ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə2/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   2   3   4   5   6   7   8   9   ...   15

1.1.Təmiz içməli suyun üstün cəhətləri
Təbiətdə saf suyu tapmaq, demək olar ki, qeyri-mümkündür. Saf su qoxusuz, dadsız və rəngsizdir, lakin havadakı karbon qazı suyun içində həll olunmağa başladığı andan etibarən dadı pozulur. Təbiətdəki suların tərkibində yad maddə, ərimiş duzlar, qazlar, kimyəvi maddələr, xəstəlik yaradan və ya yaratmayan mikroorqanizmlər, torpaq, gil və s. mövcuddur. Bunların bir qismi gözlə, bir qismi də dad və qoxu ilə müəyyən edilir.

Suyun orqanoleptik xüsusiyyətləri. Su saxlanıldığı mühitdən asılı olaraq bərk, maye və qaz halında ola bilir. Sıxlığı əsasən temperaturla bağlıdır. Suyun orqanoleptik xüsusiyyətlərindən temperaturu, bulanıqlığı, şəffaflığı, rəngi, dadı, qoxusu olduqca önəmlidir. İçməli su şəffaf, rəngsiz, qoxusuz və yaxşı dada malik olmalıdır.

Suyun temperaturu. Suyun özünəməxsus dadı temperaturdan asılıdır. Konkret istilik dərəcəsi söylənməsə də, ümumi olaraq içməli suyun temperaturu standartlara (Azərbaycan Respublikasında içməli suyun keyfiyyət göstəriciləri QOST 2874-82- nin tələblərinə uyğun təmin edilir) görə 7-11oC arasında olmalıdır. Daha isti sular dadsız ola bilir və temperaturu 20oC-dən artıq olduqda ürək bulandırır. Soyuq sular isə mədə-bağırsağın selikli qişasının iltihablaşmasına zəmin yaradır və bağırsaqda qidanın hərəkət etməsini məhdudlaşdıraraq sancıya səbəb olur.

Suyun rəngi haqqında qərar verə bilmək üçün suya ancaq süzüldükdən sonra baxılmalıdır. Suyun rəngi əsasən orada asılı halda mövcud olan üzvi və qeyri-üzvi maddələrdən, eləcə də istehsalat sularında həll olmuş kimyəvi boyaların olmasından irəli gəlir. Az miqdarda su rəngsizdir, qalın təbəqə halında isə təbii olaraq rəngi mavi çalarlıdır. İçində dəmir duzlar (ferium) olan sular sarı rəngdə olub havalandırılarkən qırmızımtıl çöküntü verirlər. Qranitli qayalardan gələn sular zərif qaramtıl rəngə çalır. Ayrıca onu da qeyd edək ki, suda yosunların və mikroorqanizmlərin törəməsi də yaşıla çalar bir rəng verir. İçməli su rəngsiz, qoxusuz və dadsız olmalıdır. İçməli sularda rəng maksimum Pt-Co vahidi ilə 15 Pt-Co-nu keçməməlidir (DST, AƏMQA), TS 266 Rev isə bu dəyərə 20 Pt-Co-ya qədər izin verir.

Suyun qoxusu. Yaxşı xüsusiyyətlərə malik olan içməli su qoxusuzdur. Suyun qoxulu olmasına bir çox amillər səbəb olur. Suya qoxu verən amillər mikroorqanizmlərin fəaliyyəti, ishal və sidik qarışması, üzvi maddələrin ayrılması, istehsalat və bu kimi müxtəlif tullantıların qarışması ola bilər. Eyni zamanda, dərin yeraltı sularda sulfatların ayrılması ilə əmələ gələn kükürdlü hidrogen, suların içində yaşayan yosunlar, müxtəlif mikroorqanizmlər və bəzən də suların nəql edilmələrində istifadə olunan boru və qablar da sudan qoxu gəlməsinə səbəb olur. Suların dezinfeksiyasında istifadə olunan xlor və yod da suya özünəməxsus qoxu verir. Suyun qoxusunu təyin etmək üçün onu şüşə qaba doldurub 60oC-yə qədər qızdırırlar və qabın qapağını açıb iyləyirlər. Bununla bağlı Səhiyyə və Ətraf Mühiti Qoruma Təşkilatları tərəfindən müəyyənləşdirilən hər hansı limit yoxdur, lakin içməli suyun standartlara uyğun olması nöqteyi-nəzərindən suda qoxu arzuolunmazdır.

QOST 2874-82-yə görə, qoxu 5 ballı sistemlə ölçülür və içməli suyun qoxusu 2 baldan çox olmamalıdır.



Suyun dadı. Suyun dadı suda həll olmuş oksigen (O2) və karbon (CO2) qazının tərkibindəki digər kimyəvi maddələrə və suyun istiliyinə, ya da soyuqluğuna görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olmaması arzu edilir. Su dadını dəyişdirməməli, içildiyi zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq verməməlidir. İçməli suyun keyfiyyəti və dadı tərkibindəki həll olmuş oksigen və karbon qazının miqdarından asılıdır. Belə ki, 1 litr suda 20-50 mq qədər qaz ola bilir. Bunun yarısı CO2, digər yarısının üçdə biri oksigen və üçdə ikisi də azotdur.

pH dərəcəsi. pH suyun turşuluğunu və ya qələvi mühitini göstərən bir ölçüdür. Məhlulda olan [H]+ ionu konsentrasiyasını ifadə edir. Saf suda [H]+ və [OH] ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur.

pH<7 şəraitində mühit turşu, pH>7 şəraitində isə mühit qələvidir.

İçməli sularda pH göstəricisinin 6,5-8,5 olması tövsiyə edilir.

Suyun codluğu onun tərkibində olan kalsiumun miqdarından asılıdır. Buna baxmayaraq, codluluq dərəcəsi sudakı kalsium və maqnezium duzlarından irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda olan kalsium və maqnezium suyun tərkibində hidrokarbonat, sulfat və xlor duzları və ayrıca az miqdarda nitrat duzları halında olur. Xüsusilə, kalsium-hidrokarbonat və kalsium-sulfat suyun codluluğunda əhəmiyyətli rol oynayır. Suyun tərkibində ən çox kalsium, maqnezium, sulfat və xlor duzlarına rast gəlinir.

1.2. Canlı su
Suyun orqanizmə yararlı olması üçün bəzi xüsusiyyətlərə malik olması vacibdir:

- təmiz olmalıdır;

- enerjili olmalıdır;

- oksigenlə (O2) zəngin olmalıdır;

- mineralla zəngin olmalıdır;

- pH səviyyəsi orqanizmdə baş verən prosesləri tənzimləməlidir;

- molekulyar quruluşu kiçik və altıbucaqlı olmalıdır.

Hamımız suyun canlıların həyatında ciddi rol oynadığını, əhəmiyyətini və su itkisinin nələrə səbəb ola biləcəyini bilirik. Əslində, həyatımız üçün bu qədər dəyərli olan sudan maksimum faydalanmaq istərdik. Amma bunun müqabilində canlılar üçün ən faydalı suyun hansı olduğunu bilmirik.

Canlılar üçün ən faydalı su «canlı su» adlandırılan təbiətin bizə bəxş etdiyi təbii qaynaq suyudur. Dağlardan gələn ərimiş qar və ya buzlaq suları, torpaqdan fısqıran qaynaqlar, kilometrlərcə uzunluqda təbii yataqlarda axan dəniz və çay suları ən böyük canlı su mənbələridir.

Canlı su sadəcə susuzluğu yatırtmaq üçün deyil, eyni zamanda, canlılıq və şəfa verən sudur.


1.3. Ev şəraitində canlı suyun hazırlanması.
Canlı suyun hazırlanması bir neçə mərhələdən keçir.

  1. 5 litr adi kran suyu bir neçə saat ağzı açıq qabda saxlanılır ki, tərkibindəki xlor ayrılsın. Su 5 litr götürülür ki, növbəti mərhələlərdə onun bir hissəsi çıxdaş edilib tullanılacaqdır.

  2. Sonra su emallı qazanda xırda ağ qabarcıqlar əmələ gələnə qədər qızdırılır və iri qabarcıqların əmələ gəlməsi məqamında tez götürülür. Başqa sözlə, qazandakı su qaynamağa başlayan anda istilik mənbəyindən ayrılır ki, gur qaynamasın.

  3. Həmin su tez bir zamanda soyudulur. Bunun üçün su qaynadılan qazan sərbəst yerləşə bilən və içinə soyuq su tökülmüş iri ləyənə yerləşdirilir və ya qış mövsümündə eyvana çıxarılır.

  4. Soyumuş su 2 gün kömürdə saxlanılır. Bunun üçün qazandakı suya 5-7 tikə qara ağac kömürü salınıb ağzına bez parça və ya cuna (marli) örtülüb saxlanılır. 2 gündən sonra qazandakı su ehmalca digər qaba (nikelli metal qazana) tökülür. Bu zaman alt qatda olan 3-4 santimetr təbəqədəki suda zərərli qatışıqlar qaldığından istifadə olunmamalı və tullanmalıdır.

  5. Sonra su metal qazanda soyuducunun dondurma kamerasına yerləşdirilir. Bu zaman suyun səthində əmələ gələn ilk buz qatı kəfkirlə yığılıb tullanır. Su plastik qaba tökülərək təkrar dondurucu kameraya yerləşdirilir. Suyun 2/3 hissəsi donduqdan sonra suyun səthində dəlik açılır və alt hissədəki suda zərərli qarışıqlar və duzlar olduğundan boşaldılıb tullanır. Qabda qalan buz otaq temperaturunda saxlanılıb donu açılır.

  6. Canlı su praktiki olaraq hazırdır. Həmin suyun quruluşunu sabitləşdirmək məqsədilə yaxşı olar ki, maqnitli qıfdan süzülsün. Hazırlanmış canlı su öz xassələrini 7 gün saxlayır.

Göründüyü kimi bu proses bir qədər mürəkkəbdir və belə suyun hazırlanmasına çox vaxt tələb olunur.

Canlı suyun tez hazırlanması üçün xüsusi cihazlar mövcuddur.


1.4. Su və inanclar
Türkiyənin Mardin vilayətində aprel ayında yağan yağış suyunun şəfalı olduğuna inanılır. Buna bənzər bir inanc Vanda da mövcuddur. Cənubi Azərbaycanın Şəbüstər mahalında da aprel ayında yağan yağışın suyu müqəddəs sayılır. Hətta suyun müqəddəsliyi ilə bağlı hədislər də var. Deyilənə görə Muhəmməd Peyğəmbər (s.ə.v.) yağış yağanda başını açar və “Sən məndən sonra gəldin, ya mübarək”, deyərmiş. Burada əski və yeni inanclarda Göy-su və müqəddəslik birləşir. Bu zaman Göy Tənqri müqəddəs Yer-suyun sahibsiz qalmaması üçün xaqanı (hökmdarı) göndərməsi yada düşür.

Ağacları, qayaları, suları müqəddəs saymaq İslamda Tanrıya şərik olaraq qəbul edilmiş və dinə zidd olduğu üçün də qadağan olunmuşdur. Bu cür inanclara İslam ölkələrində, demək olar ki, rast gəlinmir, ancaq Altayda, Tuvada, Xakasyada, Yunanıstanda bu inanclar özünü daha çox göstərir.

Araşdırılmağa ehtiyac duyan məsələ bəlkə də «pir» anlayışının mənbəyi və ona aid edilən xüsusiyyətlərdir. Məsələn, Türkiyədəki Üryan baba bir pirdir. Türbəyə sahiblik edən Üryan babadır. Üryan baba türbəsinin dilək bağlanan barmaqlıqları kimi ətrafındakı çır-çırpı və ağaclar da onun malı sayılır. Bəzi türbələrdə olduğu kimi, Üryan babanın da bir çeşməsi, ya da su quyusu ola bilərdi. Üryan baba ağaclara və ya suya mənəvi güc verən biri kimi xalq arasında da məşhurdur. Bu ağacların quru yarpaqları, ya da suyun bir neçə qurtumu inanca görə hikmətlidir.

Türkmənistanda türbələrə “qala” deyilir. Məsələn, Çoban baba qalası, Çoban babanın məzarı və ona yaxın olan əraziləri əhatə edir. Bunun sahiblik sferası, mənəvi mülkiyyəti Çoban babaya aiddir. Gön dəri və üzərindəki diləklər onun bayrağıdır. Ona dilək bağlayanlar, ya da uşağının olması üçün nəzir edənlər ona nəzirləyərlər, digər pirlərdə oduğu kimi onun qoruması altına girərlər.

Pirlərə aid müqəddəs hesab edilən sular olduğu kimi, pir olaraq bilinən sular da var. Bir çox müqəddəs çayın və su hövzəsinin yanında ayrıca bir məzar, ya da türbə yoxdur. Bu, “ocaq” olaraq bilinən ailələrə aid şəfa verən, problemləri həll edə bilən su mənbəyi olaraq bilinir. Burada müqəddəsliyinə inanılan suya bu keyfiyyəti verən hər hansı pirin, yiyənin olduğunu görürük. Türk xalqlarının inanclarında and içilən, yardım istənilən və sığınacaq yeri olan suyun pir olaraq təriflənməsinə tez-tez rast gəlinir.

Su mədəniyyətinin bir təzahürü olaraq suyun müqəddəs olduğu yerlərdə çirkabların su ilə paklanmadığına, suyun çirkaba qarışmasının onun müqəddəsliyi ilə düzgün gəlmədiyinə inanılır. Müqəddəs yerlərin balıqlarını da suyun müqəddəsliyinə hörmət əlaməti olaraq ovlamırlar.

Sudan şəfa və rahatlıq ala bilmək üçün onun çirkləndirilməməsi vacib sayılmışdır. Naxçıvanda, Təbrizdə, Salmasda, Qarsda, Ağrı dağında, Daşlıçayda baharda yuyunmaq üçün çaya girəndə bütün ilin sağlam və hüzurlu keçməsi üçün üç dəfə “ağırlığım-uğurluğum, kəlliyim-keçəlliyim bu suya” – deyilir.

Su ilə bağlı bir sıra dualar da var: “Ağzı dualının qarşısına pak su çıxsın”, “Allah suyunu bol eyləsin”, “Allah axar suyunu bulandırmasın”, “Allah səni sel-suların qada-bəlasından iraq eyləsin” və s.

Suyun yiyəsinə xeyir, bərəkət və sağlamlıq gətirəcəyinə və ya əksinə, bulanıq suyun da uğursuzluq və zərər gətirə biləcəyinə inanılır. Suyun şəffaflığı ağ əyə, selə dönmüş halı isə torpaq əyə ilə eyniləşdirilmişdir.

Görkəmli folklorşünas Mürsəl Həkimovun araşdır-malarında su ilə bağlı bir çox diləyə – məsələ rast gəlirik: “Balan bəxt-iqbal suyundan əl-üzünü yusun”, “Suyun sulara qarışsın”, “Suyun Ayşə-Fatması balalarının pənahı olsun”, “Su ilahəsinə qurban olum” və s.. M.Həkimovun tədqiqat işlərindən seçilmiş bu misallarla məzmun etibarilə Anadoludan toplanmış məsəllər arasında çox az fərq var. Anadoluda “Su kimi əziz ol”, “Su kimi aydın ol”, “Su kimi ömrün uzun olsun”, “Su verənin çox olsun”, “Verdiyin su ölənlərinin canına-ruhuna dəysin” (bu məsəl Azərbaycanın bəzi bölgələrində “Verdiyin su ölənlərinin ehsanı olsun” kimi işlənir), “Yol böyüyün, su kiçiyin” kimi bir çox məsəllər vardır.

Su ilə bağlı qarğışlar da az deyil: “Ağırlığını-uğurluğunu yumağa evində bir ovuc su tapmayasan”, “Ağzından qara su gəlsin”, “Ağlın qar suyuna dönsün” (qar suyunun şəffaf olmadığına işarə edilir), “Allah axar suyunu qurutsun”, “Allah suyunu bulandırsın”, “Allah uğuruna su çıxarmasın”, “Allah yurduna su bağlasın”, “Atanın cənazəsini yumağa su tapmayasan”, “Balan bulaq başında boynu bükük qalsın”, “Bulaqdan yeni ildə su götürməyə qalmayasan”, “Var-dövlətin sellərə-sulara qərq olsun”, “İlin ilk çərşənbəsində fala baxmağa təmiz su tapmayasan”, “Su ilahəsi sənə qənim olsun”, “Suyun Ayşə-Fatması dərdinə dəva etməsin” və s.

Suyun təmizliyi bəzən hz.Ayişə və hz.Fatimə ilə eyniləşdirilir. Demək olar ki, dua və qarğışlar da onların adı ilə bağlıdır.

Göründüyü kimi, folklor mətnlərində suyun ruhaniliyinin və ilahi gücünün olduğuna inanılır. Suya olan inamların izahı da burada axtarılmalıdır.

İslamda su niyyətdir, bərəkətdir, həyat qaynağıdır. Onu bəşəriyyətə bəxş edən böyük qüvvə hər şeyin iradəsini əlində tutan Allahdır. Su bir vasitədir. Onu vasitəyə çevirən də Allahdır. Suda bir qüvvə aramaq Allaha şərik qoşmaqdır və bu da bağışlanılmaz günahdır.


1.5. İslam dinində suya dua etməyin fəziləti
İslamiyyət təkallahlı səmavi din olaraq İslam peyğəmbəri hz. Muhəmməd (s.ə.v) vasitəsilə VII əsrdə yayılmağa başlamışdır.

İslam dinində su içməyin vacibliyi aşağıdakı kimidir:

- bəsmələ çəkilməsi;

- suyun stəkandan içilməsi;

- suyun oturaraq içilməsi;

- stəkanın sağ əllə tutulması;

- stəkanın içinə nəfəs verilməməsi;

- suyun üç qurtuma içilməsi və sonda «əlhəmdülillah» deyilməsi.

Çəkilən kristal fotoşəklində suyun verdiyi mesaj çox aydındır: sevgi və minnətdarlıq kimi duyğular yaradılışdan qəbul buyrulmuşdur, yəni sevgi və minnətdarlıq yaradılışın özüdür. Su nə qədər sevgi, duyğu və ahəng dolu söz və musiqi ilə müqayisə olunaraq izah edilirsə, altıguşəli kristall quruluşu da o qədər gözəl və düzgündür. Çəkilən fotoşəkillərin birində suyun yanında “şeytan” sözü deyiləndə kristallar qarışıq şəkil alır. Amma gözəl sözlərlə dua edildiyi zaman suda şəffaf və estetik quruluşlu mükəmməl altıguşəli forma ortaya çıxır. Yapon tədqiqatçısı Masaru Emoto bu araşdırmaları ilə görünməyən ruh aləminin varlığını üzə çıxardı.
1.6. Firudin Batmanqılıncın su ilə bağlı düşüncələri
Firudin Batmanqılınc həyatının 20 ilini suya və bəşəriyyətə xidmət etməyə sərf etmişdir. Onun «Xəstə deyilsiniz, susuzsunuz» və «Bədəniniz sizdən su istəyir» adlı əsərlərindəki su ilə bağlı düşüncələri diqqətəlayiqdir.

Müəllifin fikrincə, bədənimiz 45 əsas səbəbə görə suya ehtiyac duyur:



1. Heç bir canlı susuz yaşaya bilmir.

2. Nisbi su çatışmazlığı bədənin bəzi funksiyalarını əvvəl basdırır, sonra öldürür.

3. Əsas enerji mənbəyidir.

4. Bədənin hər hüceyrəsində elektrik və maqnetik enerji istehsal edərək bizə yaşamaq üçün güc verir.

5. Hüceyrənin quruluşundakı maddələri bir-birinə bağlayan bir yapışqandır.

6. DNT zədələnməsinin qarşısını alır və bərpa mexanizmlərinin daha yaxşı işləməsinə yardım edir. Beləliklə, istehsal olunan anormal DNT sayı azalır.

7. İmmunitet sisteminin (bütün mexanizmlərin) mərkəzi olan sümük iliyinin, xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır.

8. Qidalara enerji verir və parçalanan qidalar həzm prosesində bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.

9. Qidaların lazımlı maddələrinin orqanizmdə qəbul edilməsini artırır.

10. Onurğanı təşkil edən fəqərələrarası mayenin əmələ gəlməsində rol oynayır.

11. Ürək və beyin damarlarında laxtalanmanın qarşısını alır.

12. Orqanizmin soyuma (tərləmə) və isinmə (elektrik) sistemləri üçün əvəzolunmazdır.

13. Düşünmək prosesi də daxil olmaqla, beynin bütün funksiyaları üçün bizə güc və enerji verir.

14. Serotonin (şən əhvalruhiyyə yaradan hormon) və digər «nevrotransmitter»lərin (sinir ötürücülərinin) yaradılması üçün əvəzolunmazdır.

15. Bağırsaqların işləməsini yaxşılaşdıran yağlayıcı maddədir, qəbizliyin qarşısını alır.

16. İnfarkt və iflicə qarşı qoruyucudur.

17. Uşaqlarda və yeniyetmələrdə diqqətin az olması probleminin həllinə yardım edir.

18. İş görmək qabiliyyətini və diqqəti artırır.

19. Dünyadakı bütün içkilərdən daha asan əldə edilir və sağlam orqanizm üçün heç bir zərərli təsiri yoxdur.

20. Melatonin də daxil olmaqla, beyində istehsal olunan bütün hormonların yaranması üçün gərəklidir.

QEYD: Melatonin adamdan adama dəyişsə də, təxminən saat 23.00 ilə 05.00 arasında ifraz olunan bir hormondur. Hormonun əsas işi bədənin bioloji strukturunu qoruyaraq ritmini müəyyənləşdirməkdir. Bu hormon digər antioksidant təsirləri də gücləndirir, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, törəmə sistemindəki problemlərin həllinə yardım edir. Hormon çatışmayanda yorğunluq, həvəssizlik kimi hallar ortaya çıxır. Bu gün də qocalmağı gecikdirmə təsirinə görə bu hormonun üzərində çox ciddi müşahidələr aparılır. Əhəmiyyətli xüsusiyyətlərdən biri də hormonun uşaqlar üzərindəki təsiridir. Avropada qan xərçəngi və ümumiyyətlə, xərçəngli uşaqların sayını azaltmaq üçün onları tamamilə qaranlıq bir otaqda saxlamaları tələb edilmişdir. Çünki qaranlıqda sürətlə yaranan melatoninin xərçəngdən qoruyucu gücü olduğu bilinir. Bu hormon işığa həssasdır. Sınaqlarda yatan adamın orqanizminin hormon istehsalını izləyərkən işıq yananda hormonun azaldığını, qaranlıqda isə kifayət qədər çox istehsal olunduğu müəyyənləşdirilmişdir.

21. Bütün qidaların, vitamin və mineralların əsasını təşkil edir. Bədəndəki qidaları kiçik parçalara ayırır, həzmə və son metabolik mərhələyə xidmət göstərir.

22. Stress, gərginlik və depressiyanın azalmasına yardım edir.

23. Yuxunu tənzimləyir.

24. Yorğunluğun çıxarılmasına yardım edir və gənclik enerjisi verir.

25. Dərini yumşaldır və qocalıq əlamətlərinin azalmasına yardım edir.

26. Gözlərə canlılıq və parlaqlıq gətirir.

27. Göz təzyiqini sabit saxlamağa yardım edir.

28. Sümük iliyində qan yaradan sistemləri tənzimləyir, qan və limfa vəzi xərçənginin yaranmasının qarşısını alır.

29. Bədəndə yoluxucu və xərçəng hüceyrələrinin inkişaf etdiyi bölgələrdə immunitet sistemini gücləndirmək üçün çox gərəklidir.

30. Qanı duruldur və laxtalanmanın qarşısını alır.

31. Qadınlarda menstruasiya aktını və qızdırmanı yüngül- ləşdirir.

32. Ürək döyüntüləri ilə birlikdə qanı duruldur, dövretmə zamanı qatı maddələrin çökməsinin qarşısını alır.

33. İnsanın bədənində dehidratasiya (bədənin həddindən çox maye itirməsi) zamanı istifadə edə biləcəyi su anbarı yoxdur. Buna görə də gün ərzində müntəzəm su içməyimiz vacibdir.

34. Dehidratasiya cinsi hormonun yaranmasına mane olur. Bu, halsızlıq və cinsi həvəsin olmamasını yaradan əsas səbəblərdən biridir.

35. Qida elementlərinin bədənə daşınmasına yardım edir.

36. Ağciyərlərdə oksigen toplayan qırmızı qan hüceyrə-lərinin işçi qüvvəsini artırır, hüceyrəyə çatan su ona oksigen verir və tullantı qazların bədəndən xaric edilməsi üçün ağciyərlərə daşıyır.

37. Bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və atılması üçün qaraciyər, ya da böyrəklərə daşıyır.

38. Oynaq boşluqlarındakı əsas yağlayıcı maddədir, artrit və bel ağrılarının yaranmasına mane olur.

39. Susuzluq və aclıq hisslərini ayırd etməyə yardım edir.

40. Çəkini azaltmağın ən yaxşı yolu su içməkdir. Müntəzəm su içmək ciddi rejim saxlamadan arıqlamağa yardım edir. Ac olanda həddən çox qida qəbul etmək olmaz, amma susuzluq zamanı bol su içmək vacibdir.

41. Dehidratasiyanın toxuma boşluqlarında, oynaqlarda, böyrəklərdə, qaraciyərdə, beyində və dəridə toplanmasına səbəb olduğu zəhərli çöküntüləri tənzimləyir.

42. Hamiləlikdə sübh çağı ürək bulanmalarını azaldır.

43. Zehin və bədən funksiyalarını çulğalaşdırır, qərar-vermə və hədəfi müəyyənetmə qabiliyyətini artırır.

44. Qocalıqda yaddaş itkisinin qarşısının alınmasına yardım edir. Altsheymer, dağınıq skleroz və parkinson xəstəliyinə tutulma riskini azaldır.

45. Kofein, alkoqol və bəzi dərmanlara olan asılılığın azalmasına yardım edir.

1.7. Su haqqında kəlamlar
1. Su paklıq rəmzidir, paklıq olan yerdə ruzi, bərəkət var.

2. Bulaq suyu yüngüllük, çay suyu bədbinlik gətirər.

3. Su hər bir canlının tərkibində olub, onu yaşadar və canlı məhv olanda onu tərk edər.

4. Suyun tarixi qədimdir. O həm gözəl keçirici, həm informasiya mənbəyi və həyati mühit olub daim hərəkətdədir.

5. Od su ilə cilovlanar. Ən böyük od isə suyun özüdür.

6. Hava sudan ayrılmış bir kütlədir, donarsa suya çevrilər.


II FƏSİL. “QURANİ-KƏRİM”DƏ SU HAQQINDA
“Qurani- Kərim”in 35 surəsinin 66 ayəsində su haqqında Allah kəlamı buyurulmuşdur.
Cədvəl 2.1. “Qurani-Kərim”də su haqqında ayələr


Sıra

sayı

Surəninn

nömrəsi

Surənin adı

Ayələrin

nömrəsi

1

2

əl- Bəqərə

74, 284

2

10

Yunus

24

3

13

ər- Rəd

4, 17, 35

4

14

İbrahim

32, 16

5

15

əl- Hicr

22

6

16

ən- Nəhl

4, 10, 14, 65

7

18

əl- Kəhf

45, 29

8

20

Taha

53

9

22

əl- Həcc

5

10

24

ən- Nur

43 - 45

11

25

əl- Furqan

48, 49, 53, 54

12

27

ən- Nəml

61,64

13

29

əl- Ənkəbut

63

14

30

ər- Rum

24, 48

15

31

Loğman

10, 31 – 34

16

32

əs- Səcdə

8, 27

17

35

Fatir

27

18

36

Yasin

77

19

37

əs- Saffat

67

20

38

Sad

57

21

39

əz- Zumər

21

22

40

əl- Mumin

72

23

41

Fussilət

39

24

42

əş- Şura

14

25

43

əz- Zuxruf

11

26

45

əl- Casiyə

5

27

50

Qaf

9

28

54

əl- Qəmər

11, 12

29

55

ər- Rəhman

19, 20, 46 - 50

30

56

əl- Vaqiə

68 – 70

31

75

əl- Qiyamə

37

32

76

əl- İnsan

2

33

80

Əbəsə

18, 19

34

85

əl- Buruc

11

35

98

əl- Bəyyinə

8

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə