CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə76/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

 
 
242 
Xatirən yadimdan cıxaydı barı 
Payizda xəzanı, qışda qari 
Baharda gulləri unudam gərək! 
De necə unudum mən səni necə? 
Sevgi durna deyil payizda koçə 
 
Yuxuma gəlirsen mənim hər gecə 
Aylari,illəri unudam gərək! 
Sənin xəyalındır həsrətlə baxan 
Adındır hər saat qarşıma cıxan 
Qarışıb səklinə gözumdən baxan 
Yagışıi,selləri unudam gərək! 
Unudam gərək! 
Oxucuların ürəyində silinməz iz qoyan Nüsrət Kəsəmənli poezi-
yası bugün də sevilir və oxunur. 
Bakı Slavyan Universitetində tanınmış şair Nüsrət Kəsəmənlinin 
anım gecəsi keçirilmişdir.(2016) 
Günay Novruz-yazır: 
Biri milli qəhrəmanım, o biri ədəbiyyat öncülü. Hər ikisi də xalqın 
qəhrəman  obrazları.  Amma  mənə  və  mənim  kimi  neçə-neçə  gəncə  də 
maraqlı olan təkcə onların ortaq cəhətləri deyil. Bəli, onlar hər ikisi də şair 
idi.  Birinin  ömür  yolu  yetimlikdən  şairliyə,  o  birinin  isə  fəhləlikdən 
mətbuata  ünvanlanırdı.  Alı  Mustafayevin  tərcümeyi-halına  nəzər 
yetirəndə  onun  fəhlə  ailəsində  doğulub,  ilk  olaraq  Bakı  Elektrik  Ma-
şınqayırma zavodunda çilingər olaraq çalışdığına şahid oluruq. 
Nüsrət Kəsəmənli isə “Əvvəlindən biri vardı, biri yox…” deyib, 
yetim böyüyən, xalqının şair övladı idi. Bəlkə də çoxarına indi maraqlı 
gəldi  ki,  ilin-  günün  bu  vaxtında  biz  niyə  bu  iki  şairi  qarşı-qarşıya 
gətiririk. Bəlkə də çoxlarınız indi özlüyünüzdə mənə deyirsiniz: “Əşi, 
biz onları yaxşı tanıyırıq”. 
Məncə bəziləriniz elə də yaxşı tanımırsız,  əzizlərim. Bu günlər 
ən çox maraq dairəsi sosial şəbəkələrdədi, xalqımızın bu halından biz 
jurnalistlər heç də narazı deyilik. Sizin sosiallaşmağınız bizə həqiqətən 
də  kömək  olur.  Misal  üçün,  bir  neçə  gün  bundan  öncə  “Dəli  bir 


 
 
243 
ağlamaq keçir könlümdən” misrasını öz Feysbuk dostlarımla müzakirə 
etdim.  Mən  sadəcə  sual  etdim  ki,  əziz  dostlar,  sizcə  bu  misranın 
müəllifi kimd? 
Dostluğumda olan yaşlı nəsil nümayəndələri Nüsrət Kəsəmənli, 
gənclər isə Alı Müstafayev dedi. Sözün düzünü desəm, biz müharibə 
illərini  yaşayan  uşaqlığın  gəncləriyik.  İndiki  uşaqlar  hər  gün  səhər 
hansı xəbərə oyanır, bu başqa  yazının mövzusudu.  Biz isə hər  səhər 
oyananda biri-birimizə “xəbərin var bu gün də filan rayonumuzu işğal 
etdilər” deyirdik. Hətta yadımdadı, on ya on birinci sinifdə oxuyurdum, 
məktəbimizdə  sirkə  dəvətnamə  satmışdılar.  Biz  biləndə  ki,  həmin 
dəvətnamədə  tarix  olaraq  20  noyabrdı,  etiraz  etmişdik.  Yəni  biz 
uşaqlığımızı  müharibəyə  qurban  verib,  gəncliyi-mizi  də  onun 
qəhrəmanlarına sayğı ilə yaşamışıq. 
Beləcə uşağlığı keçən bir gənc kimi, mənim də fikir, xəyalımda 
“Dəli  bir  ağlamaq  keçir  könlümdən”  ifadəsi  misra  olaraq  Qarakənd 
faciəsində itirdiyimiz xalqın dəyərli oğlu Alı Mustafayevindi. 
 
Alı Mustafayev: 
Torpaqda haqqı var axan qanın da. 
Bir nərin qolları düşüb yanında. 
Müqəddəs Şəhidlər Xiyabanında. 
Dəli bir ağlamaq keçir könlümdən. 
 
Nüsrət Kəsəmənli: 
Yüyürüb-yüyürüb dərə boyunca 
Düşüm çəmən üstə qoy üzü quylu 
Öpüm bu torpağı, öpüm doyunca 
Üzümə üz qoysun hər soyuq daşı 
Qoy şehə qarışsın gözümün yaşı 
Qurumuş bulaqlar içir könlümdən 
Dəli bir ağlamaq keçir könlümdən… 
 
Məncə  arif  oxucularımız  artıq  başa  düşdülər  ki,  xalqımızın  iki 
qəhrəman  obrazını  niyə  bir  araya  gətirmişik.  Yazımın  əvvəlində  də 


 
 
244 
qeyd etdim ki, onlar hər ikisi bizə əzizdi. Və onu da söylədim ki, mən 
müharibə yaşamış uşaqlığın nümayəndəsiyəm. İndiyə kimi yadımdadı, 
milli vətənpərvərlik ruhunda böyüyüm deyə, atam evə ancaq və ancaq 
milli qəhrəmanları xatirladan kitablar alırdı. 
Sinifdənxaric  olaraq  ilk  oxuduğum  kitablardan  biri  də  Alı 
Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” kitabı olmuşdu. Alı 
Mustafayev Nüsrət Kəsəmənlidən bir köynək mənə yaxın idi. Çünki, 
mən böyüyəndə jurnalist olacaqdım və həm də uşaq ikən ara-sıra şeirlər 
yazırdım. Yəqin elə ona görə də ömrümün düz otuz yaşında bildim ki, 
Alı  Mustafayev  “Dəli  bir  ağlamaq  keçir  könlümdən”  şeirini  nəzirə 
yazıbmış.  Bu  şeir  məhşur  misrası  ilə  Nüsrət  Kəsəmənlinin  ən  gözəl 
şeirlərindən  biri  olmasına  baxmayaraq,  məna  etibarilə  Alı  Mustafa-
yevin taleyini əks etdirirmiş. 
Misal üçün: 
Yanmadım ömrümdən keçən illərə, 
Baxıb məzarımda solan güllərə, 
Söykəyib üzümü qərənfillərə 
Dəli bir ağlamaq keçir könlümdən. 
                                      Milli.Az publika.az - 8 Dekabr 2014. 
 
Nüsrət  Kəsəmənlinin  nəvəsindən  babası  haqda  maraqlı 
açıqlamalar.                       
Babanla bağlı ən yaddaqalan nə olub? 
- Xatirələrim çoxdur. 
- Onun son günü yadındadır? 
- Yox, çünki onun vəfat etdiyini sonradan bildim. Mən, babam, 
nənəm babamın müalicəsi üçün İrana getmişdik. Onda mən ikinci sinfə 
gedirdim. Elə alındı ki, 1-2 ay məktəbə gedə bilmədim, orada qaldıq. 
Babamın  müalicələri  çox  idi.  Sonra  məni  nənəm  sərhəddən 
Bakıya göndərdi. Qohumlarımızın evində qalırdım. Mən bura gələndən 
sonra əmim də İrana getdi. Bir müddət sonra məni öz evimizə apardılar. 
Sonra gördüm ki, evdə yas məclisi var. 
Məndən gizlətmişdilər. Nənəm də bilirdi ki, babama həddən artıq 
çox  bağlıyam.  Həm  də  onun  ilk  nəvəsiydim.  İndi  də  onun  haqqında 


 
 
245 
danışanda  kövrəlirəm  (gözləri  dolur).  Uşaq  olsam  da,  hər  şeyi  yaxşı 
xatırlayıram. O günlər mənə çox əzizdir. O, baba kimi çox gözəl baba 
idi. 
Milli.Az kulis.lent.az-a istinadən "Atamın xatirəsi" layihəsindən 
tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu, şair-aktyor Rəşad Kəsəmənli 
ilə müsahibəni təqdim edir. 
Bir dəfə gözəllik yarışmasında Nüsrət müəllimə kimsə dedi ki, 
sizin  qızınız  olsa,  onun  səhnəyə  çıxmasını  istərdinizmi?  Nüsrət 
müəllim hirsləndi, adamın üstünə yeridi, efiri bağladılar. 
Vurmuşdu onu? 
Vurmuşdu.  Gözəllik  yarışmasında  olmuşdu,  hə,  xatırlayıram. 
Bilirsən,  sualın  tonu  yaxşı  deyildi.  İroniya  ilə  verilmişdi.  Atam  ona 
görə  hirslənmişdi.  Mən  özüm  də  bu  gün  biznes  maraqları  naminə 
gözəllik yarışması keçirərəm, nə gizlədim, amma həm də istəyərəm ki, 
valideynlər  öz  övladlarını  bu  yarışmaya  buraxmasınlar.  Ən  yaxşısı, 
qızlar özləri buna həvəs göstərməsin. 
 
Könülsüz olanda 
 
İnciyib odlara salma konlumu
Qəzəb duyğulardan bir tonqal qalar. 
Gördün fikirliyəm alma konlumu. 
Əllərin havadan asılı qalar. 
Burax fıkirlərin qoynuna məni, 
Gozləmə əlacsız təbəssumləri. 
Axsam gorərsən ki, guldurub səni
Yeni bir seirlə donmusəm geri. 
Min gucun dizini bir hiylə bukər, 
Bir baglı qoncədə min hikmət yatar. 
Bir gulə konulsuz toxunsam əgər, 
Ləcəklər tikan tək əlimə batar. 
Yenə baxısların niyə yol cəkər? 
Bir istək, bir duygu qəlbimi doyər. 
Konulsuz telini oxsasam əgər, 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə