ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə5/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   2   3   4   5   6   7   8   9   ...   15

Sərbəst xlor. Sərbəst xlor suda dezinfeksiya məqsədilə tətbiq olunan xlordan artıq qalan hissədir. Miqdarı suyun qoxu və dad keyfiyyətinə təsir edir. Xlorun təbii yollarla suda olmasına baxmayaraq, dezinfeksiya məqsədilə suda sərbəst xlor da olur və onun miqdarının 0,5 mq-dan çox olması sağlamlığa mənfi təsir göstərir. Standartlara görə xlorun icazə verilə biləcək miqdarı suyun 1 litrində 0,5 mq olması ilə müəyyənləşdirilmişdir. DST, AƏMQA kimi qurumlar sərbəst xlor üçün müəyyən bir hədd müəyyənləşdirməmişdir. TSE və Səhiyyə Nazirliyi isə yuxarıda da qeyd olunduğu kimi, bu miqdarın 0,5 mq-dan çox olmasını mənfi dəyərləndirir.

Sulfat (SO4). Suda ən çox rast gəlinən kimyəvi maddələrdən biridir. Xüsusilə, kalsium-sulfat halında olur. Suların süzüldüyü və toplandığı torpaqlardan asanlıqla suya keçə bilir. Sulfatın təbiətdə olan miqdarı sağlamlığa zərərli deyildir. Vərdiş etməyən insanlarda bağırsaqları pozsa da, bir müddət sonra həzm sistemi buna vərdiş edir. İnsanlarda sulfatın həddən çox qusdurucu təsiri də diqqət çəkir. Bəzi tədqiqatçılar 1000 mq sulfatın sularda mənimsənilə bilən hədd olduğunu bildirməklə yanaşı, uşaqlar, yaşlılar, müvəqqəti məskunlaşan insanların su itkisinə qarşı qorunması baxımından sulfatın miqdarının 500 mq-nı ən yüksək hədd qəbul edirlər. Məsələn, illərdən bəri sulfat problemi müzakirə olunan Qızılçayda bu hədd heç bir zaman 400 mq-dan çox olmur. ABŞ Ətraf Mühiti Qoruma Agentliyi (AƏMQA) ölkədəki 54000 içməli su qaynağından 2000-ə qədərinin sulfat həddinin 500 mq-dan çox olduğunu müəyyən etmiş, lakin əhalinin sıxlığının az olmasını və ciddi şikayətin olmamasını da qeyd etmişdir. Bəzi quyu sularının tərkibindəki sulfatın 2000 mq-dan artıq olduğu aşkar edilmişdir.

Bir çox beynəlxalq qurumların sulfata ən çox 250 mq hədd qoyması sağlamlıq xatirinə deyil, estetik dəyərlər baxımından gərəkli görülmüşdür. Bu dəyər ikili standartlar qrupu içərisindədir və içmə çətinliyinə, dadının acı olmasına görə müəyyənləşdirilmişdir.



Natrium (Na). Bədən mayelərində ən çox olan elementdir. Bədəndəki ən önəmli vəzifəsi maye təzyiqinin təmin edilməsidir. Suyun tərkibindəki natrium qaynağa görə dəyişir. Satışda olan içməli suların bəzilərinin tərkibindəki natriumun miqdarı çox az, bəzilərininki isə yüksəkdir. Etiketə diqqət edərək əhali miqdarı az olan natrium tərkibli su ilə təchiz edilməlidir. Tərkibindəki natriumun miqdarı az olan su çoxlu natriumun bədəndən xaric olmasını sürətləndirərək onun yaratdığı fəsadların qarşısının alınmasına yardım edir. Bəzi mədən sularının tərkibində yüksək miqdarda natrium-karbonat mövcuddur. Bu cür mədən sularının içilməsi bədəndə natriumun miqdarını artırır. Mədən suyunun tərkibindəki minerallar haqqında məlumatlanmaq vacibdir.

Yüksək qan təzyiqi, ürək çatışmazlığı və qaraciyər serrozu olan insanlara tərkibində natriumun miqdarı yüksək olan sudan istifadə etmək məsləhət görülmür. Bundan başqa, kiçik uşaqlarda böyrəklərin tam inkişaf etməməsinə görə çox natrium qəbul edilməsi zərərlidir. Həddən çox natriumun qəbul edilməsi sidiklə kalsiumun bədəndən xaric edilməsini sürətləndirərək sümük boşalması probleminə yol aça bilir. Buna görə də tərkibində kalsium və maqnezium yüksək, natrium isə az olan sudan istifadə edilməlidir. İçməli suların tərkibində natriumun miqdarı 1 litr suda 0-25 mq arasında dəyişir. Karbonatlı mineral suların tərkibindəki natrium 1 litrdə təxminən 8-200 mq-dır.

DST, Avropa Birliyi və Səhiyyə Nazirliyi içməli sularda ən çox 200 mq natrium olmasının vacibliyini qeyd etmişdir. Natrium bədəndəki suyun tarazlığı, fəal mədə, sinir və əzələ funksiyası, qan pH-nın normal səviyyədə olması və kaliumun hüceyrə membranından xaricə çıxarılması üçün uyğun şəraiti yaratmağa yardım edir. Natrium çatışmazlığı mədə qıcolmaları, çəkinin həddən artıq azalması, diqqət dağınıqlığı, dehidratasiya, depressiya, baş gicəllənməsi, yorğunluq, xəyal görmə, baş ağrısı, ürək döyüntüsü, dadbilmə pozuntusu, keyimə, qan təzyiqinin aşağı olması, hafizə pozuntusu, əzələ zəifliyi, diksinmə və zəif koordinasiya kimi problemlərə səbəb olur.
3.9. Suyun elektrik keçiriciliyi
Su saflaşdıqca elektrik keçiriciliyi qabiliyyəti azalır. Vahidi müqavimət vahidinin tərsi olaraq µS/sm-dir. TS 266 Rev və Səhiyyə Nazirliyinin verdiyi məlumata görə içməli sularda keçiricilik vahidi maksimum 2500 µS/sm olmalıdır.

Saf suyun elektrik keçiriciliyi 0,055 µS/sm-dir. Lakin qəbul edilən suların elektrik keçiriciliyi içində həll olunan karbon qazı və ya bəzi qalıq ionlar səbəbi ilə daha yüksək ola bilir.



3.10. Suyun tərkibindəki minerallar nə üçündür?
Bor. Bor sağlam sümüklər və dişlərlə yanaşı, kalsium, maqnezium və fosforun uyğun metabolizmi üçün də ehtiyac duyduğumuz bir mineraldır. Bor beyin funksiyalarını inkişaf etdirir və sümük əriməsini azaldır. Borun azlığı D vitamini çatışmazlığını daha da artırır. D vitamininin böyrəklərdə ən aktiv formaya çevirilməsi və estrogen hormonunun aktivləşdirilməsi üçün də bora ehtiyac duyulur. Mənbəyi: mineral sular, alma, kök, taxıl, üzüm, yarpaqlı tərəvəzlər, fındıq və armud.

Sink. Bütün mineralların bədən üçün əhəmiyyəti müzakirə olunmazdır, ancaq sink digərlərinə nisbətən ən ağır elementlərdən biridir. Sink spermanın yaranmasında çox əhəmiyyətlidir və çatışmazlığı sperma sayının və testosteron səviyyəsinin azalmasına səbəb olur. Gec sağalan kəsik və yaralar da bədənin sinkə duyduğu ehtiyacın göstəricisidir, çünki bu maddə yaraların sağalmasını sürətləndirmə xüsusiyyətinə malikdir. Orqanizmin yeni hüceyrələr yaratmaqda bu minerala çox ehtiyacı var. Mənbəyi: mineral sular, bifşteks, istiridyə (yeyilən dəniz ilbizi), hind toyuğu, taxıl, paxla və lifli qidalar.

Fosfor. Həm sümük, həm də dişin əmələ gəlməsi üçün gərəkli bir maddədir və hüceyrələrin böyüməsinə yardım edir. Orqanizmdə az olması o qədər də çox yayılmayıb, amma buna baxmayaraq narahatlıq, vəhm, nizamsız nəfəsalma, dəri həssaslığı, zəiflik və çəkinin dəyişməsinə səbəb olur. Mənbəyi: mineral sular, qarğıdalı, süd məhsulları, yumurta, balıq, meyvələr və meyvə şirələri, soğan-kəvər, toyuq, ət və kəpək.

Dəmir. Bir çox fermentin tərkib hissəsidir. Xəstəliklərə qarşı müqaviməti artırır, yorğunluğu azaldır və qanın qırmızı hüceyrələrinin oksigenləşməsini təmin edir. Çatışmazlığı zamanı anemiya, diqqəti cəmləyə bilməmək, saçların qırılması, yuxulu vəziyyət, sümüklərin qırılması, əsəbilik, köklük, fiziki tutumun azalması və immun sisteminin zəifliyi meydana çıxır. Mənbəyi: mineral sular, badam, avokado, lobya, qırmızı çuğundur, kövrək qarğıdalı, xurma, yaşıl yarpaqlı tərəvəzlər, ciyər, Lima lobyası, ət, yumurta, balıq, ağ darı, fındıq, şaftalı, armud, toyuq, qabaq, quru üzüm, düyü, qəhvə, taxıl, dəniz məhsulları və istiridyə (yeyilən dəniz ilbizi).

Xlor. Az miqdarda xlor yaşamaq üçün vacibdir. Həzm sistemində heç bir dəyişikliyə uğramadan sidiyin bir hissəsinə çevrilir. Xlor natriumla birlikdə hüceyrələrarası mayedə yer alır və bədən ağırlığının 0,15%-ni təşkil edir. Natrium və kaliumla birlikdə bütün bədən mayelərinin pH-ın uyğun paylanmasını, sinir və əzələ funksiyalarının sağlam bir şəkildə yerinə yetirilməsini təmin edir. Həzmə və tullantıları yox etməyə yardım edir. O, qidaların həzm olunmasını təmin edən mayelərdən biri olan hidroxlorid turşusunun tərkib hissəsidir. Çatışmazlığı həddən artıq tərləmə, qusma və ya ishal əmələ gətirir. Xlorun az olması bədən mayelərinin qələviləşməsinə, dehidratasiya və sidikdə kaliumun azlığına səbəb olur. Mənbəyi: mineral sular, kərəviz, kahı, zeytun, çovdar, pomidor və dəniz suyu.

Kalsium. Kalsiumun sümük və dişlərin quruluşu və təşəkkülündə əsas rol oynadığı bilinir. Sümük əriməsinin azaldılmasında təsiri olan bu əsas mineral, eyni zamanda, qan təzyiqi, qan laxtalanması, əzələ inkişafı, əsəb sakitləşdiricisi, xərçəngin qarşısının alınması, enerji yaratma, yağ parçalama kimi işlərdə bədənə yardım edir və erkən ürək xəstəlikləri riskini azaldır. Kalsium maqneziumla birlikdə bir-birini tamamlayır və funksiyalarını daha yaxşı yerinə yetirir. Məsələn, kalsium əzələləri gərginləşdirərkən, maqnezium rahatlaşdırır. Çatışmazlığı oynaq ağrıları, dırnağın qırılması, depressiya, xəyal görmə, yüksək qan xolesterolu, ürək çırpıntısı, yüksək qan təzyiqi, aktiv eqzema, yuxusuzluq, əzələ qıcolmaları, əsəbilik, rəng solğunluğu, revmatizma, raxit və diş çürüməsi kimi narahatlıqlara səbəb olur. Mənbəyi: mineral sular, badam, brokoli, kərə yağı, kələm, keçisaqqalı, safra çiçəyi, yaşıl yarpaqlı tərəvəzlər, keçi südü, əncir, süd və süd məhsulları, somon balığı, sardinya, dəniz duzu, dəniz məhsulları, çətənə toxumları, şalğam, böyürtkən yarpağı, itburnu, nanə və vələmir.

Natrium. Natrium suyun tənzimlənməsi, aktiv mədə, sinir və əzələ funksiyaları üçün qanın pH səviyyəsində tənzimlənməsi və kaliumun hüceyrə membranından xaricə hava vermək üçün uyğun şəraiti təmin etməsinə yardım edir. Natriumun azlığı mədədə qıcolma, anoreksiya, dehidratasiya, depressiya, baş gicəllənməsi, yorğunluq, xəyal görmə, baş ağrısı, ürək döyünməsi, dad duyğusunun itməsi, keyimə, aşağı qan təzyiqi, hafizə pozuntusu, əzələ zəifliyi, diksinmə, zəif koordinasiya və çəki itkisinə səbəb olur. Mənbəyi: mineral sular, kilkə balığı, pendir, dəniz duzu, qabıqlı dəniz heyvanları, qırmızı və yaşıl bibər və dəniz tərəvəzləri.

Kükürd. Qanı dezinfeksiya etmək, təmizləmək kimi əhəmiyyətli funksiyanı yerinə yetirir və bədənin bakteriyalara qarşı müqavimətini artırır. Bədənimizi zəhərli maddələrdən, radiasiyadan və hava çirkliliyindən qoruyur. Mədə şirəsini artırır və qocalma müddətini zəiflədir. Mənbəyi: mineral sular, Brüssel kələmi, quru lobya, kələm, yumurta, balıq, sarımsaq, ət, soğan, soya lobyası, şalğam, dəniz duzu.

Maqnezium. İnsan bədənində 0,05% maqnezium var. Bu miqdar orta çəkili bir insanda təxminən 35 q-a çatır. Maqnezium insan bədəninə kalsiumun təsir etməsi və ürək funksiyaları, qan təzyiqi, enerji yaratmaq, dincələrək yatmaq kimi bir çox hallarda yardım etmək üçün vacibdir. Əgər bədəndə maqnezium çatışmazlığı yaranarsa, kalsium əzələləri istila edərək qıcolmalara və səyrimələrə səbəb olur. Nizamsız qidalanma zamanı kalsium, maqnezium, natrium və ya kalium çatışmazlığı yaranır. İnsan tərlədiyi zaman bədəndə toplanan bu mineraldan istifadə etməyə başlayır. Araşdırmalar ürək tutması olanların qanında və ürək əzələlərində, adətən maqneziumun az olmasını göstərir. Maqnezium çatışmazlığı zamanı astma, ürək tutması, xroniki yorğunluq, yuxusuzluq, əsəbilik, həzm prosesinin zəifliyi, nəfəsalma pozuntuları, sürətli ürək döyüntüləri və darıxma duyğusu kimi əlamətlər ortaya çıxır. Ürək tutmalarında xəstəyə təcili maqnezium verilməsi yaşama ehtimalını 60% artırır. Uşaqlar və yaşlılar üçün xüsusilə qış aylarında maqnezium çox vacibdir. Maqnezium beyindəki damarları rahatladaraq qan dövranını da yaxşılaşdırır. Mənbəyi: mineral sular, alma, qaysı, avokado, banan, bəkməz, yaşıl noxud, qara düyü, süd məhsulları, balıq, əncir, sarımsaq, qreypfrut, yaşıl yarpaqlı tərəvəzlər, limon, Lima lobyası, ət, qoz, qara bibər, cəfəri, şaftalı, nanə, somon balığı, soya lobyası, taxıl, dəniz duzu.

Kalium. Bədən mayelərinin tarazlığının davam etdirilməsinə, sinir siqnallarının ötürülməsinə, insulinin sərbəst buraxılmasına və əzələ gərilməsinə yardım edir. Kalium azlığı insanlar üçün çox rast gələn bir problemdir, çünki qeyri-üzvi maddələrin qəbulu və çox miqdarda su içmək kaliumun bədəndən xaric edilməsinə səbəb olur. Pomidordakı kalium bədənin ehtiyacını ödəyir, qan təzyiqi zamanı natriumun yerinə keçir. Kalium çatışmazlığı yorğunluq, zəiflik, ruhi depressiya, aşağı qan təzyiqi, əzələ yorğunluğu, duz tutumu və normadan kənar ürək döyüntülərinə səbəb olur. Mənbəyi: mineral sular, avokado, banan, qırmızı çuğundur, qara düyü, xurma, meyvə qurusu, əncir, sarımsaq, soğan-kəvər, pomidor, ət, fındıq, portağal, kartof, toyuq, quru üzüm, tərəvəzlər və taxıl.

Manqan. Sümüyün formalaşması və bağ toxumaları üçün çox gərəkli bir maddədir. Zülal və genetik məhsulların sintezində istifadə olunur və qidalardan enerji almağa yardım edir. Eyni zamanda antioksidant vəzifəsini daşıyır və qanın normal laxtalanmasına yardım edir. Qlükoza metabolizminin əsas fermentində əhəmiyyətli bir yardımçı amildir. Az olması diabet və tez-tez pankreas (mədəaltı vəzi) problemi yaradır, erkən doğuşa səbəb olur. Diabet xəstələrinin sahib olduqları manqanın səviyyəsi normal adamların sahib olduqlarının təxminən yarısı qədərdir. Mənbəyi: mineral sular, avokado, quru yaşıl noxud, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, fındıq, dəniz tərəvəzləri, taxıl və safra çiçəyi.

Litium. Depressiya və alkoqol asılılığı kimi ruhi pozuntuların qarşısını almağa və təsirlərini azaltmağa yardım edir. Litium azlığı çox az rast gəlinən bir problemdir. Mənbəyi: mineral sular, inək çiçəyi, badımcan, yarpaqlı tərəvəzlər, soğan-kəvər, kartof, dənli bitkilər, dəniz məhsulları və pomidor.

Selen. Qoruma sisteminin güclənməsinə yardım edir. Xərçəngdən qorunmada təsirlidir. Sərbəst radikalların artdığı vəziyyətlərdə (siqaret çəkmək, hava çirkliliyi, ultrabənövşəyi şüalar və radiasiyaya məruz qalmaq) təsirlidir. Ürək və qan dövranı ilə bağlı xəstəliklərdən qorunmağa yardım edir. Qaraciyər funksiyalarının və çoxalma bacarığının qorunmasını təmin edir. Mənbəyi: soğan, sarımsaq, ev quşları, qırmızı bibər, dəniz məhsulları, ət.

Diqqət! Uşaq susuzluqdan ağlayanda biz yemək verir, zamanla onun su içmək bacarığını öldürürük.
3.11. Meyvə və tərəvəzlərin mineral tərkibləri
Orqanizmdə minerallarin çatışmazlığını aradan qaldırmaq üçün gündəlik olaraq meyvə-tərəvəz yemək vacibdir. Fizioloji normaya görə orta yaşlı insan hər gün ən azı 300 qram meyvə-giləmeyvə, 350-400 qram tərəvəz və bostan bitkiləri, 300-350 qram kartof istehlak etməlidir.

Meyvə-tərəvəzlərin tərkibindəki mineralların miqdarı 100 qramda mq-la verilmişdir. Məs.: 100 qram ərikdə 20 mq kalsium var. Başqa sözlə ərikdə kalsium 20 mq%-dir.



Ərik: kalsium – 20; dəmir – 0,8; maqnezium – 2; kalium – 283; natrium – az miqdarda.

Alma: kalsium – 3; mis – az miqdarda; dəmir – 0,1; maqnezium – 3; manqan – az miqdarda; fosfor – 9,5; kalium – 129; selen – 0,4; natrium – 1; sink – az miqdarda.

Banan: kalsium – 5; mis – az miqdarda; dəmir – 0,4; maqnezium – 29; manqan – az miqdarda; fosfor – 27; kalium – 358; selen – 1,3; natrium – 1; sink – az miqdarda.

Böyürtkən: kalsium – 30; mis – az miqdarda; dəmir – 1; maqnezium – 17; manqan – 2; fosfor – 30; kalium – 175; selen – 1; natrium – 2; sink – 0,4.

Moruq: kalsium – 15; dəmir – 1,5; maqnezium – 22; kalium – 228; natrium – az miqdarda.

Gilas: kalsium – 20; dəmir – 0,5; maqnezium – 10; kalium – 248; natrium – az miqdarda.

Qreypfrut: kalsium – 21; dəmir – 0,1; maqnezium – 10; kalium – 165; natrium – 1.

Üzüm: kalsium – 14; mis – az miqdarda; dəmir – 0,3; maqnezium – 8; manqan – az miqdarda; fosfor – 9; kalium – 203; selen – 0,3; natrium – az miqdarda; sink – az miqdarda.

Kivi: kalsium – 29; mis – 0,3; dəmir – 0,3; maqnezium – 13; fosfor – 71; kalium – 326; selen – 1; natrium – 2; sink – 0,3.

Limon: kalsium – 10; mis – az miqdarda; dəmir – 0,1; maqnezium – 9; manqan – az miqdarda; fosfor – 9; kalium – 193; selen – az miqdarda; natrium – 1; sink – az miqdarda.

Manqo: kalsium – 14; mis – az miqdarda; dəmir – 0,2; maqnezium – 11; manqan – az miqdarda; fosfor – 23; kalium – 143; selen – az miqdarda; natrium – 1; sink – az miqdarda.

Yemiş: kalsium – 7,6; mis – az miqdarda; dəmir – az miqdarda; maqnezium – 7,6; manqan – az miqdarda; fosfor – 12; kalium – 213; sink – az miqdarda.

Portağal: kalsium – 37; mis – az miqdarda; dəmir – 0,1; maqnezium – 10; manqan – az miqdarda; fosfor – 18; kalium – 154; selen – 0,7; sink – az miqdarda.

Şaftalı: kalsium – 4; mis – az miqdarda; dəmir – 0,2; maqnezium – 8; manqan – az miqdarda; fosfor – 12; kalium – 178; selen – 4; natrium – az miqdarda; sink – az miqdarda.

Armud: kalsium – 6; mis – az miqdarda; dəmir – 0,1; maqnezium – 5; manqan – az miqdarda; fosfor – 11; kalium – 112; natrium – 1; sink – az miqdarda.

Alça: kalsium – 8; dəmir – 0,3; maqnezium – 7; kalium – 197; natrium – az miqdarda.

Ananas: kalsium – 12; dəmir – 0,4; maqnezium – 17; kalium – 180; natrium – az miqdarda.

Balqabaq: kalsium – 20; dəmir – 0,5; maqnezium – 10; kalium – 350; natrium – 8.

Boranı(Göy qabaq-Kabaçki): kalsium – 30; mis – az miqdarda; dəmir – 0,5; maqnezium – 13; manqan – 0,4; fosfor – 7; kalium – 200; selen – 0,4; natrium – 1; sink – 0,7.

Çiyələk: kalsium – 15; mis – az miqdarda; dəmir – 0,4; maqnezium – 29; manqan – az miqdarda; fosfor – 27; kalium – 183; selen – 1; natrium – 3; sink – az miqdarda.

Qarpız: kalsium – 10; mis – az miqdarda; dəmir – 0,4; maqnezium – 11; manqan – az miqdarda; fosfor – 26; kalium – 158; selen – 0,3; sink – az miqdarda.

Pomidor: kalsium – 32; mis – az miqdarda; dəmir – 0,5; maqnezium – 23; manqan – az miqdarda; fosfor – 63; kalium – 397; selen – 1; natrium – 11; sink – az miqdarda.

Brüssel kələmi: kalsium – 30; dəmir – 0,6; maqnezium – 20; kalium – 382; natrium – 3.

Ağbaş kələm: kalsium – 75; mis – az miqdarda; dəmir – 1; maqnezium – 12; manqan – 0,5; fosfor – 36; kalium – 300; selen – 1; natrium – 10; sink – az miqdarda.

Gül kələmi: kalsium – 15; mis – az miqdarda; dəmir – 0,5; maqnezium – 12; manqan – az miqdarda; fosfor – 20; kalium – 250; selen – az miqdarda; natrium – 8; sink – az miqdarda.

Yerkökü: kalsium – 29; mis – az miqdarda; dəmir – 0,4; maqnezium – 7; manqan – az miqdarda; fosfor – 23; kalium – 218; selen – az miqdarda; natrium – 35; sink – az miqdarda.

Qarğıdalı: kalsium – 11; mis – az miqdarda; dəmir – 0,5; maqnezium – 45; manqan – az miqdarda; fosfor – 79; kalium – 250; selen – 0,6; natrium – 1; sink – 0,4.

Xiyar: kalsium – 14; mis – az miqdarda; dəmir – 0,2; maqnezium – 10; manqan – az miqdarda; fosfor – 1,4; kalium – 124; selen – az miqdarda; natrium – 5; sink – az miqdarda.

Yaşıl bibər: kalsium – 15; mis – az miqdarda; dəmir – 0,5; maqnezium – 11; manqan – az miqdarda; fosfor – 14; kalium – 200; selen – az miqdarda; natrium – 5; sink – az miqdarda.

Göbələk: kalsium – 20; mis – az miqdarda; dəmir – 0,1; maqnezium – 6; manqan – az miqdarda; fosfor – 36; kalium – 150; selen – 3; natrium – 250; sink – az miqdarda.

Zeytun: kalsium – 61; dəmir – 1,8; maqnezium – 22; kalium – 91; natrium – 2250.

Soğan: kalsium – 29; mis – az miqdarda; dəmir – 1; maqnezium – 13; manqan – 1; fosfor – 187; kalium – 126; selen – 3; natrium – 220; sink – 2.

Kartof: kalsium – 6; mis – az miqdarda; dəmir – 0,5; maqnezium – 22; manqan – az miqdarda; fosfor – 78; kalium – 450; selen – 0,5; natrium – 2; sink – 0,5.

Turp: kalsium – 30; dəmir – 2; maqnezium – 11; kalium – 250; natrium – 25.

Qırmızı bibər: kalsium – 15; dəmir – 0,5; maqnezium – 11; kalium – 250; natrium – 6.

İspanaq: kalsium – 125; mis – az miqdarda; dəmir – 1,2; maqnezium – 48; manqan – az miqdarda; fosfor – 15; kalium – 400; selen – 0,3; natrium – 25; sink – az miqdarda.

Quluncar: kalsium – 15; mis – az miqdarda; dəmir – 0,6; maqnezium – 10; manqan – az miqdarda; fosfor – 48,5; kalium – 200; selen – az miqdarda; natrium – 200; sink – az miqdarda.

Zəncəfil: kalsium – 100; dəmir – 15; maqnezium – 150; kalium – 1100; natrium – 32; fosfor – 140; sink – 6; mis – 0,6; manqan – 10; flüor – 0,4; yod – 5.

Darçın: kalsium – 1228; dəmir – 38,1; maqnezium – 56; kalium – 500; natrium – 26; fosfor – 61; sink – 2; mis – 0,2; manqan – 15; flüor – 0,1; yod - 5.

Qara istiot: natrium – 44; kalium – 1260; kalsium – 437; maqnezium – 194; fosfor – 173; dəmir – 28,9; sink – 1,4; mis – 1; manqan – 5; flüor – 0,1; yod - 5.

Hind razyanası: natrium – 27; dəmir – 2,7; kalium – 395; maqnezium – 12; fosfor – 51.

Zirə: natrium – 17; kalium – 1351; kalsium – 689; maqnezium – 258; fosfor – 568; dəmir – 16,2; sink – 5,5; mis – 0,9; manqan – 3; flüor – 0,1; yod - 5.
3.12. Hansı qidalardan nə qədər qəbul etmək olar?
Sağlam yaşamaq üçün qəbul edilən qidaların 65-80%-ni qələvi, 20-35%-ni isə turşuluğu çox olan qidalar təşkil etməlidir. Qidaların pH dəyərlərinin qələvi və turşulu olması aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəl 3.3. Yaşıl çayın və qəhvənin mineral tərkibi

Yaşıl çayın mineral tərkibi

Qəhvənin mineral tərkibi

Mineral maddələr

Mq/100 q

Mineral maddələr

Mq/100 q

Kalium

370

Kalium

1449

Kalsium

306

Kalsium

94,5

Maqnezium

276

Maqnezium

196,4

Fosfor

31

Natrium

48

Dəmir

78

Dəmir

5,2

Sink

2

Sink

1,5

Mis

1,5

Mis

1,4

Manqan

50

Manqan

2,3

Flüor

7

Kobalt

0,16

Yod

6








Cədvəl 3.4. Orqanizmin qələviliyini təmin

edən qidalar (çox istifadə edilməsi tövsiyə edilir)

Proteinli qidalar

Digər qidalar

Ədviyyatlar və souslar

Çiy badam

Arı pətəyi

Acı qırmızı

bibər


Günəbaxanın

qovrulmamış tumu



Bitki çayları

Dəniz duzu

Balqabağın

qovrulmamış tumu



Cücərmişbuğda

Xardal

Kabaçkinin

qovrulmamış tumu



Cücərmiş buğdanın suyu

Kəklikotu,

nanə və s.



Darı

Alma sirkəsi

Himalay duz

kristalı


Çətənə

Jenşen çayı

Karri ədviyyatı

Şabalıd

Zəncirotu çayı

Qovrulmamış

dəniz yosunu




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə