ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə13/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   ...   7   8   9   10   11   12   13   14   15

7.2.4. Suyun dadının təyini
Suyun dadı orqanoleptik yolla içməklə, dadmaqla yoxlanılır. Açıq su mənbələrindən və ya istifadə edilməsi şübhəli olan su əvvəlcə 5 dəqiqə qaynadılır və sonra +20-+25oC temperatura qədər soyudulur.

Bakteriyalarla çirklənmiş və kimyəvi çirkli suların dad keyfiyyəti təyin olunmur.

Sanitar nöqteyi-nəzərdən şübhə doğurmayan mənbələrdən götürülən suyun dad keyfiyyətliliyi yerindəcə yoxlanılır.

Suyun dadı aşağıdakı terminlərlə göstərilir: turş, duzlu, acı, şirin. Qalan müxtəlif dadlar yarım dad hesab edilir.

Suyun dadını təyin etmək üçün 15 ml su ağıza alınır və bir neçə saniyə saxlanılır. Udmaq lazım deyil. Suyun dadı qələvi, dəmirli, büzücü, xlorlu, metal tamı verən, azacıq marqanes dadı verən ola bilər.

Suyun dadı da iyi təyin etməkdə olduğu kimi 5 ballı sistemlə qiymətləndirilir.



7.2.5. Bulanıqlığın və çöküntünün təyini
Suyun bulanıqlığını təyin etmək üçün o, şüşə silindrə tökülür və yuxarıdan baxılır. Bulanıqlığı xarakterizə etmək üçün aşağıdakı terminlər işlədilir: güclü, orta zəif, yüngül bulanıqlıq və suyun hiss edilən bulanıqlığı.

Çöküntünü təyin etmək üçün uzun şüşə silindrə 30 sm qalınlıqda su tökülür və 1 saat gözlənilir.

Çöküntünün miqdarına görə qeyd edilir; çöküntü yoxdur; əhəmiyyətsiz çöküntü; çox çöküntü; keyfiyyətinə görə; lilli çöküntü; lifli çöküntü; qumlu çöküntü; gilli çöküntü. Çox miqdarda çöküntünün qalınlığı millimetrlə ölçülür.
7.2.6. Suda asılı qalmış maddələrin təyini
Bunu dəqiq ölçmək üçün bir litr su qalın kağız süzgəcdən (filtrdən) keçirilir. Həmin kağız əvvəlcə və filtrləmədən sonra 0,0001 q dəqiqliyə qədər çəkilir. Fərq təyin edilir və 1 litr suda milliqrammı hesablanır.

Üzərində çöküntü olan filtr çini qaba qoyulur, yandırılır, soyudulur və çəkilir və 1 litr suda olan üzvi maddələr hesablanır.


7.2.7. Quru qalığın miqdarının təyini
Kağız filtrdən keçirilmiş, 0,001 dəqiqliklə çəkilmiş 500 ml su platin, yaxud farfor kasaya tökülür (kasanın diametri 7-8 sm olmalıdır), su hamamında tədricən tökməklə buxarlandırılır. İçərisində quru qalıq olan kasa quruducu şkafa qoyulur və 110oC temperaturda o qədər qurudulur ki, iki çəki arasındakı fərq 0,001 q olsun.

Quru qalığın miqdarı 1 litr suda milliqramla ölçülür.



7.3. Suyun kimyəvi xassələrinin tədqiqi üsulları
Suyun kimyəvi tədqiqi zamanı tərkibində bu və ya digər kimyəvi qarışıqların olması və onların hər birinin miqdarı təyin edilir və aşağıdakı müayinələrdən istifadə edilir.
7.3.1. Suyun reaksiyasının təyini
Tədqiq olunan su iki stəkana tökülür və onların içərisinə qırmızı və göy lakmus kağızı salınır. 5 dəqiqədən sonra onlar distillə edilmiş suya salınmış başqa lakmus kağızları ilə müqayisə edilir. Qırmızı kağızın göy rəngə boyanması qələvi reaksiyalı olduğunu, göy kağızın qızarması mühitin turş reaksiyalı olmasını göstərir. Dəyişiklik yoxdursa, reaksiya neytraldır.
7.3.2. Suyun codluğunun təyini
Suya gigiyenik nöqteyi-nəzərdən qiymət verilərkən onun ümumi codluğu və karbonatlı codluğu təyin edilir.

Suyun codluğu dərəcələrlə göstərilir. 1o codluq 1 litr suda olan 10 mq CaO-lə ekvivalentdir.

İçməyə yararlı suyun codluğu iribuynuzlu heyvanlar üçün 80o, qoyunlar üçün 60o, at və donuzlar üçün 40o-yə qədər olmalıdır. Müayinə olunan suda əvvəlcə karbonatlı codluq təyin edilir ki, bunu qaynatma ilə aradan qaldırmaq olur (bu codluğu kalsium və maqnezium bikarbonatlar yaradır). Sonra isə suyun ümumi codluğu (çiy suyun codluğu) təyin edilir.
7.3.3. Karbonat codluğunun təyini
Lazım olan reaktiv və qablar. 250 ml-lik kolba, 100 ml-lik pipetka, 100 ml-lik büretka, 0,1%-li xlorid turşusu məhlulu (HCl) və 0,1%-li metilen abısının sulu məhlulu.

İşin gedişi. Ekspertizadan keçiriləcək sudan 100 ml götürülüb konusvarı kolbaya tökülür. Iki damcı metilen abısı əlavə edilir və zəif çəhrayı rəng alana qədər xlorid turşusu ilə titrlənir. Suda olan Ca, Mg, K və Na xloridə çevrilir. Titrə sərf edilən 0,1n xlorid turşusu məhlulu 2,8 mq kalsium oksidlə ekvivalent olur (100 ml suda). Hesablama zamanı bu 1 litr suya 2,8 mq və ya 2,8 codluq verir. Beləliklə, suyun karbonatlı codluğunu təyin etmək üçün titrləməyə sərf edilən 0,1n xlorid turşusunun millilitrlə miqdarı 2,8-ə vurulur və codluq dərəcəsi təyin edilir.
7.3.4. Ümumi codluğun təyini
Lazım olan qab, cihaz və reaktivlər.200 ml-lik kolba, qələvi qarışıq üçün kauçuk ucluqlu büretka, xlorid turşusunu titrləmək üçün büretka, qızdırıcı cihaz, kağız filtrli qıf, qələvi qarışığı (0,1n Na2CO3 və 0,1n NaOH-ın bərabər qarışığı), metilen abısının 0,1%-li sulu məhlulu, 0,1n xlorid turşusu məhlulu.

İşin gedişi. Karbonat codluğu təyin edildikdən sonra kolbada qalan suyun üzərinə 20 ml qələvi məhlulu əlavə edilir. Əgər suda yüksək codluq varsa, əlavə edilən qələvi məhlulu gözlənilən codluq dərəcəsindən yüksək olmalıdır. Qələvi qarışığının təsiri nəticəsində kalsium və maqnezium çöküntü kimi kalsium karbonat və maqnezium hidroksid şəklində çökür.

Qarışıq 3 dəqiqə qaynadılır. +20oC-yə qədər soyudulur, ölçüsü 200 ml olan kolbaya tökülür, üzərinə ölçüyə qədər distillə edilmiş su əlavə edilir, yaxşıca qarışdırılır və filtrdən keçirilir. Ayrıca kolbaya filtrdən 100 ml götürülür, 2-3 damcı 0,1%-li metilen abısı əlavə edilir. 0,1n xlorid turşusu ilə zəif çəhrayı rəng alana qədər titrlənir.

Titrləmə üçün qarışığın yalnız yarısı (100 ml) götürüldüyü üçün, titrləməyə sərf edilən məhlulun miqdarı 2-yə vurulur. Bu rəqəmdən 20 ml qələvi məhlulunun miqdarı çıxılır və alınan rəqəm 2,8-ə vurularaq codluq təyin edilir.

Daimi codluq ümumi və karbonatlı codluğun fərqinə bərabərdir.


7.3.5. Trilon B-nin köməyi ilə suyun ümumi codluğunun təyini
Suyun ümumi codluğunu kütləvi surətdə təyin etmək üçün trilon-B (etildiamin tetrasirkə turşusunun ikinatriumlu duzu) preparatından istifadə edilir. Trilon-B ikivalentli metallarla, o cümlədən, kalsium və maqnezium ionları ilə möhkəm kompleks yaradır.

Tədqiqin mahiyyəti. Suyun codluğu sudan götürülmüş nümunənin pH-ı 10 olan trilonla qara erixrom indiqatoru ilə yoxlanılır. Bu indiqator maqnezium ionları ilə kompleks yaradaraq mayeni qırmızı şərab rənginə boyayır. Titrləmə zamanı reaksiya əvvəlcə kalsium ionları ilə gedir, sonra isə maqnezium ionları ilə. Titrlənən mayedə bütün kalsium sirkə turşusu ilə birləşdikdən sonra maye qırmızı şərab rəngindən mavi rəngə çevrilir.

Lazım olan cihaz, qab və reaktivlər. Çəki daşları ilə analitik tərəzi, büretkalar, 1 litrlik və 100 ml ölçülü kolbalar, qızdırıcı şkaf, eksikator, trilon-B, erixorm indiqator, kimyəvi təmiz ammonium xlorid, kimyəvi təmiz 20%-li ammonyak məhlulu, kimyəvi təmiz kalsium karbonat, kimyəvi təmiz qarışdırılmış xlorid turşusu, etil spirti.

Reaktivlərin hazırlanması. Bütün reaktivlər iki dəfə distillə edilmiş suda hazırlanır.

a) 0,1n trilon-B məhlulu. Analitik tərəzidə çox dəqiq olaraq 18,013 q trilon-B çəkilir. Bunu 1 litrlik ölçülü kolbada həll edirik. Əgər məhlul bulanıq olsa, filtrdən keçiririk.

b) Ammonyaklı bufer məhlul 1 litrlik ölçülü kolbada 100 ml 20%-li kimyəvi təmiz ammonium xlorid və 100 ml 20%-lik kimyəvi təmiz ammonyak həll edilir. Qarışıq ölçüyə qədər distillə edilmiş su ilə doldurulur.

c) Qara erixrom məhlulu. 0,5 q qara erixrom indiqatoru 10 ml ammonyakı bufer məhlulda həll edir (100 ml kolbada və etil spirti ilə ölçüyə çatdırılır).

ç) 0,1n kalsium xlor məhlulu. Analitik tərəzidə dəqiq olaraq 5,005 q kimyəvi təmiz kalsium karbonat çəkilir (əvvəlcədən 1 saat müddətində 110oC temperaturda qurudulmuş və soyudulmuş). Sonra bu, 1 litrlik ölçülü kolbaya keçirilir və üzərinə 5-9 ml həll edilmiş xlorid turşusu əlavə edilir.

Reaksiya başa çatdıqdan sonra kalsium karbonatın qalıqları, xlorid turşusu (HCl) əlavə etməklə (hər dəfə 1 damcı) ehtiyatla həll edilir.

Kalsium karbonat həll olduqdan sonra kolbadakı maye distillə edilmiş suyun köməyi ilə ölçü həddinə çatdırılır.

d) 0,1n maqnezium sulfat. Tərəzidə dəqiq olaraq 12,0 q təmiz kimyəvi maqnezium sulfat çəkilir. 1 litr distillə edilmiş suda həll edilir (əvvəlcədən kristallar xırdalanır).



Trilon-B məhlulunun titrinin yoxlanması. 75 ml kalsium xlor məhlulu və 25 ml maqnezium sulfat məhlulu 1 litrlik ölçü kolbasına keçirilir və distillə edilmiş su ilə doldurulur. Sonra 250-300 ml konusvari kolbaya bu məhluldan 100 ml tökülür. Sonra buraya 5 ml ammonyaklı bufer məhlulu və 5 damcı erixrom indiqatoru əlavə edilir. Bunun üzərinə yavaş-yavaş titrləməklə trilon-B məhlulu əlavə edilir, qırmızı şərab rəngi alana qədər qarışdırılır. Hesablamanı asanlaşdırmaq üçün əlavə olunan qarışığın millilitrlə miqdarı 10 dəfə azaldılır ki, sərf edilən trilon-B-nin konsentrasiyası 0,01n alınır. Alınan rəqəm titrləməyə sərf edilən trilon-B-nin millilitrlə miqdarına bölünür.

İşin gedişi. Trilon-B ilə suyun codluğunu müayinə edərkən yaxşı olar ki, həmin suyun codluğu haqqında təxmini məlumat olsun. Suyun codluğundan asılı olaraq həmin suyun müxtəlif miqdarını götürmək məsləhət görülür. Məsələn, əgər suyun codluğu 1,4-dən 14-ə qədərdirsə, onda 100 ml; codluq 14-dən 30o-yə qədər olduqda 50 ml; 30-dan 56o-yə qədər olduqda 25 ml; 56-dan 140o-yə olduqda 10 ml su götürülür. Suyun codluğu 14o-dən yuxarı olduqda ona 100 ml distillə edilmiş su qatılır və bu, hesablama zamanı nəzərə alınır.

250 ml-lik konusvari kolbaya tökülmüş müayinə olunan suya 5 ml ammonyaklı bufer məhlulu, 5 damcı qara erioxromT (C20H12N3O7SNa) indiqatoru əlavə edilir, tədricən qarışdırmaqla mavi rəng alınana qədər trilon-B əlavə edilir.



Hesablama. Titrləməyə sərf edilən trilon-B-nin millilitrlə miqdarı məhlulun əmsalına və onun durulaşdırılmasına (əgər durulaşdırılıbsa) vurulur. Belə ki, 1 ml məhlul 0,1 mq/ekvivalentə uyğun gəlirsə, alınan rəqəm 100 ml suyun titrlənməsi suyun codluğunun mq/ekvivalenti olur. Bu rəqəmi 2,8-ə vurmaqla, alınan rəqəm isə suyun codluğunun dərəcələrlə ölçüsünü göstərir.

Suyun oksidləşməsinin təyini. Suda üzvi maddələrin təyin edilməsi çətindir.Suda olan üzvi maddələrin miqdarına görə suyun oksidləşməsi, yəni suda həll olmuş üzvi maddələri oksidləşdirməyə lazım olan oksigenin milliqramlarla miqdarı deməkdir.

Oksidləşmənin prinsipi. Kalium permanqanatı kükürd turşusunun təsiri ilə üzvi maddələri oksidləşdirməsi və bu zaman MnSO4-ə çevrilməsinə əsaslanır.

Laboratoriya şəraitində 10 ml müayinə olunan suya 0,5 ml 1/3 nisbətində durulaşdırılmış kükürd turşusu və 1 ml 0,01n KMnO4 məhlulu əlavə edilir. Yaxşı qarışdırdıqdan sonra 20oC temperaturda 10 dəq sakit saxlanılır və sonra yenə 10-20oC temperaturda 40 dəqiqə sakit saxlandıqdan sonra 1 litr suda olan oksigenin milliqramla miqdarı təxmini oksidləşməni hesablamağa imkan verir.



Cədvəl 7.3. Suyun oksidləşməsi


Yandan baxdıqda sınaq şüşəsində olan suyun rəngi

Oksidləşmə 1 litr suda O2-nin mq – la miqdarı

Parlaq tünd çəhrayı

1

Tünd çəhrayı

2

Zəif tünd çəhrayı

4

Solğun tünd çəhrayı

6

Solğun çəhrayı

8

Çəhrayı-sarı

12

Sarı

16 və yuxarı

Suyun oksidləşmə dərəcəsini laboratoriyada təyin etmək üçün su tutumu 300 ml-dən az olmayan butulkaya tökülür və elə etmək lazımdır ki, suyun səviyyəsi ilə tıxac arasında bir qədər hava qalmış olsun.

Əgər müayinə su nümunəsi götürülən andan 2 saat sonra aparılacaqsa, bu zaman su kükürd turşusu ilə konservləşdirilir. 0,5 litr müayinə ediləcək suya 2,5 ml 30%-li kükürd turşusu əlavə edilir.
7.3.6. Suyun oksidləşməsinin laboratoriyada təyini
Güclü oksidləşdirici xassəyə malik olan KMnO4 suda olan bərpaedicilərə qarşı çox həssasdır. MnO anionu əmələ gətirən yeddi valentli marqanes turş mühitdə suda olan bərpaedicilərlə birləşib ikivalentli ion əmələ gətirir. Artıq olan KMnO4 reaksiyanın gedişi zamanı əmələ gələn turunc turşusuna reaksiya göstərir. Artıq qalan turunc turşusu KMnO4-lə titrlənir.

Lazım olan cihaz, qab və reaktivlər. 250 ml-lik konusvari kolba, suyu ölçmək üçün 100 ml-lik pipetka, kükürd turşusunu ölçmək üçün 5 ml-lik pipetka, turunc turşusunu ölçmək üçün büretka, 30%-li kükürd turşusu, 0,01n KMnO4 məhlulu, 0,01n turunc turşusu.

KMnO4 kimyəvi təmiz preparat olmadığı üçün onun titri turunc turşusuna görə hesablanır və müvafiq düzəliş aparılır.



İşin gedişi. Müayinə olunacaq sudan 100 ml götürüb 250 ml-lik kolbaya tökülür, üzərinə 5 ml 30%-li sulfat turşusu və 10 ml 0,01n KMnO4 məhlulu əlavə edilir. Kolba 10 dəqiqə müddətində otaq temperaturunda saxlanılır, sonra 10 ml 0,01n turunc turşusu əlavə edilir.

Rəngsizləşdikdən sonra məhlul 0,01n KMnO4 məhlulu ilə titrlənir (zəif çəhrayı rəng alana qədər). Müayinənin nəticəsi 1 litr suda olan oksigenin millilitrlə ifadəsi ilə göstərilir.



Burada,


X – oksidləşmiş sudur. Bu, 1 litr suda olan oksidləşmiş maddələrin milliqramla ifadəsidir.

a – titrləməyə sərf edilən 0,01n KMnO4 məhlulunun millilitrlə miqdarıdır.

K – KMnO4-un titrləməsinin düzəliş əmsalıdır.

0,32 – tərkibində 1 ml 0,01n saxlayan KMnO4-un milliqramla miqdarıdır.

4 – KMnO4-un oksigenə çevrilmə zamanı milliqramla miqdarının əmsalıdır.

Təxmini məlumatı sərf edilən oksigenin miqdarını 20-yə vurmaqla almaq olur.


7.4. Suda azotlu mineral maddələrin təyini
Ammonyak və ammonium duzlarını təyin etmək üçün hazırlanan məhlullar ammonyaksız su ilə hazırlanmalıdır. Distillə edilmiş sudan ammonyakı kənar etmək üçün onu az miqdarda sulfat turşusu ilə turşulaşdırırlar.

Sulfat turşusunun xüsusi çəkisi 1,84 olub ikinci dəfə hazırlanır.

Suyun tərkibində olan azotlu maddələri təyin etmək üçün kalorometrik üsuldan istifadə edilir ki, bu da orada dəmir duzlarının olması ilə əlaqədardır. Dəmir duzlarını kənarlaşdırmaq üçün 500 ml müayinə ediləcək suya 0,5 q alüminium hidroksid əlavə edilir və 2 saat müddətində saxlanılır. Şəffaf su çöküntüdən süzülür və müayinə üçün istifadə edilir. Suyun götürülmə anı ilə müayinə edilmə müddəti arasında 4 saat olarsa, su xlorid turşusu ilə azacıq turşulaşdırılır.

Bulanıq su 4 saat çökdürülür. Sonra şəffaf su ehtiyatla pipetka vasitəsilə çöküntüdən ayrılır və xlorid turşusu ilə (zəif reaksiyaya qədər) turşulaşdırılır.


7.4.1. Suda ammonyakın və ammonium duzlarının təyini
Laboratoriya şəraitində əvvəlcədən müayinə ediləcək suda yaxalanmış sınaq şüşəsinədə 10 ml su götürülür. Bunun üzərinə 0,3 ml seqnet duzu məhlulu (500 q üzüm turşusunun kalium-natriumun 1 litr distillə edilmiş suda həll edilmiş məhlulu KNaC4H4O6+4H2O) və 0,3 ml yodlu kaliumun yodlu civə reaktivi əlavə edilir.

Bu reaktivi hazırlamaq üçün 30 qram kalium yod və 22 qram kristal yod və 20 ml distillə edilmiş suya 30 mq metallik civə əlavə edilir və məhlul şəffaflaşana qədər çalxalanır. Bundan sonra civə maye kolbaya tökülür, civə distillə edilmiş su ilə yuyulur (bir neçə dəfə) və yuyulmuş su kolbaya tökülür və distillə edilmiş su ilə həcmi 400 ml-ə çatdırılır. Diqqətlə qarışdırdıqdan sonra bu məhluldan 75 ml götürüb kolbaya tökülür. 75 ml distillə edilmiş su əlavə edilir, üzərinə 350 ml 10% natrium qələvisi əlavə edilir. Məhlul qaranlıq yerdə saxlanılır və lazım gəldikdə işlədilir. 10 dəqiqədən sonra məhlulda ammonium duzu şəklində ammonyakın olması nəticəsində məhlulda yodlu merkurammoniya əmələ gəlməsi nəticəsində məhlul sarı rəng alır.

Müayinə edilən suyun rənglənməsinin intensivliyinə görə məhlulda ammonyakın olması haqqında mülahizə söyləmək olar.
Cədvəl 7.4. Suda ammonyaklı azotun miqdarı


Yandan baxdıqda

rəng

Yuxarıdan aşağı

baxdıqda rəng

Ammonyaklı azotun miqdarı (mq/l)

Yoxdur

Yoxdur

0,04-dən az

Yoxdur

Çox zəif sarı

0,08

Güclə görünən zəif sarı

Zəif sarı

0,2

Çox zəif sarı

Sarıya çalan

0,4

Zəif sarı

Açıq sarı

0,8

Zəif sarı

Sarı

2,0

Sarı

Tünd sarı qonur

4,0

Tutqun kəskin sarı

Qonur məhlul bulanıq

8,0

Tünd qonur, məhlul

bulanıqdır



Tünd qonur, məhlul

bulanıqdır


20,0


Ekspertizadan keçirilən suda ammonyakın miqdarı kalorimetriya üsulu ilə məhlula kalium-yod və civəli yod məhlulu əlavə etdikcə rəngin dəyişməsinə əsaslanır. Bu zaman ammonyaklı yodlu birləşmə əmələ gəlir ki, bu da məhlulun rəngini dəyişir. Ammonyak az olduqda sarı rəng, orta dərəcədə qırmızı-sarı rəng, çox olduqda isə qırmızı-qonur rəng alınır.



Lazım olan cihaz, qab və reaktivlər. Aşağı hissəsində suyu buraxmaq üçün kranı olan iki eyni kalorimetrik silindrik şüşə qab, reaktivləri ölçmək üçün pipetka, silindrik qabda olan mayeni qarışdırmaq üçün şüşə çubuq. Ammonium xloridin standart məhlulu (90o-də yaxşı qurudulmuş 0,381 q xlorlu ammonyak 100 ml ammonyaksız suda həll edilir).

Bu məhlul litrlik kolbaya tökülür və ölçüyə qədər su ilə doldurulur. Beləliklə, 1 ml-də 0,01 q ammonyaklı azot olan məhlul alınır. Standart məhlul hazırlamaq üçün silindrə 1 ml bu mayedən tökülərək üzərinə 100 ml ammonyaksız su əlavə edilir. Seqnet duzu məhlulu (50 q seqnet duzu 100 ml ilıq distillə suda həll edilir. Şüşə pambıqdan filtrlənir, üzərinə 5 ml kalium yod və yodlu civə əlavə edilərək tünd rəngli şüşədə saxlanılır), kalium yod və yodlu civə reaktivi.



İşin gedişi. İki kalorimetrik şüşəyə 100 ml müayinə edilən su və 100 ml etalon ammonium xlorid məhlulu əlavə edilir. Hər iki silindrdə 2 ml seqnet duzu məhlulu və 2 ml yodlu kaliumla yodlu civə reaktivi əlavə edilir. Bunların hər ikisi şüşə çubuqla yaxşıca qarışdırılır. Hər iki məhlul sarı rəngə boyanır. 10 dəq sonra hər iki silindrdəki mayelərin rəngi müqayisə edilir. Müayinə olunan su olan silindrdəki mayenin rəngi tünddürsə, su kranını açıb dəqiq olaraq müəyyən qədər su buraxılır. O biri şüşədə də bu proses eyni qaydada təkrar edilir. İçərisində müayinə olunan su olan qabdan rəngləri bərabərləşdirmək üçün 60 ml su buraxılıbsa, əməliyyat təkrar olunur və etalon məhlul hazırlamaq üçün 1 ml deyil, 2 ml ammonium xloridin standart məhlulu götürülür. Hər iki silindrdə rənglər eyni olduqda, onların hündürlüyü sm-lə ölçülür və aşağıdakı düstura əsasən suda ammonyakın və ammonyak duzlarının miqdarı hesablanır.

Burada,


A – müayinə olunan 1 ml suda azotlu ammonyakın və ya ammonyak duzlarının mq-la ölçüsü;

B – azotlu ammonyakın və ammonium duzlarının ammonium xlorun 1 litrdə mq-la ölçüsü;

v1 – müayinə olunan suyun həcmi, mq-la;

v2 – ammonium xlorid məhlulunun həcmi, ml-lə;

q1 – müayinə olunan suyun silindrdəki hündürlüyü, sm-lə;

q2 – ammonium xloridin silindrdəki hündürlüyü, sm-lə.

Suda ammonyakı təyin etmək üçün kalorimetrik müayinəni, «Duboska» tipli kalorimetrlə və ya elektrofoto kalorimetrlə də aparmaq mümkündür.
7.4.2. Suda azotlu turşuların (nitritlərin) təyin edilməsi
Suda olan azotlu nitritləri təyin etmək üçün 10 ml müayinə olunan suya 3-4 dəqiqə həll edilmiş sulfat turşusu (1 hissə turşu+2 hissə su) əlavə edilir, qarışdırılır. Sonra 3 damcı 10%-li kalium yod və 3 damcı 1%-li nişasta əlavə edilir. Əgər müayinə olunan suda nitritlər varsa, bu zaman sulfat turşusu əmələ gələn hidrogenli yod turşusunu parçalayır, onun tərkibindəki yodu ayırır və nişasta ilə birləşərək göy rəngə boyayır.

Nitritlərin miqdarını yoxlamaq üçün reaksiya sink yodun köməyi ilə aparılır. Sınaq şüşəsinin -ü yoxlanılacaq su ilə doldurulur. Buraya 3-5 damcı durulaşdırılmış sulfat turşusu və 0,5 ml 0,25%-li nişastada həll edilmiş sink yod məhlulu əlavə edilir. Göy rəngin alınması suda nitritlərin olduğunu göstərir.

Laboratoriya şəraitində nitritlərin təxmini miqdarını təyin etmək üçün sınaq şüşəsində olan suyun üzərinə sulfat turşusu məhlulu və x-naftilamin qarışığından əlavə edilir. Bu məhlul belə hazırlanır: 0,5 q kimyəvi təmiz sulfanil turşusu (C6H7NO3S) 150 ml 12%-li sirkə turşusunda həll edilir. ikinci qabda (yaxşı olar ki, çini qab) 0,25 q x-naftilamin 20 ml distillə edilmiş suda 5 dəqiqə qaynadılır.

Bu məhlul ehtiyatla qaynar suda isladılmış kağız filtrdən keçirilir və içərisində əvvəlcədən 150 ml 12%-li sirkə turşusu olan kolbaya tökülür. Reaktivi hazırlamaq üçün sulfanil turşusu və x-naftilamin məhlulu iki bərabər hissəyə bölünür və ağzı yaxşı bağlanaraq qaranlıq yerdə saxlanılır. Məhlulun nəzərə çarpacaq rəngi olmamalıdır. Əgər məhlul bir müddətdən sonra çəhrayı rəng alarsa, onu az miqdarda sink tozu ilə rəngsizləşdirirlər.

Sınaq şüşəsinə 10 ml müayinə olunan su tökülür, üzərinə 0,5 ml reaktiv əlavə edilir və 5 dəqiqə müddətində 70oC temperaturda olan su hamamında saxlanılır.

Azot nitritlərini təyin etmək üçün aşağıdakı cədvəldən istifadə edilir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə