İnsanın taleyində mühüm əhəmiyyətə malik olan kədər və ya
sevinc uzun müddət beyində nəqşlənir, yaddan çıxmır.
Qeyri-ixtiyari yaddasaxlama zamanı, hər hansı materialın
yadda saxlanılması üçün iradi səy göstərilmir, qarşıya məqsəd
qoyulmur. Lakin unutmaq olmaz ki, qeyri-ixtiyari yaddasaxlama
cisimlər, hadisələr, görülən iş, insan fəaliyyətinin xarakterinə təsir
edir. Qeyri-ixtiyari yaddasaxlama zamanı dərin bilik əldə etmək
mümkün olmur, hətta varlıq da təhrif edilmış şəkildə əks olunur.
İnsanın məqsədəuyğun fəaliyyəti ilə əlaqədar olan, əmək və
ünsiyyət nəticəsində əmələ gələn, yaddasaxlamanın insana xas
olan ən başlıca forması ixtiyari yaddasaxlamadır.
İxtiyari yaddasaxlama zamanı insan qarşısına xüsusi məqsəd
qoyur, materialı yaddasaxlamaq üçün iradi səy göstərir, müəyyən
üsul və qaydalardan istifadə edir. İxtiyari yaddasaxlama müəyyən
istiqamətə yönəldilən, şüurlu surətdə tənzim edilən prosesdir.
Psixologiyada ixtiyari yaddasaxlamanın xüsusi növü kimi
öyrənmə ayırd edilir. Öyrənmə müəyyən üsulların köməyi ilə
təşkil edilən yaddasaxlamadır. Öyrənmə üçün, məqsədin xarakteri,
materialın anlaşılma dərəcəsi, təkrarların təşkili və s. kimi amillər
təsir göstərir.
Deməli, yaddasaxlamanın səmərəliliyi iki əsas amildən-
öyrənilən materialın xarakterindən və şəxsiyyətin mnemik
priyomlardan düzgün istifadə edilməsindən asılıdır.
Hifzetmə unutma ilə dialektik əlaqədədir. Unutmanın mənfi və
müsbət cəhətləri vardır. Məsələn, müəyyən informasiya indiki
halda lazımdır. Amma o unudulub. Halbuki unutmanın faydası da
çoxdur. Çünki gərəksiz informasiyalar vardır ki, onların
unudulması vacibdir. Ümumiyyətlə, hifzetmə əslində unutma ilə
mübarizə sayəsində mümkün olur.
Alman alimi Ebbinhauzun unutma prosesinin necə getməsi
haqqında bir təcrübəsini xatırlayaq. O müəyyən etmişdir ki,
mexaniki yaddasaxlamada materialın öyrənilməsindən yarım saat
sonra 40%, bir gündən sonra 66%, 3 gündən sonra 75%, 30
gündən sonra 79 % unudulur. Əlbəttə, mə'nalı yaddasaxlamada
unutma faizi xeyli azalır.
62
Unutmanın qarşısını almaq üçün bəzi xüsusiyyətləri bilmək
zəruridir. Adətən, qavranılmış materialın insanın tələbat və
maraqlarını ödəməyən hissəsi tez unudulur. Material kifayət qədər
möhkəm öyrənilmədikdə, həmçinin dərindən dərk edilmədikdə
mexaniki surətdə öyrənildikdə tez unudulur.
Unutmanın qarşısını almaq üçün öyrənilmiş materialı
unutduqdan sonra deyil, unutma başlamazdan əvvəl təkrar etmək
lazımdır.
Unutma ya tanıya, ya yada sala bilmədikdə, ya səhv tanı-
dıqda, eləcə də səhv yada salmaqda özünü büruzə verir.
Göründüyü kimi, yadasalma və tanıma mühüm hafizə proses-
ləridir. Yadasalma nəticəsində keçmiş təcrübənin, hisslərin və
fikirlərin bərpa edilməsinə nail oluruq.
Yadasalmanın üç səviyyəsi vardır: tanıma, xüsusi yadasalma
və xatırlama.
Tanıma yadasalma prosesinin başlanğıcını təşkil edir. Hər
hansı cisim və hadisəni qavradıqda, beynimizdə bir sıra rabitələr
əmələ gəlir, cisim və hadisənin təsiri kəsildikdə bu rabitələr
dərhal yox olmur, az və ya çox müddət davam edir. Həmin cisim
və hadisə yenidən təsir etdikdə o bizə tanış gəlir, deməli, onu
tanıyırıq. Yadasalmanın müvəffəqiyyətli olmasına əmin olmaq
üçün materialı əvvəlcə tam və düzgün anlamaq, öyrənilən
materialı suallar qoyub ona ətraflı cavab verməyə çalışmaq
lazımdır. Əgər həmin material xüsusi çətinlik çəkilmədən və
qavrayışa istina etmədən canlandırılırsa, bu xüsusi yadasalmadır.
Bunun əsas əlaməti odur ki, material yada salınarkən iradi səy
göstərilmir. Material sanki özü hafizədə canlanır.
Yadasalmanın xüsusi bir forması xatirədir. Bu, keçmişimizin
zaman və məkanca məhdudlaşan surətlərinin yada salınmasıdır.
Xatirənin mərkəzində şəxsin özü, onun başına gələn və ya şahidi
olduğu hadisələr durur. Xatirə zamanı keçmişdə olanları təkcə
yada salmırıq, onları nə vaxt, hansı şəraitdə qavradığımızı yada
salır, onların zaman ardıcıllığını dərk edirik. Xatirələr insanın
şəxsi həyatı ilə bağlı olduğu üçün bir sıra emosiyalarla müşayiət
olunur.
63
Göründüyü kimi, insan hafızənin səmərəli fəaliyyəti bir sıra
amillərdən asılıdır. Buraya həm hafizə obyektinin məzmun və
xarakteri, həm də hafizə subyektinin sağlamlıq dərəcəsi, yaş
xüsusiyyətləri və s. də təsir göstərir. Yalnız bir cəhəti qeyd etmək
lazımdır ki, müasir dövrdə informasiyalar sürətlə artsa da, insan
beyninin imkanları həddən ziyadə genişdir. Bəzi hesablamalara
görə insanın idrak fəaliyyətində (onun yalnız beyin yarımkürələri
qabığında 14-16 milyard sinir hüceyrəsi var) bütün sinir
yarımhüceyrələrinin yalnız 4% iştirak edir, qalan 96% sanki
ehtiyatdadır.
1
Səmərəli fəaliyyət üçün insan hafizəsində əlverişli daxili və
xarici şəratin olması zəruridir. Onu da göstərmək lazımdır ki,
materialın yadda saxlanması üçün insanın ac və ya tox olması,
sağlam və ya xəstə, dalğın və ya diqqətli olması da ciddi surətdə
tə'sir göstərir. Xüsusən də insan hafizəsinin fəaliyyəti onun nə
dərəcədə gümrah və ya yorğun olmasından asılıdır. Yorğunluğu
aradan qaldırmaq, hafizənin fəaliyyətini səmərəli təşkil etmək
üçün yol və vasitələr çoxdur. Buraya əmək rejiminə ciddi riayət
edilməsi, əməklə istirahətin düzgün növbələşməsi, farmokaloji,
fızioloji və s. təsirlər daxildir.
Təfəkkürün əsas formaları
Təfəkkür cisim və hadisələrin mahiyyətinin, onlar arasındakı
əlaqə və asılılığın insan şüurunda ümumiləşmiş və vasitəli
inikasından ibarət olan idrak prosesdir.
1
Təfəkkürün mənbəyini duyğular və qavrayış təşkil edir.
Bəzən belə güman edirlər ki, duyğu prosesi baş verib qurtar-
dıqdan sonra təfəkkür fəaliyyətə başlayır. Bu doğru deyildir,
çünki hissi idrak prosesinin özündə də fikri əməliyyat-təhlil,
tərkib, müqayisə və s. iştirak edir. Deməli, duyğu və qavrayışın
verdiyi materiallar olmasa, təfəkkür fəaliyyəti də mümkün
1
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün
dərslik Bakı. "Maarif', 1989, 278-279.
1
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün
dərslik. Bakı. "Maarif', 1989, 284-286.
64
Dostları ilə paylaş: |