Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə128/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   124   125   126   127   128   129   130   131   ...   136

www.vivo-book.com 

 

678 



– Bəli. 

– Siz yazıçı Henri Çinaskisiniz? 

– Bəli. 

– Ciddi deyirsiniz? 

– Bəli. 

– Hmm, biz Bel Erdən olan bir dəstə oğlanlarıq və sizin 

yazdıqlarınızı  dərindən  baĢa  düĢə-düĢə  oxuyuruq!  Biz  hər 

Ģeyi  elə  gözəl  anlayırıq  ki,  sizi  mükafatlandırmaq  istəyirik, 

dostum! 

– Nə danıĢırsınız? 

– Hə, biz indi özümüzlə bir neçə dənə 6-lıq pivə paketi 

də götürüb sizin yanınıza gəlirik. 

– Al o pivəni öz götünə sox. 

– Nə? 


– Dedim ki, al o pivə ĢüĢəsini sox götünə! 

Dəstəyi asdılar. 

– Zəng vuran kim idi? – Sara soruĢdu. 

– Elə indicə Bel Erdə bir neçə oxucumu itirdim. Amma 

bunu etməyinə dəyərdi. 



www.vivo-book.com 

 

679 



Hind  toyuğu  hazır  idi.  Onu  sobadan  çıxardım,  iri  bir 

dövrənin  içinə  qoydum,  mətbəx  masasının  üstündəki  yazı 

makinamı  və  bütün  kağız-kuğuzumu  yığıĢdırıb  hind 

toyuğunu  masanın  üstünə  yerləĢdirdim.  Sara  əlində  göy-

göyərti ilə mətbəxə girəndə, quĢu doğramağa baĢladım. Biz 

masanın  arxasına  oturduq.  Mən  öz  boĢqabıma,  Sara  isə  öz 

boĢqabına yemək çəkdi. Çox gözəl və dadlı görünürdü.   

– Ümid edirəm ki, o yekə məmə bir də gəlməz, – Sara 

dedi.  

Onun haqqında düĢünmək, deyəsən, Saraya acı verirdi. 



– Əgər yenə gəlsə, ona da bir tikə verəcəyəm. 

– Nə? 


Mən əlimlə hind toyuğuna iĢarə elədim.  

– Deyirəm ki, ona da bir tikə verəcəyəm. Baxarsan.  

Sara  bərkdən  qıĢqırdı.  Sıçrayaraq  yerindən  qalxdı. 

Onun  bütün  bədəni  tir-tir  əsirdi.  Sonra  isə  yataq  otağına 

qaçdı. Mən isə dinməzcə öz hind toyuğuma baxırdım. Onu 

yeməyə  iĢtahım  qalmamıĢdı.  Deyəsən,  yanlıĢ  düyməyə 

basmıĢdım. Öz qədəhimi də əlimə alıb ön otağa keçdim və 



www.vivo-book.com 

 

680 



əyləĢdim.  Təxminən  15  dəqiqə  gözlədim,  sonra  isə  hind 

toyuğu ilə göyərtiləri soyuducuya qoydum. 

 Ertəsi  gün  Sara  öz  evinə  getdi,  mən  isə  günorta 

təxminən  saat  3-də  soyuq  hind  toyuğundan  hazırlanmıĢ  bir 

buterbrod yedim. Saat təxminən 5 radələrində kimsə az qala 

qapımı  sındıracaqdı.  Qapını  açdım.  Gələnlər  Temmi  ilə 

Arlinaydı.  Onlar  atdıqları  spid  həblərindən  uçurdular.  Ġçəri 

girdilər və otaqda at kimi ora-bura çaparaq ikisi də birlikdə 

danıĢmağa baĢladılar. 

– Ġçməyə bir Ģeyin varmı? 

– Zibil, Henk içməyə bir Ģeyin varmı? 

– Sənin sikilmiĢ Milad bayramın necə keçdi? 

–  Hə,  düz  deyir,  sənin  sikilmiĢ  Milad  bayramın  necə 

keçdi, hə, dostum? 

– Buzqabında bir neçə pivə Ģərab ĢüĢəsi qalıb, – onlara 

dedim. 


(Əski  dəbli  insanları  o  dəqiqə  tanımaq  olur:  onlar 

soyuducuya buz qutusu deyirlər). 

Onlar  ləngər  vura-vura  mətbəxə  keçdilər  və  buz 

qutusunu açdılar. 




www.vivo-book.com 

 

681 



– Ey, burda hind toyuğu da var! 

– Biz ac olmuĢuq, Henk! Sənin bu hind toyuğundan bir 

az yemək olarmı? 

– Əlbəttə. 

Temmi  əlində  bud  ilə  mətbəxdən  çıxdı  və  diĢləri  ilə 

onu gəmirməyə baĢladı. 

– Ey, bu hind toyuğu lap elə bil zəhrimardır! Ona bir az 

ədviyyat vurmaq lazımdır! 

Arlina əlində ət tikələri ilə yanımıza gəldi.  

–  Hə,  buna  bir  az  ədviyyat  vurulsa,  pis  olmazdı.  Çox 

duzsuzdur! Sənin evində bir az ədviyat tapılar? 

– Bufetdə olmalıdır, – deyə cavab verdim. 

Onlar itələĢə-itələĢə yenidən mətbəxə qayıtdılar və hind 

toyuğunun üstünə ədviyyat səpməyə baĢladılar. 

– Bax indi oldu! Ġndi dadı daha yaxĢıdır! 

– Hə, indi dadı bir Ģeyə bənzədi! 

– Orqanik hind toyuğu, poxdur! 

– Hə, özüdür ki var! 

– Mən bir az da istəyirəm! 

– Mən də. Amma ədviyyat da lazım olacaq. 




www.vivo-book.com 

 

682 



Temmi  mətbəxdən  çıxdı  və  gəlib  oturdu.  Hind 

toyuğunun budunu, demək olar ki, gəmirib bitirmiĢdi. Sonra 

sümüyü  diĢləyərək  onun  ikiyə  böldü  və  sümüyün  içini 

əmməyə  baĢladı.  Heyrətimdən  nitqim  tutulmuĢdu.  Temmi 

budun  sümüyünü  gəmirir,  sümüyün  qırıntılarını  isə  xalının 

üstünə tüpürürdü.  

– Ey, sən sümüyü də yeyirsən! 

– Hə, çox dadlıdır! 

Bir az da quĢ əti götürmək üçün Temmi yenə mətbəxə 

qaçdı. 


Tezliklə,  onlar  hər  ikisi  də  əllərində  bir  ĢüĢə  pivə  ilə 

mətbəxdən çıxdılar. 

– Sağ ol, Henk. 

– Hə, çox sağ ol, dostum. 

Oturub pivə ĢüĢələrini əmməyə baĢladılar. 

– Hə, – Temmi dedi, – indi isə getmək vaxtıdır. 

–  Hə  vaxtdır,  indi  biz  gedib  bir  neçə  məktəbli  oğlan 

zorlamalıyıq! 

– Hə! 



www.vivo-book.com 

 

683 



Hər  ikisi  sıçrayaraq  ayağa  qalxdı  və  qapıdan  çıxaraq 

gözdən  itdilər.  Mən  mətbəxə  keçib  soyuducuya  baxdım. 

Hind  toyuğuna  elə  bil  pələng  hücum  eləmiĢdi  –  onun 

gövdəsi  düz  iki  hissəyə  bölünmüĢdü.  Çox  ədəbsiz 

mənzərəydi. Ertəsi gün axĢam Sara mənim yanıma gəldi. 

– Hə, hind toyuğu necədir? – o məndən soruĢdu. 

– Pis deyil.  

O  içəri  daxil  oldu  və  soyuducunun  qapısını  açdı. 

Ucadan bağırdı. Sonra qaçaraq mətbəxdən çıxdı. 

– Aman Allahım, burda nə baĢ verib? 

–  Temmi  ilə  Arlina  gəlmiĢdilər.  Elə  yeyirdilər,  elə  bil 

bir həftə dillərinə yemək dəyməmiĢdi. 

– Ohh, bu ürəkbulandırıcıdır. Ürəyim qan ağlayır! 

– Məni bağıĢla. Onları dayandırmalıydım. Amma onlar 

narkotik həblər qəbul eləmiĢdilər. 

– YaxĢı, burda mənim edə biləcəyim bir Ģey qalır. 

– O nədi elə? 

–  Hind  toyuğunun  qalıqlarından  sənə  yaxĢı  bir  sup 

biĢirə bilərəm. Gedim bir az göy-göyərti alım.  

– YaxĢı, – ona bir iyirmilik verdim. 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə