 
substansiyanın - zatın özünüdərki, təcrübəsi, digər tərəfdən isə 
bu zatın nisbətən güclü və aydın təzahürləri cəm olmuşdur. 
 
-Keçmişin  mənəvi  dəyərlərindən  danışanda  bizim  ölkəmiz, 
müsəlman ölkəsi kimi, bütün dəyərlərimizi əxz etməlidir? Bu, 
geriyə qayıtmaq deyilmi? 


300
 
 
 
-  Mən  buna  da  professor  Rafiq  Əliyevin  sözləri  ilə  cavab 
vermək istəyirəm.  O, bu barədə  yazır:  “Müsəlman ölkəsi  kimi 
Azərbaycan  şəraitində  varislik  prosesində  eyni  sosial  psixoloji 
varislik  mexanizmi  vasitəsilə  keçmişin  gözəl  əxlaqi  dəyərləri 
ilə  yanaşı,  o  dövrün  sosial  bəlaları  -  çoxarvadlılıq,  müvəqqəti 
nikah  forması  kimi  siğə,  qızların  erkən  vaxtlardan  məktəbdən 
təcrid  edilərək  ərə  verilməsi,  qadın  hicabı,  dini  təəssübkeşlik, 
mövhumat  və  xurafat  da  müasir  nəsillərin  şüuruna  və  əməli 
həyatına  yol  tapır.  Dini  ənənələrə  münasibətdə  mövqeləri 
müəyyən edərkən bu amili nəzərə almamaq düzgün olmazdı”. 
 
-  Bu  sahədə  Qafqaz  Müsəlmanları  İdarəsinin  Elmi-  Dini 
Şürası nə işlər görür? 
 
-  Elmi-Dini  Şüranın  fəaliyyəti  müsbət  mənada  çox  əhatəli  və 
genişdir.  Şüraya  tanınmış  teoloq,  həqiqətən  misilsiz  din  alimi 
olan  professor  Vasim  Məmmədəliyev  rəhbərlik  edir.  Söz  yox, 
şüraya  ümumi  rəhbərlik  Şeyximiz  tərəfindən  həyata  keçirilir. 
Biz  şura  üzvləri,  onun  dərin  mənalı  qeyd  və  təşəbbüslərini 
həmişə  diqqət  və  rəğbətlə  qarşılayırıq.  Bu,  məgər  adi  bir 
halmıdır ki, şuraya daxil olan alim və yazıçılar, hüquqçular və 
din  xadimləri  respublikamızın  ən  hörmətli  ziyalılarındandır? 
Şeyx özü də tarix elmləri doktoru, professordur, bir sıra elmi- 
dini kitabların məsləhətçisi, redaktorudur. Vasim müəllimin adı 
isə  tariximizə  mühüm  akademik  Ziya  Bünyadzadə  ilə  birlikdə 
Qurani-Kərimin  tərcüməçisi  və  izahçısı  kimi  əbədi  daxil 
olubdur. Şura üzvləri- istər hüquqçu Abdulla İbrahimov olsun, 
istər filologiya doktoru,  akademik  Bəkir Nəbiyev, istər fəlsəfə 
doktoru, 
Elmlər 
Akademiyasının  müxbir  üzvü  Fuad 
Qasımzadə-  biz  hamımız  böyük  anlaşılma  şəraitində  işləyirik. 
Din 
xadimlərindən 
Hacı  Salman  Musayev,  tanınmış 
teoloqlardan  Hacı  Sabir  Həsənli,  Axund  Mirəziz  Seyidzadə, 
Hacı  Akif,  Hacı  Cəbrayıl    və  digər  hörmətli  şura  üzvləri  həm 


301
 
 
təşkilati,  həm  də  elmi-nəzəri  fəaliyyətimizdə  böyük  xidmət 
göstərirlər. 
 
-  Qurultay  barədə  qəbul  edilən  qərarlarınız  hansı 
problemlərin həllini nəzərdə tutur? 
 
-  Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin belə bir 
təklifi vardır ki, qurultay bu il sentyabr ayının 30- u, oktyabrın 
1-2-  də  -  3  gün  ərzində  keçirilsin.  Bu  üç  günə  qurultayın, 
demək olar ki, davamı kimi fəaliyyət göstərən beynəlxalq elmi- 
nəzəri  konfransın  keçirilməsi  də  daxildir.  Bu  konfransı  Elmi-
Dini  Şura  hazırlayacaqdır.  Konfrans  həm  qurutayın  
nəticələrini,  həm  də  bir  sıra  elmi-dini  məruzələri  müzakirə 
edəcəkdir. 
 
-  Başqa  dinlərə  münasibət  haqda  sizin  fikrinizi  bilmək 
istərdik. 
 
-  Başqa  dinlərə  münasibət  barədə  mən  Prezident  Heydər 
Əliyevin  1994-cü  ilin  26  avqustunda  Bakıdakı  Təzəpir 
məscidində  Məhəmməd  peyğəmbərin  mövludu  münasibətilə 
etdiyi  çıxışa  əsaslanmaq  istərdim.  Bu  sözlərdə  Şeyximizin  də 
nöqteyi-  nəzəri  əks  olunmuşdur.  Prezident  göstərdi  ki,  İslam 
dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu 
dinlərin 
hamısı 
Allahdan 
gəlir. 
Azərbaycanda 
da 
müsəlmanlarla  yanaşı  başqa  dinlərə  etiqad  edən  adamlar 
yaşayır. 
Onlar 
da 
Azərbaycanın 
bərabər 
hüquqlu 
vətəndaşlarıdır.  Çalışmalıyıq  ki,  dini,  milli  mənsubiyyətindən 
asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu 
olsunlar  və  onların  hamısının  birliyini,  vəhdətini  təşkil  edək. 
Bu  da  Allah-  təalanın  buyurduğu,  bizim  yolumuzdur.  Bu 
həqiqətən belədir. 
 
-   Qurultaya arzularınız? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə