halı yaranır. Diqqət zamanı fəaliyyətin gedişi ona nəzarət me-
xanizmi kimi xidmət edir. Bütün bu cəhətlər diqqəti mürəkkəb
idrak prosesi olan hafizə ilə daha da yaxınlaşdırır.
Diqqətə nisbətən hafizə daha mürəkkəb idrak prosesdir. Bu
proseslərə yiyələnməklə insan özünə lazım olan faydalı
informasiyaları əldə edir, şüurda saxlamaq, lazım gəldikdə yada
salmaq prosesini ifadə edir. Bu xüsusiyyətlərinə görə hafizə
keçmiş təcrübəni yadda saxlayır, istənilən vaxt yada salınmaısnı
təmin edir. Belə bir əməliyyat imkan verir ki, qıcıqlayıcı təsirini
kəssə belə, zəruri informasiya toplana bilinir.
Dərslik ədəbiyyatında göstərildiyi kimi, hafizənin dörd əsas
prosesi: yaddasaxlama, hifzetmə, yadasalma və unutma ayırd
edilir. Bunların hamısı fəaliyyətdə təşəkkül tapır və onunla təyin
edilir. Hafizə proseslərində olan vəhdət, onların bir-birinə nüfuz
etməsi, birindən digərinə olan dialektik əlaqə zəncirvari şəkildə
onların bağlılığını göstərir.
Yadda saxlanılan materialın avtomatik olaraq bərpa edilməsi
deyil, onun şüurlu olaraq baş verdiyinə görə, buraya mütləq
qısamüddətli yaddasaxlama və hifzetmə prosesləri də qoşulur.
Bundan başqa yadasalma prosesində daimi olaraq uzunmüddətli
yaddasaxlama da iştirak edir. Materialın yada salınması onun
təkrarına, yəni öyrənmənin daha canlı olmasına xidmət edir.
Hifzetmə və unutma poseslərini də təhlil etsək eyni qa-
nunauyğunluğu görərik. Şüur bir obyektdən başqasına keçərkən,
nəzərdə tutulan yaddasaxlama prosesi mütləq materialın
müvəqqəti olaraq unudulmasını da əhatə edəcəkdir.
Beləliklə, hafizə çox mürəkkəb, lakin vahid, fasiləsiz bir
prosesdir. Şüurun hafizəsiz keçinən vəziyyətini təsəvvür etmək
mümkün deyildir.
Hafizə proseslərinin səmərəliliyinə xarici şərait də əsaslı təsir
göstərir. Təkcə onu misal göstərmək kifayətdir ki, materialın
yadda saxlanmasına insanın ac və ya tox olması, sağlam və ya
xəstə, gümrah və ya yuxulu, dalğın və ya diqqətli olması da ciddi
təsir göstərir. Xüsusən də insan hafizəsinin fəaliyyəti onun nə
dərəcədə gümrah və ya yorğun olma-
53
sından asılıdır. Hafizənin fəaliyyətini səmərəli təşkil etmək üçün,
əməklə istirahətin düzgün növbələşməsi, farmakoloji və fizioloji
təsirlər daxildir.
Diqqət və hafizənin fizioloji əsasları
Tədqiqatçılar müəyyən etmişlər ki, psixi hadisənin əsasında
sinir prosesləri durur. Onlar bunu qıcıqlayıcının xarakteri ilə izah
etmişlər. Geştalt psixoloqlar diqqətin həcmini qavrayışa əsasən
müəyyən etmişlər. Bu psixoloqların fikrincə, diqqətin necə
cərəyan etdiyini aydınlaşdırmaq üçün qavrayışın qanunlarını
bilmək lazımdır.
İkinci qrup psixoloqların fikrincə, diqqətin istiqaməti
bütünlüklə tələbat və emosiyalarla təyin olunur: ona görə də
Amerikanın biheviorist psixoloqları, diqqəti psixi proseslərin
xüsusi kateqoriyası kimi ayırmağı lazım bilməmişlər.
Üçüncü qrup psixoloqlar "diqqətin motor nəzəriyyəsi" deyi-
lən mövqedə dururlar. Onlar diqqətin mexanizmini, əzələ qüvvəsi
siqnalları ilə bağlayırlar.
Göründüyü kimi bu nəzəriyyələrin hər biri diqqətin mexa-
nizmində bir cəhəti əsas götürür, onun fizioloji mexanizmini isə
izah edə bilmir.
Burada diqqət yetirilməli məsələ, sinir hüceyrələrinin və-
ziyyəti ilə əlaqədardır. Çünki, əgər qıcıqlayıcının təsiri vasitəsilə
sinir hüceyrələri fəaliyyət halına gəlirsə, bu artıq oyanma
deməkdir; əksinə əgər sinir hüceyrələri müvəqqəti olaraq öz
fəaliyyətini dayandırırsa, bu, ləngimədir. Bu, iki sinir prosesi, İ.P.
Pavlovun müəyyən etdiyi kimi, üç əsas qanuna: oyanma və
ləngimənin yayılması, cəmləşməsi və qarşılıqlı induksiyası
qanunua tabedir. Bu qanuna görə beynin bir sahəsində əmələ gələn
oyanma başqa sahədə ləngiməyə səbəb olur, və ya əksinə qabığın
digər sahəsində yaranan ləngimə başqa sahələrdə oyanmanın baş
verməsinə səbəb olur. Deməli,
54
müəyyən an ərzində beyin qabığında oyanma üçün, optimal sahə
olur.
1
P.Pavlov ən çox oyanıqlığa malik olan bu sahələri optimal
oyanıqlıq sahəsi adlandırmışdır. Məlumdur ki, insana istər xa-
ricdən, istərsə də daxildən təsir edən qıcıqlandırıcılar içərisindən
asanlıqla oyanma əmələ gətirərək, həmin sahəyə təsir edənlər
vardır. Daha aydın əks olunan həmin qıcıqlayıcını Pavlov beyin
qabığının yaradıcı şö'bəsi adlandırmışdır. Diqqətin fizioloji
mexanizmi şöbənin fəaliyyəti ilə bağlıdır.
Beyin mexanizminin fizioloji fəaliyyətinin öyrənilməsində
A.A. Uxtomskinin tədqiqatları da çox maraqlıdır. Uxtomski beyin
fəaliyyətində dominant (üstünlük təşkil edən) oyanma sahəsi
haqqında təlim yaratmışdır. Dominant oyanma sahəsi optımal
oyanma sahəsindən özünün yüksək davamlılığı ilə fərqlənir. Belə
dominant sahəsi yeni əmələ gələn oyanma ocaqlarını ləngidir və
onların hesabına güclənə bilir. İstər dominant, istərsə də optiml
oyanıqlıq haqqında İ.P.Pavlov və A.A.Uxtomski diqqətin ixtiyari
növünün mexanizmini aydınlaşdırmağa imkan vermir. Burada
insan öz qarşısına şüurlu məqsəd qoyduğuna görə, fəaliyyətdə
daimi olaraq dəqiqləşmə əmələ gəlir.
Diqqətin fizioloji mexanizmi mürəkkəb prosesdir. Müasir
dövrdə mexanizm sinir sisteminin müxtəlif səviyyələrində yer-
ləşmiş süzgəc kimi başa düşülür, orqanizm özünə lazım olan
qıcıqlayıcıları seçib götürür, qalanlarını isə uzaqlaşdırır. Bu sis-
tem beyin sütununda və beynin qabıqaltı sahələrində yerləşən-
şaxəli törəmənin-yəni retikulyar formasiyanın fəaliyyətilə
əlaqələndirilir.
Diqqət üçün xarakterik olan bu fizioloji mexanizm, öz
mürəkkəblik səviyyəsinə görə, hafizə proseslərinə də aid edilə
bilər. Belə ki, müasir dövrdə hafizənin psixoloji, fizioloji bio-
kimyəvi nəzəriyyələri mövcuddur.
1
Elm tarixində hafizənin
1
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün
dərslik. Bakı, "Maarif'. 1989.. 244-248.
1
Ə.S.Bavramov. Ə.Ə.ƏIizadə. Psixologiya. Aliməktəblər
üçiin dərslik Bakı. "Maarif', 1989.. 246.
55
Dostları ilə paylaş: |