Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə130/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   126   127   128   129   130   131   132   133   ...   136

www.vivo-book.com 

 

690 



adamam  və  yavaĢ-yavaĢ  uĢağı  tikə-tikə  doğramaqla 

məĢğulam.  

Sara  ilə  oturub  bayramı  qeyd  etməyə  və  bala-bala 

vurmağa  baĢlamıĢdıq.  Lakin  dünyanın  yarısının  səninlə 

birlikdə  sərxoĢ  olmaq  üçün  səy  göstərdiyi  bir  vaxtda 

dəmləĢmək o qədər də asan məsələ deyildi.  

– Hə, – Sara dedi, – bu ili elə də pis keçirmədik. Heç 

kim məni öldürmədi.  

–  Və  sən hələ də  hər  axĢam  içə  və hər gün günortaya 

qədər yatağında xumarlana bilirsən. 

– KaĢ bir il də dözə biləydim. 

– Bu, sadəcə, sənin köhnə əyyaĢ duyğularındır. 

Elə  bu  dəmdə  qapı  döyüldü.  Gözlərimə  inana 

bilmirdim.  Gələnlər  folk-rokçu  Dinki  Sammers  və  onun 

rəfiqəsi Cenis idi. 

– Dinki! – deyə bağırdım. Ey, lənət Ģeytana, dostum, nə 

baĢ verir. 

– Heç özüm də bilmirəm, Henk. Sadəcə, düĢündüm ki, 

gəlib səninlə görüĢməliyəm. 

– Cenis, bu Saradır. Sara... Cenis. 




www.vivo-book.com 

 

691 



Sara  otaqdan  çıxdı  və  əlavə  iki  qədəhlə  geri  döndü. 

Mən qədəhlərə içki süzdüm. DanıĢası elə də çox Ģey yox idi.  

–  Təxminən  on  yeni  əsər  yazmıĢam.  Məncə,  getdikcə, 

daha yaxĢı yazmağa baĢlayıram. 

– Mən də elə düĢünürəm, – Cenis dedi, – həqiqətən. 

–  Bura  bax,  dostum,  yadındadırmı,  sənin  çıxıĢından 

əvvəl  gecəni  açmıĢdım...  Bir  mənə  de  görün,  Henk,  mən 

yəni elə pis çıxıĢ elədim? 

–  Qulaq  as,  Dinki,  sənin  hisslərini  incitmək 

istəməzdim, amma həmin axĢam mən qulaq asmaqdan daha 

çox  içirdim.  Səhnəyə  çıxacağıma  görə,  özüm  haqqında 

düĢünürdüm,  mən  bu  çıxıĢa  hazırlaĢırdım,  özümü 

toplayırdım, hətta ürəyim bulanırdı.  

–  Mən  isə  tamaĢaçı  kütləsinin  qarĢısına  çıxmağı  çox 

xoĢlayıram.  Səhnəyə  çıxanda,  kütlənin  də  mənim 

mahnılarımı  sevdiyini  görüb  göyün  yeddinci  qatına 

qalxıram.  

–  Yazmaq  bir  qədər  fərqlidir.  Hər  Ģeyi  təkbaĢına 

edirsən. Canlı tamaĢaçı kütləsi ilə təmasda olmursan. 

– Bəlkə də sən doğru deyirsən. 




www.vivo-book.com 

 

692 



–  Mən  də  orada  idim,  –  Sara  dedi.  Səhnəyə  çıxmaq 

üçün iki nəfər Henkə yardım elədi. Çünki o tamamilə sərxoĢ 

idi və özünü çox pis hiss edirdi. 

– Bura bax, Sara, – Dinki dedi, – mənim çıxıĢım yəni 

belə pisiydi? 

–  Yox,  heç  də  pis  deyildi.  Sadəcə,  tamaĢaçılar  Henki 

səhnədə görmək üçün səbrsizlənirdilər. Ona görə də hər Ģey 

onları qıcıqlandırırdı.  

– Sağ ol, Sara. 

– Bilmirəm, yəqin mənim folk-rokdan baĢım çıxmır, – 

dedim. 

– Bəs nə sənin xoĢuna gəlir? 



–  Demək  olar  ki,  bütün  alman  klassik  musiqi 

bəstəkarları. Hə, bir də bəzi rus bəstəkarlar. 

– Təxminən on dənə yeni mahnı yazmıĢam. 

– Bəlkə onlardan bir neçəsinə qulaq asaq? – deyə Sara 

ondan soruĢdu.  

–  Amma  deyəsən,  özünlə  gitaranı  gətirməmisən,  düz 

demirəmmi? – mən soruĢdum. 



www.vivo-book.com 

 

693 



–  Ah,  gətirib,  gitarasını  gətirib,  –  Cenis  dilləndi,  – 

gitaranı hər zaman özü ilə daĢıyır! 

Dinki ayağa qalxdı, evdən çıxdı və öz alətini maĢından 

götürdü. BardaĢ quraraq xalçanın üstündə oturdu və gitaranı 

kökləməyə  baĢladı.  Elə  indicə  canlı  ifaya  qulaq  asaraq 

əylənəcəkdik. Çox keçmədən Dinki öz ifasına baĢladı. Onun 

qalın  və  güclü  səsi  vardı  və  divarlarda  əks-səda  verirdi. 

Mahnı  bir  qadın  haqqındaydı.  Dinki  ilə  hansısa  qadın 

arasında baĢ vermiĢ ayrılıq haqqında. Əslində, mahnı elə də 

pis  deyildi.  Bəlkə  də  tamaĢaçıların  bilet  aldığı  bir  gecə 

səhnədə elə də pis səslənməzdi. Amma tamaĢaçılar xalçanın 

üstündə  düz  sənin  qənĢərində  oturduğu  zaman  bunu 

söyləmək  çox  çətin  idi.  Mövzu  çox  özəl  və  utancvericiydi. 

Bununla  belə,  onun  elə  də  pis  olmadığı  qənaətinə  gəldim. 

Amma  onun  baĢqa  bir  problemi  vardı.  O  qocalmağa 

baĢlamıĢdı. Onun qızılı saçları, əvvəlki tək qızılı deyildi. Ġri 

və  məsum  gözlərinin  altında  tuluqlar  əmələ  gəlmiĢdi.  Çox 

qısa bir müddətdən sonra onun problemləri əmələ gələcəkdi. 

Biz hamımız ona əl çaldıq. 

– Çox əla idi, dostum, – mən dedim. 




www.vivo-book.com 

 

694 



– Həqiqətən, xoĢuna gəldi, Henk? 

Mən əlimi havada yellədim. 

– Bilirsənmi, sənin mahnıların həmiĢə içimə nüfuz edir, 

– mən dedim. 

– Çox sağ ol, dostum. 

O dərhal ikinci mahnıya keçdi. Bu mahnı da hansısa bir 

qadına  həsr  edilmiĢdi.  Onun  qadını,  keçmiĢ  qadınına:  bu 

qadın  bütün  gecəni  haralardasa  veyllənirmiĢ.  Mahnıda 

yumor  çalarları  da  hiss  olunurdu,  amma  bunu  bilərəkdən 

etdiyinə  əmin  deyildim.  Hər  halda,  Dinki  öz  mahnısını 

bitirdi və biz onu alqıĢladıq. Sonra baĢqa mahnıya keçdi.  

Dinki  lap  həvəsə  gəlmiĢdi.  Çox  ucadan  oxuyurdu. 

Onun  ayaqları  tennis  ayaqqabılarının  içində  qıvrılır  və 

burulurdu.  O  bunu  bizdən  gizlətməyə  çalıĢmırdı.  Faktiki 

olaraq,  bizim  qarĢımızda  rola  girmirdi,  olduğu  kimi 

oturmuĢdu.  O  heç  də  düzgün  görünmür  və  düzgün 

səslənmirdi,  amma  mahnı  baĢqa  vaxtlar  eĢitməyə  adət 

etdiklərimizdən  daha  yaxĢı  idi.  Vicdanımı  əymədən  onu 

tərifləyə  bilmədiyimə  görə  özümü  çox  pis  hiss  edirdim. 

Amma  bir  adam  sənin  qarĢında  oturub  deyə  onun  istedadı 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə