Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə125/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   121   122   123   124   125   126   127   128   ...   136

www.vivo-book.com 

 

662 



sonra çarpayının çərçivəsi getdi və nəhayət, kim isə döĢəyi 

də  apardı.  Mənim  yaĢadığım  rayonda  insanlar  çox  kasıb 

dolanırdılar. 

Mən  Saranın  çarpayısını  görmüĢdüm.  Üstündə  uzanıb 

yatmıĢdım və o çox xoĢuma gəlmiĢdi. Ortabab döĢəklərdən 

hər  zaman  zəhləm  gedib,  ən  azından,  mənim  almaq 

iqtidarında  olduqlarımdan.  Həyatımın,  demək  olar  ki, 

yarısını  yalnız  qarmağa  taxılmıĢ  qurdlar  üçün  rahat  olan 

çarpayılarda keçirmiĢdim.  

Sara  öz  çarpayısını  özü  düzəltmiĢdi,  indi  isə  birini  də 

mənim üçün düzəltməli idi. Dördün dördə olan yeddi ayaqlı 

(yeddinci  ayaq  çarpayının  düz  ortasında)  bərk  ağacdan 

hazırlanmıĢ  platforma,  üstündə  isə  10  sm  qalınlığında  sərt 

köpük  kütləsi.  Saranın  bəzi  gözəl  fikirləri  vardı.  Mən 

taxtaları  tuturdum  o  isə  mismarları  vururdu.  Çəkiclə  çox 

məharətlə  davranırdı.  Onun  çəkisi  cəmisi  105  funt  olsa  da, 

mismarları vura bilirdi. Deyəsən, əla çarpayı alınacaqdı. 

Bu  iĢ  Saranın  çox  vaxtını  almadı.  Sonra  biz  onu 

sınaqdan  çıxardıq  –  sekslə  yox  –  Drayer  Baba  da  səmadan 

bizə gülümsəyirdi.  




www.vivo-book.com 

 

663 



Biz  maĢınla  ətrafı  gəzib  milad  bayramı  üçün  yolka 

ağacı axtardıq. Bu ağacı tapmaq üçün elə də əldən-ayaqdan 

getmirdim  (uĢaqlıq  çağlarımda  milad  bayramı  mənim  üçün 

həmiĢə  kədərli  bayram  olmuĢdu)  və  bu  ağacların  satıldığı 

bütün  meydançaların  boĢ  olduğunu  görəndə,  qanım  heç  də 

qaralmadı.  Biz  geri  qayıdanda,  Saranın  çox  qəmgin 

olduğunu hiss etdim. Amma biz evə qayıdıb bir neçə qədəh 

ağ  Ģərab  içəndən  sonra,  onun  ovqatı  düzəldi  və  otağın  hər 

yerinə  milad  bəzəklərini,  iĢıqlar,  parıldayan  zəncirlər 

asmağa baĢladı – mənim saçlarıma da bər-bəzək vurdu. 

Mən  oxumuĢdum  ki,  insanlar,  baĢqa  günlərlə 

müqayisədə,  ən  çox  Milad  Bayramı  ərəfəsində  və  Milad 

Günündə  intihar  edirmiĢlər.  Əslində,  gün  kimi  aydındır  ki, 

bu  bayramın  Məsihin  doğumu  ilə  ya  az  əlaqəsi  var,  ya  da 

heç yoxdur.  

Radioda  oxuyan  musiqi  ürəkbulandırıcı,  televizordakı 

proqramlar  isə  bərbad  olduğundan,  onları  söndürdük.  Sara 

Men  Ģtatında  yaĢayan  anasına  zəng  vurdu.  Onun  anası  ilə 

mən də danıĢdım və bu qadının heç də bəd insan olmadığını 

anladım.  




www.vivo-book.com 

 

664 



–  Əvvəlcə,  –  Sara  dedi,  –  səninlə  anamı  tanıĢ  eləmək 

fikrindəydim. Amma o səndən yaĢca böyükdür. 

– Bunu yaddan çıxara bilərsən. 

– Onun çox qəĢəng qıçları var. 

– Yaddan çıxar. 

– Sənin yaĢlı insanlara qarĢı önyarğılarınmı var? 

– Bəli, məndən baĢqa hamı yaĢlıdır. 

–  Sən  özünü  kino  ulduzu  kimi  aparırsan.  Nədi,  sənin 

qadınların həmiĢə səndən 20-30 yaĢ cavan olublar? 

– Mən iyirmi yaĢlarında olanda bu belə olmayıb. 

–  Onda  de  görüm,  sənin  heç  yaĢca  səndən  böyük  bir 

qadının  olubmu?  Demək  istəyirəm  ki,  belə  bir  qadınla 

yaĢamısanmı? 

– Hə, iyirmi beĢ yaĢım olanda, 35 beĢ yaĢlı bir qadınla 

yaĢayırdım. 

– Hə, necəydi?  

– Qorxunc idi. Mən ona aĢiq olmuĢdum. 

– Qorxunc olan nəydi? 

– O məni kollecə getməyə məcbur edirdi. 

– Bunda qorxmalı nə var ki? 




www.vivo-book.com 

 

665 



–  Bu  sənin  düĢündüyün  kolleclərdən  deyildi.  O, 

fakultəydi, mən isə tələbə.  

– Bəs ona nə oldu? 

– Onu basdırdım. 

– Hörmət və ehtiramla? Onu öldürdünmü? 

– Onu spirtli içki öldürdü. 

– Milad bayramın mübarək! 

– Sənin də. Mənə özününkülərdən danıĢ 

– Mən pas. 

– Nədi, həddən çoxdu? 

– Həm çoxdu, həm də az. 

Təxminən otuz, ya da qırx dəqiqə keçəndən sonra, qapı 

döyüldü.  Sara  yerindən  qalxdı  və  qapını  açdı.  Ġçəriyə  bir 

seks simvolu daxil oldu. Özü də Milad ərəfəsində. Onun kim 

olduğu  haqqında  heç  təsəvvürüm  belə  yox  idi.  Əynində 

damdar bir paltar vardı. Ġri döĢləri isə elə bil indicə paltarın 

yaxalığından  pırtlayaraq  bayıra  çıxacaqdılar.  Ġnanılmaz  bir 

mənzərəydi.  Kinofilmləri  nəzərə  almasaq,  həyatımda  heç 

vaxt bu tərzdə sərgiyə qoyulmuĢ döĢlər görməmiĢdim.   

– Salam, Henk! 




www.vivo-book.com 

 

666 



Deməli, o məni tanıyırmıĢ. 

–  Mən  Ediyəm.  Bir  gecə  səninlə  Bobbinin  evində 

görüĢmüĢdük. 

– Hə? 


– Nədi, çox içmiĢdin, məni xatırlamırsan? 

– Salam Edi. Bu Saradır. 

–  Bobbini  axtarırdım.  Birdən  ağlıma  gəldi  ki,  bəlkə 

sənin yanındadır. 

– Keç otur, bizimlə iç. 

Edi mənim sağ tərəfimdəki kresloya oturdu, özü də çox 

yaxınıma.  Onun iyirmi  beĢ  yaĢı  olardı.  Bir  siqaret  yandırdı 

və  öz  qədəhindən  balaca  bir  udum  aldı.  O  hər  dəfə  qəhvə 

masasının  üzərinə  əyiləndə,  mən  əmin  idim  ki,  nəsə  baĢ 

verəcək,  əmin  idim  ki,  onun  döĢləri  yay  kimi  gərilərək 

paltarının yaxasından çölə çıxacaq. Və əgər bu baĢ verərsə, 

mən  özümün  nə  edəcəyimdən  qorxurdum.  Mən,  sadəcə, 

bunu  bilmirdim.  Heç  vaxt  döĢlərə  pərəstiĢ  edən  birisi 

olmamıĢam,  həmiĢə  qıçlardan  cuĢa  gəlmiĢəm.  Amma  Edi 

onlarla necə davranacağını, həqiqətən, yaxĢı bilirdi. Mən isə 

qorxu  içində  onun  döĢlərinə  altdan-altdan  ac  piĢik  kimi 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə