Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə127/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   123   124   125   126   127   128   129   130   ...   136

www.vivo-book.com 

 

672 



kim  geyinməyib  və  məncə,  lap  sənin  əyninə  olacaq”.  Ona 

görə də, onunla birlikdə qaranlıq və balaca bir otağa girdim. 

O isə məni orada əlləĢdirməyə çalıĢdı. Onu özümdən kənara 

itələdim.  Elə  bu  vaxt  mənə  dedi:  “Bircə  öpüĢ  istəyirəm”. 

Mən  isə  –  “Get  sikdir  baĢımdan!”  – dedim.  Onun baĢı  daz, 

özü  isə  tosqun,  balacaboy  idi,  ağzında  protez  diĢlər, 

yanaqlarında  isə  içində  tüklər  çıxan  qara  ziyillər  vardı. 

Qəfildən üstümə Ģığıdı, bir əli ilə götümdən, o biri əli ilə bir 

döĢümdən yapıĢıb məni öpməyə çalıĢdı. Onu yenə özümdən 

kənara  itələdim.  “Mənim  arvadım  var,  –  mənə  deyir,  – 

narahat  olma,  mən  onu  sevirəm”.  Yenə  gözlənilmədən 

üstümə  Ģığıdı  və  bu  dəfə  dizimlə  ona  yaxĢı  bir  zərbə 

endirdim,  yəqin  harasına  vurduğumu  deməyə  ehtiyac 

yoxdur.  Deyəsən,  onun  orasında  heç  nə  yox  idi,  çünki 

zərbəni heç vecinə də almadı. “Sənə pul da verərəm, – mənə 

deyir,  –  səninlə  xoĢ  rəftar  edərəm”.  Mən  isə  ona  dedim  ki, 

poxunu ye və öl. 

– Çox qəmgin hekayədir, – mən dedim. 

–  Bura  baxın,  –  Edi  dedi,  –  mən  daha  getməliyəm. 

Milad bayramınız mübarək. Ġçkilərə görə də çox sağ olun. 




www.vivo-book.com 

 

673 



Yerindən  qalxdı.  Onu  qapıya  qədər  ötürdüm  və  qapını 

açdım.  O  məhəllədən  keçərək  uzaqlaĢdı.  Mən  isə  geri 

qayıdaraq öz yerimə oturdum. 

– Ay səni qancıq balası, – Sara mənə dedi. 

– Nə olub? 

–  Əgər  mən  burda  olmasaydım,  sən  onu  çoxdan  sikib 

buraxmıĢdın. 

– Bu xanımı, demək olar ki, tanımıram. 

–  O  nəhəng  məmələr!  Sən  əməlli-baĢlı  qorxuya 

düĢmüĢdün! Sən, hətta ona baxmağa belə qorxurdun! 

–  Bu  Milad  bayramı  ərəfəsində  nə  qapı-qapı  düĢüb 

veyllənir, baĢqa içi-gücü yoxdu bəyəm? 

– Bəs niyə onun özündən soruĢmadın? 

– O dedi ki, Bobbini axtarır. 

–  Əgər  burda  olmasaydım,  yəqin  bilirəm  ki,  onu 

sikərdin. 

–  Bax  bunu  bilmirəm.  Bunu  öyrənməyin  yolunu  da 

bilmirəm... 

Sonra  Sara  birdən  ayağa  qalxıb  anqırmağa  baĢladı. 

Hıçqıra-hıçqıra  ağladı  və  o  biri  otağa  qaçdı.  Mən  öz 




www.vivo-book.com 

 

674 



qədəhimə  içki  süzdüm.  Divarlardan  asılmıĢ  rəngbərəng 

iĢıqlar gah yanır, gah da sönürdü. 



 

99 

Sara hind toyuğu üçün qarnir hazırlamaqla məĢğul idi. 

Mən  isə  mətbəxdə oturub  onunla söhbət edirdim. Ġkimiz  də 

ağ Ģərabdan bala-bala gillədirdik. 

Telefon  zəng  çaldı. Mən  yerimdən  qalxıb  zəngə  cavab 

verdim. Zəng edən Debra idi. 

–  Sadəcə,  sənin  Milad  bayramını  təbrik  eləmək 

istəyirdim, səni islaq əriĢtə. 

– Sağ ol, Debra. Sənin də bayramın mübarək. 

Onunla  bir  müddət  söhbət  edəndən  sonra,  mətbəxə 

qayıdıb öz yerimə oturdum. 

– Zəng vuran kimiydi? 

– Debra. 

– Özünü necə hiss edir? 

– Məncə, yaxĢı. 

– Bəs nə istəyirdi? 

– Mənim Milad bayramımı təbrik elədi. 



www.vivo-book.com 

 

675 



– Bu orqanik hind toyuğu sənin xoĢuna gələcək. Ġçinə 

doldurduğum  Ģeylər  də  əladır.  Ġnsanlar  zəhər  yeyirlər,  əsl 

zəhər.  Amerika  yoğun  bağırsaq  xərçənginin  geniĢ  yayıldığı 

bir neçə ölkədən birisidir. 

–  Hə,  mənim  də  götüm  tez-tez  giciĢir.  Amma  bunun 

səbəbi  babasildir.  Bir  dəfə  əməliyyata  girərək  onu 

kəsdirmiĢdim.  Əməliyyatdan  əvvəl  həkimlər  xərçəng  olub-

olmadığına  əmin  olmaq  üçün  adamın  bağırsağına  ucunda 

iĢıq  olan  ilanabənzər  bir  Ģey  soxurlar.  Bu  ilan  əməlli-baĢlı 

uzundur. Onu elə hey içinə dürtürlər! 

Yenə  telefon  zəng  çaldı.  Mən  gedib  cavab  verdim. 

Kessi idi. 

– Necəsən? 

– Sara ilə birlikdə hind toyuğu hazırlayırıq. 

– Sənin üçün yaman darıxmıĢam. 

–  Sənin  də  Milad  bayramın  qutlu  olsun.  ĠĢlərin  necə 

gedir? 

– Qaydasındadır. Yanvarın 2-nə qədər istirahətdəyəm. 



– Yeni ilin mübarək, Kessi! 

– Sənə nə olub axı, lənət Ģeytana? 




www.vivo-book.com 

 

676 



–  Bir  az  havalıyam.  Günün  günorta  çağı  ağ  Ģərab 

içməyə vərdiĢ eləməmiĢəm. 

– Vaxtın olanda, mənə zəng vur. 

– Əlbəttə. 

Yenidən mətbəxə qayıtdım. 

–  Kessiydi.  Milad  bayramında  hamı  bir-birinə  zəng 

vurub bayramlaĢır. Bəlkə Drayer Baba da bizə zəng vurdu.  

– O zəng vurmaz. 

– Niyə axı? 

– O heç vaxt uca səslə danıĢmır. Heç vaxt danıĢmayıb 

və heç vaxt da pula toxunmayıb. 

– Bax bu heç də pis görünmür. O biĢməmiĢ qarnirdən 

bir az ver dadına baxım.  

– YaxĢı. 

– Bura bax, lap əladır ki! 

Yenə  telefon  zəng  çaldı.  HəmiĢə  belə  olurdu.  Bir  dəfə 

zəng  çalanda  daha  dayanmaq  bilmirdi.  Yataq  otağına  gedib 

zəngə cavab verdim.  

– Allo, –dəstəyə dedim. – Siz kimisiniz? 

– Səni yaramaz köpək. Kim olduğunu bilmirsən? 




www.vivo-book.com 

 

677 



–  Yox,  heç  tanıya  bilmədim,  –  xəttin  o  biri  baĢındakı 

sərxoĢ bir qadın idi. 

– Tap görüm. 

– Bir dəqiqə gözləyin. Hə, tapdım! Sən Ayrissən! 

– Hə, mənəm. Və mən hamiləyəm! 

– Bəs uĢağın atasının kim olduğunu bilirsənmi? 

– Bunun nə fərqi var ki? 

– Məncə, sən haqlısan. Vankuverdə vəziyyət necədir? 

– Hər Ģey qaydasındadır. Sağ ol. 

– Salamat qal. 

Yenə mətbəxə qayıtdım.  

– Kanadalı rəqqasə idi, – Saraya dedim. 

– Bəs onun iĢləri necə gedir? 

– Milad bayramı sevinci ilə coĢub daĢır. 

Sara  hind  toyuğunu  sobanın  içinə  qoydu  və  biz  ön 

otağa keçdik. Bir müddət ordan-burdan söhbət elədik. Sonra 

isə telefon cingildədi. 

– Allo, –dedim.  

–  DanıĢan  Henri  Çinaskidir?  –  xəttin  o  biri  ucunda 

cavan bir kiĢi səsi eĢidildi. 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə