AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN KƏND
TƏSƏRRÜFATI AKADEMİYASI
CƏFƏR İBRAHİMOV
PSİXOLOGİYADAN
MÜHAZİRƏ
KONSPEKTLƏRİ
Qiyabi təhsil alan tələbələr üçün
yardımçı vəsait
Bakı- 2002
BBK 88.3
İ-17
Vəsait Azərbaycan Respublikası təhsil Nazirliyi Elmi-
metodik Şurası «Pedaqogika və psixologiya» bölməsinin
25.03. 2002-ci il tarixli iclasında (protokol №
03) təsdiq
olunmuş və çapa layiq görülmüşdür
Rəyçilər:
Ə. Ə. Əlizadə - psixologiya elmləri doktoru, professor
Ə.M. Həsənov - fəlsəfə elmləri doktoru, professor
Z.M. Aslanova - psixologiya elmləri namizədi, dosent
Elmi redaktor:
S. İ. Abbasova — pedaqoji elmlər namizədi
C.H. İbrahimov. Psixologiyadan mühazirə konspektləri.
Yardımçı vəsait. Bakı, 2002, 103 səh.
Vəsait Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi
təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsait mövcud
dərslik və dərs vəsaitindən onunla fərqlənir ki, burada bakalavr
pilləsi üçün zəruri olan materiallar cəm halında vəhdətlə
verilmişdir. Mövcud proqramma uyğun olaraq vəsait üç hissədən
ibarətdir. Şəxsiyyət və fəaliyyət, şəxsiyyətin idrak prosesləri,
şəxsiyyətin psixoloji xüsusiyyətləri ayrı-ayrı bölmələr şəklində
şərh olunur.
Vəsaitdən digər ali məktəblərdə qiyabi təhsil alan tələbələr də
faydalana bilərlər.
ARTNƏ № 277 29.03. 2002
2
BİR NEÇƏ SÖZ
İnsanın psixoloji xüsusiyyətlərinə yaxından bələd olmaq,
fəaliyyət və ünsiyyət prosesində onu düzgün nəzərə almaq
hər bir ziyalı üçün, mütəxəssis üçün vacib amildir. Gələcək
mütəxəssislərin bir şəxsiyyət kimi formalaşmasında ali
məktəbdə psixologiyadan aparılan mühazirə məşğələlərinin
də böyük əhəmiyyəti vardır. Çünki psixologiya elminin
nailiyyətlərindən düzgün və yerində istifadə edilməsi bütün
fəaliyyət sahələrində olduğu kimi kənd təsərrüfatında da
yüksək nəticələr əldə edilməsinə səbəb olur. Təsadüfı
deyildir ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında
qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulan bu vəsait
mövcud dərslik və dərs vəsaitlərindən onunla fərqlənir ki,
burada bakalavr pilləsi üçün zəruri olan materialın cəm
halında,
vəhdətdə
tələbələrə
çatdırılması
nəzərdə
tutulmuşdur. Mövcud proqrama uyğun olaraq vəsait üç
hissədən ibarətdir. Məs. hissənin sonunda verilən seminar
məşğələlərinə hazırlaşmaq üçün mövzular və tövsiyə edilən
ədəbiyyat
siyahısı
mühazirələrin
daha
dərindən
mənimsənilməsinə xidmət edir.
Bu tədris vəsaiti son beş ildə Azərbaycan Kənd
Təsərrüfatı
Akademiyasında
pedaqoji
fəaliyyət
və
müşahidələr nəticəsində meydana gəlmişdir. Vəsaitin
hazırlanmasında bu sahədə olan dəsrlik və vəsaitlərdən,
məqalələrdən, müasir psixolji tədqiqatlardan istifadə
olunmuşdur. Qiyabi təhsil alan kənd təsərrüfatı üzrə gələcək
mütəxəssislərə
nəzərdə tutulan bu vəsaitdən digər
məktəblərdə «Ümumi psixologiya» fənni üzrə qiyabi təhsil
alan tələbələr də faydalana bilərlər. Vəsait şübhəsiz ilk addım
olduğu üçün müəyyən qüsurlardan xali deyildir. Ona görə də
vəsait haqqında tənqidi fikirlərini və xeyirxah məsləhətlərini
bildirən oxuculara əvvəlcədən minnətdarlığımı bildirirəm.
Müəllif
3
BİRİNCİ HİSSƏ
PSİXOLOGİYAYA GİRİŞ. ŞƏXSİYYƏT. FƏALİYYƏT.
ÜNSİYYƏT
Psixologiyanın predmeti
Müasir dövrdə bir çox elmlərin (anatomiya, biologiya,
neyrofiziologiya, təbabət və s. o cümlədən psixologiyanın)
tədqiqat obyekti insandır. Lakin adı qeyd edilən və edilməyən bu
elmlər öyrəndikləri obyektə görə deyil, predmetlərinə görə bir-
birindən fərqlənirlər. Psixologiya elmi termini iki yunan sözündən
-"psyuxe"- ruh, ruhi aləm, "loqos" -bilik, elm öyrənmək
sözlərindən əmələ gəlmişdir. "Psixika haqqında elm" deməkdir.
Qeyd etmək lazımdır ki, insanların və heyvanların psixikası bir
sıra özünəməxsus hallarla müşaiyət olunur: məsələn, duyğular,
qavrayış, diqqət, hafizə, təxəyyül, təfəkkür və nitqin köməyi ilə
insan ətraf aləmə bələd olur. Bu prosesləri psixologiyada idrak
prosesləri adlandırırlar. Psixologiya, adamların bir-biri ilə
ünsiyyəti, onların hərəkət və fəaliyyətlərini bilavasitə idarə edir.
Buraya tələbatlar, motivlər, məqsəd və maraqlar, iradə, hisslər və
emosiyalar, digər psixi xassələrdən olan qabiliyyətlər, xarakter və
temperamentin psixi hallardan asılı olaraq formalaşması və
inkişafı da daxildir.
İnsan öz idrak fəaliyyətinin köməyi ilə nəinki ətraf aləmi dərk
edir, o bu aləmlə yaşayır, fəaliyyət göstərir, özünün maddi və
mənəvi tələbatlarını təmin edir. İnsanın öz hərəkətlərini başa
düşməsi, izah etməsi və onlara şüurlu, ixtiyari münasibət
göstərməsi psixologiyada şəxsiyyət anlayışında ifadə olunur.
Psixologiyanın predmetini ətraflı izah etmək üçün "psixika"
anlayışı ilə yaxından tanış olaq. Prof. Ə.S.Bayramov və
Ə.Ə.ƏIizadə izah edirlər ki, psixika beynin xassəsidir və obyektiv
aləmin beyində subyektiv inikasıdır. Hər şeydən
4
Dostları ilə paylaş: |