10.Şəxsiyyətin iradi keyfıyyətləri və onların formalaşması.
11.Hisslər haqqında anlayış.
12.Emosional halların ifadəsi və fizioloji əsasları.
13.Hisslərin keçirilməsi formaları. Ali hisslər.
14.Ünsiyyətin xüsusiyyətləri
15.İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət
Ədəbiyyat
1.
Ə.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəb-
lər üçün dərslik. Bakı, "Maarif', 1989, s. 441.
2.
Ümumi psixologiya. Prof. Petrovskinin red. ilə. Bakı,
"Maarif' 1982, 495 s.
3.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.. Sosial psixologiyanın ak-
tual məsələləri. Bakı, Azərnəşr, 1986, 350 s.
4.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji
problemləri. Bakı, Azərnəşr, 1981, 190 s.
5.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1986, 294 s.
6.
Qədirov Ə.Ə., Xəlilov N.Ə. Yaş psixologiyası. Gəncə
1999, 381 s.
7.
Bayramov Ə.S. Psixoloji düşüncələr. Bakı, 1994.
8.
Əqoşevski M.Q. İstoriə psixoloqii M., "Mıslğ" 1985, 575 s.
9.
Kovalev A.Q. Vospitaniə çuvstv. M. "Pedaqoqika", 1971.
10.
Selivanov V.İ. Vospitanie voli şkolğnika. M., Uçpedqiz,
1954.
11.
Nemov R.S. Psixoloqiə. V trex kniqax. Kniqa I. Obhie
osnovı psixoloqii. 4-e izdanie. M., Vlados, 2001, 688 s.
38
İKİNCİ HİSSƏ
ŞƏXSİYYƏTİN İDRAK PROSESLƏRİ
İdrakın formaları və səviyyələri. Duyğuların yaranması
İdrak obyektiv aləmin insanın hiss üzvlərinə təsirindən ya-
ranan inikas prosesidir. Bu təsir nəticəsində subyeklə obyekt
arasında qarşılıqlı münasibət yaranır. İdrak prosesinin yaran-
ması isə həmin qarşılıqlı münasibətdən asılıdır. Materialist idrak
nəzəriyyəsi də idrakın bünövrəsini belə qarşılıqlı təsirdə axtarır.
Fəlsəfədən məlumdur ki, həmin nəzəriyyənin bünövrəsini məhz
inikas prinsipi təşkil edir. İnikas prinsipi həm aktiv, həm də
passiv ola bilər.
1
Passiv qarşılıqlı təsirə misal olaraq şəlaləni
göstərmək olar. Şəlalənin suları qayalara toxunaraq parçalanıb
tökülür. Bu zaman tədricən qayalarda ovulma başverir.
Məlumdur ki, mühitdə olan təsirlərə, hər hansı varlıq aktiv inikas
prinsipi əsasında cavab verir. Deməli, hər hansı orqanizm öz
ehtiyacını məhz idrak fəaliyyəti nəticəsində dərk edir. Bu
səviyyədə ancaq insana məxsus olan yeni bir idrak fəaliyyəti
növü-insan şüuru bu fəaliyyətə qoşulur. Nəticədə orqanizmlə
mühit arasında müvazinət yaranır, yəni insan öz davranışını
tənzim edə bilir və gələcəkdə ola bilənlərə münasibətini təmin
edir. Bütün bunların sayəsində insan özünün gələcək işlərini
planlaşdırır.
Fəlsəfə elmi öyrədir ki, idrakın hissi və mənliqi olmaqla iki
səviyyəsi vardır. idrakın bu səviyyələri onun vasitəli və vasitəsiz
formalarını da izah etməyə imkan verir. Məlumdur ki, hissi idrak
əsasən vasitəsiz, məntiqi səviyyə isə vasitəli inikas formasıdır.
Lakin həm filogenezdə, həm də ontogenetik inkişafda hissi
idrakdan məntiqi idraka keçid prosesi tədricən baş verir.
1
Bayramov Ə.S. , Əlizadə Ə. Ə. Psixologiya. Ali məktəblər
üçün dərslik. Bakı "Maarif' 1989. s. 214-215.
39
Burada aralıq proseslər adlanan, yeni keyfiyyət fərqləri əmələ
gəlir.
Bunlar da nəzərə alınsa psixi inikasın-hissi-perseptiv, tə-
səsvvürlər və məfhum təfəkkür səviyyələrini ayırd etmək olar.
Hissi idrak da daxil olmaqla, ümumiyyətlə idrakın düzgünlüyü
məhz praktikada yoxlanılır.
Hissi idrak duyğudan başlanır. Onun əsas vəzifəsi ətraf
aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə
mə'lumat verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini
duyğular təşkil edir. O, orqanizmlə mühit arasında ilkin əlaqədir.
Deməli, xarici aləm haqqında biliklərimizin mənbəyidir. Onun
vasitəsilə insan varlığı dərk edir.
Duyğular-indiki anda hiss üzvlərinə təsir edən cisim və ha-
disələrin ayrı-ayrı keyfiyyətvə xassələrinin beyində inikasıdır.
1
Beləliklə, duyğular həm ətraf aləmdə baş verən hadisələri,
həm də orqanizmin daxilində olan proseslər barədə məlumat verir
ki, bunun sayəsində də orqanizm ətraf mühitə bələdləşir. Hər bir
insan duyğuların verdiyi məlumata istinad edir, beyində isə bu
məlumatlar təhlil olunur, nəticədə mürəkkəb idrak fəaliyyəti baş
verir.
Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya
Qavrayış prosesi də hissi idrakın mühüm mərhələsini təşkil
edir. Burada cisim və hadisələr bütövlükdə, yəni bütün əlamət və
xüsusiyyətləri ilə birlikdə əks olunur. Məsələn əgər avtomobildə
olan əşyanı qavramaq istəyiriksə, avtomobilin rəngi, bütövlüyü,
forması, markası, məkanda tutduğu yeri və həmin əşyanın hansı
hissəsində yerləşməsini, hansı əşyalarla əhatə olunmasını
bütövlükdə dərk edirik. Beləliklə, əşyanın tam surəti beynimizdə
hissi idrakın nisbətən mürəkkəb mərhələsidir. Elə buna görə də
qavrayış duyğudan fərqlənir. Lakin hər ikisi üçün ümimi cəhətlər
də vardır. Bu da ondan ibarətdir
1
Bayramov Ə.S. , Əlizdə Ə.Ə. Psixologiya. Ali ınəktəblər üçün
dərslik. Bakı, "Maarif'. 1989. s. 218-219.
40
Dostları ilə paylaş: |