ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə14/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   ...   7   8   9   10   11   12   13   14   15

Cədvəl 7.5. Suda azot nitritlərinin təyini


Baxan zaman rənglər

Müayinə olunan suda sulfat turşusunun

miqdarı 1 litr suda mq-la

Yandan

Yuxarıdan aşağı

Bucaq altında

yuxarıdan aşağı

Yox

Yox

Yox

0,0001-dən az

Yox

Yox

Güclə görünən çəhrayı

0,001-dən az

Yox

Yox

Çox zəif çəhrayı

0,002-dən az

Yox

Yox

Zəif çəhrayı

0,005-dən az

Güclə görünən çəhrayı

Çox zəif çəhrayı

Zəif çəhrayı

0,01-dən az

Çox zəif çəhrayı

Çox zəif çəhrayı

Zəif çəhrayı

0,05-dən az

Zəif çəhrayı

Çəhrayı

Zəif çəhrayı

0,07-dən az

Açıq çəhrayı

Qırmızı

Zəif çəhrayı

0,1-dən az

Çəhrayı

Qırmızı

Zəif çəhrayı

0,2-dən az

Tünd çəhrayı

Tünd qırmızı

Zəif çəhrayı

0,3-dən az

Qırmızı

Tünd qırmızı

Zəif çəhrayı

0,3-dən az

Laboratoriyada nitritlərin miqdarı kalorimetrik silindrlərdə təyin edilir. Bu zaman müayinə edilən suyun və sulfat turşulu natrium məhlulunun və x-naftilamin əlavə edilməsindən sonra alınan standart rəng müqayisə edilir. Qablar və avadanlıq ammonyakın təyin edilməsindəki kimidir.

Standart məhlul hazırlamaq üçün 4,927 q natrium sulfat 1000 ml distillə suyunda həll edilir. Alınan məhlulun 1 ml-də 1 mq azotlu nitrit olur. Bu məhlulun 1 ml-nə 1000 ml su əlavə edilir. Alınan məhlulda 0,001 mq nitrit olur. Bu məhlul dayanıqlı deyil. Onu tez-tez təzələmək lazımdır.

Gözlənilən nəticədən asılı olaraq bu məhlul da 1-dən 10 ml-ə qədər 100 ml-lik kolbaya tökülür və tərkibində nitrit olmayan su ilə ölçüyə qədər doldurulur. Əgər müayinə olunan su rənglidirsə, o, ammonium-hidroksid əlavə edib çalxalamaqla rəngsizləşdirilir. Su nümunəsi çökdürüldükdən sonra götürül-məlidir. 100 ml müayinə olunan su kolbaya tökülür və üzərinə 5 ml sulfanilamid məhlulu və x-naftilamin əlavə edilir. Kolba su hamamında 50-60oC temperaturda 10 dəqiqə saxlanılır. Sonra su kalorimetrik silindrə tökülür və onun rəngi standart məhlulun rəngi ilə müqayisə edilir.

Kalorimetrik üsul yuxarıda təsvir olunmuşdur.

Müayinənin nəticəsi azot nitritinin 1 ml suda olan miqdarı ilə aşağıdakı düsturla hesablanır.



Burada,


A – 1 litr suda olan azot nitritinin mq-la miqdarı;

B2 – standart məhlulda mayenin hündürlüyü, sm-lə;

B1 – müayinə olunan suyun hündürlüyü, sm-lə;

K – standart məhlulu hazırlamaq üçün sərf edilən natrium sulfatın miqdarı, mq-la;

H – standart məhlul hazırlamaq üçün sərf olunan məhlulun miqdarı, ml-lə;

V – müayinə edilən suyun miqdarı, ml-lə.

Əgər müayinə edilən suda azot nitritlərin miqdarı 0,1 ml-dən (1 litr suda) çoxdursa, su, tərkibində nitrit olmayan su ilə durulaşdırılır və düstura düzəliş verilir. Nitritlərin mövcud olmasını həmçinin «Duboska» kalorimetri ilə də təyin etmək olar.
7.4.3. Suda nitratların təyin edilməsi
Sulfat turşusunun olmasını təyin etmək reaksiyası. 0,1 q brusin 10 ml 95%-li spirtdə (1 damcı qliserin əlavə etməklə) həll edilir. Filtr kağızı bu məhlulla isladılır, otaq temperaturunda qurudulur, 1,5 sm2-lik hissələrə doğranır və ağzı bağlı bankada saxlanılır.

Bu kağız parçası pinset vasitəsilə çini kasaya qoyulur. Həmin kağız 0,5 ml müayinə edilən su ilə isladılır və üzərinə 1 ml kükürd turşusu əlavə edilir. Əgər müayinə edilən suda azot turşusu olarsa, əvvəlcə çəhrayı rəngə boyanır, sonra narıncı rəngə keçir, daha sonra limon rəngi alır və nəhayət yaşıl-sarı rəngə boyanır.

Suda nitratların miqdarı sulfafenol turşusunun köməyi ilə təyin edilir.

Rəngsiz şüşədən olan sınaq şüşəsinə 1 ml müayinə olunan su və 1 ml sulfafenol turşusu elə tökülür ki, turşu sınaq şüşəsinin divarlarına toxunmadan suyun səthinə düşsün. Qarışıq çalxalanır, 20 dəq saxlanılır, sonra rənglənmə dərəcəsi təyin edilir. Müqayisə üçün həmin miqdarda distillə edilmiş su və ona əlavə edilmiş sulfafenol turşusu olan sınaq şüşəsi götürülür.

Azot nitratların miqdarca təyini laboratoriyada kalorimetrik üsulla təyin edilir.

Lazım olan cihaz, qab və reaktivlər. Kalorimetrik silindrlər, pipetkalar, kimyəvi stəkanlar, qızdırmaq üçün cihaz, çini buxarlandırma kasaları, su hamamı, ucları qızdırılmış şüşə çubuqlar, kükürd turşusunun gümüş məhlulu (4,397 q kükürd turşulu gümüş 100 ml distillə olunmuş suda həll edilir və tünd rəngli şüşə qabda saxlanır), difenilsulfanol turşusu (25 q kristal, rəngsiz fenol 150 ml xüsusi çəkisi 1,84 olan kükürd turşusunda
Cədvəl 7.6. Suda nitratların miqdarı


Yandan baxmaqla rəngin görünüşü

Azot nitratın

miqdarı, mq/litr

Yandan baxmaqla rəngin görünüşü

Nitratın miqdarı mq/litr

Nəzarətlə müqayisədə güclə görünən rəng

0,5


Çox zəif

sarıya çalan


3


Zəif sarıya çalan

5


Güclə

görünən rəng


1


Açıq sarıya çalan

10


Hiss edilən sarıya

çalan rəng


1


Zəif sarı

25

Açıq sarı

50

Kəskin dərəcədə

sarıya çalan rəng


2


Sarı

Tünd sarı


100

həll edilir. 100oC temperaturda 6 saat müddətində su hamamında qızdırılır. Məhlul mütləq tünd rəngli şüşə qabda ağzı bağlı saxlanmalıdır). Kalium qələvisi məhlulu (560 q kalium qələvisi az miqdar suda həll edilərək, məhlulun həcmi 1000 ml-ə çatdırılır), kalium nitratın standart məhlulu (0,1216 q) kristallaşmış azot turşulu kalium 1 litr suda həll edilir. Bu mayedən 100 ml götürülərək litrlik qaba tökülür və su əlavə edərək normaya (1 litrə) çatdırılır. Sonra 50 ml bu məhluldan götürülərək su hamamında quruyana qədər buxarlandırılır. Soyumuş qalığın üzərinə 1 ml difenilsulfanol turşusu əlavə edərək şüşə çubuqla diqqətlə qarışdırılır. 10 dəq sonra kasaya 10 ml distillə su və 3 ml natrium qələvisi əlavə edilir. Bu, ölçülü kolbaya köçürülür və həcmi 100 ml-ə çatdırılır (distillə olunmuş su ilə). Bu məhlul kalorimetrik silindrə tökülür.

İşin gedişi. Ekspertizadan keçiriləcək suyu mütləq əvvəlcədən xloridlərdən azad etmək lazımdır. Çünki işin gedişinə mane olur. Tutumu 500 ml olan kimyəvi stəkana 250 ml müayinə ediləcək su tökülür. Buraya xloridləri tam çökmüş kükürd turşulu gümüş məhlulu əlavə edilir. Stəkandakı maye xloridlər çöksün deyə, 2 saat saxlanılır. Çökdürülmüş suyun ehtiyatla (lillənməsin deyə) şəffaf hissəsindən 100 ml götürüb çini kasaya keçirilir və quruyana qədər su hamamında saxlanılır.

Çöküntü soyudulduqdan sonra üzərinə 1 ml difenilsulfanol turşusu tökülür və dərhal diqqətlə şüşə çubuqla qarışdırılır. 10 dəq sonra kasaya 10 ml distillə suyu və 3 ml kalium qələvisi əlavə edilir (3 ml 10% ammonyak da əlavə etmək olar). Müayinə edilən suda azot turşusu duzları olarsa, maye sarı rəngə boyanır. Çini kasada olan maye ikinci kalorimetrik silindrə keçirilir. 100 ml-ə çatana qədər distillə suyu əlavə edilir və alınan rəng birinci silindrdə olan standart mayenin rəngi ilə müqayisə edilir.

Azot nitratlarının miqdarı aşağıdakı düsturla hesablanır.

Burada,


A – yoxlanılan suda azot nitratların 1 litr suda mq-la miqdarı;

v1 – müayinə olunan suyun silindrdəki səviyyəsi, sm-lə;

b2 – silindrdə standart mayenin səviyyəsi, sm-lə;

b – standart məhlul hazırlamaq üçün istifadə edilən azot turşulu kaliumun miqdarı (burada 50 ml);

q – azot turşulu kalium məhlulunda mq/ml azot nitratının miqdarı (burada 0,01 mq/ml);

d – müayinə edilən suyun həcmi, ml-lə.


7.5. Suda xloridlərin təyini
Suda əsasən xlorlu birləşmələrin (NaCl, az hallarda KCl, CaCl2) olması sanitar-gigiyenik cəhətdən suyun çirklənməsinə verilən qiymətdir. Əgər suda yüksək dərəcədə turşulaşma varsa, bu suda ammonyak, azotlu turşular, yüksək dərəcədə xlor (20-30 mq 1 litr suda) varsa, bunlar su mənbəyinin bərk yerlərdə torpaq səthinin çirklənməsi, peyin saxlanılan yerlərin olması, peyin çürüdülən yerlər, zibillikxanalar, tullantı çuxurları və s. çoxlu miqdarda insan və heyvan sidiyinin suya keçməsini göstərir.

Suda yalnız xlorlu birləşmələrin, hətta çox böyük miqdarda olması torpağın şoranlı olmasını göstərir.



Keyfiyyət sınağı. Müayinə olunacaq sudan bir qədər götürüb, üzərinə bir neçə damcı 5%-li azot turşulu gümüş məhlulu tökülür. Suda xloridlər varsa, xlorlu gümüşün ağ rəngli çöküntüsü əmələ gəlir. Bu maddə azot turşusunda həll olmayıb, ammonyakda həll olur.

Xloridlərin kəmiyyət təyini. Azot turşulu gümüşün vasitəsilə titrləməklə çökməsinə əsaslanır və xlorun miqdarı titrləməyə sərf edilən məhlulun miqdarına görə hesablanır.

Lazım olan cihaz, qab və reaktivlər. Şüşə kranlı büretka, pipetka, buxarlandırıcı kasa, kolbalar, tərkibində 1 litr suda 4,7910 q azot turşulu gümüş olan məhlul (bu məhlulun 1 ml-i 1 mq xlorla birləşərək xlorlu gümüş əmələ gətirir. Məhlulun dəqiqliyi həftədə bir dəfə NaCl-a görə yoxlanılır), 10%-li xrom turşulu kalium məhlulu.

İşin gedişi. Müayinə ediləcək su iki 100 ml-lik kolbaya tökülür, üzərinə 15 damcı xrom turşulu kalium tökülür, kolbanın birindəki suyu azot turşulu kalium məhlulu ilə bənövşəyi qonur rəng alana qədər titrlənir. ikinci kolba birinci ilə məhlulda həll olunmamış üzvi və mineral maddələrlə yanaşı qoyulur və rənglənmə ağ fonda müqayisə edilir. Titrləməyə sərf edilən azot turşulu gümüş məhlulu qeyd edilir.

Hesablama. Xlorun miqdarı aşağıdakı düstur ilə hesablanır.

X = AK  10

Burada,

A – 100 ml suyun titrlənməsinə sərf olunan azot turşulu gümüşün miqdarı, ml-lə;



K – azot turşulu gümüşün 1 ml məhlulunda olan 1 mq xlorun düzəliş əmsalı;

X – xlorun miqdarı, mq-la.

Bu üsul 1 litr müayinə edilən suda xlorun miqdarı 36 mq-dan az olmadıqda yaxşı nəticə verir. Suda xlorun miqdarı az olduqda, 500 ml su götürülür. Çini kasada buxarlandırılır (su hamamında 100 ml qalana qədər) və hesablamaya müvafiq düzəlişlər edilir. Suda xlorun miqdarı çox olduqda (1 litrdə 400 ml), belə sudan 25 ml götürülür, 100 ml distillə su ilə qarışdırılır, hesablamaya müvafiq düzəlişlər edilir.
7.6. Suda sulfatların təyini
Keyfiyyət sınağı. Sınaq şüşəsinə müayinə ediləcək sudan 10 ml götürülür, üzərinə 2 damcı xlorid turşusu tökülür və 5 damcı 10%-li barium xlor (BaCl2) məhlulu əlavə edilir. Qaynayana qədər qızdırılır. Əgər suda sulfatlar varsa, məhlulda həll olunmamış üzvi və mineral bariumlu kükürd turşusunun ağ bulanıqlığı əmələ gəlir.

Sulfatların miqdarca təyini. Laboratoriya şəraitində A.B.Ozerovun sadələşdirilmiş üsulundan istifadə edilir.

Lazım olan qab və reaktivlər. Diametri 28 mm olan, dibi rəngsiz şüşədən olan stəkan və ya büks (stəkanın kənarında 10 ml su ölçmək üçün köndələn xətt çəkilir), 25%-li HCl məhlulu olan damcıladıcı, kiçik şüşə qıf, dairəvi filtr kağızı (bulanıq suyu süzmək üçün), 200-300 ml distillə olunmuş su, 10 ml-lik ölçülü silindr (suda sulfatlar çox olduqda istifadə etmək üçün).

İşin gedişi. Stəkana 10 ml müayinə ediləcək su tökülür. Əgər su bulanıqdırsa, o, əvvəlcədən şəffaflaşana qədər filtrdən keçirilir, 2 damcı xlorid turşusu və 5 damcı BaCl2 məhlulu əlavə edilir. Su şüşə çubuqla yarım dəqiqə qarışdırılır və stəkana ən kiçik şrift (№1) yazılır. Su tam sakitləşənə qədər gözlənilir və şüşədə parlaq gün işığında və ya elektrik işığında bulanıq su qatına baxılır. Əgər 1№-li şrift seçilirsə, deməli 1 litr suda 50 mq sulfat var. 2№-li şrift 1 litrdə 75 mq-a uyğun gəlir. 3№-li şrift – 100 mq-a uyğun gəlir.

Əgər müayinə edilən suda daha çox sulfatlar varsa və 5№-li şrift görünmürsə, onda su durulaşdırılır (1:1) (distillə suyu ilə) və təyinetmə yenidən aparılır. Bu zaman tapılan sulfatın miqdarı 2-yə vurulur.


7.7. Suda dəmirin təyini
Lazım olan reaktivlər. 50%-li rodanlı ammonium (NH4CNS) və ya rodanlı kalium KCNS, ammonium persulfat (NH4)2S2O8, xüsusi çəkisi 1,1 olan dəmirsiz xlorid turşusu.

İşin gedişi. Ekspertizadan keçiriləcək sudan 10 ml sınaq şüşəsinə tökülür və 0,2 ml tünd xlorid turşusu ilə turş mühitə salınır. Sonra sınaq şüşəsinə bir neçə kristal ammonium persulfat (bunu bir neçə damcı hidrogen peroksidlə də əvəz etmək olar – H2O2) əlavə edilir. Çalxaladıqdan sonra sınaq şüşəsinə 0,2 ml rodanlı ammonium və ya rodanlı kalium əlavə edilir. Suda dəmir varsa, mayenin rəngi sarımtıldan parlaq qırmızı rəngə boyanır. Sınaq şüşəsinə kənardan və üstdən baxmaqla cədvəldən istifadə etməklə məhlulda olan dəmirin miqdarı təyin edilir.

Cədvəl 7.7. Suda dəmirin miqdarı


Yandan baxdıqda

rənglərin

görünüşü

Yuxarıdan bax-

dıqda rənglərin

görünüşü

Suda dəmirin

miqdarı

(mq-la)

Rənglənmə yoxdur

Rənglənmə yoxdur

0,05-dən az

Güclə seçilən sarı-

çəhrayı


Həddindən artıq

sarı-çəhrayı



0,1

Çox zəif sarı-çəhrayı

Zəif sarı-çəhrayı

0,3

Açıq sarı-çəhrayı

Sarı-çəhrayı

0,5

Güclü sarı-çəhrayı

Sarı-çəhrayı

1

Açıq sarı-çəhrayı

Parlaq qırmızı

25

Cədvəl 7.8. Sulfatların suda sadələşdirilmiş

üsulla təyini (Ozerova görə)


şrift




Şriftə uyğun gələn

SO2-nin miqdarı

(1 litr suda mq-la)

5

4

3



2

1


Sulfatlar

Sulfatlar

Sulfatlar

Sulfatlar

Sulfatlar


150

125


100

75

50




7.8. Xlorlu əhəngdə aktiv xlorun olmasının təyini
Tədqiqatın mahiyyəti. Xlorlu əhəngdə aktiv xlorun təyin edilməsi xlor məhlulunun turşu iştirakı ilə kalium yoditdən ekvivalent miqdarda sərbəst yodu sıxışdırıb çıxarmasına əsaslanır (titrləmə hiposulfitlə aparılır).

Lazım olan reaktivlər. 10%-li kalium yod məhlulu, 5%-li kükürd turşusu, 1%-li nişasta məhlulu, 0,01n hiposulfit məhlulu.

İşin gedişi. Çəlləyin müxtəlif yerlərindən müayinə üçün 1 q (texniki və ya analitik tərəzidə çəkməklə)xlorlu əhəng götürülür. Stəkana 100 ml təzə qaynamış və ya distillə suyu götürülür. Çəkilmiş əhəng çini kasaya qoyulur, üzərinə stəkandan 5-10 ml su tökülür, təmiz çubuqla qarışdırılır və əhəng dənələri əzilir. Qarışdıra-qarışdıra stəkandan az-az su əlavə edilir. Alınmış əhəng suyu kolbaya tökülür.

Qalan su ilə çini kasa və çubuq yaxalanır və həmin su da kolbaya tökülür. Kolbanın içərisindəki maye qarışdırılır, ağzı bağlanır və çökməsi üçün 1 saat gözlənilir.

Pipetka vasitəsilə çökmüş məhluldan 1 ml götürülür, təmiz stəkana tökülür, həcmi artırmaq üçün oraya 50-60 ml qaynanmış (yaxud distillə olunmuş) su əlavə edilir. Burada 2 ml kalium yod, 1 ml kükürd turşusu, 1 ml nişasta məhlulu əlavə edilir. Xlor turş mühitdə ekvivalent miqdarda yodu sıxışdırıb çıxarır.

Ayrılan sərbəst yod nişastanı göy rəngə boyayır. Göyərmiş məhlul yaxşıca qarışdırıldıqdan sonra tam rəngsizləşənə qədər hiposulfit məhlulu ilə titrlənir.

Hesablama. 1 ml 0,01%-li hiposulfit məhlulu 0,355 mq xloru özündə birləşdirir. Tutaq ki, bizim hazırladığımız 1%-li 1 ml xlor məhlulunun titrləşməsinə 8,2 ml 0,01n hiposulfit sərf olunub, onda

Burada,


X – müayinə olunan xlorlu əhəngdə olan aktiv xlorun faizlə miqdarı;

8,2 – titrləməyə sərf olunan 0,01n hiposulfit məhlulu, mm-lə;

0,355 – 1 ml 0,01n hiposulfit məhlulunda olan xlorun miqdarı;

100 (birinci vurğu) – 100 ml hazırlanan məhlulda xlorun miqdarı;

100 (ikinci vurğu) – 100 q xlorlu əhəngdə olan xlorun miqdarı;

1000 – milliqramın qrama çevrilməsi.


7.9. Suda tələb olunan aktiv xlorun təyini
Lazım olan reaktivlər.Xlorlu əhəngin 1%-li məhlulu, tünd xlorid turşusu, 10%-li kalium yod məhlulu, 1%-li nişasta məhlulu.

İşin gedişi. Müayinə edilən sudan 200 ml olmaqla 3 stəkana tökülür. Birinci stəkana pipetka ilə 1 damcı, ikinciyə 2 damcı, üçüncüyə 3 damcı xlorlu əhəng məhlulu tökülür. Hər bir stəkana içərisində şüşə çubuq olan su tökülür və 30 dəq sakit saxlanılır. Bundan sonra hər bir stəkana 5 damcı tünd xlorid turşusu, 1 ml kalium yod və 1 ml nişasta məhlulu tökülür. Suda sərbəst xlor varsa, turşulaşdırdıqdan sonra üzvi maddə ikinci suda qalan maddələrlə birləşib suyu göy rəngə boyayır. Rənglənmənin intensivliyi sərbəst xlorun miqdarından asılıdır.

Xlorlaşdırmaq üçün elə doza götürülür ki, onu əlavə etdikdə stəkandakı su zəif göy rəngə boyansın.

Hesablama. Xlorlu əhəng işlətdiyimiz pipetkanın 1 ml-də olan damcıların sayılması ilə hesablanır.

Aşağıdakı düsturdan istifadə edərək 1 litr müayinə edilən suda əhəngin miqdarı hesablanır.



Burada,


a – 200 ml-lik stəkana əlavə edilən 1%-li əhəng damcılarının sayı;

b – 1 ml-də olan xlorlu əhəng məhlulunda olan damcıların sayı;

5 – elə bir rəqəmdir ki, onu mütləq suyun həcmini 1 litrə çatdırmaq üçün lazım gələn həcmə vurulur.

1%-li xlorlu əhəngi, 1 litr suyu zərərsizləşdirmək üçün lazım gələn məhlulun miqdarı.


7.10. Xlorlaşdırılmış suda qalıq xlorun təyin edilməsi
Lazım olan reaktivlər. Tünd xlorid turşusu, 10%-li kalium yod məhlulu, 1%-li nişasta məhlulu, 0,01n hiposulfit məhlulu.

İşin gedişi. Stəkana 200 ml xlorlaşdırılmış su tökülür və üzərinə 2 ml xlorid turşusu, 1 ml kalium yod məhlulu və 0,5 ml nişasta məhlulu tökülür. Göyümtül rəng almış su hiposulfit məhlulu ilə rəngi itənə qədər titrlənir. İstehsalat şəraitində titrləmək üçün damcıları saymaqla pipetkadan, laboratoriyada isə büretkadan istifadə edilir.

Hesablama. 1 ml həcm damcı ilə yoxlanılır. Qalıq xloru təyin etmək üçün 1 litr xlorlu su və onu xlorsuzlaşdırmaq üçün lazım olan hiposulfitin miqdarından istifadə etməklə aşağıdakı düsturla hesablanır:

Burada,


a – 200 ml müayinə edilən suyu titrləməyə sərf olunan hiposulfitin damcılarla sayı;

b – 1 ml hiposulfitdə olan damcıların sayı;

5 –həcmi 1 litrə çatdırmaq üçün lazım olan həcmə vurulan sabit rəqəm;

0,355 – 1 ml 0,01n hiposulfiti ayıran xlorun mq-la miqdarı;

X – 1 litr suda olan qalıq xlorun miqdarı.

Laboratoriyada büretkadan istifadə ilə titrləmə zamanı aşağıdakı düsturdan istifadə edilir.



Burada,


a – 0,01n hiposulfit məhlulunun 200 ml müayinə edilən suda titrləməyə sərf edilən miqdarı;

X və başqa vuruqların mənası yuxarıda göstərilmişdir.

Qalıq xlor suda (1 litrdə) 0,5 mq-dan artıq olmamalıdır. Əgər qalıq xloru çoxdursa, suyu mütləq xlorsuzlaşdırmaq lazımdır. Bunun üçün ən çox hiposulfit işlədilir. Suyu xlorsuzlaşdırmaq üçün lazım olan hiposulfatın miqdarı onun titrləməyə sərf edilən miqdarı ilə aşağıdakı düsturla hesablanır.

Burada,


a – 200 ml suyu titrləməyə sərf edilən 0,01n hiposulfit məhlulunun miqdarı;

X və başqa göstəricilərin əhəmiyyəti yuxarıda izah edilmişdir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə